Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydər Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə46/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   42   43   44   45   46   47   48   49   ...   112

Heydər Əliyev siyasəti: TOLERANTLIQ
memarlıq  tarixini  zənginləşdirən  bir  abidədir.  Bunun  mənası 
həqiqətən  çox  yüksəkdir.  O,  həm  ibadətgahdır,  həm  müqəd­
dəs yerdir,  həm  ziyarətgah,  həm  də  gözəl  memarlıq  abidəsidir 
Ümid edirəm  ki, gələcək nəsillər bizim bu  tarixi, xeyirxah işimi­
zi laviqincə qiymətləndirəcək, bu  məscidi, ziyarətgahı  əbədi ya­
şadacaq və bu  müqəddəs yerin başına  keçmişdə gəlmiş bəlalara 
bir daha yol  verməyəcəklər.
Mən,  eyni  zamanda,  bu  məscidin  tikilməsini  Azərbaycan 
xalqının,  müsəlmanlarının  və  İslam  dininə  hörmət  edən,  sadiq 
olan  insanların  ümumxalq  işi  kimi  qiymətləndirirəm.  Məhz 
ümumxalq işi nəticəsində biz bu  gün bu gözəl  ibadətgahın, abi­
dənin önünə toplaşmışıq. Ona görə do bu işdə az da, çox da zəh­
mət göstərənlərin hər biri hörmətə  layiqdir.
Mən  hamıya  təşəkkür  edirəm.  Xüsusən  Bakı  Şəhər  İcra  Ha­
kimiyyəti  və  icra  hakimiyyətinin  başçısı  burada  çox  işlər  gö­
rübdür.  Mən  onların  gördüyü  işləri  xüsusi  qiymətləndirirəm, 
onlara  təşəkkür  edirəm.  Burada  çalışan  və  bu  müqəddəs  yerə 
daim bağlı  olan,  həqiqətən  vətənpərvərlik,  öz millətinə sədaqət 
nümayiş etdirən  Hacı  Hikmətin  xidmətlərini  xüsusi  qiymətlən­
dirirəm. Mən hər dəfə buraya gələndə Hacı  Hikməti  nəinki gör­
müşəm, onun bu yerə nə qədər bağlı olduğunun, xidmət göstər­
diyinin  şahidi  olmuşam.  Ona  görə  də  hörmətli  Hacı  Hikmətə 
və  burada  onunla  bərabər  fəaliyyət  göstərən  din  xadimlərinin 
hamısına  hörmətimi, ehtiramımı  və  təşəkkürümü  bildirirəm.
Görülən  bu  işlər  Azərbaycanda  İslam  dininin  bugünkü  və­
ziyyətini  nümayiş  etdirir.  Bugünkü  vəziyyət  də  odur  ki,  ölkə­
mizdə,  cəmiyyətimizdə  İslam  dini  özünəməxsus  yer  tutubdur, 
mənəvi  dəyərlərimizin daşıyıcısı  və mənəvi  qida  mənbəyi  kimi 
xalqımıza  xidmət  edibdir.  Hesab  edirəm  ki,  bu,  xalqımızın  son 
illərdə ən  gözəl nailiyyətlərindən  biridir.
Bizim  doğma  İslam  dinimizin  Azərbaycanda  öz  yerini  tap­
masında,  insanların  öz  dini  etiqadlarını  yerinə  yetirməsində, 
dinimizin  özünəməxsus  yer  tutmasında  Qafqaz  Müsəlmanla­
2 0 0
Heydor Əliyev siyosoti: TOLERANTLIQ
rı  İdarəsi  və  bu  idarənin  başçısı,  Şeyxülislam  Hacı  Allahşükür 
Paşazadənin  xüsusi  xidmətləri  vardır. Azərbaycanın  Prezidenti 
kimi,  mən  bu  fürsətdən  istifadə edərək,  respublikamızda  İslam 
dininin bütün tələblərinin yerinə yetirilməsi və insanlara vicdan 
azadlığının  verilməsi  sahəsində  əldə etdiyi  nailiyyətlərə,  Azər­
baycanda  xalqın,  millətin  birliyinin,  həmrəyliyinin  möhkəm­
ləndirilməsində,  inkişaf  etməsində  göstərdiyi  fəaliyyətə  görə 
Qafqaz  Müsəlmanları  İdarəsinə  və  onun  rəhbəri  hörmətli  Hacı 
Allahşükür  Paşazadəyə  hörmət  və  ehtiramımı  bildirirəm,  ona 
və onun  ətrafında  olan  bütün  din  xadimlərinin  hamısına  təşək­
kür edirəm.  Əziz  qardaşlar,  gələcək  işlərinizdə  sizə  uğurlar ar­
zulayıram.
Bu  müqəddəs  yeri,  ziyarətgahı  abadlaşdıran,  bu  məscidin 
inşasında  iştirak  edən  hər  bir  kəs  öz  millətinə,  xalqına,  dininə 
böyük xidmət göstərmişdir. Ona görə mən memarlara,  inşaatçı­
lara,  fəhlələrə,  hətta burada  kərpic üstünə bir kərpic qoyan hər 
bir kəsə təşəkkür edirəm,  minnətdarlığımı  bildirirəm.
Bu  gün gördüyümüz məscid,  bu böyük abidə bizi sevindirir. 
Ancaq  hesab  edirəm  ki,  bu,  işin  birinci  mərhələsidir.  Bu  tikinti 
layihə  üzrə  tamamilə başa  çatmalıdır.  Bu  gün  bəyan  edirəm  ki, 
bu məscid kompleksinin layihə üzrə tam sona çatmasını mən öz 
himayəmə  götürürəm  və  onun  həyata  keçirilməsi  üçün  bütün 
imkanları yaradacağam,  lazım olan yardımları edəcəyəm.
Bu  müqəddəs  yerin  ətrafı  da  ona  layiq  olmalıdır.  Ona  görə 
mən hesab edirəm  ki,  bu  məscidin  ətrafında  adablıq  işləri  apa­
rılmalıdır.  Ola  bilər,  bu  abadlıq  işləri  ətrafdakı  bəzi  binaların 
yerinin  dəyişdirilməsi  ilə  əlaqədar  olsun.  Hesab  edirəm  ki,  biz 
bu  müqəddəs yeri  gərək hər cəhətdən  layiqli  edək.  Çünki  artıq 
bu  məscid  tikiləndən,  onun  içərisində  Həzrət  Hökümənin  və 
imam  övladlarının  qəbirlərinin  yeri  xüsusi  müəyyən  ediləndən 
sonra  bu  müqəddəs  yer  təkcə  Azərbaycan  müsəlmanları  üçün 
yox,  bütün  dünya  müsəlmanları  üçün  böyük  bir  ziyarətgaha 
çevriləcəkdir.  Buraya  ziyarətə  gələnlərin  sayı  ilbəil  artacaqdır.
2 0 1


Ona  görə da,  hesab edirəm  ki,  bu  məscidin  ətrafında  böyük  bir 
kompleks  yaradılmalıdır.  Din  xadimlərimiz  əgər  mənim  bu  fi- 
kirlərimlə razılaşsalar,  belə bir layihənin  mənə təqdim  olunma­
sını  arzu edərdim.  Mən  belə  bir  layihənin  həyata  keçiriləcəyinə 
söz verirəm.
Biz  İslam aləminin  bir  hissəsiyik.  İslam  dünyasında  İslam  ta­
rixinə  məxsus  olan  müqəddəs  yerlər,  ziyarətgahlar  vardır.  Biz 
fəxr  etməliyik  ki,  bu  müqəddəs  yerlərdən,  ziyarətgahlardan 
Azərbaycanda  da  vardır.  Onların  ən  hörmətlisi  və ən qiymətlisi 
bu gün bizim toplaşdığımız yerdir.  Ona  görə də  İslam aləminin 
müqəddəs ziyarətgahı  kimi bu yer dünyada  tanınmalıdır,  təbliğ 
olunmalıdır ki,  İslam  tarixi  bu yerin bu  gününün  və  keçmişinin 
izahı  ilə daha da dolğunlaşsın. Bir də ona görə ki,  İslam tarixinin 
hər  bir  müqəddəs  yeri  ümumi  tarix  kitablarında  öz  yerini  tap­
sın.  Bu  işi də görmək lazımdır.  Hesab edirəm  ki, bunların hamı­
sını etmək üçün  mənim  irəliyə sürdüyüm  təkliflər çox lazımdır. 
Siz bununla  razısınızmı? (Yerdən səs/ər: Ba/f,  razıyıq).
Əziz bacılar, qardaşlar,  dostlar!
Bizim  həyatımızda  xoşbəxt  günlər  o  qədər  də  çox  deyildir. 
Həyatımız  ağırdır,  çətindir.  Ancaq  bu  gün  Allaha  şükür  etmə­
liyik  ki,  biz  xoşbəxt  dəqiqələr  yaşayırıq,  bayram  günündə  bir 
yerə  toplaşmışıq,  öz  peyğəmbərimizin  mövlud  gününü  bir yer­
də bayram edirik və bunu  gözəl bir hadisə ilə bərabər qeyd edi­
rik.  Bu,  böyük xoşbəxtlikdir.
Mən bu xoşbəxt gün, bayram münasibətilə sizi  bir daha  ürək­
dən  təbrik edirəm.  Sizə,  bütün Azərbaycan  xalqına,  doğma  mil­
lətimizə öz  sevgimi,  məhəbbətimi  bildirirəm.  Sizi  əmin  edirəm 
ki,  Azərbaycanın  dövlət  müstəqilliyi,  milli  azadlığı  bizim  mil­
li-mənəvi  ənənələrimizin  yaşaması  üçün  ən  əsas  zəmanətdir. 
Əmin  ola  bilərsiniz  ki,  Azərbaycanın  dövlət  müstəqilliyi  indi 
etibarlı  əllərdədir.  Əmin  ola  bilərsiniz  ki,  Azərbaycan  xalqının 
milli azadlığının, dövlət müstəqilliyinin gündən-günə möhkəm­
lənməsi  üçün mən və bütün Azərbaycan dövləti əlimizdən gələ­
ni  edirik  və  bundan  sonra  da  edəcəyik.  Beləliklə,  biz  xalqımızı
Hevdw Əliyev sivos^ti: TOLERANTLIQ^______________ ______________________________ ___
2 0 2
yaşadacağıq,  millətimizi  bir  millət  kimi  yaşadacağıq,  Azərbay­
can  xalqının  dünya  xalqları içərisindəki layiqli  yerini  möhkəm­
ləndirəcəyik.  Dünya  xalqlarını  həm  ölkəmizdə,  həm  də dünya­
da Azərbaycanın  milli, mənəvi, dini dəyərlərinə hörmət etməyə 
çağıracağıq  və  buna  nail  olacağıq.  Bunların  hamısı  üçün  bizim 
xalqımızda  milli  birlik,  həmrəylik  lazımdır.  Bu,  bu  gün  vardır 
və əminəm  ki, bu birlik,  həmrəylik günü-gündən artacaqdır.
Mən  sizi  əmin edirəm  ki, Azərbaycanın milli  azadlığı,  dövlət 
müstəqilliyi  günü-gündən  möhkəmlənəcək,  sarsılmaz,  əbədi, 
sonsuz olacaqdır.
Mən  sizin  hamınıza  cansağlığı  arzu  edirəm,  hər birinizə  ailə 
xoşbəxtliyi arzulayıram. Xalqımıza, millətimizə xoşbəxt gələcək, 
sülh,  əmin-amanlıq arzu edirəm. Sağ olun.
_____ _________________________________________  
Hcyd.ır Əliyev siy.tsoli: TOLERANTLIQ
203


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə