Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə58/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   54   55   56   57   58   59   60   61   ...   112

larindən  biri  də  Azərbaycanda,  o  cümlədən  onun  paytaxtı  Ba­
kıda  tarixi  şəxsiyyətlərə  qoyulan,  onları  əbədiləşdirən  heykəl­
lər,  abidələrdir.  Simpoziumun  başlanğıc  günü  biz  danışırdıq 
ki, Azərbaycanın  dahi  şəxsiyyətləri İslam  mədəniyyətinin,  sivi­
lizasiyanın  inkişafında  böyük  xidmətlər göstəriblər.  Nizaminin, 
Füzulinin,  Nəsiminin adları çəkildi.  Siz Nizaminin abidəsini  də, 
Füzulinin abidəsini də, Nəsiminin abidəsini  də gördünüz. İslam 
aləminin,  Azərbaycan  mədəniyyətinin  bu  üç  dahi  insanı  Azər­
baycan  xalqının qəlbindədir. Baxmayaraq ki, onların yaşadıqları 
dövrdən indiyə qədər çox əsrlər keçibdir, Azərbaycanda Nizami 
adı  daşıyan  nə qədər insanlar var,  nə  qədər  Füzuli  adı  daşıyan­
lar  var,  nə  qədər  Nəsimi  adı  daşıyanlar  var.  Biz  hesab  etmirik 
ki,  Nizami,  Füzuli,  Nəsimi  yalnız  azərbaycanlılara  məxsusdur. 
Onlar Azərbaycan  çərçivəsindən  elə  yaşadıqları  zaman çıxıblar. 
Sonrakı  dövrlərdə  isə  onların  əsərləri  o  qədər  geniş  yayılıbdır 
ki,  onlar  ümumbəşəri  olublar  və  xüsusən  bütün  İslam  aləminə 
mənsub  insanlardır. Onların  xidmətlərinə  verilən böyük qiymət 
və  XX  əsrin  ikinci  yarısında  -   mən  bunu  xüsusi  qeyd  edirəm,  - 
bu  şəxsiyyətlərin  xidmətlərinə  verilən  böyük qiymət və  onların 
adlarının, xidmətlərinin əbədiləşdirilməsi, əsərlərinin nəşredilib 
geniş yayılması  və  təbliğ olunması,  Bakının  ən  gözəl meydanla­
rında  onların abidələrinin, heykəllərinin  ucaldılması bizim  həm 
tariximizə,  həm  şerimizə,  həm  mədəniyyətimizə,  həm  də  İslam 
sivilizasiyasına olan sədaqətimizin əlamətidir.
Bəlkə  də  dünyada  Azərbaycan  kimi  belə  bir ölkə  tapmaq  çə­
tindir.  Bəziləri  hətta  gəlib  Bakını,  Azərbaycanı  görəndən  sonra 
təəccüb  edirlər  ki,  burada  nə  qədər  çox  şair,  yazıçı  olub  ki,  bu 
qədər  heykəl  var.  Həqiqətən  Azərbaycan  bu  barədə  zəngin  bir 
ölkədir, Azərbaycan xalqı zəngin xalqdır. Ancaq onu da qeyd et­
mək lazımdır ki, Azərbaycanın bugünkü nəsilləri, yəni XX əsrdə 
yaşayan  nəsilləri  öz  tarixinə,  keçmişinə,  milli-mənəvi  ənənələ­
rinə  çox  böyük  hörmət  göstəriblər  və  göstərirlər.  Bu  heykəllər, 
abidələr məhz belə bir münasibətin nəticəsidir.
Ht'vdor Əliyev siyosoti: T O L E R A N T L I Q __________
252
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
Təkcə Nizami, Füzuli,  Nəsimi deyil,  başqa böyük şəxsiyyətlər 
də islam sivilizasiyasını  inkişaf etdirməkdə xidmət göstərmişlər. 
Bunlar  hamısı  kiçik  bir  ərazidə  olan  Azərbaycana  məxsusdur. 
Azərbaycan  özündə bu  qədər böyük,  zəngin  sərvətləri  qoruyub 
saxlayıbdır.  Mən  çox arzu edirdim  ki,  siz elmi  müzakirələrlə ya­
naşı,  Azərbaycanla,  Bakı  ilə tanış olasınız.  Bilmirəm,  Elçin  Əfən­
diyev bunu təmin edə bilib, ya bilməyibdir.
Mən  sizə  əlavə olaraq bu  fikirləri  çatdırmaq istəyirdim.  Əgər 
mənim bu  fikirlərim  gələcəkdə bizim ümumi işimizi irəliyə apa­
ra  biləcəksə,  mən  bundan  çox  məmnun  olacağam.  Sizi  bir daha 
təbrik edirəm. Gələcək işlərinizdə uğurlar, hər birinizə cansağlı­
ğı, səadət arzulayıram.  Ölkələrinizə,  xalqlarınıza tərəqqi arzula­
yıram. Sağ olun.
253


Heydar Əliyev sıyasoti: TOLERANTLIQ
AZƏRBAYCANIN  RUS  İCMASI 
QURULTAYININ  NÜMAYƏNDƏLƏRİNƏ
Hörmətli  nümayəndələr!
Azərbaycanın  rus  icmasmın  birinci  qurultayının  iştirakçılarını 
səmimi  salamlayaraq,  sizin  hamınıza  xoşbəxtlik,  cansağlığı,  fira­
vanlıq  və  qurultayın  işində  uğurlar  arzulayıram.  Qurultayınızın 
BMT-nin  Ümumi  İnsan  Hüquqları  Bəyannaməsinin  50  illiyində 
keçirilməsi bunu bir daha təsdiq edir ki, bizim dövlətimizdə insan, 
onun maraq və hiiquqlan diqqət mərkəzindədir.
1995-ci  ildə  ümumxalq  referendumunda  qəbul  edilmiş Azər­
baycan  Konstitusiyası  cəmiyyətimizin  ideyasiyasi  və  dünyagö­
rüşü əsasını yaratmışdır.  Konstitusiya  respublikada həyata keçi­
rilən bütün  təşəbbüslərə sosial və siyasi  istiqamət vermişdir.
Azərbaycan  hələ  qədimdən  bununla  məşhurdur  ki,  müxtəlif 
millətlərə  və  dinlərə  mənsub  olan  insanlar bu  torpaqda  özlərinə 
ikinci vətən tapmışlar. Tarixi taleyin hökmü ilə Şimali Azərbaycan 
təxminən iki əsr siyasi, iqtisadi və mənəvi cəhətdən Rusiya ilə bağ­
lı  olmuşdur.  Rusiyada  Azərbaycan  icmasının  və  Azərbaycanda 
rus  icmasının  formalaşması  məhz  həmin  dövrdə  baş  vermişdir. 
Müxtəlif etnoslara mənsub vətəndaşların konkret sosial  və mənə­
vi problemlərinin cəmiyyətdə necə həll edilməli olması barədə su­
ala  cavablarm  axtarışları  tariximizin  indiki  mərhələsində  kütləvi 
şüur üçün xüsusi əhəmiyyət kəsb edir.
Şübhəsiz ki, sizin qurultayınız insan və vətəndaş hüquqlarına 
tam əməl olunmasını dövlətlə birlikdə təmin etməli olan vətəndaş 
cəmiyyəti  təsisatlarının  inkişaf etmiş şəbəkəsinin  formalaşmasın­
da son dərəcə mühüm mərhələlərdən biridir.
Azərbaycan  istər öz coğrafisiyasi  mövqeyinə  görə,  istərsə  də 
burada  Qərb  və  Şərq  sivilizasiyalarının  ən  yaxşı  nailiyyətlərini 
özündə  təcəssüm  etdirmiş  bənzərsiz  mədəni  ənənələrin  forma­
laşmasına  görə postsovet məkanında nadir bir yer tutur. Bir çox
254
onilliklər  ərzində  rus  icması  xalqımızın  milli  mənəvi  dəyərlə­
rinin  inkişafı  üçün  xeyli  səy  göstərmişdir.  Keçmişdə  Azərbay­
canda  rus  alimlərinin,  yazıçıları  və maarifçilərinin  əməyini  son 
dərəcə yüksək qiymətləndirərək, bu gün həmin tarixi ənənələrin 
qorunub  saxlanması  və  artırılması  üçün  görülən  işləri  də  qeyd 
etmək lazımdır.
İndi,  müstəqil, azad Azərbaycan haqqında çoxəsrlik arzuları- 
mızın gerçəkləşdiyi bir vaxtda biz ümummilli mənafelər naminə, 
vətənimizin  ərazi  bütövlüyünün  bərpa  olunması  naminə  daha 
böyük  məqsədyönlülüklə  fəaliyyət  göstərməliyik.  Bu  müstəqil­
lik  uğrunda,  suverenlik  uğrunda  mübarizədə,  Ermənistanın 
dövlətimizə qarşı  törətdiyi  müharibədə Azərbaycanın, o cümlə­
dən  də  rus  millətindən  olan bir çox qızları  və oğulları  şəhid  ol­
muşlar. Biz şəhid olanların xatirəsini ehtiramla yad edərək, onlar 
üçün  müqəddəs  olan  ideallar  naminə Azərbaycanda  sülhə,  bü­
tün Qafqazda sülhə, bütün Azərbaycan xalqı üçün layiqli firavan 
həyata nail olmalıyıq.
Respublikanın  hər bir vətəndaşının  milli  ənənələrini  müqəd­
dəs tutaraq hifz edən,  öz qədim  və zəngin  mədəniyyətini  qoru­
yub saxlayan və artıran azad, müstəqil, demokratik, dinamik in­
kişaf edən Azərbaycan XXI əsrə inamla qədəm qoyur.
Üçüncü minillik ərəfəsində toplaşan qurultayınıza dövlətçiliyi­
mizin inkişafı və möhkəmlənməsi,  vətəndaş cəmiyyətinin forma­
laşması,  Azərbaycanın  dünya  birliyində  layiqli yer  tutan  müasir 
ölkəyə  çevrilməsi  üçün  möhkəm  bünövrə  yaratmağa  qabil  olan 
qərarlar qəbul etməyi arzulayıram.
Sizə uğurlar olsun!
-----------------------------------------------------------------------------Heydar Əliyev siyjsati: TOLERANTLIQ
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şahar i,  17 dekabr 1998-ci il
255


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə