Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə40/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   36   37   38   39   40   41   42   43   ...   112

Hevdor Əlivcv siyasoti: TOLERANTLIQ
İKİ  MÜQƏDDƏS  ŞƏHƏRİN  XADİMİ 
SƏUDİYYƏ ƏRƏBİSTANININ  KRALI 
FƏHD  BİN  ƏBDÜLƏZİZ ƏL-SƏL'DA
Mərhəmətli, rəhmli Allahın adı  ilə!
İki müqəddəs şəhərin möhtərəm xadimi!
Zati-alinizə -  əziz dostuma  və qardaşıma səmimi salamlarımı 
və xoş arzularımı yetirməkdən çox məmnunam.
1994-cü ilin iyul ayında qardaş ölkənizdə olarkən Sizinlə keçir­
diyim  görüşü  və səmərəli  danışıqları  daim  xatırlayıram.  Həmin 
səfər günlərində şəxsən  mənə və məni müşayiət edən nümayən­
də  heyətinə  göstərilən  böyük  qonaqpərvərlik,  diqqət  və  qayğı 
zati-alinizin  və qardaş Səudiyyə Ərəbistanı xalqının Azərbaycan 
xalqına hörmət və məhəbbətinin gözəl  təzahürü idi.  Bunu xalqı­
mız da  məhz belə qəbul etdi.
Azərbaycan vətəndaşlarından 250 nəfərə bu il Zül-hiccə ayın­
da  Zati-alinizin  qonağı  kimi  Səudiyyə  Ərəbistanına  getmək  və 
həcc  ziyarəti  ibadətlərini  etmək  imkanı  vermək  haqqındakı  qə­
rarınız  ölkəmizdə  böyük  razılıq  və  sevinc  hissi  ilə  qarşılandı. 
Erməni  təcavüzü  nəticəsində  respublikamızın  ərazisinin  20  fa­
izi  işğal  olunduğu  və  bir  milyondan  artıq  vətəndaşının  qaçqın 
və köçkün vəziyyətinə düşərək çadırlarda ağır şəraitdə yaşadığı 
bir  dövrdə  qəbul  etdiyiniz  bu  qərar  İslam  dinimizin  humanist 
prinsipləri  ilə  səsləşən  nəcib  bir  addımdır.  Bu  işi  qısa  müddət­
də həyata  keçirmək üçün  Səudiyyə  Ərəbistanı  krallığının  İslam 
Məsələləri  və Vəqflər nazirinin  müavini cənab Tofiq Sudeyrinin 
başçılığı ilə Azərbaycana  nümayəndə heyəti göndərməyiniz Za­
ti-alinizin həmin  məsələyə verdiyi  əhəmiyyətə dəlalət edir. Mən 
buna  görə  şəxsən  öz adımdan, Azərbaycan  müsəlmanları adın­
dan  Zati-alinizə  dərin  minnətdarlıq  bildirməyi  özümə  borc  he­
sab  edirəm.  Ümidvaram  ki,  indiki  həcc  mövsümündə  atdığınız 
bu addım gələcək illərdə ənənəyə çevriləcək və iki qardaş müsəl­
174
Heydar Əliyev siy.ısoli: TOLERANTLIQ
man  xalqı  arasındakı  əlaqələrin  daha  da  möhkəmlənməsi  işinə 
xidmət edəcəkdir.
Fürsətdən  istifadə  edərək  qarşıdan  gələn  mübarək  Qurban 
bayramı münasibətilə Zati-alinizi ürəkdən təbrik edir, Sizə möh­
kəm  cansağlığı,  işlərinizdə  böyük  uğurlar  və  qardaş  Səudiyyə 
Ərəbistanı xalqına xoşbəxtlik və tərəqqi arzulayıram.
Sizə salamlar, Allahın mərhəməti və xeyir-bərəkəti olsun!
Dərin hörmətlə,
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şıhari, 30 mart 1998-ci il;
1 ziil- Ыссз 1418-ci il
175


I Icyıkv < )Iİ\.'\  sıy.ıs.Hı: TOl.EKAVIL IQ
QURBAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Əziz bacılar və qardaşlar!
Sizi bütün dünya  müsəlmanlarının  müqəddəs Qurban  bayra­
mı  münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bu bayram günündə hamımız ulu Tanrıdan doğma vətənimizin 
ərazi  bütövlüyünün  bərpa  edilməsini,  ölkəmizdə  sülhün,  əmin- 
amanlığın  bərqərar olmasını,  xalqımızın xoşbəxt və firavan həyata 
qovuşmasını  diləyirik.  Xalqımızın  vətənpərvərliyi,  qurub-yarat­
maq əzmi, öz milli, dini dəyərlərinə, tarixinə, mədəniyyətinə bağlı­
lığı niyyətlərimizin çin olacağına möhkəm inam yaradır.
Böyük Xaliqin bəxş etdiyi bu minnətdarlıq bayramında Məkkə 
ziyarətində olan zəvvarlarımızın, bütün Azərbaycan müsəlman­
larının  duaları  xalqımızın haqq  işinin qalib gəlməsinə,  Ermənis­
tan-Azərbaycan  münaqişəsinin  və  Dağlıq  Qarabağ  probleminin 
dinc yolla  həll olunmasına yönəlmişdir.
Bu əziz gündə şəhidlərimizin xatirəsini yad edərək əmin oldu­
ğumu bildirirəm ki, onların ruhlarının şad olacağı, torpaqlarımı­
zın erməni qəsbkarlarının tapdağından azad ediləcəyi, qaçqın və 
köçkün  həmvətənlərimizin  öz  doğma  yurdlarına  qayıdacağı  an 
uzaqda  deyildir.  Müsəlmanların  qardaşlıq  rəmzi  olan  mübarək 
Qurban bayramında arzu edirəm ki, bütün  dünya azərbaycanlı­
larının qarşılıqlı qayğı  və məhəbbəti  artsın,  onların Azərbaycan­
la əlaqələri güclənsin, soydaşlarımız arasında  həmrəylik hissləri 
möhkəmlənsin.
Allah-Təalanın  İslamı  bir din  kimi  tamamlayıb insanlar üçün 
hidayət  yolu  seçdiyi  bu  əziz  gündə sizin  hamınıza  can  sağlığı, 
səadət və əmin-amanlıq arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri,  6 aprel  1998-ci il
176
Heydar Əliyev siyjwti: TOLERANTLIQ
QURBAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
MİRMÖVSÜM AĞANIN ZİYARƏTGAHINDA 
KEÇİRİLƏN  GÖRÜŞDƏ NİTQ
8 aprel 1998-ci il
Hörmətli dostlar, hörmətli qardaşlar, ağsaqqallar, bacılar!
Mən  sizin hamınızı bizim əziz və müqəddəs Qurban bayramı 
münasibətilə ürəkdən  təbrik edirəm,  sizə cansağlığı, hər birinizə 
səadət,  xoşbəxtlik,  uzun  ömür arzu  edirəm  və  bütün  xalqımıza, 
Azərbaycan  millətinə,  vətəndaşlarına  sülh  və  əmin-amanlıq  ar­
zulayıram.
Biz, bizim nəsil xoşbəxtik ki, nəhayət, bu günlərə gəlib çıxmışıq 
və  öz  milli-dini  adət-ənənələrimizi  -   əziz  əcdadlarımızdan,  ulu 
babalarımızdan  bizə  gəlib  çatan  ənənələrimizi,  bayramlarımızı 
ürəyimiz istədiyi kimi qeyd edirik. Bu, böyük xoşbəxtlikdir.
Xalqımızın  çoxminillik  tarixi  var  və çox  əsrlərdir ki,  İslam  di­
ninə  itaət edirik.  İslam  dini bizim  doğma  dinimizdir.  Xalqımızın 
milli mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dini dəyərləri 
-  hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, 
xalqımız çox dəyanətli xalqdır və zaman-zaman,  əsrlər boyu cür­
bəcür  məhrumiyyətlərə  məruz  qalaraq  bütün  bu  adət-ənənələ­
ri  unutmayıbdır.  Nə  vaxt  ki,  rəsmi  dairələr  bunu qadağan edib, 
yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, 
öz ailəsində, evində yaşadıblar.  Hətta bizim bəzi fədakar insanlar 
bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, 
bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar.
Bu  onu  göstərir  ki,  bizim  ənənələrimiz,  mənəvi,  milli,  dini 
dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır. Biz, bi­
zim  nəsil,  hamımız  birlikdə  -   indi  yaşayan  insanlar  xoşbəxtdir­
lər ki,  bu  günə gəlib çatmışıq,  bizim  müstəqil  ölkəmiz,  müstəqil 
dövlətimiz  var,  öz  taleyimizin  sahibiyik,  dini,  mənəvi,  milli 
adət-ənənələrimizi bərpa etmişik və daha da geniş təbliğ edirik.
177


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə