Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydor Əliyev siyasoti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə41/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   37   38   39   40   41   42   43   44   ...   112

Heydor Əliyev siyasoti: TOLERANTLIQ
Qurban  bayramı  bizim  əziz  bayramımızdır.  Ancaq  xatırlayın, 
iyirmi,  otuz,  qırx  il  bundan  öncə  Qurban  bayramını  bəziləri  öz 
evində edirdi.  Kimin  imkanı  vardı  -  bir qoyun  kəsirdi,  kimin də 
imkanı yox idi  - toyuqdan,  xoruzdan  kəsirdi və Qurban  bayramı 
edirdi.  Amma  görün  indi  nə günə çatmışıq -  mən bu  gün  şəhər­
dən,  bizim  məkanımızdan,  mənim  iş  yerimdən  buraya  gələnə 
qədər  yolboyu  neçə  dənə  qurban  kəsildi!  Bilirsiniz,  sayı-hesabı 
yoxdur.  Bu,  mənim  gördüyümdür.  Amma  bütün  ölkəmizin  əra­
zisində,  hər evdə,  hər  qəsəbədə,  hər  kənddə,  şəhərdə,  hər  yaşa­
yış yerində  minlərlə,  on  minlərlə qurban  kəsilir.  Bu,  bir  tərəfdən 
onu  göstərir  ki,  qurban  kəsməyə  bizim  imkanımız  var.  İkinci 
tərəfdən də,  ən  əsası  budur  ki,  biz azadıq,  müstəqilik,  sərbəstik, 
istədiyimiz  kimi  yaşayırıq.  Yəni  istədiyimiz  kimi  hərə  özbaşına 
yaşamırıq,  əcdadlarımızdan  bizə  qalmış qanun-qaydalara,  adət- 
ənənələrə riayət edirik və onları həyata keçiririk. Bu da bizim xoş­
bəxtliyimizdir.
Qurban  bayramı  sadəcə  şənlənmək,  yaxud  da  qurban  kəs­
mək, bir-birini təbrik etmək günü deyildir.  Bu gün insan yenidən 
bütün  həyatını  düşünür,  yenidən  mənəviyyata  qayıdır,  mənəvi 
dəyərlərin qiymətini yenidən dərk edir və insan daha  da saflaşır, 
paklaşır.  Ona  görə  də  bu  gün  bayramı  bu  şəkildə  qeyd  etmək, 
məsələn,  mən  baxıram,  üç  il,  dörd  il  bundan  öncə  biz Azərbay­
canda  bu  bayramı  nə  cür qeyd  edirdik,  bu  gün  nə  cür qeyd  edi­
rik,  -   nə  qədər  fərq  var. Amma  dedim  ki,  on  il,  iyirmi  il  bundan 
öncə  biz  bunu  heç  rəsmi  bayram  kimi  qeyd  edə bilmirdik.  Kimi 
bunu  evində edirdi,  kimi  də çoxdan  unutmuşdu.  Bu  da  həqiqət­
dir. Amma  indi ölkəmizdə hər yerdə bayram  əhval-ruhiyyəsi  var 
və  insanlar bu  bayramdan  istifadə edərək öz  mənəvi  dəyərlərini 
bir daha  qiymətləndirirlər.
Mən  çox  sevinirəm,  məmnunam  ki,  bu  gün  -   Qurban  bayra­
mı  günü  Mirmövsüm  ağanın  qəbrini  bir daha  ziyarət etdim.  Bu, 
bizim  xalqımızın  inam  yeridir,  çox  zəngin  bir  ziyarətgahdır.  İn­
sanlar buna  etiqad  edir,  inanırlar.  Mirmövsüm ağa  hələ sağ olan 
vaxtı  ona  inanırdılar.  İnsanlar  inanırdılar və  burada  hələ  böyük
178
Heydor Əliyev siyasini: TOLERANTLIQ
bir məqbərə olmadığı zaman bu qəbirə, bu müqəddəs yerə nəzir­
lər gətirir, gəlib buranı ziyarət edirdilər. İndi insanlar daha da çox 
inanır və gəlib bu müqəddəs yeri ziyarət edirlər, indi artıq burada 
böyük bir məqbərə kompleksi yaranıbdır.  Bunun özü  də son  illə­
rin  məhsuludur, bizə verdiyi sərvətdir.
Mən 1994-cü ildə buraya gəlmişdim. 1994-cü ildə bütün bunlar 
yox  idi. Mirmövsüm  ağanın  xatirəsinə  layiq  olan  həmin  o  gözəl 
məqbərə də yox idi, o şəkildə deyildi. Amma bu müddətdə bun­
lar hamısı yaranıbdır. Bunu yaradanlar sizlərsiniz və Mirmövsüm 
ağanın  xatirəsinə  sadiq  qalıb,  onun  ruhunu  daha  da  şad  etmək 
istəyən insanlardır. Bununla siz öz xalqınıza, dininizə, millətinizə 
xidmət  edirsiniz.  Amma  eyni  zamanda,  biz  fəxr  edə  bilərik  ki, 
belə  bir  ziyarətgahımız  var.  İnsanlar  buna  inanır,  bu  inamla  da 
yaşayır və buraya ziyarətə gəlirlər.
Bilirsiniz,  mən  həyatımda  ilk  dəfə  bir hadisəni  sizə  danışaca­
ğam.  Bunu  indiyə  qədər  heç  kəsə  danışmamışam  və  rəhmətlik
179


Hcvdor Əliyev siyasoti: TOLERANTLIQ
ananıdan  savayı  heç  kəs bunu  bilmir.  1943-cü  ildə  mənim  iyirmi 
yaşım  vardı.  Bizim  ailədə çətinliklər vardı.  Mən  də,  anam  da  bir 
nəzir dedik.  Mən onda  Bakıda  yaşamırdım,  Naxçıvanda yaşayır­
dım.  Gəldim  Bakıya,  getdim  İçərişəhərdə  Mirmövsüm  ağanın 
evinə,  onu  ziyarət  etdim  və  nəzirimi  də  verdim.  İndi  biz  onun 
qəbri  üstünə gəlirik,  amma  mən sağlığında  gedib onu  ziyarət et­
mişəm -  1943-cü  ildə, 55 il bundan qabaq ziyarət etmişəm.  Bacısı 
da orada idi, evi  indi  də gözümün qabağındadır.
Getdim ora, əvvəl məni buraxmırdılar, o yan -  bu yan, çox yox­
ladılar, sorğu-sual elədilər. Gördülər ki, cavan bir oğlanam,  inan­
dılar və mənə bu  imkanı  verdilər.  İndi olan-olub,  keçən-keçib -  o 
vaxt  mən  bunu  gizlin  etmişəm,  başa  düşürsünüz?  Mən  onda  o 
sistemdə,  o  dövlətdə  işləyirdim.  Onda  din  qadağan  idi,  bütün 
bu şeylər qadağan  idi,  bu  işlərin  lap  kəskin  vaxtı  idi.  Amma  mə­
nim  qəlbim  və rəhmətlik anamın  məsləhətləri  məni gətirib oraya 
çıxardı.  55 il  keçib,  mən  bunu  həyatımda  birinci  dəfədir ki,  danı­
şıram. Oraya gedəndə arxama, o yana-bu  yana baxırdım ki,  məni 
burada  görürlər,  ya  görmürlər?  Mən  onda  dövlət  işində  işləyir­
dim. Oradan çıxandan sonra da o yana -  bu yana baxmışam. Yəni 
sizə düzünü deyim,  mən oraya xəlvət getmişəm. Çıxandan sonra 
da  hələ  beş-on  gün  fikirləşirdim  ki,  görəsən,  məni  gördülərmi, 
oraya-buraya çağıracaqlarını, qısnayacaqlarmı, mənə bir şey edə­
cəklərmi? Beş-on gün keçəndən sonra gördüm ki, bir şey yoxdur, 
başa  düşdüm  ki,  mənim  oraya  getməyimi  heç  kəs  bilmir  -   bu, 
qalıb bir özümün qəlbimdə, bir də anamın qəlbində.
Mən  bunu  heç  vaxt unutmamışam,  ancaq  o vaxtlar gizlədirdim, 
deyə  bilməzdim. Ondan sonra  da  ehtiyac olmayıbdır ki,  mən  bunu 
deyim. Durduğum yerdə deyim ki, mən bunu etmişəm,  nə əhəmiy­
yəti  var? Amma indi, 55 U sonra bu ziyarətgaha gələndə mən bunu 
xatırlayıram.  Oranı  nə  cür axtardığım  bugünkü  kimi  gözümün  qa­
bağındadır.  Heç  oranı  tapa  da  bilmirdim,  çünki  kimdən,  nə  təhər 
soruşacaqsan? Oradan-buradan araşdırdım, birtəhər gəldim çatdım. 
Əvvəl o evə gələndə dedim ki, bəlkə bura deyil,  məni aldadacaqlar.
180
Heydor Əliyev siyasoli: TOLERANTLIQ
Birtəhər araşdırdım, biləndən sonra ki, hər şey düzdür, ziyarət etdim.
İndi  mən  onun  qəbrini  ziyarət  edirəm.  Hesab edirəm  ki,  mil­
lətimiz  üçün,  millətimizi,  xalqımızı  düzlüyə,  saflığa,  xeyirxahlı­
ğa, əməli salehliyə dəvət etmək üçün belə ziyarətgahlar çox əhə­
miyyətlidir.  Xüsusən,  Mirmövsüm  ağanın  qəbri,  bu  ziyarətgah. 
Əminəm  ki,  bu  ziyarətgah  sizin  kimi  insanların səyi  nəticəsində 
daha  da  genişlənəcək,  inkişaf edəcək  və xalqımız  bu  ziyarətgah­
dan bəhrələnərək mənəvi cəhətdən daha da sağlam, saf olacaqdır.
Bizim  bütün  milli  və dini  adət-ənənələrimizin  məqsədi  insan­
ları  saflığa,  düzlüyə,  paklığa  dəvət  etməkdən,  insanları  bu  əh­
val-ruhiyyədə tərbiyə etməkdən ibarətdir. Bu, bir bugünkü prob­
lem  deyil,  min  il  bundan  öncə  də  olan  problemdir.  Elə  Məhəm­
məd  peyğəmbərin  zamanında  da  bu  problem  vardı.  Təsadüfi 
deyil  ki,  o,  millətimiz üçün,  müsəlmanlar üçün necə yaşamaq  və 
necə  davranmaq  qanun-qaydalarının  hamısını  Qurani-Kərimdə 
yazıbdır.  Niyə yazıbdır? Əgər problemlər, bu məsələlər olmasay­
dı Quranda  bütün  ayələri  yazmazdı.  Oııu  bir kitab  kimi  yazma­
yıbdır, orada hər bir kəlmənin, hər bir ayənin, surənin mənası var 
və məqsədi  var.  Bəli, o, hər bir kəlməni  məqsədlə yazıbdır.
Görürsünüz,  nə  qədər  vaxt  keçib,  amma  yenə  də  insanları 
mənəvi  cəhətdən  saflığa  dəvət  etmək,  mənəvi  saflığı  təmin  et­
mək, xalqın  içində bədxahlığı, pis yola gedənləri, cinayət edənlə­
ri, Vətəninə sədaqətli olmayanları aşkar etmək, bunları cəmiyyət­
dən  kənarlaşdırmaq,  yaxud  tərbiyələndirmək  -   bu,  bizim  qarşı­
mızda olan problemdir. Ona görə də hesab edirəm, bu ziyarətgah 
həmin problemlərin həll edilməsində öz rolunu oynayacaqdır.
Ümumiyyətlə,  bilin,  biz  Azərbaycanda  demokratik,  hüquqi, 
dünyəvi dövlət qururuq.  Bu,  müstəqil Azərbaycanın gələcək yo­
lunun  ana  xəttidir,  indiki  ifadə  ilə  desək,  strateji  yolumuzdur. 
Çünki  bu,  xalqımızın  gələcəyi  üçün  ən  düzgün  və xalqımızı  səa­
dətə aparan ən ağıllı yoldur.  Biz bu yolu seçmişik və bu yolla ge­
dirik.  Ancaq  bununla bərabər, biz demokratik,  dünyəvi, siviliza­
siyalı  dövlət  quraraq,  bütün  bəşəri  dəyərlərdən  istifadə  edərək,
181


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə