Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydər Əliyev siyasəti: T O LERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə56/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   52   53   54   55   56   57   58   59   ...   112

Heydər Əliyev siyasəti: T O LERANTLIQ
larına görə bu tədqiqatı da aparmaqdan çəkinmirdilər, qorxmur­
dular.  Bax,  buna  görə  də  mən  hesab  edirəm  ki,  Azərbaycanda 
İslamşünaslıq sahəsində XX əsr demək olar,  tamam  itirilibdir.
Bu  işləri görmək üçün Azərbaycanda İslamşünaslıq elmini  in­
kişaf etdirmək  lazımdır. Azərbaycanın  Elmlər Akademiyası, Bakı 
Dövlət  Universiteti  və elmi  tədqiqat  institutları  bəlkə  də bu  sahə 
üçün  xüsusi  təşkilatlar,  orqanlar,  elmi  mərkəzlər yaratmalıdırlar. 
Hər  halda,  mən  indi  qəti  deyə  bilmərəm.  Belə  təşəbbüslər  olsa, 
mən onları dəstəkləyəcəyəm, bunlar üçün şərait də yaradacağam. 
Buna arxayın olun.
Yenə də deyirəm, Azərbaycan elmində böyük bir dövr ərzində 
biz bu  işlərlə ciddi  məşğul olmamışıq. Ancaq  bu,  təkcə Azərbay­
can alimlərinin işi deyil və çətindir, tndi bizim üçün çox mötəbər 
mərkəz  olan,  İstanbulda  yerləşən  İslam  Konfransı  Təşkilatının 
Elmi Tədqiqat  Mərkəzi,  yaxud  da  ki,  Rusiyanın  Moskvada  olan 
elmi  tədqiqat  təşkilatları,  Avropadakı  elmi  tədqiqat  təşkilatları 
ilə əməkdaşlıq edilməlidir.
Cənab  Medvedkonun  burada  olmasından  istifadə  edərək 
demək istəyirəm  ki,  gərək  Rusiyanın  özü  də bu  işlərə ciddi  fikir 
versin.  Çünki  Rusiyada  30  milyon  müsəlman  yaşayır.  Bu,  Rusi­
yanın  150  milyonluq  əhalisinin  böyük  bir  hissəsini  təşkil  edir. 
Demək,  əhalinin  bu  hissəsini nəzərə almaq  lazımdır.
Keçmişdə,  sovet  hakimiyyəti  dövründə  din  qadağan  edil­
diyinə  görə  kim  müsəlmandır,  kim  xristiandır  -   hamısı  bir  idi, 
hamısı  da  sovet  xalqı  hesab  olunurdu.  Hətta  xalqların  adını  da 
xırda-xırda aradan götürmək meyilləri  inkişaf edirdi.  "Vahid so­
vet  xalqı",  "insanların  yeni  tarixi  birliyi"  kimi  terminlər  var  idi. 
Amma  indi gərək  Rusiya  Federasiyası da  düşünsün  ki,  bu ölkə­
də 30  milyon  müsəlman  yaşayır.  Onların əksəriyyəti  də  yığcam 
şəkildə  öz ərazilərində -  Şimali  Qafqazda, Tatarıstanda,  Başqır­
dıstanda, başqa yerlərdə yaşayırlar.
Demək,  Rusiyada  da  bu  elmi  tədqiqat  işləri  çox  gücləndiril­
məlidir.  Biz  son  iki  əsrdə  Rusiya  ilə  çox  sıx  bağlı  olduğumuza 
görə,  bu  elmi  tədqiqat sahəsində müştərək işlər də görmək olar.
244
Heydor Oliyev siyasati: TOLERANTLIQ
Hesab edirəm  ki,  bu  da  faydalı  olacaqdır.  Xüsusən  ona  görə  ki, 
- mən burada  artıq  bəyan etdim -  əgər Qafqazda  İslam  siviliza­
siyası problemlərinin tədqiqi işlərini öz üzərimizə götürsək, yəni 
burada  bu  işlərin  mərkəzini  təşkil  etsək,  demək,  biz  Rusiyanın 
elmi  tədqiqat orqanları ilə sıx əməkdaşlıq etməliyik.
Hörmətli alimlər, dostlar!
Mən  sizin  konfransın  işinə  çox  böyük  əhəmiyyət  verirəm. 
Ümidvar olduğumu bildirmək istəyirəm  ki, siz bu gün  və qarşı­
dakı  günlərdə Azərbaycanda  səmərəli  işlər görəcəksiniz.  Şübhə 
etmirəm  ki, Azərbaycanda  yüksək qonaqpərvərlik görəcəksiniz. 
İnanıram  ki,  siz  Azərbaycanın  bugünkü  gerçəkliyi  ilə  də  tanış 
olacaqsınız.  Bizim  ağır,  çətin  problemlərimizlə  yanaşı,  dövlət 
müstəqilliyimizin  dəyərli  uğurları  da  vardır.  Biz  fəxr edirik  ki, 
bütün ağır problemlərə, sosial-iqtisadi çətinliklərə, ərazimizin 20 
faizinin işğal altında olmasına baxmayaraq, işğal edilmiş torpaq­
lardan  bir milyondan artıq azərbaycanlıların zorla  çıxarılmasına 
və  onların  əksəriyyətinin  indi  çadırlarda  yaşamasına  baxmaya­
raq, biz tariximizin gözəl bir mərhələsini yaşayırıq. Çünki dövlət 
müstəqilliyimizin  yeddinci  ili  tamam  olur.  Ötən  bu  yeddi  ildə 
Azərbaycan  üçün  çox hamar dövr olmayıbdır.  Bu  sahədə də bi­
zim qarşımızda çoxlu çətinliklər olubdur. Biz çox böyük bəlalarla 
rastlaşmışıq. Ancaq əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın 
dövlət müstəqilliyi qorunub,  saxlanılıb və Azərbaycan  müstəqil 
dövlət kimi yaşayır və bundan sonra da yaşayacaqdır.
Siz  burada  Azərbaycanın  Avropa  ilə  Asiya,  Qərblə  Şərq  ara­
sında bir körpü olduğunu da qeyd etdiniz. Bu, həqiqətən belədir. 
Bu, təkcə coğrafi məna daşımır. Bu, sosial-iqtisadi və siyasi məna 
daşıyır. Siz bilirsiniz ki, bu il sentyabrın 7-8-də Azərbaycanda ilk 
dəfə qədim  tarixi  İpək  yolunun  bərpası  ilə əlaqədar  beynəlxalq 
konfrans keçirilmişdir.  Bu  konfransda 32 dövlətin yüksək səviy­
yəli nümayəndə heyətləri, o cümlədən bir çox ölkələrdən dövlət
hökumət  başçıları  iştirak  etmişlər.  13  beynəlxalq  təşkilatın  nü­
mayəndə  heyəti  burada  iştirak  etmişdir.  Biz  hələ  orta  əsrlərdə 
itirilmiş böyük  tarixi  İpək yolunun  bərpası  ilə  əlaqədar  ilk dəfə
245


olaraq beynəlxalq sənədlər, bəyannamələr imzalamışıq. Bu proq­
ram  artıq həyata  keçirilir \'ə biz onun nəticələrini görürük.
Ona  görə  də Azərbaycan  öz  coğrafi  vəziyyətinə  əsasən  Qərb 
sivilizasiyası  ilə Şərq sivilizasiyasını -  həm  coğrafi,  həm də məz­
mun,  mənəvi  nöqteyi-nəzərdən  -  birləşdirən  bir ölkədir.  Biz  bu 
tarixi  missiyamızı  da  çox yüksək  qiymətləndiririk. Şərqlə Qərbi, 
Avropa  ilə  Asiyanı,  Xristian  aləmi  ilə  İslam  aləmini  birləşdirən 
Azərbaycan  müstəqil  dövlətdir  və  bundan  sonra  da  müstəqil 
dövlət kimi yaşayacaqdır.
Mən sizin hamınıza cansağlığı, səadət arzulayıram. Simpoziu­
mun işinə uğurlar arzulayıram.
Heydər Əliyev sivəsəti: TOLERANTLIQ 
__
246
Hoydor Əliyev siyasali: TOLERANTLIQ
“İSLAM  SİVİLİZASİYASI  QAFQAZDA” 
MÖVZUSUNDA BEYNƏLXALQ SİMPOZİUMUN 
İŞTİRAKÇILARININ  BÖYÜK  BİR QRUPU  İLƏ 
GÖRÜŞDƏ ÇIXIŞ
Prezident sarayı,  11  dekabr 1998-ci il
Mən  böyük bir elmi  toplantının, simpoziumun  keçirilməsi  və 
uğurla  başa  çatması  münasibətilə  sizi  bir  daha  təbrik  edirəm. 
Hesab  edirəm  ki,  siz  hamınız  birlikdə  çox  dəyərli  iş  görmüsü­
nüz.  Ancaq  bir daha  bunu  qeyd etmək  istəyirəm  ki,  bu  işin  əsa­
sını  mənim  İstanbulda,  İslam  Konfransı Təşkilatının  Bimi Araş­
dırmalar Mərkəzində görüşüm qoyubdur. Mən o vaxt orada gö­
rülən  işlər haqqında  müəyyən  məlumat alandan  sonra  və bizim 
hörmətli  dostumuz  Ekmələddin  İhsanoğlu  ilə  ətraflı  danışıqlar 
aparandan  sonra  bu  təklifi,  yəni  mənə verilən  təklifi  -  bu  təşəb­
büs bizdən deyil, bunu da etiraf etməliyəm -  qəbul etdim. Məm­
nunam  ki,  bu,  artıq reallaşdı  və simpozium keçirildi.
Mən  hesab  edirəm  ki,  bununla  böyük  bir  işin  əsası  qoyulub­
dur.  İslam sivilizasiyası dünyanın böyük bir hissəsini əhatə edir. 
Onlardan bir qismi İslamın yarandığı  ərazi  və demək olar ki,  İs­
lamın mərkəzidir. Digər hissəsi ərəb ölkələri və Yaxın, Orta Şərq 
ölkələridir ki,  burada  İslam  dini  həmişə yaşayıb,  həmişə inkişaf 
edibdir.  Hətta  bir çox ölkələrdə  İslam  dini hakimiyyətin də əsa­
sını  təşkil edir,  dövlətlər İslam dövləti adını daşıyırlar və dövlət 
quruluşunda  İslam  prinsipləri əsas götürülür.
İslamın  mövcud  olduğu  başqa  ölkələr  isə  keçmişdə  Sovetlər 
İttifaqına  mənsub  olmuş  ölkələrdir.  Bu  ölkələr  daha  əvvəl  Ru­
siyanın,  yəni  Çar  imperiyasının  tərkibində  olublar.  Çar  Rusi­
yası  dağılandan  sonra  isə  inqilab  nəticəsində  sovet  hakimiyyə­
ti  yarandıqdan  sonra  bu  ölkələr  Sovetlər  İttifaqının  tərkibində 
olublar.  Sovetlər  İttifaqı  dağılandan  sonra  bu  ölkələr öz  dövlət
247


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə