Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydər Oliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə50/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   46   47   48   49   50   51   52   53   ...   112

Heydər Oliyev siyasəti: TOLERANTLIQ
Bütün  bunlara  baxmayaraq, Azərbaycan öz mənəvi  köklərinə 
sadiq olaraq, mənəvi dəyərlərinə sadiq olaraq yenə də Qafqazda 
sülhün  yaranmasına  çalışır  və  məhz  buna  görə  də  dörd  il bun­
dan  öncə,  1994-cü  ilin  may  ayında  Ermənistanla  Azərbaycan 
arasında  atəşkəs sazişi  imzalanıbdır.  Dörd  ildən artıqdır ki, atəş 
yoxdur,  qan  tökülmür,  ancaq  sülh  də  yoxdur və  işğal  olunmuş 
torpaqlar  işğal  altında  qalır  və  oradan  zorla  çıxarılmış  insanlar 
da 5-6 ildir ki,  çadırlarda yaşayırlar.
Buna  baxmayaraq,  biz  məsələnin sülh  yolu  ilə həll  olunması­
na  çalışırıq,  danışıqlar  aparırıq  və  bu  gün  bəyan  edirəm  ki,  Er­
mənistan -  Azərbaycan müharibəsinin, münaqişəsinin sülh yolu 
ilə həll olunması üçün Azərbaycan bundan sonra da öz səylərini 
qoyacaqdır.  İnanıram  ki,  vəziyyət  belə  davam edə  bilməz,  sülh 
yaranmalıdır.  Ancaq  onun  əsas  şərti  bundan  ibarətdir  ki,  işğal 
olunmuş  torpaqlar erməni silahlı  qüvvələrindən azad olmalıdır, 
oradan  zorla  çıxarılmış  azərbaycanlılar,  müsəlmanlar  öz  yerlə­
rinə,  yurdlarına  qaytarılmalıdır,  Azərbaycanın  ərazi  bütövlüyü 
bərpa  edilməlidir  və  Azərbaycan  dövlətinin  tərkibində  Dağlıq 
Qarabağ  kimi  kiçik  bir  vilayətə,  bir  quruma  özünüidarəetmə 
hüququ verilə bilər və Dağlıq Qarabağda ermənilər də, azərbay­
canlılar da  təhlükəsiz  yaşaya  bilərlər.  Biz  məsələnin  bu  şərtlərlə 
həll edilməsinə çalışırıq.
Ancaq  eyni  zamanda,  Abxaziya  münaqişəsi  də  bizi  narahat 
edir.  Gürcüstanla  Azərbaycan  arasında  sıx  dostluq,  qardaşlıq 
əlaqələri  var.  Bu  gün  mən  burada  xüsusi  qeyd  etmək  istəyirəm 
ki,  bəzən  dini  mənsubiyyətlərə  görə  ölkələr,  xalqlar  arasında 
savaşlar,  davalar,  müharibələr  başlayır,  eyni  zamanda,  insanlar 
sülhsevər olarkən, xalqlar,  millətlər sülhsevər olduğu halda dini 
fərq  heç vaxt müharibəyə,  münaqişəyə gətirib çıxarmır.  Gürcüs­
tanla Azərbaycan  arasında  bizim  dini  mənsubiyyətimizin  fərqli 
olmasına  baxmayaraq,  heç  vaxt  münaqişə  olmayıbdır.  Gürcüs­
tan-Azərbaycan  dostluğu  dünya  xalqlarına  nümunə kimi göstə­
rilə bilər. Gürcüstanda yarım milyon azərbaycanlı müsəlman ya­
şayır, onlar orada  Gürcüstanın bərabərhüquqlu  vətəndaşlarıdır.
218
Heydar Əliyev siyasati. TOLERANTLIQ
Azərbaycanda isə gürcülər də yaşayırlar. Onlar da Azərbaycanın 
bərabərhüquqlu  vətəndaşlarıdır,  Azərbaycanın  bütün  imkanla­
rından  istədikləri  kimi  istifadə  edə  bilirlər.  Ona  görə  də  ürəyi­
miz  ağrıyır  ki,  nə  üçün  Abxaziya  münaqişəsi  indiyə  qədər  da­
vam edir. Şübhəsiz ki, biz öz münaqişəmizə son qoyulması kimi, 
Abxaziya  münaqişəsinin də ləğv olunmasını istəyirik.
Çeçenistanın son illər başına  gələn bəlalar, keçirdiyi həyat bi­
zim hamımızı, bütün müsəlmanları, o cümlədən biz azərbaycan­
lıları incidib, narahat edibdir. Ona görə də inanırıq ki, çeçen xalqı 
bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaqdır və çe­
çen  xalqına  qarşı  keçmişdə  olan  təcavüz  və  vəhşiliklər  bundan 
sonra təkrar edilməyəcəkdir. Biz inanırıq ki, Çeçenistanın içində 
də bütün  insanlar,  o  cümlədən  müsəlmanlar həmrəy  olacaqlar, 
birlik  əldə  edəcəklər, Çeçenistanın  xalq  tərəfindən seçilmiş pre­
zidentinin ətrafında birləşəcəklər və Çeçenistanda sabitliyin, sül­
hün  yaranması  Qafqazda  sülhün,  əmin-amanlığın  yaranmasına 
çox kömək edəcəkdir.
Dağıstanda indi gedən proseslər də şübhəsiz, bizi narahat edir, 
çünki Azərbaycan Dağıstanla çox sıx əlaqədədir. Azərbaycanda ya­
şayan  insanların  bir qismi  Dağıstan  xalqlarına  mənsubdur.  Dağıs­
tanda azərbaycanlılar da yaşayır. Bizim aramızda olan sərhəd tama­
milə formal xarakter daşıyır, sərhəd yoxdur.
Biz  əsrlər  boyu  bir  yerdə  yaşamışıq,  bir-birimizlə  bir  yerdə 
olmuşuq  və  Allaha  şükürlər  olsun  ki,  dinimiz  də  birdir.  İslam 
dini  bizi  həmişə birləşdiribdir,  bizi  həmişə bir-birimizə daha  da 
yaxınlaşdırıbdır. Ona görə də burada heç bir ayrı-seçkilik ola bil­
məz -  nə Azərbaycanda, nə də Dağıstanda. Azərbaycanda bizim 
siyasətimiz məhz bundan  ibarətdir.  Ona  görə də Dağıstanda  ic­
timai-siyasi  vəziyyətin  sabitliyi,  daxili  vəziyyətin sabitliyi,  sülh, 
əmin-amanlıq  olması  Qafqazda  sülh,  əmin-amanlıq  olmasının 
əsasını təşkil edir. Azərbaycanla Dağıstan arasındakı münasibət­
lər ümumqafqaz münasibətlərinə çox böyük təsir göstərir.
Biz  arzu  edirik  ki,  Dağıstanda  gedən cürbəcür mənfi  proses­
lərə son  qoyulsun.  Biz hamımız Dağıstan  müftisinə qarşı edilən
219


təcavüz,  terror  aktından  sarsıldıq.  Mən  onu  şəxsən  tanıyırdım 
və  o,  Azərbaycana  rəsmi  səfərə  gəlmişdi,  mən  onunla  çox  ma­
raqlı  söhbətlər  aparmışdım.  Onun  xahişi  ilə  biz  hər  il  Dağıs­
tandan  həcc  ziyarətinə  gedən  insanlara  Azərbaycan  ərazisində 
gözəl  şərait  yaradırıq.  Hər il  oradan  13-14  min  Dağıstan  vətən­
daşı, müsəlmanlar Azərbaycanın imkanlarından istifadə edərək, 
Azərbaycan  ərazisindən  həcc  ziyarətinə,  Məkkəyə,  Mədinəyə, 
Kəbəyə gedib öz müqəddəs borclarını yerinə yetirirlər. Bunların 
hamısını  Dağıstanın  müftisinin, bizim  unudulmaz dostumuzun 
xahişi  ilə  və  onunla  əməkdaşlığımız  nəticəsində  edirdik.  Buna 
görə də ona  terror edilməsini  pisləyirik.  Bilirsiniz,  din xadiminə 
terror etməkdən də böyük cinayət yoxdur.  Hər bir cinayət bağış­
lanılmazdır.  Amma  din  xadiminə,  böyük bir ölkədə  İslam  dini­
nin  başçısına  terror etmək,  onu həlak etmək, onu qətlə yetirmək 
ən  böyük  cinayətdir.  Biz  ümid  edirik  ki,  Dağıstanın,  Rusiyanın 
hakimiyyət orqanları  bu  cinayətkarları  axtarıb  tapacaqlar  və la­
zımi ölçü  götürəcəklər.
Biz  istəyirik  ki,  Şimali  Qafqazda  olan  bütün  respublikalann, 
ölkələrin hamısı sülh, əmin-amanlıq əldə etsinlər. Bu münasibət­
lə Rusiya  müsəlmanları  ilə  Azərbaycan  arasındakı  əlaqələrə  də 
mən  xüsusi  əhəmiyyət  verirəm.  Burada  bizim  dostumuz Rama­
zan  Abdulatipov  bəyan  etdi  ki,  Rusiyada  20  milyon  müsəlman 
yaşayır.  Bunu bilmək lazımdır və Rusiyanın hakim dairələri bu­
nunla hesablaşmalı və öz siyasətində bunu nəzərə almalıdırlar.
Keçmişdə  sovet  hakimiyyətinin,  kommunist  ideologiyasının 
vurduğu zərbələrdən biri də bu  idi ki, bu din tamamilə qadağan 
edildiyinə görə harada  insanların hansı  dinə mənsub olduğu bi­
linmirdi.  Məsələn,  müttəfiq  respublikalarda,  tutaq  ki,  Azərbay­
canda, yaxud Orta Asiyada  bilinirdi ki, burada əhalinin əksəriy­
yəti  müsəlmanlardır.  Amma  Rusiyada  nə qədər muxtar respub­
likalar vardı, vilayətlər vardı. Elə Şimali Qafqazın özündə hamısı 
İslam dininə etiqad bəsləyirlər, müsəlman dininə mənsubdurlar. 
Amma  sovet  hakimiyyəti  onlarla  hesablaşmırdı.  Bu  da  keçmiş 
hakimiyyətin,  keçmiş  ideologiyanın  tarix  qarşısında  ən  böyük 
günahlarından biridir.
H eydir Əliyev sivasati: TOLERANTLIQ 
__________ ___________ ______________________
2 2 0
Heydar Əliyev siyaşoli; TOLERANTLIQ
Güman  edirəm  ki,  Rusiyanın  hakim  dairələri  keçmiş  Sovet­
lər  İttifaqında  buraxılmış  səhvlərdən  nəticə  çıxaracaq  və onlara 
yol verməyəcəklər. Mən bunu xüsusi qeyd edirəm, çünki Rusiya 
həmişə  bəyan  edir  ki,  o,  keçmiş  Sovetlər  İttifaqının  beynəlxalq 
aləmdə varisidir. Biz də bununla hesablaşırıq. Əgər bugünkü Ru­
siya  keçmiş  Sovetlər  İttifaqının  varisidirsə,  Sovetlər  İttifaqında, 
xüsusən milli münasibətlər sahəsində, Rusiya ərazisində yaşayan 
ayn-ayrı millətlərə mənsub olan insanlara qarşı buraxılan səhvlər 
artıq bu gün və gələcəkdə buraxılmamalıdır.
"Qafqaz  evi"ni  yaratmaq  üçün,  Qafqazı  sülhün  bərqərar  ol­
duğu  Qafqaz  etmək  üçün  1996-cı  ildə  mən  Gürcüstanda  rəsmi 
səfərdə olarkən Prezident  Eduard Şevardnadze ilə mən,  iki  pre­
zident -  Gürcüstan və Azərbaycan  Prezidentləri bəyanat verdik, 
"Qafqazda sülh" bəyanatı verdik ki, başqa ölkələr də, başqa döv­
lətlər də bu bəyanata  qoşulsunlar və hamımız birlikdə sülhü  tə­
min  edək.  Mən  bu  gün  də  bu  bəyanatın  vacib  olduğunu  bəyan 
edirəm, bu gün sizin irəli sürdüyünüz "Ümumqafqaz evi"  təkli­
fini də müsbət qiymətləndirirəm və hesab edirəm ki, bu iki təşəb­
büsü bir-biri ilə birləşdirərək Qafqazda sülhün, əmin- amanlığm 
yaranmasına nail ola  bilərik və nail olmalıyıq.
Xalqlarımız,  Qafqazda yaşayan xalqlar və Qafqaz müsəlman­
ları böyük tarixə malikdirlər.  Qafqaz elə bir yerdir ki,  ayrıca  bir 
kənd  də özünün  müstəqil  dili ilə,  müstəqil adət-ənənələri  ilə  və 
qədim  tarixi  ilə  seçilir.  Bunları  sovet  hakimiyyəti  vaxtı  hesaba 
almırdılar, saymırdılar, hamını bir hesab edirdilər. Hətta belə bir 
ideya  vardı  ki,  sovet xalqı  adamlann  yeni  tarixi  birliyidir.  Bunu 
xatırlayırsınızım? Yəqin  ki,  bunu dostum Abdulatipov da  xatır­
layır.  Bilirsinizmi,  ortaya  əcaib  bir  ideya  atılmışdı:  sovet  xalqı 
adamların yeni tarixi birliyidir. Şübhəsiz ki, belə bir ideya tarixin 
sınağından  keçə  bilmədi,  dağıldı.  Amma  xalqlara,  o  cümlədən 
Qafqaz  xalqlarına  çox  ziyan  gətirdi,  bizim  xalqlarımızın  bəzi 
adət-ənənələrinin ləğv olunmasına, yaxud unudulmasına gətirib 
çıxardı.
2 2 1


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə