Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə45/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   41   42   43   44   45   46   47   48   ...   112

Hevddr Əliyev siyjsAti: TOLERANTLIQ
VƏHL Dİ  XALQININ  MÜSİBƏTİ  GÜNÜ 
MÜNASİBƏTİLƏ AZƏRBAYCANIN 
YƏHUDİ  İCMASINA MÜRACİƏT
Hər il yəhudi  xalqının  müsibəti günü  dərin hüznlə yad edilir.
Yəhudi  xalqı  İkinci  Dünya  müharibəsi  zamanı  amansız  ay­
rı-seçkiliyə və soyqırımı siyasətinə məruz qalmışdır. Altı  milyon 
günahsız  insan  yalnız etnik  mənsubiyyətinə  - yəhudi  olduğuna 
görə faşizmin  qanlı  irticasının  qurbanına çevrilmişdir.
Azərbaycan  xalqı  tarixən  bəşəri  humanizmə  və  insanpərvər 
təbiəti  etibarilə  hər  cür  ayrı-seçkiliyə  qarşı  olmuş,  başqa  xalq­
ların  müsibətinə  seyrçi  və  etinasız  münasibət  bəsləməmişdir. 
Bunu  respublikamızda  yaşayan  bütün  xalqlar,  o  cümlədən  yü- 
zillər boyu  müxtəlif səbəblərdən  ölkəmizə pənah gətirərək məs­
kunlaşmış yəhudi  əhalisi  də yaxşı bilir.
Yəhudi  xalqının  müsibəti günündə bütün günahsız qurbanla­
rın  əziz  xatirəsini  yad  edərək  xatırlatmaq  istəyirəm  ki,  belə  mil­
li  faciələr Azərbaycan  xalqının  taleyindən  də  yan  keçməmişdir. 
Son  iki  əsrdə  xalqımıza  qarşı  ardıcıl  soyqırımı  və  etnik  təmiz­
ləmə  siyasəti  yeridilmiş,  amansız  kütləvi  qırğınlar  törədilərək 
azərbaycanlılar  indi  Ermənistan  adlandırılan  tarixi  dədə-baba 
torpaqlarımızdan  deportasiya  edilmişdir.  1988-ci  ildən  başlaya­
raq Qarabağda erməni vəhşəti  və vandalizmi bu günümüzün acı 
gerçəkliyidir.  Belə oxşar tarixi  tale xalqlarımızı dərd ortağına çe­
virmiş və bir-birinə daha  da  yaxınlaşdırmışdır.
Bu hüznlü gündə kədərinizə ürəkdən şərik olduğumu bildirir, 
dünyanın  bütün  sülhsevər qüvvələrini  və mütərəqqi  bəşəriyyəti 
indi  də  davam  edən  faşizmə,  irqçiliyə,  hər  cür  soyqırımı  aktına 
qarşı  qəti  mübarizəyə çağırıram.
Heydər Əliyev,
Azərbaycan  Respublikasının  Prezidenti 
Bakı şəhəri,  22 aprel  1998-ci il
194
BİBİHEYBƏT MƏSCİD-ZİYARƏTGAH 
KOMPLEKSİNİN AÇILIŞI  MƏRASİMİNDƏ  NİTQ
12 iyul  1998-ci il
---------------------------------------------------------------------- Heydor Olivev siya^ati: TOLERANTLIQ
Əziz bacılar,  qardaşlar, həmvətənlər!
Əziz azərbaycanlılar,  müsəlmanlar!
Mən  sizi  bu  bayram  -  böyük  peyğəmbər Həzrət  Məhəmməd 
əleyhissəlamın  mövlud  günü  münasibətilə  təbrik  edirəm,  sizin 
hamınıza  cansağlığı,  Azərbaycan  xalqına,  müsəlmanlarına,  bii- 
tiin dünya  müsəlmanlarına  sülh,  əmin-amanlıq  və səadət arzu­
layıram.
Bu  gün  -  bizim  üçün  əziz olan  bu  bayram  günü  Azərbaycan 
Respublikasının, məmləkətinin, xalqının həyatında tarixi hadisə 
baş verir. Biz bu gün XIII əsrdə -  700 il bundan əvvəl müqəddəs­
liyə  çevrilmiş  bu  yerdə  toplaşmışıq.  Bu  müqəddəs  yer  Həzrət
195


Hevdor Əhvev siv.ısoti: TOLERANTLIQ
İmam  Museyi-Kazimin  qızı,  Həzrət İmam  Rzanın bacısı  Həzrət 
Hökümənin torpağa verildiyi, onun  məzarı olan yerdir. Bu yer o 
vaxtdan  indiyə qədər müsəlmanlar üçün  müqəddəs yerə çevril­
mişdir.  Müsəlmanlar  bu  yeri  əsrlər boyu  ziyarət  etmiş,  burada 
özlərinə  ümid,  pənah  axtarmışlar,  dinimizə,  Allaha,  peyğəm­
bərə  dua  etmişlər,  özlərini  yaşatmışlar,  İslam  dininə  sadiq  ol­
duqlarını  nümayiş etdirmişlər.
Biz  fəxr edirik  ki,  İslam  aləmində  İslamı  təmsil  edən  müqəd­
dəs yerlərdən Azərbaycanda  da  vardır.  Bu  müqəddəs yerlərdən 
ən  əzizi  bu  gün  bizim  toplaşdığımız  yer  -   Həzrət  Hökümənin 
qəbri,  bu  qəbrin  üzərində  vaxtilə  ucaldılmış  məscidin  olduğu 
yerdir.  Allaha,  İslama  sadiq  olan  insanlar  700  il  bundan  öncə 
bu  yerdə böyük  məscid  qurub-yaradıblar və bura Allah  evi,  İs­
lam  məbədi  kimi  daha  da  geniş  vüsət alıbdır,  ziyarətgah  olub­
dur.  Müsəlmanlar,  azərbaycanlılar  700  il  həmin  məsciddə,  bu 
müqəddəs  yerdə  Allaha  dua  ediblər,  mənəvi  arzularını  yerinə 
yetiriblər,  öz  dininə,  əxlaqına,  mənəviyyatına  sadiq  olduqlarını 
nümayiş etdiriblər.  İslam dini insanlarda ən yüksək keyfiyyətlə­
ri  tərbiyə etməyə,  formalaşdırmağa  çalışıbdır.
1
%
Heydor Oliyt-y 4 v.is.il,  TOLERANTLIQ
197


Hevdor Əliyev siyasəti: TOLERANTLIQ
İslam  dininin  dəyərləri  ən  yüksək  mahiyyətə  malik  olan 
mənəvi  dəyərlərdir.  Bu  dəyərləri  yaşatmaq,  insanları  bu  uca, 
ülvi,  yüksək  mənəvi  dəyərlər  səviyyəsində  tərbiyə  etmək  Al­
lahın  buyruğudur,  Məhəmməd  peyğəmbərin  qoyduğu  yoldur. 
Mən  böyük  iftixar hissi  ilə deyirəm  ki,  Azərbaycan  xalqı  bütün 
çətinliklərdən,  bəlalardan,  məhrumiyyətlərdən,  zillətlərdən 
keçərək öz dininə,  mənəvi dəyərlərinə daim sadiq olmuşdur və 
heç bir hakimiyyət, hökmdar bunların məhv edilməsinə nail ola 
bilməmişdir.
Burada,  bu  müqəddəs  yerdə  vaxtilə  ucaldılmış  məscid  60  il 
bundan  öncə  vəhşicəsinə  partladılmışdır,  dağıdılmışdır.  Bizim 
mənəviyyatımıza,  mənəvi  dəyərlərimizə,  İslam  dininə  böyük 
zərbə  vurulmuşdur.  Xalqımız,  millətimiz bu  zərbəni  almış,  ya­
ralanmış,  əzilmiş,  ancaq  məhv,  məğlub olmamış,  bu  zərbələrə, 
yaralara,  əziyyətlərə  dözməyə  məcbur  olmuşdur.  Lakin  bütün 
bunlara  dözərək,  bu  müqəddəs yerə  olan  sevgisini,  məhəbbəti­
ni,  inamını  qəlbində yaşatmış  və  bu  müqəddəs yerdən  heç vaxt 
ayrılmamışdır.
Təsadüfi  deyildir  ki,  bu  məscid  dağılandan  sonra  da  və  bu­
rada  Həzrət  Hökümənin  qəbri  bərbad  olunandan  sonra  da  in­
sanlar bu yeri özləri üçün daim nicat, ümid yeri etmişlər. Bu yer 
bir ziyarətgah  kimi  öz  mənasını  heç  vaxt itirməmişdir.  İnsanlar 
buraya  daim  ziyarətə gəlmişlər, burada  öz arzularını yerinə ye­
tirmişlər, yaşamaq, yaratmaq üçün bu müqəddəs yerdən dayaq, 
mənəvi güc, dəstək almışlar.
Bunlar  hamısı Azərbaycan  xalqının  tarixidir.  Bizim böyük  və 
qədim  tariximizin şanlı,  şöhrətli,  uğurlu  səhifələri  ilə yanaşı,  fa­
ciəvi  səhifələri  də  vardır.  Bunlar  hamısı  bizimdir.  Biz  uğurları- 
mızla, qəlabələrimizlə, xalqımızın tarix boyu nailiyyətləri ilə fəxr 
etmişik.  Bunlar xalqımızı  yaşadıb,  irəliyə aparıb,  inkişaf etdirib. 
Ancaq  biz  tariximizin  əziyyətli,  əzablı,  faciəvi səhifələrinə,  mər­
hələlərinə  isə  dözmüşük.  Bizim  qeyrətli,  namuslu  ata-babaları- 
mız,  əcdadlarımız  bütün  bunlara  dözüblər,  ancaq  sınmayıblar,
198
Hevdor Əliyev siyasjıi; TOLERANTLIQ
sarsılmayıblar, iradələrini itirməyiblər, ümidlə yaşayıblar. Bizim 
mənəvi,  İslami  dəyərlərimiz nəsillərdən-nəsillərə keçib, yaşayıb, 
gəlib bu günlərə çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin 
ən böyük mənəvi sərvətidir.
Biz  bu  müqəddəs  yerdə  abadlıq  işləri  aparılmasına  və  vax­
tilə  dağıdılmış  məscidin  bərpa  edilməsinə  bir  neçə  il  bundan 
öncə  başlamışıq.  Xalqımız bu  məscidin  bərpa  edilməsini  daim 
istəyibdir. Xüsusən sovet hakimiyyəti  dağılandan, Azərbaycan­
da  dövlət müstəqilliyi  əldə edildikdən,  dinimizə -  İslam  dininə 
azadlıq  veriləndən  sonra  insanlarda  bu  istək,  arzu  daha  da  art­
mışdır.  Bu  gün bizim  üçün böyük  tarixi hadisə,  böyük xoşbəxt­
likdir ki,  bu arzularımızı artıq yerinə yetirə bilmişik.  Burada, bu 
müqəddəs yerdə gözəl, bu müqəddəs yerə, İslamiyyətə, milləti­
mizə, xalqımıza layiq bir məscid  tikib yarada bilmişik. Bu,  tarixi 
hadisədir. Bu bayram günü biz buraya bu məscidin yenidən do­
ğulması,  dünyaya  gəlməsi  münasibətilə  toplaşmışıq.  Bu, Azər­
baycan  müsəlmanları,  güman  edirəm,  bütün  İslam  aləmi  üçün 
ikiqat bayramdır. Məhəmməd  peyğəmbərin mövlud günü Həz­
rət  Hökümənin,  Həzrət  imamlarımızın  övladlarının,  qohumla­
rının qəbirləri üzərində əzəmətli bir məscidin açılması ikinci bir 
bayramdır.
Əziz bacılar  və  qardaşlar,  mən bu  tarixi  hadisə münasibətilə 
sizi,  bütün  Azərbaycan  xalqını,  İslam  aləmini  təbrik  edirəm. 
Ümidvar olduğumu  bildirmək istəyirəm  ki,  bu  məscid  bundan 
sonra  daha  da  genişlənəcək,  böyüyəcək  və  xalqımıza,  İslamiy­
yətə ədəbi, sonsuz olaraq öz xidmətini göstərəcəkdir.
Mən bu məscidə, binaya baxarkən həddindən artıq sevinirəm. 
Azərbaycanda  böyük  memarlıq  abidələri  vardır.  Bu  abidələri 
xalqına,  millətinə  əsrlər  boyu  xidmət edən  insanlar  yaradıblar. 
Azərbaycanda -  Bakıda  və respublikamızın başqa şəhərlərində, 
yaşayış  məntəqələrində  son  onilliklərdə  böyük  və  gözəl  me­
marlıq  abidələri  yaradılmışdır.  Bu  məscid  öz  xüsusi  mənası  və 
məqsədi  ilə bərabər, xalqımızın böyük, dəyərli  və gözəl  memar­
lıq  abidəsidir.  Beləliklə,  bu  məscid  Azərbaycanın  mədəniyyət,
199


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə