Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hovd.w Əliyey siy.ıs.ıti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə52/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   48   49   50   51   52   53   54   55   ...   112

Hovd.w Əliyey siy.ıs.ıti: TOLERANTLIQ
MİNGƏÇEV İRDƏ  MƏSCİD  KOMPLEKSİNİN 
AÇILIŞI  MƏRASİMİNDƏ  NİTQ
8 oktyabr 1998-ci il
Əziz bacılar, qardaşlar!
Əziz dostlar, əziz mingəçevirlilor, əziz qarabağlılar!
Mən sizin  hamınızı  ürəkdən salamlayıram.  Mən  bu gün  Min­
gəçevirə gəlmişəm  ki,  Mingəçevir sakinləri  ilə,  sizinlə görüşüm, 
siz də məni görəsiniz,  mən də sizi görüm.
226
Н суЈаг Oliy,-v siyasəti: TOLERANTLIQ
Sizi  çoxdandı  görməmişdim.  Ona  görə  də  sizin  üçün  darıx­
mışdım. Mingəçevirin tikilməsində, qurulmasında, inkişaf etmə­
sində  mən  vaxtilə çox zəhmət çəkmişəm.  İndi  mən  buraya gəlib 
bu  hündür binaları,  gözəl  küçələri,  gözəl  meydanları,  gözəl  ya­
şıllıqları görəndə sevinirəm. Çünki 30 il bundan öncə man Azər­
baycana  rəhbərliyə  başlayarkən  biz  Azərbaycanın  hər  yerində 
quruculuq  işləri  aparırdıq.  Ancaq  Mingəçevir gənc  şəhər  oldu­
ğuna  görə,  energetiklər şəhəri  olduğuna  görə,  buraya  xüsusi  fi­
kir verirdik.
Mən  çox  şadam  ki,  bizim  gördüyümüz  işlər  yaşayır,  inkişaf 
edir  və  insanlar  burada  yaranmış  bütün  imkanlardan  istifadə 
edir,  yaşayırlar.  Mingəçevir  indi  artıq  tək  mingəçevirlilor  üçün 
yox,  eyni  zamanda,  Qarabağdan,  işğal  olunmuş  torpaqlardan 
didərgin düşmüş insanların bir qismi  üçün də yaşayış yeri olub­
227


Heydər Əliyev siyasəti: TOLERANTLIQ
dur.  Мәп  çox  məmnunam  ki, siz,  mingəçevirlilər bizim soydaş­
larımızı,  bacı  və qardaşlarımızı, evini,  yurdunu  itirmiş insanları 
qoynunuza  almısınız, onlara  mehribanlıq göstərirsiniz,  onlar da 
sizinlə birlikdə yaşayırlar.
Mən sizə bəyan edirəm ki,  bunların hamısı müvəqqətidir. Şü­
bhəsiz  ki,  Qarabağ azad  ediləcəkdir. Şübhəsiz  ki,  işğal olunmuş 
bütün  torpaqlarımız azad ediləcək, Azərbaycanın ərazi bütövlü­
yü  bərpa  olunacaq  və  yerindən-yurdundan  zorla  çıxarılmış  in­
sanlar öz yerlərinə-yurdlarına qayıdacaqlar.
Biz keçmişdə sovet hakimiyyəti dövründə yaşamışıq, sovet qu­
ruluşunda  yaşamışıq, kommunist ideologiyası altında yaşamışıq. 
Ona  görə də  bizim  mənəvi  mənbəyimiz,  mənəvi  dəyərimiz  olan 
dinimizi  əlimizdən  almışdılar,  din  qadağan  olunmuşdu,  bütün 
dini etiqadlar qadağan edilmişdi, yasaq olunmuşdu.
Ancaq 70 il belə bir şəraitdə yaşayan Azərbaycan xalqı öz doğ­
ma  İslam  dinindən  heç  vaxt ayrı  düşməmişdir.  Bizim dinimiz -  
İslam  dinimiz  qəlbimizdə  yaşamışdır,  insanlar  onu  yaşatmışlar 
və  Azərbaycan  kommunist  ideologiyasından,  sovet  hakimiyyə­
tindən  xilas olandan  sonra  qısa  bir zamanda  insanlar öz  qəlblə­
rində  yaşatdıqları  bu  hissiyyatları,  dinə  olan  münasibəti  dərhal 
bir  fəvvarə,  fontan  kimi  aşkar  etdilər  və  din  yenidən  bizim  cə­
miyyətimizdə öz yerini tutdu. İslam dini indi Azərbaycanda bü­
tün insanlar tərəfindən hər kəsin öz istədiyi kimi,  vicdan azadlı­
ğından  istifadə edərək yayılır və istifadə edilir.  Dindarlar, Azər­
baycanın xeyirxah  insanları Azərbaycanın  müxtəlif bölgələrində 
məscidlər  tikirlər,  insanların,  vətəndaşların  öz  dini  etiqadlarını 
həyata  keçirməsi üçün, öz arzularını  yerinə yetirməsi üçün məs­
cidlərdə onlara  lazımi şərait yaradırlar.
Mingəçevir keçmişdə şəhər olmayıbdır.  Bu şəhər 50 il bundan 
öncə yaranıbdır.  Bizim elə  yerlər var ki,  orada  əsrlər boyu  məs­
cidlər  olub,  onlar  dağıdılıb,  yenidən  tikilib.  Amma  burada  heç 
bir  şey  olmayıbdır.  Burada  yaradılanların  hamısı  yenidir.  Bəli, 
bu şəhərin əsası 50 il bundan öncə qoyulubdur və məscid  də bu­
rada yenidir. Mən məmnunam ki, burada xeyirxah insanlar məs­
228
cid  də  tikiblər,  İslam Universitetinin  filialını  da  yaradıblar,  dərs 
də  verirlər.  Mən  burada  gördüm  ki,  gənc qızlar  nə qədər gözəl 
danışırlar -  həm dini nöqteyi-nəzərdən, həm də bugünkü  mədə­
niyyətimizə uyğun olaraq. Onlar məni həm Azərbaycan dilində, 
həm də başqa dillərdə salamladılar. Bu onu göstərir ki, xalqımız 
təhsillənir, inkişaf edir.
Din  həmişə  bizim  mənəvi  dəyərlərimizin  qoruyucusu  olub­
dur,  mənəvi  dəyərlərimizi  yaşadan  olubdur.  Mənəvi  dəyərlə­
rimizin  əksəriyyəti  keçmişdə  İslam  dininin  dəyərləri  əsasında, 
büqəddəs  kitabımız  Qurani-Şərifin  ayələri  əsasında,  surələri 
əsasında  yaranıbdır.  Ona  görə  də  dinimizə  yenidən  qayıtmaq, 
yenidən  müqəddəs kitabımızın,  Həzrət Məhəmməd  peyğəmbə­
rin  qoyduğu  yolla  getmək  və  Qurani-Şərifin  tələblərinə  riayət 
etmək,  şübhəsiz,  insanları  həmişə  saflığa,  təmizliyə,  saf  mənə­
viyyata apanr, düz yola, doğru yola aparır. Ona görə də mən bu­
rada  böyük bir  məscid  kompleksinin  tikilməsini -  məscid  bina­
sının,  təhsil  yerinin,  İslam  Universitetinin  filialının yaranmasını 
çox əlamətdar hadisə hesab edirəm və bu işin təşəbbüskarlarına, 
bunu  yaradanlara  təşəkkürümü  bildirirəm.  Şübhəsiz ki,  indi  bu 
cür  məscidlər,  dini  müəssisələr  insanların  yardımı,  insanların 
vəsaiti əsasında  tikilir. Bu da onu göstərir ki, insanlar öz mənəvi 
köklərinə,  keçmişinə,  dininə necə sadiqdirlər.  Ona  görə heç kəs 
burada  sorğu-sual  etməməlidir -   bu,  haradan  tikilib,  pul  hara­
dan gəlib, haraya gedib.  Əsas o deyildir. Əsas odur ki, yeni-yeni 
binalar tikilibdir. Əsas odur ki, Allah evi tikilibdir. Əsas odur ki, 
məscid  tikilibdir.  Əsas  odur  ki,  burada  təhsil  almaq  üçün  bina 
tikilibdir. Ona görə mən bunu bəyənirəm, alqışlayıram və bu işi 
görənlərə təşəkkür edirəm.
Mən  çox  təşəkkür  edirəm  ki,  əziz  dostlar,  siz  -   bu  məscidi, 
kompleksi  yaradanlar buranı  mənim adımla bağlamısınız,  hətta 
bura  mənim  adımı  verirsiniz.  Mən  bunu  özüm  üçün  şərəf  he­
sab edirəm. Azərbaycan xalqını əsrlər boyu yaşadan,  onu böyük 
bəlalardan, fəlakətlərdən qurtaran Azərbaycanın əsrlər boyu ya­
ratdığı  mənəvi dəyərlər olmuşdur.  Bu  mənəvi dəyərlərin  də ya-
____________________________________________  
Hoydor Əliyev siyasali: TOLERANTLIQ
229


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə