Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydor Əliyev siyasoti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə63/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   59   60   61   62   63   64   65   66   ...   112

Heydor Əliyev siyasoti: TOLERANTLIQ
tarılacaqdır. Biz Sizə inanırıq. Biz Sizə həmişə duaçıyıq. Biz Sizin 
daxili  və xarici siyasətinizi müdafiə edirik və həmişə sizinləyik.
Əli  Məmmədyarov  (Qarabağ  müharibəsi  veteranı):  Cənab  Pre­
zident,  özümü  çox  xoşbəxt  sayıram  ki,  Həcc  ziyarəti  ərəfəsində 
Sizinlə  görüşürəm.  Siz  dünyanın  böyük  şəxsiyyətlərindən  biri­
siniz.  Sizinlə  həmişə  fəxr  etmişəm.  Vaxtilə  Siz  Siyasi  Büronun 
üzvü seçiləndə, inanın ki,  sevincimdən oynamışam.  Həmişə Sizi 
televizorda  görəndə  fəxr  etmişəm,  öyünmüşəm.  Öyünmüşəm 
ki,  böyük bir  fövqəldövlətin  başçıları  arasında  mənim  də xalqı­
mın öz şəxsiyyətinə,  mahir nitqinə, bacarığına görə  seçilən oğlu 
vardır.  Sevinirəm  ki,  həmin oğul  bu gün öz  xalqının rəhbəridir, 
müstəqil dövlətini qurmuş ölkəmizin əvəzsiz Prezidentidir. Ona 
görə Sizinlə fəxr edirəm.
Əziz Prezidentimiz, Siz respublikamızda əmin-amanlıq yarat­
mısınız.  Müstəqillik  qazanmış  ölkələrdə  nə  cür  hadisələrin  baş 
verdiyini mütəmadi olaraq eşidirik. Amma bizdə bunlar yoxdur. 
Bayırda, hər yerdə hamı rahat gəzir. Siz xüsusən Qarabağ müha­
ribəsi  iştirakçılarına,  əlillərə,  şəhid  ailələrinə,  qaçqınlara  böyük 
qayğı  göstərirsiniz.  Biz  dünən  televizora  baxanda  gördük  ki, 
Siz  Biləsuvar  rayonundakı  qaçqın  şəhərciyində  qaçqınların  toy 
məclisində  doğma  övladlarınızın  toyundakı,  şadlığındakı  kimi 
oynadınız.  Bu,  doğrudan  da,  xalqa,  onlara  göstərdiyiniz böyük 
qayğının  təzahürüdür.  Mən  həm  qaçqınam,  həm  veteranam, 
həm  də  pensiyada  olan  bir  şəxsəm.  Onların  adından  Sizə  min­
nətdarlığımı bildirirəm.
Mən böyük ailə sahibiyəm. Dörd uşağım Tibb Universitetində 
oxuyur.  Biz  həmişə  haqq-ədalət görmüşük.  Uşaqlarımın hamısı 
əlaçıdır.  Bunu Sizin gücünüz hesab edirəm. Çünki Sizin siyasəti­
niz, gənclərə göstərdiyiniz diqqət onların öz dərslərini yaxşı oxu­
malarına kömək edir. Qiymətli vaxtınızı bizə sərf etdiyinizə görə 
təşəkkürümü bildirirəm.
Yazdığım bu kitabı Sizə təqdim edirəm.
Zərifə Piriyeva (şəhid anası): Hörmətli Prezident, bu görüşüm­
dən şərəf duyduğumu bildirirəm.
272
Sizi  ziyarət etməyimə  və həccə getməyimə  qəlbən sevinirəm. 
O  qədər  həyəcan  keçirirəm  ki,  danışmağa  söz  tapa  bilmirəm. 
Mən  şəhid  Ceyhun  Piriyevin  anasıyam.  Bizə  göstərdiyiniz  eti­
madı yazdığım  Pənahımız Heydərə" şeirimlə demək istəyirəm. 
Mən bunu xalqımın ən əziyyətli günündə bir ilahi kimi onun da­
dına  çatan,  gecəsini gündüzə,  gündüzünü  gecəyə qatan,  baldan 
şirin yuxusunu xəyalda yatan elimizin atası Heydər Əliyevə həsr 
etmişəm.
------------------------------------ -------------------- ------------------ Heydor Əliyev siyasoti; TOLERANTLIQ
Yalvarıram sənə, ey gözəl Allah,
Dəymə bizim pənahımız Heydərə.
Dualar yetişsin  ulıı dərgaha,
Dəymə bizim pənahımız Heydərə.
Sızlayan körpənin giilüşüdiir o,
Buludlu havanın günəşidir o,
Sönmüş ürəklərin atəşidir o,
Dəymə bizim pənahımız Heydərə.
Heydər babam, adın uca ay kimi,
Heç vaxt qışın olmasın, ol yay kimi,
Parla günəş kimi, parla ay kimi.
Dəymə, Allah, pənahımız Heydərə.
El əlin qaldırıb ıılıı dərgaha,
Naınaz iistə yalvarıram Allaha,
Otuz il də bir saf ömiir bir daha,
Allah, pay ver sən bizim  Heydərə.
Əlçatmaz babama əlim yetəydi,
Allah, bir giin müharibə bitəydi,
Acı günlər bir-bir gəlib ötəydi,
Biitiin dünya baş əyəydi Heydərə.
İcazə verin şeri Sizə təqdim edim.
Bəkir Nəbiyev (Elmlər Akademiyasının Ədəbiyyat, dil və incəsənət 
bölməsinin  akademik-katibi):  Möhtərəm  Prezident,  Sizi  Novruz 
bayramı  münasibətilə  təbrik  edirəm.  Vaxtın  az  olmasına  görə 
istəyirəm bir mətləbi çatdırım.
273


Heydor Əliyev siyasoti: TOI.ERANTLIQ
Siz  1994-cii  ildə  Səudiyyə  Ərəbistanına  yüksək  səviyyəli  gö­
rüşə  gedərkən  nümayəndə  heyətinin  tərkibində  məni  də  özü­
nüzlə  aparmışdınız.  Orada  etdiyimiz  ziyarət,  ibadət  -   hamısı 
sizinlə  bağlı  olmuşdu.  Mən  orada  müşahidə etmişdim  ki,  Azər­
baycanın  rəhbəri  özünün  dini  ənənəsinə  necə  sadiqdir  və  o,  di­
nin  tələblərinə  əsasən  müqəddəs  məkanı  -   Kəbəni  necə  böyük 
ürəklə, sidqi-məhəbbətlə ziyarət etdi. Cənab Prezident, biz onda 
Sizin  arxa  tərəfinizdə namaz qıldıq.  Bu  gün ikinci dəfə Səudiyyə 
Ərəbistanı  kralının  dəvəti  ilə,  bilavasitə şəxsən Sizin  göstərdiyi­
niz  hörmət  sayəsində  həccə  yola  düşəcəyəm.  Cənab  Prezident, 
"Atalar  üçdən  deyib"  məsəlinə  uyğun  olaraq  bir arzumu  bildir­
mək  istəvirəm.  Mən  o günü  arzulayıram  ki,  Siz  torpaqları  azad 
edilmiş,  öz  haqq  işi  ıığrunda  qələbə  çalmış  bir  ölkənin  rəhbəri 
kimi,  o  müqəddəs  yerləri  üçüncü  dəfə  ziyarətə  gedəndə  məni 
də  heyətinizin  tərkibinə alaydınız  və  mən  yenə  Sizinlə  bir  sıra­
da namaz qılıb Allahın dərgahına öz dualarımı, minnətdarlığımı 
bildirəydim. Sizə uzun ömür, cansağlığı və arzuladığım o böyük 
niyyətə çatmağı  diləyirəm.
Səd  əs-Səəd  (Səudiyyə  Ərəbistanı  Krallığının  Din  İşləri və  Vəqf- 
lər Nazirliyinin  nümayəndəsi,  doktor):  Mərhəmətli,  rəhmli  Allahın 
adı  ilə, Allahın  xeyir-duası  Məhəmmədə, onun  ailəsinə və onun 
silahdaşlarına olsun.
Zati-aliləri cənab  Prezident!
Hörmətli  dostlar, qardaşlar və bacılar!
Mən  bizim  nümayəndə  heyətinin  üzvləri  adından  zati-aliləri 
cənab  Prezidentə  bu  görüş  üçün  vaxt  ayırdığına  və  bizi  qəbul 
etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezident 
Heydər  Əliyev  iman  sahibi  olan  bir  insandır  və  o,  iman  sahibi 
olan  bir  xalqa  başçılıq  edir.  Bu,  öz  əksini  ölkənin  bayrağında 
və  bu  yaxınlarda  bizim  də  gördüyümüz  Azərbaycan  Respubli­
kasının  yeni  pasportlarında  da  tapmışdır.  Bu  fürsətdən  istifadə 
edərək, zati-aliləri  cənab  Prezidentə və hörmətli  qardaş və bacı­
larımıza  iki  müqəddəs ocağın  xadiminin  səmimi  salamlarını ye­
tirirəm  və eyni  zamanda, ölkəmizin,  dövlətimizin, hökumətimi-
274
Heydor Əliyevsiyasoli: TQURANTLIO
zin  digər üzvlərinin  salamlarını,  xeyirli,  gözəl  ziyarət arzularını 
yetirirəm.
Mən  də  burada  çıxış  edən  şəhid  anası  kimi  şair  olmaq  istər­
dim  ki,  öz  hisslərimi  və  buradakı  ab-havanı  şair  qələmi  ilə  təs­
vir edəm.  Lakin  sözün  çoxluğundansa  ürəklərdəki  hisslərin  sə­
mimiliyi,  çoxluğu  daha  mühümdür.  Ona  görə də çox danışmaq 
istəmirəm.  Sözümün  sonunda  Sizə  bildirmək  istəyirəm  ki,  iki 
müqəddəs ocağın xadimi Sizin ölkəmizə çatandan sonra  hər cür 
qayğı  ilə  əhatə  olunmağınız  barədə  müvafiq  göstərişlərini  ver­
mişdir və biz onu yerinə yetirəcəyik.
Bu  ölkənin,  Azərbaycanın  torpaqlarının  işğal  olunması  Sizin 
kimi,  bizim  də  ürəyimizdə bir yaradır.  Arzu  edirəm  ki,  gələn  il 
belə  bir  münasibətə  qədər  torpaqlarınız  azad  edilmiş  olsun  və 
biz bunu qeyd edək.
Mən  Sizin  hamınıza  uğurlar,  xoşbəxtlik,  səadət  arzulayıram. 
Sağ olun.
Heydər  Əliyev:  Mən  çıxış  edənlərə  və  Səudiyyə  Ərəbistanı 
Krallığından gəlmiş qonağa  təşəkkürümü bildirirəm.
Hörmətli  dostlar, bacılar, qardaşlar!
Mən sizi bu müqəddəs yolda bir də təbrik edirəm. Hər birinizin 
Məkkəni,  Mədinəni,  Kəbəni ziyarət etmək istəyiniz, arzunuz öz­
lüyündə sizin daxili  mənəviyyatınızı nümayiş etdirir,  o müqəd­
dəs yerləri ziyarət etmək istəyən hər bir şəxs yüksək mənəviyyat 
yoluna düşməlidir və ümidvaram ki, siz məhz bunu dərk edərək 
Məkkə,  Mədinə,  Kəbə  ziyarətinə getmək  üçün  can  atmısınız  və 
bu istəyiniz, arzunuz da artıq yerinə yetirilir. Siz yol üstəsiniz, ge­
dirsiniz. Siz də, biz də -  hamımız Səudiyyə Ərəbistanının kralı, İki 
müqəddəs ocağın xadimi, bizim dostumuz və qardaşımıza Azər­
baycana  göstərdiyi  bu qayğıya,  diqqətə görə  təşəkkür edirik.  Bu, 
artıq ənənəyə çevrilibdir.  Hər il Həcc ziyarəti zamanı Azərbayca­
na  belə  qayğı  göstərilir  və  Səudiyyə  Ərəbistanı  kralının  qonağı 
kimi  250  nəfər Нэсс ziyarətinə gedir.  Həcc ziyarətinin özü  insan 
üçün böyük nemətdir. Ancaq bu ziyarəti iki müqəddəs ocağın xa­
diminin  qayğısı  altında,  onun  himayəsi  altında  həyata  keçirmək 
buna daha da xüsusi əhəmiyyət verir.
275


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə