Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hovdor Əlivev sivasotı: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə48/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   44   45   46   47   48   49   50   51   ...   112

Hovdor Əlivev sivasotı: TOLERANTLIQ
səviyyəli tədbirin məhz Azərbaycanda, Bakı şəhərində keçirilmə­
si  müstəqil  Azərbaycana,  onun  bugünkü  imkanlarına  və  Azər­
baycanın  dövlətçiliyinə göstərilən  diqqət və ehtiram əlamətidir. 
Buna  görə mən  bütün din xadimlərinə,  İslam  aləminin  mötəbər 
insanlarına, Qafqaz müsəlmanlarına  təşəkkürümü bildirirəm və 
sizi  əmin edirəm ki,  həm konfransın,  həm də qurultayın müvəf­
fəqiyyətlə  keçməsi  üçün  Azərbaycanın  hökuməti,  hakimiyyət 
orqanları əlindən gələni edəcəklər.
Əmin  ola  bilərsiniz  ki,  Azərbaycanın  ciddi  problemlərlə  və 
çətinliklərlə rastlaşmasına  baxmayaraq,  siz bu günlər böyük qo­
naqpərvərlik,  mehribanlıq,  dostluq  münasibətləri  görəcəksiniz. 
Bu,  Azərbaycan  xalqının  mənəvi  xüsusiyyətlərindən,  mənəvi 
dəyərlərindən biridir. Bizim xalqımız həmişə dostluğu, qardaşlı­
ğı,  mehribanlığı  möhkəmləndirməyə cəhd  göstərmiş,  insanların 
dini  mənsubiyyətindən asılı olmayaraq onların arasında sülh  və 
əmin-amanlıq,  mehribanlıq əlaqələrinin olmasına çalışmışdır.
Ümid edirəm ki, siz bu günlər Azərbaycan xalqının bu mənəvi 
dəyərlərinin  şahidi  olacaqsınız.  Beynəlxalq  Konfrans  həqiqətən 
tək  İslam  aləmimiz  üçün  yox,  bütün  müasir dünya  üçün  də  va­
cib bir məsələnin müzakirəsinə həsr edilibdir. XX əsrin sonunda 
bəşəriyyət  böyük  təhlükələrlə,  böyük  münaqişələrlə,  çətinlik­
lərlə  rastlaşıbdır.  Dünyada  gedən  ictimai-siyasi  proseslər,  dün­
yanın  əksər  ölkələrində  demokratiyanın  inkişafı,  dünyanın  ək­
sər  ölkələrində  insanlara  bütün  azadlıqların  verilməsi  və  insan 
haqlarının qorunması sahəsində görülən işlər və xüsusən 1948-ci 
ildə  Birləşmiş  Millətlər Təşkilatı  tərəfindən  qəbul edilmiş İnsan 
Hüquqları  Haqqında  Ümumi  Bəyannamənin  50  illiyi  tamam 
olan  bir ildə müsbət cəhətlərlə yanaşı,  dünyada gedən proseslər 
içərisində mənfi  cəhətlər,  mənfi  meyillər də mövcuddur.
Bunların  çoxu  da  insanın  mənəviyyatı  ilə  bağlıdır.  Ona  görə 
də  müasir  dünyada  dini-mənəvi  dəyərlərdən  səmərəli  istifadə 
olunması  hər bir ölkə üçün,  hər bir xalq üçün,  hər bir din  üçün 
çox əhəmiyyətlidir.
2 1 0
Məlumdur ki, bütün dinlər dünyada yüksək mənəviyyatı təb­
liğ edirlər. O da məlumdur ki, bəşər tarixində insanlar öz şüuru­
nu,  adət-ənənələrini və cəmiyyətlərdə yaranan qanun-qaydaları 
əsasən dini dəyərlərdən, dinin insanlara bəxş etdiyi keyfiyyətlər­
dən götürüblər.
Bu  gün biz keçmiş  tariximizə baxaraq böyük  məmnuniyyətlə 
qeyd etməliyik ki, din çoxminillik bəşər tarixində həmişə müstəs­
na,  böyük  rol  oynamışdır  və  insanlara  həmişə  səadət,  sülh  və 
əmin-amanlıq  gətirmişdir.  İslam  dini  yüksək  mənəvi  dəyərlərə 
malik  olan bir dindir.  İslam dininin  bəşər mədəniyyətinə,  bəşər 
sivilizasiyasına  verdiyi  töhfələr  və  xüsusən  mənəvi  dəyərlər 
əvəzsizdir,  misilsizdir.  Biz  müsəlmanlar  fəxr edirik  ki,  mənsub 
olduğumuz İslam  dini  dünyanın böyük  bir hissəsini  əhatə  edir 
və bəşər tarixi boyu insanların mənəvi cəhətdən yüksəlməsinə və 
dünyada  inkişafa,  sülhün,  əmin-amanlığın yaranmasına həmişə 
xidmət etmişdir.  Ona  görə  də  mən  inanıram  ki,  bu  gün  burada 
işə başlayan  beynəlxalq konfrans İslam  dininin  mənəvi  dəyərlə­
rindən müasir həyatda səmərəli  istifadə olunması üçün  müvafiq 
tövsiyələr irəli sürəcək və beləliklə, biz ölkəmizin və buraya top­
laşan  nümayəndələrin  ölkələrinin  həyatında  olan  çətinliklərin, 
problemlərin həll edilməsinə nail ola biləcəyik.
Bu  konfransın  xüsusən  keçmişdə  Sovetlər  İttifaqına  mənsub 
olan,  indi  müstəqil  dövlət kimi yaşayan  ölkələr,  dövlətlər  üçün 
çox böyük əhəmiyyəti vardır. Çünki məlumdur ki, biz 70 il kom­
munist ideologiyası  altında  tərbiyələnərək dinimizdən  və dinin 
bizə bəxş etdiyi mənəvi dəyərlərdən məhrum olmuşduq.
Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən 
ən böyüyü 70 il müddətində dinə qarşı aparılmış təbliğat və xü­
susən  dinin  qadağan  olunması  və  dinin  təhrif edilməsi  olmuş­
dur.  Ancaq,  eyni  zamanda,  bu  tarix onu da göstərir ki, din  və o 
cümlədən bizim mənsub olduğumuz İslam dini o qədər qüdrətə 
malikdir ki,  o  qədər gücə malikdir ki, heç bir ideologiya, heç bir 
hakimiyyət,  heç  bir hökmdar  onunla  bacara  bilməz  və  70  illik 
tarix də göstərdi ki, bunu bacara bilmədi.
__________________________________________________ Heydər Əliyev siyasoıi; TOLERANTI.IQ
211


Doğrudur,  kilsələri,  məscidləri  partlatdılar,  dağıtdılar,  dinin 
əleyhinə  müntəzəm  təbliğatlar  apardılar.  O  dövrdə  doğulmuş, 
həyata  atılmış  insanlar  bəzən  dinin  nə  olduğunu  da  bilmədilər 
və onlara  təsir gücü  xüsusən  artıq oldu.  Amma  bunlara  baxma­
yaraq  insanlar, o cümlədən müsəlmanlar dini  öz qəlbində yaşat­
dılar.  Hər  bir ailədə,  hər  bir  evdə,  hər bir  ocaqda  din  yaşadı  və 
dinin  insanlara  bəxş etdiyi adət  və ənənələr,  qanun  və qaydalar 
yaşadı  və onlar  o  hakimiyyət  dövründə  tətbiq  edilən  qanunlar­
dan  və  yeni  yaranan  adət-ənənələrdən  hətta  güclü  oldu.  Çünki 
din və xüsusən bizim  İslam  dini çoxəsrlik tarixi boyu özündə elə 
gözəl xüsusiyyətlər formalaşdırmışdır ki, bizim  üçün  müqəddəs 
olan  Qurani-Kərim,  Həzrət  Məhəmməd  peyğəmbərin  müsəl­
manlara  göstərdiyi  yol  və  verdiyi  tövsiyələr  insanların  daxili 
mənəviyyatına  o qədər uyğun olmuşdur,  insanlar üçün  o qədər 
faydalı  olmuşdur  və  insanların  həyatında  o  qədər  müsbət  rol 
oynamışdır,  insanları  o  qədər  səadətə  çatdırmışdır  ki,  bu  adət- 
ənənələr, bu  dini qanun-qaydalar  nəsildən-nəslə yaşamış və heç 
bir məhdudiyyət bunun qarşısını  ala bilməmişdir.
Təsəvvür edin, o dövrdə Azərbaycanda  məscidlər məhv oldu, 
Azərbaycan  dövlət  müstəqilliyini  əldə  edən  zaman  ölkəmizdə 
cəmi  18 məscid  var idi. Azərbaycanın dövlət müstəqilliyinin hələ 
7 yaşı  tamam  olmayıbdır. Yəni  tarixi nöqteyi-nəzərdən biz dövlət 
müstəqilliyi,  milli  azadlıq  şəraitində  kiçik  bir  zaman  yaşamışıq. 
Ancaq  Azərbaycan  xalqı  öz  milli  azadlığını  qazanandan  sonra, 
özünün dövlət müstəqilliyini elan edəndən sonra, öz dövlətini, öz 
quruluşunu  özü  istədiyi  kimi  qurandan  sonra  qısa  bir  zamanda 
indi Azərbaycanda  1000-dən artıq  məscid  var. Demək,  insanların 
hamısının qəlbində məscid intizarı, məscid arzusu, -  məscid Allah 
evidir, məscid dini məbəddir, dini m ərkəzdir-o qədər yaşayıbdır 
ki,  qısa  bir zamanda  heç  bir hökumətin,  dövlətin  köməyi,  vəsai­
ti  olmadan  məscidlər tikilib yaradılıbdır.  Bu,  mənim dediklərimə 
əyani  sübutdur.  Mən  bu  il  böyük sevinc hissi  ilə Bakıda  müqəd­
dəs yer adlanan  Bibiheybot məscidinin yerində yeni bir məscidin 
yaradılmasına nail oldum və onun açılışında  iştirak etdim.
Hey dor Əliyev siyasoti: TOLERANTLIQ 
__________ ______________ _______________________
212
Heydor Əliyev siya»ti: TOLERANTLIQ
Təsəvvür edin, o yer müqəddəs yerdir. Orada VII əsrdən Həz­
rət  Hökümənin  qəbri  olmuşdur.  İmam  Museyi-Kazımın  qızı, 
imam  Rzanın  bacısı  Həzrət  Hökümənin  qəbri  üzərində  vaxtilə 
insanlar  məscid  qurmuşdular  və  ora  ziyarətgaha  çevrilmişdi. 
Ancaq  o  müqəddəs  yer,  o  insanların,  tək  Azərbaycandan  yox, 
dünyanın  bir  çox  yerlərindən  də  gələn  müsəlmanların  ziyarət 
etdiyi müqəddəs yer 1933-cü ildə partladılmışdır, dağıdılmışdır. 
Məscidi  partladıblar, dağıdıblar, yerlə yeksan ediblər, amma  in­
sanlar  ayağını  o  yerdən  çəkməyiblər.  Həmişə  Bibiheybot  piri 
-   bizdə  ona  pir  deyirlər -   müsəlmanların  ziyarət  yeri  olubdur, 
müsəlmanlar gedib orada o yerə öz ehtiramını bildiriblər, nəzir­
lərini veriblər və o yeri yaşadıblar.
Biz dövlət müstəqilliyini əldə edəndən sonra, 1994-cü ildə mən 
piri  ziyarət  edən  kimi  orada  yeni,  ondan  da  gözəl  bir  məscidin 
tikilməsi  haqqında  qərar  verdim  və  məscid  bu  ilin  may  ayında 
açıldı. Ancaq tikilmiş o məscid daha da genişlənəcək və böyük bir 
ibadət,  ziyarət yerinə  çevriləcəkdir.  Bu,  mənim Azərbaycan  Pre­
zidentinin  etdiyi  işdir.  Amma  qalan  bütün  məscidləri  insanların 
özləri tikiblər, dövlətin heç vəsaiti ayrılmadan. Bu onu göstərir ki, 
bizim İslam dininə insanlar nə qədər bağlıdır, buna nə qədər itaət 
edirlər və İslam dini nə qədər güclüdür.
Buna görədəhesabedirəm ki, konfransın mövzusu-"Müasirlik 
və dini-mənəvi dəyərlər" -  bir-biri  ilə bağlanmalıdır.  Dini-mənə­
vi  dəyərlərdən  biz  müasir həyatımızın  daha  da  genişlənməsi  və 
inkişaf etməsi  üçün  istifadə etməliyik.  Dini  mənəvi  dəyərlər  bizi 
geriyə  çəkməməlidir,  irəli  aparmalıdır  və  mütləq  belə  olmalıdır. 
Çünki  İslam  dininin  mənəvi  dəyərləri  insanları  həmişə  inkişafa 
aparmışdır,  insanlara həmişə qarşıdakı  uzaq və işıqlı yolu göstər­
mişdir və insanları daha da irəli getməyə, daha da savadlanmağa, 
mədəniyyətə daha da qovuşmağa, müasir həyatın bütün vasitələ­
rindən  öz həyatını,  öz millətinin  həyatını,  xalqının  həyatını daha 
da  yaxşılaşdırmaq  üçün,  maddi  və  mənəvi  vəziyyətini  yaxşılaş­
dırmaq  üçün  daha  da  səmərəli  istifadə  etməyə  yönəldilmişdir. 
Mən güman edirəm ki, siz məsələləri məhz bu istiqamətdə müza­
213


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə