Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə49/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   45   46   47   48   49   50   51   52   ...   112

kirə edəcəksiniz.  Əminəm  ki,  beynəlxalq  konfrans  İslam  aləmin­
də  tarixi  bir  hadisəyə  çevriləcəkdir  və  biz  dövlət  olaraq,  dövlət 
işləri  ilə  məşğul  olan  insanlar  Azərbaycanda,  tək  Azərbaycanda 
yox, bütün ölkələrdə sizin konfransın verdiyi tövsiyələrdən istifa­
də edərək cəmiyyətimizdə mənəviyyatı daha da yüksəltməyə nail 
ola biləcəyik.
Azərbaycan  müstəqil  dövlət  olaraq  demokratiya  yolu  ilə  ge­
dir.  Biz  öz  müstəqilliyimizi  əldə  edəndən  sonra  Azərbaycanda 
demokratik,  hüquqi,  dünyəvi  dövlət  qurmaq  yolunu  tutmuşuq 
və bu  yolla  da gedirik.  Hesab edirəm ki, Azərbaycan xalqı  üçün, 
Azərbaycan dövləti üçün bu, yeganə və ən düzgün, ən doğru yol­
dur.  Demokratik,  hüquqi  dövlət  insanlara  bütün  azadlıqları  ve­
rir və bunlar Azərbaycanın 1995-ci ildə qəbuletdiyi ilk demokra­
tik Konstitusiyasında öz əksini tapıbdır.  Dövlətimiz, Azərbaycan 
Konstitusiyası  insanlara  bütün  azadlıqları  verərək,  o  cümlədən 
vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab 
edir. Konstitusiya din azadlığını, vicdan azadlığını elan etmişdir, 
biz  isə  dövlət  kimi  bunun  təmin  olunmasının  qarantıyıq,  bunu 
öz  üzərimizə  götürmüşük.  Bəli,  ona  görə  də  bizim  dövlətimiz 
dünyəvi  dövlətdir.  Ancaq biz dindən ayrı  deyilik.  Din  ilə dövlət 
arasında  sıx  əməkdaşlıq  var  və  hesab  edirik  ki,  Azərbaycanda 
İslam  dini  özünün  gözəl  mənəvi  dəyərlərini  Azərbaycan  vətən­
daşlarına  aşılayaraq,  Azərbaycan  vətəndaşlarını  İslam  dininin 
bu  gözəl  mənəvi  dəyərləri  əsasında  tərbiyələndirərək Azərbay­
can  cəmiyyətini  mənəviyyatca  daha  da  yüksəldəcək  və  insanlar 
bu  demokratiyanı,  bütün  azadlıqları  doğru-düzgün  başa  düşə­
cək, onlardan səmərəli  istifadə edəcəklər.
Bu,  çox  lazımdır,  çünki  ayrı-ayrı  insanlar,  yaxud  qruplar, 
dəstələr  demokratiyanın  insanlara  verdiyi  bütün  bu  azadlıqları 
bəzən özbaşınalıq, qanuna itaətsizlik, qanunu pozmaq, hərc-mərc­
lik, hətta tərbiyəsizlik kimi anlayırlar, yaxud da ki, bu cür anlamaq 
istəyirlər.  Demokratiya  yüksək  mədəniyyət  deməkdir.  Demokra­
tiya  yüksək  mənəviyyat deməkdir.  Bu  yüksək  mənəviyyatı,  yük­
Heydor Əliyev siyasoti: TOLERANTLIQ 
_____________ _ __________________________ __
214
Heydor Əliyev sivasati: TOLERANTLIQ
sək mədəniyyəti hər bir Azərbaycan vətəndaşında yaratmaq üçün
gənc nəsli bu əsaslarda  tərbiyələndirmək üçün və böyütmək üçün 
İslam dininin mənəvi dəyərləri çox gərəklidir.
Bu  münasibətlə  Qafqaz  müsəlmanlarının  X  qurultayının 
keçirilməsini  də  mən  çox  əhəmiyyətli  hesab  edirəm.  Qafqaz 
həqiqətən  bir-biri  ilə  bağlı  olan  dövlətlərin,  ölkələrin,  xalqların 
ümumi evidir.  "Ümumqafqaz evi"  şüarı  çox  gözəl  şüardır,  mən 
bunu  dəstəkləyirəm.  Cəsarətlə deyə bilərəm  ki,  dünyanın  bəlkə 
heç  bir  guşəsində,  heç  bir  regionunda  Qafqaz  kimi  çoxmillətli, 
çoxdinli  və rəngarəng bir region,  bir bölgə tapmaq mümkün de­
yildir.  Bizim  Qafqaz  ərazi  cəhətdən  kiçik  bir yerdir.  Bizim  o qə­
dər böyük ərazimiz yoxdur. Ancaq eyni zamanda, Qafqaz gözəl 
təbiətə,  çox  yüksək  məğrur  dağlara,  gözəl  çaylara,  bulaqlara, 
gözəl meşələrə, dünyada təbiətin yaratdığı ən böyük gözəlliklərə 
malik  olan  yerdir.  Qafqazın  xüsusiyyəti  bir  də  ondan  ibarətdir 
ki,  burada  əsrlər boyu  müxtəlif millətlərə,  müxtəlif dillərə mən­
sub olan insanlar bir ailədə yaşamışlar.
Doğrudur, keçmişdə də münaqişələr olmuş, davalar olmuşdur, 
ancaq  keçmiş tariximizin əsas hissəsi sülh və əmin-amanlıq şərai­
tində keçmişdir. Ona görə də Qafqazı parçalamaq, Qafqaz xalqla­
rının  içərisində  təfriqə yaratmaq,  iğtişaş yaratmaq  cəhdləri  bizim 
hamımızı  narahat  edir  və  məlumdur  ki,  bu,  "Ümumqafqaz  evi" 
üçün zərərlidir və bundan heç bir xalq xeyir götürməyəcəkdir.
Eyni  zamanda,  o  da  məlumdur  ki,  Qafqazda  olan  xalqların, 
millətlərin,  insanların  əksəriyyəti  İslam  dininə  mənsubdur  və 
İslam  dini  Qafqazda  böyük  mənəvi  gücə  malikdir,  İslam  dini 
Qafqazda  böyük  hörmətə  malikdir.  Qafqazın  adət-ənənələrin­
dən  biri  ondan  ibarətdir ki,  Qafqazda  həmişə ağsaqqala  hörmət 
olubdur.  Bu,  bizim  İslam  dininin  xüsusiyyətlərindən  biridir. 
Cəmiyyətdə  seçilən  adama,  cəmiyyətdə  mötəbər  din  xadiminə, 
özündə yüksən mənəvi dəyərləri cəm edən insana, müdrik insa­
na,  dünyagörmüş  insana,  ağsaqqal  insana  həmişə  hörmət  olub, 
ehtiram olub və onun da sözünə həmişə baxıblar. Xüsusən gənc­
215


Hey dor Əliyev siyasoli: TOLERANTLIQ
lər,  cəmiyyətin  başqa  hissəsi.  Bu,  gözəl  adət-ənənədir.  Başqa 
yerlərdən, başqa diyarlardan, Şimaldan, Qərbdən Qafqaza gələn 
qonaqlar bəzən  bizim bu xüsusiyyətimizə təəccüb edirlər,  bəzən 
də  heyran  qalırlar.  Xatirimdədir,  70-ci  illərdə  mən Azərbaycan­
da rəhbər olan zaman Azərbaycana cürbəcür qonaqlar gəlirdilər. 
Onlar  ayrı-ayrı  məntəqələrə,  kəndlərə,  şəhərlərə  gedirdilər,  gö­
rürdülər  ki,  məsələn,  bir  meydanda  gənclər,  insanlar  oturublar. 
Bu qonaq ora daxil olan kimi hamı ayağa qalxır. Sonra gəlib bunu 
mənə çox təəccüblə danışırdılar ki, bu nə gözəl  adətdir!  Nə gözəl 
ənənədir,  siz  buna  nə  cür nail  olmusunuz?  Mən  isə  deyirdim  ki, 
biz  buna  nail  olmamışıq.  Bu,  bizim  xalqımızın  nəsildən-nəslə 
keçən  xüsusiyyətidir.  Bu,  bizim  xalqımızın  mənəvi  dəyərləridir. 
Sizinlə  açıq  danışıram,  -  o  vaxt  deyə bilmirdim  ki,  bu,  İslam  di­
ninin mənəvi dəyərləridir. Çünki biz hamımız o vaxtlar İslam  di­
nini  qadağan  edən  adamlar  idik.  Amma  bu  gün  deyirəm  ki,  bu, 
həqiqətən  İslam  dininin  bəşəriyyətə və İslam  aləminə bəxş etdiyi 
çox yüksək mənəvi dəyərlərdir.
Siz bunları bilirsiniz. Bəlkə mən bu söz-lərimlə sizi  heç də təəc­
cübləndirmirəm.  Çünki  bu,  bizim  üçün  adi  bir  şeydir.  Ancaq 
bunu bilməyənlər, bizim dini ənənələrimizi bilməyənlər üçün bu, 
qeyri-adidir.  Mən belə faktları çox saya bilərəm  və deyə bilərəm. 
Ancaq  indi  buna  ehtiyac yoxdur.  Bir  faktla  göstərmək  istəyirəm 
ki, bəli, İslam dininin mənəvi dəyərləri içərisində mötəbər adama 
hörmət,  din  xadiminə  hörmət,  ağsaqqala  hörmət  həmişə  cəmiy­
yəti  tərbiyələndirib,  cəmiyyətdə  sabitlik  yaradıbdır,  cəmiyyəti 
düzgün  istiqamətdə  irəli  aparıbdır.  Mən  bunu  ona  görə  xüsusi 
qeyd edirəm ki,  hətta bizim Azərbaycanda da  İslam dininin  inki­
şafı  ilə  yanaşı,  bizim  konstitusiyamızın,  qanunlarımızın  verdiyi 
azadlıqları,  demokratiyanı  təhrif edən  insanlar öz doğma  atasını 
belə  bəzən  təhqir  edirlər,  hesab  edirlər  ki,  insan  azaddır,  insan 
istədiyini  edə bilər,  ona görə də ağsaqqalı  da  təhqir edə bilər,  öz 
doğma  atasını  da  təhqir edə  bilər,  başqasını  da  təhqir  edə  bilər. 
Bizim içimizdə bunlar da var.
216
Məhz  buna  görə  də  mən  hesab  edirəm  ki,  müasir  dünyada, 
xüsusən  bizim  Qafqazda  dini-mənəvi  dəyərlərdən  geniş  isti­
fadə  olunması  Qafqazda,  hər  bir  ölkədə  inkişafı  təmin  edəcək, 
ictimai-siyasi  sabitliyin  yaranmasına  kömək  edəcək,  sülhün, 
əmin-amanlığın  yaranmasına  kömək edəcəkdir.  Bizim  hamımı­
zın,  Qafqazda  yaşayan  insanların  ən  ali  məqsədi  Qafqazda  sül­
hün,  əmin-amanlığın  təmin  olunmasıdır.  Təəssüflər  olsun  ki, 
XX  əsrin  son onilliyində Qafqaz,  deyə bilərəm  ki,  dünyanın bü­
tün  başqa  bölgələrindən  fərqli  olaraq  bu  münaqişələr içərisində 
çapalayır,  boğulur.  Birinci  münaqişə  1988-ci  ildə  Ermənistanın 
Azərbaycana  torpaq  iddiası,  Dağlıq  Qarabağı  ədalətsiz  olaraq 
əlinə  keçirib  özünə  birləşdirmək  cəhdi  ilə  başladı  və  sonra  bu, 
Ermənistanla Azərbaycan arasında müharibəyə çevrildi.
On  ildir  ki,  bu  münaqişə,  sonra  müharibə  davam  edir.  Biz 
böyük itkilər verdik. Azərbaycan xalqı şəhidlər verdi.  Müxtəlif sə­
bəblərdən, o cümlədən o vaxt sovet hökuməti rəhbərliyinin  Ermə­
nistana  xüsusi  köməyi və qayğısı nəticəsində və başqa dövlətlərin 
-  mən bu  gün  açıq deyə bilərəm  ki,  dini fərqi  nəzərə alaraq, -  Er­
mənistana  daha  çox  kömək  etməsi  nəticəsində  və  Azərbaycanın 
özünün içərisində buraxılmış müxtəlif səhvlərin nəticəsində Azər­
baycan  ərazisinin  20  faizi  Ermənistan silahlı  qüvvələri  tərəfindən 
işğal  olunubdur.  İşğal olunmuş torpaqlardan bir  milyondan  artıq 
azərbaycanlı,  Azərbaycan  vətəndaşı,  müsəlman  zorla  çıxarılıbdır, 
yerindən-yurdundan  didərgin  düşübdür.  Onlar  çadırlarda  yaşa­
yırlar, ağır vəziyyətdə yaşayırlar.
İşğal  olunmuş  torpaqlarda  yaranmış hər bir şey  dağıdılıbdır, 
viran  olubdur  -   məktəb  də,  xəstəxana  da,  mədəniyyət  evi  də, 
fabrik də, zavod da. Eyni zamanda, İslam dininin müqəddəs yer­
ləri  də,  məscidlər  də  dağıdılıbdır,  qəbiristanlar  da  dağıdılıbdır. 
Böyük  bir  ölkənin -  Azərbaycanın,  müsəlman  bölgəsinin  bütün 
mənəvi-dini  dəyərləri  dağıdılıbdır,  viran edilibdir.  Bu, şübhəsiz 
ki,  vəhşilikdir,  barbarlıqdır.  Belə vəhşilik dünyanın bəlkə də heç 
bir yerində olmayıbdır. Ancaq bu həqiqətdir.
______________________________________________ Heydar ӘИусу siyasoli: TOLERANTLIQ
217


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə