Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hcvdor Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə64/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   60   61   62   63   64   65   66   67   ...   112

Hcvdor Əliyev siyasəti: TOLERANTLIQ
İndi  Azərbaycanda  xalqlar  bütün  azadlıqları  əldə  ediblər.  O 
cümlədən  vicdan  azadlığı,  din  azadlığı  tamamilə  bərqərar  olu­
nubdur.  Bizim  millətimiz  öz  İslam  dininə,  İslam  mənəviyyatına 
olan  bağlılığını,  sevgisini,  məhəbbətini  indi  keçmişdə  olduğu 
kimi gizli, yaxud da xəlvət yox, açıq-aşkar nümayiş etdirir.
Bu  gün  məmnuniyyətlə  qeyd  etmək  olar  ki,  Azərbaycanda 
insanlar  vicdan  azadlığı  əldə  edəndən  sonra  respublikamızda 
müqəddəs yerlər -  məscidlər,  məbədlər xalqımıza, onun mənəvi 
dəyərləri  mənimsəməsinə  çox  yardım  edir.  Bütün  bunların  içə­
risində  İslam  dininə  mənsub  olan  insanların,  azərbaycanlıların 
ən  böyük  arzusu  Həcc  ziyarəti  etməkdir.  Kim  buna  nail  olursa, 
o,  şübhəsiz  ki,  dünyanın  ən  xoşbəxt  adamı  olur.  Siz  buna  nail 
olmusunuz, yəni bu  hüququ almısınız və artıq yola düşürsünüz. 
Mən  inanıram  ki,  siz sağ-salamat  gedəcəksiniz,  ziyarəti edəcək­
siniz,  sağ-salamat  öz  vətəninizə,  evinizə  qayıdacaqsınız  və  bu 
ziyarətdən  aldığınız  mənəvi  yardım  sizin  gələcək  həyatınızda, 
əmək fəaliyyətinizdə çox şeylər verəcəkdir.
Çox  şadam  ki,  illər  boyu  qəlbimdə  yaşayan  arzumu  1994-cü 
ildə həyata  keçirə bildim,  müqəddəs yerləri -  Məkkəni, Mədinə­
ni,  Kəbəni ziyarət etdim. Bu,  mənim  həyatımda  ən  dəyərli  tarixi 
bir hadisə olubdur.
Deyə bilərəm ki, belə bir ziyarətdən sonra insan nə qədər yük­
səlir,  nə  qədər  yüksək  hisslərə  qovuşur.  Buna  görə  də  mən  de­
yirəm ki, siz artıq xoşbəxt bir insansınız. Təbiidir, hər bir insanın 
həyatında  müxtəlif  qayğılar,  çətinliklər,  problemlər  vardır.  An­
caq bunların  içərisində Həcc ziyarəti etmək insanlarda müəyyən 
qədər rahatlıq yaradır və başqa  çətinliklərin öhdəsindən gəlmək 
üçün insanları  daha  da  cəsarətli edir,  daha da məğrur edir.
Mən şübhə etmirəm  ki,  siz bu Həcc ziyarətini  uğurla başa çat­
dıracaqsınız. Sizdən  başqa,  Azərbaycanda çoxları da bu  Həcc zi­
yarətinə  gedir.  250  nəfər  bizim  dostumuz,  Səudiyyə  Ərəbistanı 
kralının  himayəsi  altında,  450  nəfər də özləri  öz imkanları hesa­
bına  ziyarətə  gedir.  Beləliklə,  bu  il  700  nəfər Azərbaycan vətən­
daşı,  azərbaycanlı  Həcc  ziyarətini  həyata  keçirəcəkdir.  Bu,  Həcc
276
H °y d »  Oliycv siyasoli: TOLERANTLIQ
ziyarətini  edən hər bir insan  üçün  də əhəmiyyətlidir,  amma  bi­
zim cəmiyyətimiz, xalqımız üçün də əhəmiyyətlidir. Çünki Həcc 
ziyarətini edən hər bir şəxs nəinki özü mənəviyyatca zənginləşir, 
o, aldığı  mənəvi zənginlikdən bəhrələnərək öz ətrafına, ailəsinə, 
öz dostlarına da  təsir edir,  kömək edir,  onları daha da  düz yola, 
Allah yoluna  dəvət edir.
Mən sizin hamınıza yaxşı yol, uğurlu yol arzulayıram. Əvvəl­
cədən  arzulayıram  ki,  Həcc ziyarətinizi Allah  qəbul  etsin  və siz 
sağ-salamat Vətənimizə qayıdasınız.
Bir daha sizinlə bu bayram axşamı, bu əziz,  müqəddəs gündə 
görüşdüyümə görə çox sevinirəm.  Çünki belə gündə hər bir gö­
rüş  insan  üçün  xüsusi  əhəmiyyətlidir.  Mən  sizinlə  görüşürəm, 
yəni Allah yolunda Həccə gedən adamlarla görüşürəm.
Məndən  Məkkəyə,  Mədinəyə,  Kəbəyə salam  çatdırın  və Azər­
baycan  xalqının  İslam  dininin  bütün  yüksək  mənəvi  dəyərlərinə 
nə qədər sadiq olduğunu  öz hissiyyatlarınızla oraya çatdırın. Sizə 
yaxşı yol! Bir daha bayramınızı təbrik edirəm. Hamınıza cansağlı­
ğı, bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.
277


Heydor Əliyev siyasoti: TOLERANTLIQ
BAKININ  BİBİHEYBƏT ZİYARƏTGAHINDA 
QURBAN  BAYRAMI  MƏRASİMİNDƏ ÇIXIŞ
28 mart 1999-cu il
Hikmət  Əlizadə  (Bibiheybət  məscidinin  axundıt):  Cənab  Prezi­
dent,  1994-cü  il  mayın  21-də,  Peyğəmbər  əleyhissəlam  Həzrət 
Məhəmmədin  mövlud  günü  Siz  ilk  dəfə  buraya  gələndə  indi 
gördüyünüz ikinci  minarənin  ucaldığı yerdə çıxış edib bizə  söz 
verdiniz ki, inşallah, Bibiheybət məscidi tikiləcəkdir. Bu xeyirxah 
əməlinizə görə Sizə cansağlığı diləyirik. Allah Sizi bizə, xalqımı­
za çox görməsin.
Sizin  sözünüz də,  əməliniz də bütövdür və hər işi başa çatdı­
rırsınız. Bayramınız mübarək olsun!
Heydər Əliyev: İş onda deyil ki, mən söz vermişəm və sözümü 
yerinə yetirmişəm. Təbiidir ki, mən söz verəndə həmişə onu yerinə 
yetirməyə çalışıram  və çox  vaxt da  nail  oluram.  Amma  bu,  təkcə 
sizin  arzunuz,  istəyiniz olmamışdı.  Bu,  mənim  qəlbimdən  gələn 
bir  hiss  idi.  Keçmişdə  biz  Azərbaycanda  saraylar,  böyük-böyük 
binalar  yaratmışıq.  Amma  bu  müqəddəs  yerdə  məscidin  yaran­
ması  sizin  də, bizim  də -  bütün  müsəlmanların  arzusu  olubdur. 
Mən  xoşbəxtəm  ki,  biz belə  bir gözəl  məscid  yaratdıq.  Gözəl  də 
minarələri var, çox gözəldir. Özü də ancaq Azərbaycan memarlığı 
üslubunda  tikilibdir,  başqa  cür ola  bilməz.  Çox  gözəl  məsciddir 
və o, burada olmalı idi. Bura müqəddəs yer, pirdir. İnsanlar buna 
inanır, buraya böyük ümidlərlə gəlirlər. Ona görə də burada belə 
bir  məscid  binası  olmalı  idi  ki,  insanlar gəlib  həm  öz  arzu-istək­
lərini  bildirsinlər,  eyni zamanda,  ibadət eləyə  bilsinlər.  Mən  çox 
xoşbəxtəm, çox gözəldir.
Allahşükür Paşazadə:  Bismillahir-rəhmanir-rəhim.
Həmd  və səna  olsun Allaha ki, bizi yaradıb və içərimizdən bizə 
elə şəxslər göndərib ki, onlar dünyaya gələndən sonra saleh işlər gö­
rürlər, insanlara yaxşı yollar göstərir, yaxşı əməllər sahibi olurlar.
278
Heydor Əliyev sıyasali: TOLERANTUO
Sovet rejimi, ateizm rejimi zamanı Bibiheybət məscidi, müqəd­
dəs yerimiz -  imam Rza  aleyhissəlamın  bacısı  Hökümə  xanımın 
dəfn  olunduğu  məscid  yerlə yeksan edildi,  şəhidliyə məruz qal­
dı.  Hətta  üstündən  yol  çəkildi  ki,  bir  daha  tikilməsin.  Bəli,  onu 
sökənlər,  dağıdanlar,  üstündən yol  çəkənlər də təəssüf  ki,  xalqı­
mızın  nümayəndələri,  azərbaycanlılar  idi.  Amma  bu  gün  biz 
Heydər minarəsindən birinci dəfə olaraq, hörmətli Prezidentimi­
zin iştirakı ilə, onunla bərabər gəlmiş qonaqların iştirakı ilə "Alla- 
hu-Əkbər"  səsini eşidirik,  yəni  dirilik səsini eşidirik. Allah-Təala 
bir  tərəfdən bizi  ümidsiz eləyirdisə,  bu gün bizə  ümid,  gələcəyə 
inam bəxş eləyibdir. Allah-Təala Azərbaycan torpağına xalqımızı 
birlikdə görmək əzmində olan bir rəhbər göndərdi və biz bugün­
kü gündə onun nemətini görürük.
Biz bu məscidə cansız daş kimi baxmamalıyıq. Yox, bu  məscid 
diridir,  şahiddir,  xalqımızın  tarixidir.  Xalqımızı  əyə  bilərlər,  tor­
paqlarını əlindən müvəqqəti ala bilərlər. Amma heç vaxt imanımı­
zı,  inamımızı əlimizdən ala bilməzlər. Çünki  bu xalqın belə oğul­
ları varsa, inşallah, o xalq həmişə yaşayacaq və yaşamaqdadır.
Bu  tikintidə  zəhmət  çəkənlər  çoxdur.  Bibiheybət  məscidinin 
tikilməsində  onun  ətrafında  yaşayan  adi  camaat,  xalq  kömək 
göstərib,  işçilər  də yaxşı  çalışıblar.  Elə  adamlar  var  ki,  daxilən, 
Allaha məhəbbət üçün, xalqına və rəhbərə məhəbbət üçün iş gö­
rürlər.  Mən  istərdim  ki,  Şeyxülislam  kimi,  bu  bayram  günündə 
şəhərimizin meri Rəfael Allahverdiyevə bütün müsəlmanlarımız 
adından  təşəkkürümü  bildirim.  Onun  gördüyü  işlər,  köməyi 
sayəsində tikinti bu ərsəyə çatmışdır.
Bəziləri deyirlər ki, indi məscid  tikmək vaxtıdırmı, başqa şey­
lər  də  tikmək  olar.  Bəli,  zavod  tikməklə  bərabər,  gərək  bizim 
mənəviyyatımızın  da  qülləsi  ucaldılsın.  Xüsusən,  Bibiheybət 
məscidinin  ikinci  dəfə  həyat  qazanmasına,  bu  məbədin,  belə 
müqəddəs yerin olmasına böyük ehtiyacımız var.
Ürəyimdə çox söz var.  Elə bilirəm ki,  bu arzular təkcə mənim 
deyil,  bütün  xalqımızın  arzularıdır.  Mən  bayaq  dedim  ki,  bu 
məscidi yıxanlar, dağıdanlar da bizim xalqımızın nümayəndələ-
279


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə