Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə61/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   57   58   59   60   61   62   63   64   ...   112

-bunların hamısı Azərbaycana qayıtmışdır. Bakının küçələrində 
dinc həyatın  hökm  sürdüyünü yəqin etmək üçün şəhərimizi gə­
zib-dolaşmaq kifayətdir.
Mən  bunu  Rusiyada  da,  Şimali  Qafqazda  da  dəfələrlə  de­
mişəm. Məndən bizim burada, Azərbaycanda necə yaşadığımızı, 
burada  nə  baş  verdiyini  soruşduqda  həmişə  demişəm  ki,  Azər­
baycana  əmin-amanlıq  qayıtmışdır,  Azərbaycan  öz praktiki  hə­
yatının sürətini yenidən artırmağa başlayır.
Bakı-Xəzəryanı  Yeparxiyasının  tərkibinə  Azərbaycan  ərazisin­
dəki  pravoslav  kilsələri  ilə  yanaşı,  Dağıstan  Respublikasının  və 
Çeçenistan  Respublikasının  ərazilərindəki  pravoslav  kilsələrinin 
də daxil edilməsi  onu  göstərir ki,  Azərbaycanda  nələr  əldə  olun­
muşdursa, onlar bizi əhatə edən bir çox ölkələr üçün örnəyə çev­
rilmişdir. Görünür,  Dağıstanda da, Çeçenistanda da çalışırlar ki, 
Azərbaycandakı kimi, onlarda da sülh və sabitlik olsun. Əlbəttə, 
Sizin Qafqazda  yüksək nüfuzunuz var -  bütün Qafqaz respubli­
kaları, Qafqaz dövlətləri başçılarının iştirak etdikləri 75 illik yubi­
leyiniz də buna sübutdur. Azərbaycan Respublikasının yenidən 
Prezidenti  seçilməyiniz,  andiçmə mərasimində bir çox görkəmli 
siyasi xadimlərin iştirak etməsi göstərdi ki, bu regionda Sizin nü­
fuzunuz və Sizin  nümunəniz çox yüksəkdir.  Biz  ümid  edirik ki, 
Sizin köməyinizlə Şimali Qafqazda da xristianlarla müsəlmanlar 
arasında qarşılıqlı anlaşma və həmrəyliyə nail ola biləcəyik.
Belə  düşünürəm  ki,  pravoslav  xristianlarla  müsəlmanların 
arasında bölüşdürülməli bir şey yoxdur. Çünki min illər ərzində 
Şərqdə  İslamla  Xristianlıq  həmişə  qonşu  olublar,  öz  aralarında 
bütün  münasibətləri  aydınlaşdırmağa  müvəffəq  olublar və həm 
müsəlman  xalqların,  həm  də  xristian  xalqların  xeyrinə  dinc hə­
yata, dinc yanaşı yaşamağa gəlib çıxmışlar. Azərbaycan da məhz 
buna  misaldır  ki,  dünya  dinlərinin  -   İslamın,  Xristianlığın  və 
Yəhudiliyin  nümayəndələri  arasında  münasibətlər  mehriban 
qonşuluq  münasibətləri,  habelə  işgüzar  münasibətlər  ola  bilər. 
Şübhəsiz ki,  bu baxımdan Azərbaycan istər MDB-nin,  istərsə də 
dünyanın  bir çox ölkələrinə nümunə göstərir.  Biz bilirik ki, hət­
Hevdor Əliyev siyasoti: TOLERANTLIQ 
____________________________________ ______
264
ta bir çox  inkişaf etmiş dövlətlərdə, təəssüflər olsun,  dini  əsasda 
münaqişələr var.  Bizdə isə Allah-Təalanın mərhəməti ilə heç bir 
münaqişə yoxdur və ola da bilməz.
Mən,  hətta  belə  düşünürəm  ki,  müstəqil  Bakı-Xəzəryanı  Ye- 
parxiyasmın  təsis  edilməsi  Azərbaycan  dövlətinin  suverenliyi­
nin  tanınmasına  daha  bir  sübutdur.  Belə  ki,  suveren  dövlətdə 
onun bütün daha çox yayılmış konfessiyalan üçün müstəqil dini 
idarə də olmalıdır. Buna görə də Bakı-Xəzəryanı  Yeparxiyasının 
təsis olunması  təsdiq edir ki, Azərbaycan suveren dövlətdir.
Mən artıq qeyd etdim ki, bizdə üç dünya dininin -  İslamın, Xris­
tianlığın  və  Yəhudi  dininin  nümayəndələri  arasında  həqiqətən 
xoş münasibətlər yaranmışdır.  Bu, əsasən həm Azərbaycan döv­
lətinin başçısı  kimi,  Sizin  müdrik  siyasətiniz sayəsində,  həm  də 
Azərbaycanda konfessiyalara başçılıq edən liderlərin -  Şeyxülis­
lam  Hacı  Allahşükür  Paşazadənin  də,  Azərbaycandakı  dağ  yə­
hudiləri icmasının başçısı Semyon Borisoviç İxiilovun sayəsində 
mümkün  olmuşdur.  Həqiqətən,  bir çox problemləri  biz  birlikdə 
həll  etməyə,  Azərbaycanda  keçirilən  bir  çox  dövlət  tədbirlərin­
də iştirak etməyə çalışırıq və şübhəsiz ki, Azərbaycandakı bu  üç 
dünya dininin nümayəndələri arasında qarşılıqlı anlaşma olması 
üçün hər şey etməyə səy göstəririk.
Buna  görə  də  ümid  edirəm  ki,  gələcəkdə burada, Azərbaycan­
da  fəaliyyətimiz  Sizin  yüksək  himayədarlığınızla  uğurlu  olacaq­
dır. Zənnimcə,  burada, Azərbaycanda əldə etdiyimiz nailiyyətləri 
yurisdiksiyamıza daxil olan ərazilərdə -  Dağıstan və Çeçenistanın 
ərazilərində  də yaya  biləcəyik  ki,  bizim  gözəl nümunəmiz onlara 
xidmət etsin, orada sülh və firavanlıq zəfər çalsın.
Çox  hörmətli  Heydər  Əliyeviç,  müqəddəs  patriarx  Aleksi 
məni buraya, Azərbaycana xidmətə, yeni vəzifəyə yola salarkən 
öz məktubunu Sizə verməyi xahiş etdi.
Mən Azərbaycan xristianlarına qayğıkeş münasibətinizə görə 
də  Sizə  təşəkkür etmək istəyirəm.  Çünki  Siz hər  il  Pasxa  bayra­
mında da,  İsanın mövludu bayramında da Azərbaycanın pravos­
lav xristianlarına  çox səmimi, çox müdrik, çox  faydalı  təbriklərlə
_________________________________ ___ 
__________ Heydar Əliyev sıycısMİ: TOLERANTLIQ
265


müraciət edirsiniz və bu, Azərbaycanda yaşayan pravoslav xristi­
anların  qəlbində  hərarətli  əks-səda  doğurur.  Bu,  qarşılıqlı  anlaş­
manın  və  Sizin  siyasətinizə  rəğbətin  Azərbaycan  xristianlarının 
qəlbində özünə ver tapmasına da çox kömək edir.
Heydər Əliyev:  Sizə,  ən  əvvəl  ölkəmizin  ünvanına,  Azərbay­
canda son illərdə yaranmış şərait barəsində söylədiyiniz xoş söz­
lərə  görə  təşəkkür  edirəm.  Həqiqətən,  biz  sizinlə  bundan  tama­
milə  məmnun  qala  bilərik  ki,  biz  Azərbaycanda  əmin-amanlıq 
yaratmağa,  ölkəmizin  hərbi  münaqişədə  olduğu  Ermənistanla 
atəşkəs əldə etməyə müvəffəq  olmuşuq.  Biz ictimai-siyasi  vəziy­
yəti  sabitləşdirməyə,  sosial-iqtisadi  sahədəki  çox  ağır  vəziyyəti 
aradan qaldırmağa  müvəffəq olmuşuq -  son üç ildə Azərbaycan 
iqtisadiyyatı  inkişaf  mərhələsindədir.  Biz  bir  sıra  iqtisadi  isla­
hatlar aparmağa  müvəffəq  olmuşuq.  Bu  islahatlar  iqtisadiyyatın 
daha  da  inkişaf etməsi  üçün  və  təbii  olaraq,  Azərbaycan  vətən­
daşlarının  rifahının yüksəlməsi üçün daha əlverişli şərait yaradır.
Sizli-bizli  hamımızın  çox  mühüm  nailiyyətidir  ki,  Azərbay­
canda  bütün  dini  konfessiyalar  -   müsəlman  dini  də,  pravos­
lav-xristian  dini  də,  yəhudi  dini  də,  əvvəla,  öz  vəzifələrini  sər­
bəst  surətdə  həyata  keçirir,  ikincisi,  sizin  doğru  dediyiniz  kimi, 
bir-biri  ilə  xoş  münasibətdədir,  qarşılıqlı  fəaliyyət  göstərir  və 
bununla bütün Azərbaycan  vətəndaşlarının həmrəyliyinin möh­
kəmlənməsinə kömək edirlər.
Bildiyiniz kimi, mən bütün çıxışlarımda deyirəm ki, milli və dini 
mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşla­
rı  Azərbaycanın tam  hüquqlu  vətəndaşlarıdır. Siz bilirsiniz ki,  bu, 
sadəcə olaraq, sözlər, sadəcə olaraq, bəyannamə deyildir, bugünkü 
Azərbaycanın reallığıdır. Biz bu vəziyyəti, bu reallığı qoruyub sax­
layacaq, möhkəmlədəcək və inkişaf etdirəcəyik. Bu baxımdan dini 
konfessiyaların  səyləri  çox  böyük  əhəmiyyətə  malikdir  və  bizim 
üçün, dövlət üçün böyük köməkdir.
Siz bilirsiniz ki, Azərbaycan xalqı  tarixən digər dinlərə həmişə 
dözümlü olmuş və onlara hörmətlə yanaşmışdır. Bu, Azərbaycan
Htfydor Oliyev siyosoti: TOLERANTLIQ 
__________________________________________
266
Hcvılor Əliyev siynsaıi: TOLERANTLIQ
xalqının milli xüsusiyyətidir. Bununla yanaşı, bu, bəzən müxtəlif 
ictimai-siyasi  və  digər  şəraitdə  korroziyaya,  dəyişikliklərə  mə­
ruz qalır. Bilirsiniz ki, 80-ci illərin axırlarında -  90-cı illərin əvvəl­
lərində Azərbaycanda çox mürəkkəb ictimai-siyasi hadisələr baş 
vermiş  və bunlar millətlərarası  münasibətlərə müəyyən  dərəcə­
də  mənfi  təsir  göstərmişdi.  Anıma  Allaha  şükür,  biz  bunu  ləğv 
etdik, aradan qaldırdıq.
Yəni  Azərbaycan  xalqına  xas  olmayan  bir  dövr olmuşdur.  Bu­
nunla  yanaşı,  başlıcası  budur ki, biz bu  halları aradan qaldıra  bil­
dik, elə bir vəziyyət yarada bildik ki,  milli və dini  mənsubiyyətin­
dən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları tam hüquqla­
ra malikdirlər, sakit, normal şəraitdə yaşayırlar, bir-biri ilə qarşılıq­
lı  əlaqə saxlayırlar.  Məsələn, siz bilirsiniz  ki, gah bir, gah  da digər 
ölkədə  rusdilli  əhalinin  maraqlarını  qorumağın  zəruriliyi  barədə 
Moskvada, Rusiya Federasiyasının  rəhbərliyində tez-tez səslər eşi­
dilir. Azərbaycanda belə problem yoxdur və heç kim Azərbaycan­
da  rusdilli  əhalinin  müdafiəsi  uğruııda  çıxış etmək  üçün  narahat 
olmur.
267


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə