Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə55/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   51   52   53   54   55   56   57   58   ...   112

Biz Azərbaycanda  öz milli-mənəvə dəyərlərimizə söykənərək, 
eyni  zamanda,  xalqımızın  elminin,  mədəniyyətinin  inkişafına, 
milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsinə 
və vəhdətinə xüsusi əhəmiyyət veririk.
Bu, Azərbaycan üçün yeni bir hadisə deyildir. Məmnuniyyət his­
si ilə demək olar ki, Azərbaycan hələ XVIII-XIX əsrlərdə və XX əsrin 
əvvəlindən  elə bu  istiqamətdə  inkişaf  edirdi.  Bu  baxımdan  Azər­
baycan  Qafqazda  və  Qafqaz ətrafında,  Mərkəzi  Asiyada  yerləşən, 
İslam  dininə  mənsub  olan  xalqlar  içərisində  öz  mədəniyyətini 
ümumbəşəri  dəyərlərlə,  Avropa  mənəvi  dəyərləri,  Avropa  mədə­
niyyəti ilə zənginləşdirmiş ən qabaqcıl ölkədir.
Azərbaycanda  hələ  XIX  əsrdə  dünyəvi  teatrın  yaranması, 
yaxud da Avropa mədəniyyətinin təsiri altında və Avropa mədə­
niyyətinin  dəyərləri ilə Azərbaycanın milli dəyərlərini bir-birinə 
bağlayan  ədəbiyyat,  incəsənət  əsərlərinin  yaranması  Azərbay­
canda bu meylin böyük tarixinin olduğunu göstərir.
Hesab edirik  ki,  bu,  ölkəmizin,  Azərbaycan  xalqının  üstünlü­
yüdür.  Biz  Azərbaycanın  milli-mənəvi  dəyərlərini  ümumbəşəri 
dəyərlərlə  zənginləşdirən  və  onların  vəhdətindən  doğan  elm, 
ədəbiyyat,  incəsənət əsərlərini,  bunları  yaradanları həmişə  yük­
sək qiymətləndirmişik. Azərbaycanın elm, mədəniyyət tarixində 
belə adamlar çox görkəmli yer tutur.
Biz  Nizami,  Füzuli,  Nəsimi  kimi böyük şəxsiyyətlərlə fəxr et­
diyimiz kimi,  eyni  zamanda,  Mirzə Fətəli  Axundov  kimi  böyük 
şəxsiyyətlə də fəxr edirik. Mirzə Fətəli Axundov İslam dəyərlərini 
ən gözəl bilən şəxsiyyətlərdən biri olubdur. O,  İslam dəyərlərinə 
çox sadiq  bir  insan  olubdur.  Amma,  eyni  zamanda,  o,  Azərbay­
canın  milli-mənəvi  dəyərlərini,  İslam  dəyərlərini  ümumbəşəri, 
Avropa dəyərləri ilə zənginləşdirərək dahiyanə və xalqımızın in­
kişafına çox böyük təsir göstərmiş əsərlər yaratmışdır.
Dahi  bəstəkarımız  Üzeyir  Hacıbəyov  nə  qədər  milli  olubsa, 
o  qədər  də  ümumbəşəri  olubdur.  Biz  bunu  qiymətləndiririk. 
Biz  heç  vaxt  yalnız  milli,  dini  dəyərlərə  qapılaraq,  onun  çərçi­
vəsindən  kənara  çıxmayan,  yaxud  ondan  kənarda  heç  bir  şeyi
Hevdor Əliyev siyasəti: T O LERANTLIQ_________________ _________________________________
240
görməyən  insanları,  alimləri  xalqın  inkişafına  xeyir verən  adam 
hesab  etmirik.  Ancaq  milli  xüsusiyyətlərini  qoruyub  saxlayan, 
milli-mənəvi  dəyərlərinə  sadiq  olan,  milli-mənəvi  dəyərləri­
ni  yüksək  qiymətləndirən,  onlarla  fəxr  edən,  eyni  zamanda, 
ümumbəşəri  dəyərlərin  xalqımız üçün  faydalı  hissələrini  götü­
rüb Azərbaycan ictimai, elmi, mədəni  fikrini inkişaf etdirən şəx­
siyyətlər Azərbaycanın mədəniyyətini, elmini bax, bu səviyyəyə 
gətirən  insanlardır.  Bu  baxımdan,  Azərbaycanın  XIX-XX  əsrlər­
dəki böyük şəxsiyyətlərinin yaratdığı əsərlər, gördüyü işlər, eyni 
zamanda,  İslam  sivilizasiyasının -  təkcə Azərbaycanda  yox,  bü­
tün  Qafqazda,  o  cümlədən  Mərkəzi  Asiyada  -   müasir  tələblərə 
uyğun  inkişaf etməsinə böyük töhfələr vermişdir.
Mən  çox  məmnun oldum  ki,  İran  İslam  Respublikasının  nü­
mayəndəsi  də  öz  çıxışında  İslam  dəyərləri  və  milli  dəyərlər­
lə  yanaşı,  ümumbəşəri  dəyərlərin  əhəmiyyəti  haqqında  da  çox 
əhəmiyyətli  fikirlər ifadə etdi.  Bunlar hamısı onu göstərir ki,  bu 
mütərəqqi  proses  indi  bütün  ölkələrin  aparıcı  prosesidir.  Azər­
baycan bu tərəqqi yolu ilə keçmişdə də gedibdir, bu gün də gedir 
və gələcəkdə də gedəcəkdir. Biz İslam mədəniyyətinin Azərbay­
can  xalqı  üçün  əvəzsiz  olduğunu  qeyd  edərək,  eyni  zamanda, 
dini,  yaxud  milli  məhdudiyyət yaradan  fikirləri,  meyilləri  və ya 
təklifləri  qəbul  etmirik.  Millilik,  İslamilik,  ümumbəşəri  dəyər­
lərin  sintezi  ilə  xalqı  inkişaf  etdirə  bilər.  İndi  dünyadakı  bəzi 
mərkəzlərdə "İslam  fundamentalizm!,  İslam  ekstremizmi,  fana­
tizmi"  haqqında  da  fikirlər söylənilir.
Hesab  edirəm  ki,  bizim  müqəddəs  kitabımız  Qurani-Şərif 
heç vaxt fundamentalizmin əsasını qoymayıbdır.  Kimsə bu  fun­
damentalizm,  ekstremizm  meyitlərini  İslam  dinindən  istifadə 
edərək  yaradır  və  inkişaf  etdirirsə,  hesab  edirəm  ki,  onlar  İsla­
mın əsas prinsiplərindən müəyyən qədər uzaqlaşırlar. Biz İslam 
mədəniyyətini,  İslam  mənəvi  dəyərlərini  müqəddəs  kitabımız 
Qurani-Kərimdə olduğu  kimi  qəbul  edirik. Onların  təhrif olun­
ması, əgər dini dildə desək, günahdır. Biz istəmirik ki,  kimsə gü­
naha  batsın.
_______________________________________________ Hevdor Əliyev siyasoH: TOLERANTLIQ
241


Hevdor Əliyev siyasoti: TOLERANTLIQ
Man  bu  fürsətdən  istifadə  edib  bir  neçə  fikrimi  sizə  çatdır­
maq  istədim.  Yəqin  ki,  siz  alimlər,  bu  işlərin  mütəxəssisləri  bu 
barədə bu simpozium zamanı daha  dəyərli fikirlər irəli sürəcək­
siniz.  Ancaq  mənim  fikirlərim  də əgər sizə  bu  barədə  müəyyən 
qədər əhəmiyyətli olsa, mən bundan məmnun olaram.
Bugünkü simpoziumun gedişini dinləyərək mən belə fikrə gə­
lirəm  ki, Azərbaycan  Qafqazda  İslam sivilizasiyası  araşdırmala­
rının  mərkəzi ola bilər. Azərbaycanın buna haqqı da vardır. Mən 
nitqimin  əvvəlində  İslamın  Qafqazda  yayılmasında Azərbayca­
nın  rolu haqqında danışdım. Tarixi  faktlar onu  göstərir ki, Azər­
baycandan  bir  az  şimalda  olan  xalqlar  İslamı  yalnız  XVI  əsrdə 
qəbul  edibdir.  Ancaq  Azərbaycan  xalqı,  yəni  bizim  indi  yaşadı­
ğımız bu Azərbaycan İslamı hələ VII əsrdə qəbul edibdir. Görür­
sünüz,  qısa  bir  məsafədə  İslamın  şimala  doğru  yayılması  üçün 
nə  qədər  vaxt  lazım  olubdur.  Bunu  araşdırmalar  daha  dəqiq 
göstərə bilər. Ancaq şübhəsiz, bunların hamısının yolu Azərbay­
candan  keçibdir.  Əgər  İslamın  sərhədi  bir neçə  əsrdə  Qafqazda 
Dərbəndlə  məhdudlaşıbsa  və  İslam  Dərbənddən  şimala  yalnız 
sonralar,  yəni  XV-XVI  əsrlərdə  keçibsə,  bu  onu  göstərir  ki,  İs­
lam  dini Azərbaycanda  nə qədər güclü olubdur.  Eyni  zamanda, 
İslam  dininin  şimala  yayılması  da  o qədər asan olmayıbdır.  Bu, 
vaxt tələb edibdir.
Bütün  bunlara  görə  hesab  edirəm  ki,  Azərbaycan  bu  sahədə 
Qafqazda araşdırma  mərkəzi ola bilər. Əgər siz hamınız belə bir 
qərara  gələ  bilsəniz,  Azərbaycanda  bir  mərkəz  yaratmaq  olar. 
Azərbaycan  dövləti  də  buna  himayəçilik  edə,  kömək  göstərə 
bilər.  Mən  hər halda  Azərbaycanın  timsalında  demək  istəyirəm 
-   bu  sahədə  çox  böyük  işlər  görülməlidir.  Elmi  tədqiqat  üçün 
burada geniş imkanlar vardır.
Mən bir xüsusiyyəti də qeyd etmək istəyirəm. Sovet hakimiy­
yəti  illərində  Azərbaycanın  özündə  demək  olar  ki,  islamşünas- 
lar  çox  az  idi,  bəlkə  də  yox  idi.  Bunun  da  səbəbini  sizə  deyim. 
Məsələn,  keçmiş Sovetlər İttifaqında  islamşünaslar  əsasən  Mos­
kvada  idilər. Çünki  İslama  mən dediyim həmin kommunist ide-
242
Heydar Əliyev sıyasali: TOLERANTLIQ
ologiyası  tərəfindən  o qədər mənfi  münasibət var idi  ki, İslama 
mənsub  olan alimlərin  özləri  İslamşünaslıqla  məşğul  olmaqdan 
çəkinirdilər,  qorxurdular.  Digər  tərəfdən  də  hesab  edirdilər  ki, 
bu,  dünya  elmi  üçün  o  qədər  də  əhəmiyyətli  bir  sahə  deyildir, 
yaxşı olar ki, başqa bir sahə ilə məşğul  olsunlar.
Məsələn,  Quranın  Azərbaycan  dilinə  çevrilməsi  respublika­
mız müstəqillik əldə edəndən sonra, yaxud həmin ərəfədə müm­
kün  oldu.  Mən sizə  açıq  deyim  ki,  sovet hakimiyyəti  vaxtı əgər 
Quran  Azərbaycan  dilinə  çevrilsəydi,  şübhəsiz  ki,  buna  nəinki 
irad tutacaqdılar, bəlkə bundan ötrü kimisə cəzalandıracaqdılar. 
Amma,  eyni  zamanda,  Quran  rus  dilinə  tərcümə  olunmuşdu. 
Ərəb dilini bilməyən azərbaycanlıların çoxu Quranı həmin o rus 
tərcüməsindən, nəşrindən götürüb oxuyurdular.
Nə üçün belə hadisə var idi, nə üçün Quran rus dilinə tərcümə 
olunmuşdu,  ancaq  Azərbaycan  dilinə  tərcümə  edilməmişdi? 
Çünki  Qurandan  istifadə etməyi azərbaycanlılara  qadağan edir­
dilər.  Hesab edirdilər ki, Quran rus dilinə tərcümə olunubdur və 
guya xristianlar tərəfindən  İslam dinini öyrənmək üçün lazımdır. 
Amma  Quran  Azərbaycan  dilinə  tərcümə  olunsa,  bu,  azərbay­
canlıların İslam dininə meylini artıracaqdır. İş burasında idi.
Amma,  eyni  zamanda,  Xristian  dininə  məxsus  kitabların  rus 
dilində nəşr olunması qadağan deyildi. Elə bunun özü də Sovet­
lər İttifaqı  zamanı  müxtəlif xalqlara  müxtəlif münasibət olduğu­
nu göstərirdi. Bu  səbəbdən də Azərbaycan alimləri  çox az, nadir 
halda  İslamşünaslıqla,  İslam  dinini  öyrənməklə məşğul  olurdu­
lar,  bu  barədə  kitablar  yazırdılar.  Çünki  hesab  edirdilər  ki,  bu 
kitablar,  tədqiqatlar  onlar  üçün  qiymətli  deyildir.  Yenə  də  de­
yirəm, bəziləri do qorxurdular,  çəkinirdilər.
Ekmələddin  İnsanoğlu  indi  mənə  deyirdi  ki,  rəhmətlik  Ziya 
Bünyadov  və  rəhmətlik  Cahangir  Qəhrəmanov  bu  mərkəzlə 
neçə  illər  idi  əməkdaşlıq  edirdilər.  Bu  həqiqətdir.  Mən  bilirəm 
ki, onların ikisi də böyük alim kimi, İslam tədqiqatları ilə məşğul 
olurdular. Ancaq bunlar Azərbaycanda çox azlıq təşkil edirdilər. 
Onlar da böyük alim olduqlarına,  başqa  tədqiqatlar da apardıq­
243


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə