Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydər Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə51/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   47   48   49   50   51   52   53   54   ...   112

Heydər Əliyev siyasəti: TOLERANTLIQ
Ona  görə  də  biz  bu  keçmiş  tarixi  düzgün  qiymətləndirməli­
yik  və  buraxılan  səhvləri  aradan  qaldırmalıyıq.  Bunun  üçün  də 
Qafqaz  müsəlmanlarının  hamısının bir  yerdə  olması,  sıx  əmək­
daşlıq  etməsi  və  Ümumqafqaz  məsələlərinin  həll  olunmasında 
öz  səylərini  göstərməsi  hər  bir  xalq üçün  əhəmiyyətlidir,  bizim 
üçün, Azərbaycan  üçün  əhəmiyyətlidir,  mən  Azərbaycanın  Pre­
zidenti kimi bəyan edirəm  ki, Azərbaycan dövləti üçün  əhəmiy­
yətlidir.
Bu  baxımdan  Qafqaz  Müsəlmanlarının  X  Qurultayını  tarixi 
hadisə hesab edirəm. IX qurultay beş il bundan öncə keçirilibdir. 
Amma güman edirəm  ki,  o qurultay bu  səviyyədə keçməyibdir. 
Elədirmi? Bu beş il müddətində bütün Qafqaz müsəlmanları bö­
yük bir yol keçiblər. Bu yolun çox əzab-əziyyətli cəhətləri var, bu 
yol bizə böyük itkilər verib,  amma bu yol hər bir Qafqaz müsəl­
manını  daha  da irəli aparıbdır və əsas odur ki, biz öz hüquqları­
mızı  əldə etmişik,  öz müstəqilliyimizi  əldə etmişik,  milli azadlı­
ğımızı əldə etmişik və öz dini adət-ənənələrimizdən istifadə edə 
bilərik. Beş il  bundan öncə bunlar hələ indiki səviyyədə deyildi.
Ona  görə  də  Qafqaz  müsəlmanlarının  X  qurultayı  tarixi  bir 
hadisədir.  Mən  çox  məmnunam  ki,  siz  keçmiş  ənənələrə  sadiq 
olaraq  bu  qurultayı  da  Azərbaycanda,  Bakıda  keçirirsiniz.  Siz 
əmin ola bilərsiniz ki, mən Azərbaycanın Prezidenti kimi Qafqaz 
Müsəlmanları  İdarəsinə  və  ümumiyyətlə,  Qafqaz  müsəlmanla­
rının  bütün  işlərinə bundan  sonra  da hər türlü  dəstək  verməyə 
hazıram, hər türlü yardım etməyə hazıram.
Hesab edirəm ki, bir faktı da qiymətləndirmək lazımdır. Qafqaz 
Müsəlmanları İdarəsi hələ Sovetlər İttifaqı vaxtında yaranıbdır. O 
vaxtlar bir tərəfdən  din qadağan olunmuşdu,  amma  digər tərəf­
dən,  xüsusən  İkinci  Dünya  müharibəsi qurtarandan sonra,  1945- 
1946-cı  illərdən  sonra  guya  dini  azadlıqlar  verildi  və  Rusiyanın 
patriarxına  imkanlar verildi ki, o özünü göstərsin.  Eləcə də Gür­
cüstanın  patriarxına  da, başqalarına  da,  o  cümlədən Orta  Asiya, 
Qafqaz müsəlmanlarına  da  imkanlar verildi. Qafqaz Müsəlman­
ları  İdarəsi  hələ  o  vaxtlar yaranmışdı,  amma  o,  simvolik bir  şey
2 2 2
Heydor Əliyev sivasjti: TOLERANTLIQ
idi.  İndi  isə Qafqaz  Xalqları Ali  Dini Şurası  çox böyük,  güclü  və 
səlahiyyətli bir təşkilatdır və özünün X qurultayını keçirir.
Mən  əminəm  ki,  siz  bu  qurultayda  Qafqaz  müsəlmanlarının 
gələcək  fəaliyyəti  haqqında  lazımi  müzakirə  aparacaqsınız  və 
müəyyən qərarlar qəbul edəcəksiniz. Bu qurultay Qafqaz müsəl­
manlarının  daha  sıx  birləşməsi  üçün,  bir-birinə  dayaq  olması 
üçün,  bir-birinə  dəstək  olması  üçün  böyük  bir  mərhələ  olacaq­
dır.  Çox  məmnunam  ki,  Qafqaz  Xalqlarının  Ali  Dini  Şurasına 
rəhbərlik edən  əlahəzrət Şeyxülislam  Hacı Allahşükür Paşazadə 
də ötən  illərdə  öz  üzərinə  düşən  vəzifəni  layiqincə  yerinə  yeti­
ribdir və beləliklə, sizin hörmət-izzətinizi qazanıbdır. Siz Şeyxü­
lislam  Hacı  Allahşükür Paşazadəni  tanıyırsınız,  onu  ali  bir dini 
xadim  kimi  qəbul  edirsiniz,  ona  hörmət  edirsiniz  və  indi  onun 
rəhbərliyi ilə bu qurultay toplaşıbdır.
İçkeriyanın  Prezidenti  tərəfindən  Şeyxülislam  Hacı  Allahşü­
kür Paşazadəyə İçkeriya  Cümhuriyyətinin ali mükafatının -  or­
deninin  verilməsini  də mən  əlamətdar hadisə hesab edirəm.  Bu 
münasibətlə sizin adınızdan  və öz adımdan, Azərbaycan  dövlə­
ti  adından  Şeyxülislam  həzrətlərini  təbrik  edirəm.  Bilməlisiniz 
ki,  Şeyxülislam həzrətləri  öz xidmətlərinə görə hələ 1994-cü ildə 
Azərbaycanın ali mükafatı -  "Şöhrət" ordeni ilə də təltif olunub­
dur.  İndi  yeni  bir cümhuriyyətin,  ölkənin  ali  mükafatını  alması 
münasibətilə mən onu təbrik edirəm, ona cansağlığı arzu edirəm 
və gələcək işlərində uğurlar arzulayıram.
Siz bu gün burada öz nitqlərinizdə, qonaqlarımız öz çıxışların­
da  Azərbaycanda  qarşıdan  gələn  -  oktyabrın  ll-dəki  prezident 
seçkiləri  haqqında  arzularınızı,  istəklərinizi  bildirdiniz.  Bunla­
ra  görə  sizə  təşəkkür edirəm.  Mən  beş  il  bundan  öncə  demok­
ratik prinsiplər əsasında Azərbaycanın Prezidenti seçilmişəm  və 
məmnunam  ki,  mənim  bu  beş  il  müddətində etdiyim  işləri həm 
Azərbaycan  vətəndaşları  görür  və  qiymətləndirir,  həm  də  mən 
bu  gün  hiss  etdim  ki,  müsəlman  aləminin  din  xadimləri  də  və 
bizim  dost,  qonşu  ölkələrin  yüksək  səviyyəli  nümayəndələri  də 
bunu  qiymətləndirirlər  və  seçkilərdə  mənə  uğur  arzulayırlar.
223


Hoydor Əliyev siyasəti: TOLERANTLIQ
Buna göro mən sizə təşəkkür edirəm.  Ümidvaram ki, Azərbayca­
nın  seçiciləri  həm  keçmişdə Azərbaycan  xalqı  qarşısında  göstər- 
divim  böyük  xidmətlərə görə,  həm  də ötən  beş  ildə Azərbaycan 
xalqı qarşısında göstərdiyim böyük xidmətlərə görə mənim  işimi 
qiymətləndirəcəklər və oktyabr ayının 11-də mənə səs verəcəklər.
Əziz dostlar,  əziz  qonaqlar,  sizə  söz  verirəm  ki,  mən  bundan 
sonra  da  həm  Azərbaycan  xalqının  etimadını  doğruldacağam, 
həm  də  sizin  etimadınızı  doğruldacağam.  Mənim  həyat  yolum 
böyükdür.
Bilirsiniz  ki,  yaşım  da  çoxdur  və  bəzən  olur  ki,  məsələn,  Da­
ğıstanda ali din xadiminə terror edildiyi kimi, mənə qarşı da belə 
cəhdlər  göstərilir.  Mən  həmişə  bütün  o  terrorçulara  və  cinayət 
yolu  ilə məni  məhv etmək  istəyənlərə bir söz deyirəm.  Deyirəm 
ki, bütün ömrümdə heç vaxt həyatımdan qorxmamışam, həmişə, 
hər yerdə cəsarətlə hərəkət etmişəm  və heç vaxt düşünməmişəm 
ki,  mənə nə olacaqdır.
1993-cü  ilin  iyun  ayında  mən  Bakıya  dəvət  olunanda  Azər­
baycanda qardaş qırğını, vətəndaş müharibəsi gedirdi, Azərbay­
can  parçalanırdı.  Mən  isə -   heç bir  silahlı  dəstəsi,  ordusu  olma­
yan bir adam  -  tək öz canımla  odun  içinə atıldım.  Nə üçün  atıl­
dım? Çünki  inanırdım  ki,  mənim arxamda xalq var və xalq məni 
dəstəkləyəcəkdir.  Bir  də  ona  görə  ki,  inanırdım  ki,  Allah  məni 
indiyə qədər saxladığı  kimi, bundan  sonra da saxlayacaqdır.
Mən  həmişə xalqa  xidmət etmişəm.  Mən əməlisaleh  adam  ol­
muşam.  Bu  gün  do  bu  yolla  gedirəm.  Ona  görə də  öz  xalqımın 
yolunda  həyatımın  son  dəqiqəsinə  qədər  xidmət  edəcəyəm  və 
heç  vaxt,  heç  şey  məni  qorxutmayıb,  çəkindirməyibdir.  Əgər 
hansı  bir  namərd  gülləsi  məni  məhv  edə  bilərsə,  mən  də  Azər­
baycan  xalqının  yolunda  həlak  olmuş  şəhidlərin  biri  olacağam. 
Ancaq  əminəm  ki,  böyük  cənabi  Allah  məni  indiyə  qədər  hifz 
etdiyi  kimi, qoruduğu  kimi,  bundan sonra da  hifz edəcək,  qoru­
yacaqdır və mən Azərbaycan xalqı üçün öz xidmətlərimi bundan 
sonra  da göstərəcəyəm.
224
Əziz  dostlar,  qardaşlar,  mən  bu  gün  sizinlə  burada  keçirdi­
yim  saatları,  dəqiqələri  özüm  üçün  çox  qiymətli  hesab  edirəm. 
Sizdən  mən  çox  yeni  şeylər öyrəndim  və  əmin  ola  bilərsiniz  ki 
bundan sonra  da  mən öz əqidəmə,  İslam dininin  mənəvi dəyər­
lərinə  sadiq  olacağam  və  Azərbaycanda  mənəviyyatın,  mənəvi 
dəyərlərin,  islam  dininin  yüksək  dəyərlərinin  inkişaf  etməsini 
təmin edəcəyəm.
Sizə və sizin  işlərinizə bir daha  uğurlar arzulayıram.  Çox sağ 
olun.
------------------------------------------- --------------------------------- Heydor Oliyev siyasati: TOLERANTLIQ
225


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə