Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hovdur Oliyev siy.ıs.Mi: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə53/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   49   50   51   52   53   54   55   56   ...   112

Hovdur Oliyev siy.ıs.Mi: TOLERANTLIQ
ranmasının əsasını,  təməlini  İslam dini  təşkil edir.  Bu  işdə İslam 
dininin  xüsusi  rolu  vardır.  Odur ki,  mən  yeni  yaranmış belə bir 
məscidin və kompleksin  mənim adımla bağlanmasına çox məm­
nunam, buna görə təşəkkür edirəm.
Sizi əmin edirəm ki, mən həmişə yüksək mənəviyyat uğruııda 
mübarizə  aparmışam,  mənim  həyatım  saf  mənəviyyat  əsasında 
qurulubdur,  mənim  bütün  əməllərim  saf  mənəviyyat  əsasında 
qurulubdur,  mənim  gördüyüm  işlər  də  saf,  təmiz  mənəviyyat 
əsasında  qurulubdur.  Man  Azərbaycan  xalqının  yüksək  mənə­
viyyatım  xalqımızın  böyük  sərvəti  hesab  edirəm.  Ona  görə  də 
mən  indiyə  qədər  buna  sadiq  olduğum  kimi,  bundan  sonra  da 
sadiq olacağam.
Sizə  təşəkkür  edirəm.  Sizə  cansağlığı  arzu  edirəm.  Bizim 
xalqımızı əsrlər boyu yaşadan o böyük Allahdır. Hər birimizi ya­
şadan, o cümlədən  məni də həyatımda böyük fəlakətlərdən xilas 
edən  böyük Allahdır.  Böyük Allahın  adı  ilə sizə  cansağlığı,  səa­
dət, yeni-yeni  uğurlar arzulayıram.
230
Hcvdw Oliyev мул',41; TOLERANTLIQ
AZƏRBAYCAN  RESPUBLİKASININ 
PREZİDENTİ  SEÇİLMƏSİ  MÜNASİBƏTİLƏ 
ANDİÇMƏ  MƏRASİMİNDƏ  NİTQ
Respublika sarayı,  3 8 oktyabr 199S-ci il
Andiçmə  mərasimində  Heydər Əliyev  əlini  Azərbaycan  Res­
publikası  Konstitusiyasının üzərinə qoyaraq dedi:
-  Azərbaycan Respublikası  Prezidentinin səlahiyyətlərini  hə­
yata  keçirərkən  Azərbaycan  Respublikasının  Konstitusiyasına 
əməl  edəcəyimə,  dövlətin  müstəqilliyini  və  ərazi  bütövlüyünü 
qoruyacağıma, xalqa  ləyaqətlə xidmət edəcəyimə and içirəm! 
Sonra  Prezident müqəddəs Qurani-Şərifə əl basaraq dedi: 
-A zərbaycan xalqının milli-mənəvi dəyərlərinə sadiq olacağı­
ma,  onları  ümumbəşəri  dəyərlərlə  zənginləşdirəcəyimə  və  inki­
şaf etdirəcəyimə and  içirəm!
231


Н е у Ј л г   Ə l iy e v   s i y . v o ' i :   T O L E R A N T L I Q
“İSLAM  SİVİLİZASİYASİ  QAFQAZDA” 
MÖVZUSUNDA  BEYNƏLXALQ SİMPOZİUMUNUN 
AÇILIŞI  MƏRASİMİNDƏ NİTQ
Azərbaycan Milli Elmlər Akademiyası 
Rəyasət Heyətinin binası, 
9 dekabr 1998-ci il
Hörmətli  xanımlar və cənablar!
Hörmətli  qonaqlar, simpozium  iştirakçıları!
Sizi  -   Azərbaycanda,  Bakıda  keçirilən  "İslam  sivilizasiyası 
Qafqazda"  mövzusuna  həsr olunmuş Beynəlxalq Simpoziumun
232
iştirakçılarını ürəkdən salamlayıram  və sizə bu  mötəbər işinizdə 
uğurlar arzulayıram.
Azərbaycanda  İslam  sivilizasiyasına,  İslam  mədəniyyətinin 
Qafqazda  yerinə  və  əhəmiyyətinə  həsr olunmuş  ilk  Beynəlxalq 
Simpozium  keçirilir.  Bu,  Azərbaycan  üçün,  bütün  Qafqaz  üçün 
əlamətdar,  tarixi əhəmiyyət kəsb edən bir hadisədir.
İslam  Konfransı  Təşkilatının  nəzdində  İstanbulda  fəaliyyət 
göstərən  İslam  Araşdırma  və  Tədqiqat  Mərkəzi  və  dünyanın 
başqa  ölkələrində  bu  sahədə  tədqiqat  aparan  elmi  mərkəzlər 
İslamın  tarixi,  bəşər sivilizasiyasına  verdiyi  töhfələr  və  İslamın 
bəşər  tarixində oynadığı  rol haqqında  çox dəyərli  işlər görürlər. 
Mən keçən il İstanbulda olarkən mənə İslam Konfransı Təşkilatı­
nın  İslam Araşdırma və Tədqiqat Mərkəzində olmaq və onun işi 
ilə tanışlıq nəsib oldu.  Bizim simpoziumda  iştirak edən hörmət­
li  cənab  Ekmələddin  İhsanoğlu  ilə  birlikdə,  az  müddət  olsa  da, 
mən  orada  çox  şeylər müşahidə etdim,  öyrəndim.  Biz Azərbay­
canda da elmi  simpozium  keçirilməsi  haqqında fikir mübadiləsi 
apardıq. Məmnuniyyətlə qeyd edirəm ki, belə bir simpoziumun 
keçirilməsi  ilə əlaqədar mənim qəbul etdiyim qərar artıq həyata 
keçirilibdir,  beynəlxalq simpozium bu  gün  öz  işinə başlayıbdır. 
Ümidvaram  ki, simpozium  çox dəyərli  işlər görəcək  və Qafqaz­
da  İslam  sivilizasiyasının  rolunu  və  bu  sahədə gələcək  elmi-tə­
dqiqat işlərinin proqramlarını  müəyyən edə biləcəkdir.
Bu,  təkcə Azərbaycan  üçün yox, bütün Qafqaz xalqları, bütün 
İslam  aləmi  üçün  çox  əhəmiyyətli  işdir.  Azərbaycan  dövləti  və 
mən -  Azərbaycan  Prezidenti  bu  işi  çox dəyərli  hesab  edirik  və 
gələcəkdə də bu  işə himayədarlıq etməyi  mən öz üzərimə götü­
rürəm.
Qafqaz  dünyanın  nadir  xarakter  daşıyan  bir  bölgəsidir. 
Qafqaz öz təbiətinə, coğrafi quruluşuna görə və Qafqazda qədim 
zamanlardan  məskunlaşmış,  min  illər  boyu  yaşamış  insanların 
xüsusiyyətinə,  onların  xarakterinə  görə  çox  nadir  bir  bölgədir. 
Eyni  zamanda,  hesab  edirəm  ki,  Qafqaz  dünya  xalqları  üçün 
dünyanın çox maraqlı bir hissəsidir.
___________________________  
_  
_______ Heydar Əliyev sivasjli: TOLERANTLIQ
233


Hey dor Əliyev sivasoti:  TOLERANTLIQ
Biz qafqazlılar özümüzün qafqazlı olmağımızla fəxr edirik.  Bu 
nə  deməkdir?  Qafqazın  təkcə  məğrur  dağları,  onun  gur  çayları, 
gözəl  bulaqları,  meşələri,  gül-çiçəkləri  demək  deyildir.  Qafqazlı 
olmaqla  fəxr  etmək  Qafqaz  xalqlarının  tarixi  kökləri  ilə,  Qafqaz 
xalqlarının bəşər mədəniyyətinə verdikləri töhfələrlə bağlıdır.
Bu  baxımdan  Qafqazda  İslamın  yayılması  və  inkişaf  etməsi 
Qafqaz xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir, eyni za­
manda, İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyər­
li  töhfələrin  olmasını  əks  etdirir.  Qafqaz  xalqlarının,  demək  olar 
ki, əksəriyyəti  İslam dininə itaət edir. İslamın Qafqazda yayılması 
tarixini siz alimlər yaxşı bilirsiniz.  Mən sadəcə, bir nöqtəni  vurğu- 
lamaq istəyirəm ki, Azərbaycan bu sahədə mühüm yer tutur.
Məlumdur  ki,  Qafqazda  İslamın  yayılması  və  inkişaf  etməsi 
Azərbaycandan  başlayır.  İslam  Qafqaz  xalqlarına  səadət,  xoş­
bəxtlik gətiribdir,  inkişaf,  İslami  dəyərlər gətiribdir.  Bu  dəyərlər 
-   müqəddəs  kitabımız  Qurani-Kərimdən  gələn  İslami  dəyərlər 
Qafqaz xalqlarının  milli-mənəvi dəyərlərinin  əsasını  təşkil edib­
dir.  Məlumdur ki,  Qafqazda  yaşayan  xalqlar İslam  dinini  qəbul 
edənə  qədər  də  böyük  mədəniyyətə,  tarixə  və  özlərinə  məxsus 
adət-ənənələrə  malik  olmuşlar.  İslamın  dini-mənəvi  dəyərləri 
Qafqaz xalqlarının qədimdən  yaranmış və  inkişaf etmiş mənəvi 
dəyərləri  ilə  birlikdə  xalqların  yüksək  milli-mənəvi  dəyərlərini 
təşkil ediblər.
Mən  bu  sözləri Azərbaycan  xalqının  tarixi əsasında söyləyirəm. 
Güman edirəm  ki, bu fikirlər Qafqazda yaşayan, İslam dininə itaət 
edən  başqa  xalqlara  da  aiddir.  Buna  görə  də  mən  Azərbaycanm 
Qafqazda  İslam  dəyərlərinin, İslam dininin, İslam sivilizasiyasının 
yayılması və inkişaf etməsində xüsusi rol oynamasının haqlı oldu­
ğunu  bildirirəm.  Əgər  Qafqazın  başqa  xalqlan  və  xüsusən Şimali 
Qafqaz və ondan şimalda olub İslam dininə itaət edən xalqlar İslam 
sivilizasiyasına  qatılıblarsa,  İslam  dinini  qəbul  ediblərsə,  onlann 
yolu da məhz Azərbaycandan keçir.
Bildiyiniz  kimi, Qafqaz  coğrafi nöqteyi-nəzərdən  Xəzər dənizi 
ilə Qara dəniz arasında -  əgər Yer kürəsi miqyasında təsəvvür et­
234
Heydar Əliyev siyasoti: TOLERANTLIQ
sək -  kiçik bir cığırdır. İslamın, Quranın mərkəzindən -  Ərəbistan­
dan  yayılan İslam dini,  İslam mədəniyyəti  cürbəcür yollarla  indi 
artıq islama  mənsub olan əraziləri  əhatə edibdir. Qafqazın  şima­
lında və ondan da şimalda olan xalqların o vaxtdan İslam dininə, 
mədəniyyətinə mənsub  olduğunu  nəzərə alsaq,  bunda  Qafqazın 
ən cənubunda yerləşən Azərbaycanın xüsusi rolu şübhəsizdir.
Azərbaycanda  İslam  dini  VII  əsrdən  yayılıb  və  Azərbaycan 
xalqının  milli-mənəvi  dəyərlərinin  əsasını  təşkil  edir.  Bizim 
çoxəsrlik İslam dövrü tariximiz zəngindir. Bu gün  iftixar hissi ilə 
deyirik ki, Azərbaycanın  İslam mədəniyyəti,  İslam  dini ilə bağlı 
olan dahi  insanları -  Nizami, Füzuli, Nəsimi, Tusi, Qatran Təbri­
zi və bir çox digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına bö­
yük  töhfələr vermiş və İslam  mədəniyyətini zənginləşdirmişlər. 
Biz bunlarla fəxr edirik.
Biz azərbaycanlılar öz tariximizlə,  milli-mənəvi  dəyərlərimiz- 
lə fəxr edirik, öz doğma  ana  dilimizlə fəxr edirik.  Bunlar hamısı 
bizim milli  mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir.  Bun­
lara  görə  də  biz  İslam  dininə,  İslam  mədəniyyətinə  mənsub  ol­
mağımızla da fəxr edirik.
Dünyada  bir  çox  böyük  dinlər  mövcuddur.  Hər  dinin 
özünəməxsus  yeri  var.  Biz  azərbaycanlılar  İslam  dini  ilə  fəxr 
edərək, eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi münasi­
bət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq 
və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etmə­
mişik.  Ümumiyyətlə,  başqa  dinlərə  dözümlülük,  başqa  dinlərlə 
yanaşı  və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam  dəyərləri­
nin  xüsusiyyətidir.  Bu,  tarix  boyu  Azərbaycanda  da,  Qafqazda 
da öz əksini tapıbdır. Azərbaycanda İslam dini ilə yanaşı xristian 
dini  də,  yəhudi  dini  də  əsrlər  boyu  yaşayıb  və  indi  də  yaşayır. 
Qafqazda  da  bu  mənzərə  var.  Hesab  edirik  ki,  insanlar  hansı 
dinə,  hansı  mədəniyyətə  mənsubluğundan  asılı  olmayaraq,  bü­
tün başqa  mədəniyyətlərə, dinlərə, mənəvi  dəyərlərə də hörmət 
etməli,  o  dinlərin  bəzən  kiməsə  xoş gəlməyən  adət-ənənələrinə 
dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə,
235


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə