Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydər Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə66/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   62   63   64   65   66   67   68   69   ...   112

Heydər Əliyev siyasəti: TOLERANTLIQ
zim  dinimiz qadağan  edilmişdi,  millətimizin, xalqımızın  ən əziz 
dəyərlərinə  itaət  etməkdən  məhrum  olmuşdur,  Azərbaycanda 
məscidlərin əksəriyyəti dağıdılmışdı.
Ona  görə  də  indi  bu  boşluğu  mütləq  doldurmalıyıq  və bunu 
da  edirik.  Azərbaycan  vətəndaşları,  insanlar  öz  imkanlarından 
istifadə  edərək  ölkəmizin  hər  yerində  dini  ocaqlar,  məscidlər 
yaradırlar.  Bu  təqdirəlayiqdir.  Bu  sahədə bizim  də işlərimiz göz 
qabağındadır.  Gördüyümüz  işlərin  ən  gözəl  nümunəsi  də  bu 
gün  toplaşdığımız  Bibiheybət  məscididir.  Biz  bunu  yaratmışıq 
ki, azərbaycanlılar, müsəlmanlar bundan istifadə edib öz istəklə­
rini,  arzularını yerinə yetirsinlər.  Biz bunu  gələcək nəsillər üçün 
bir  abidə  kimi  yaratmışıq.  İnanıram  ki,  xalqımız  bu  müqəddəs 
veri, Bibiheybət məscidini daim yaşadacaqdır.
İndi Azərbaycan  müstəqil  dövlətdir, öz taleyini  özü həll  edir. 
Bundan sonra biz heç vaxt imkan verməyəcəyik ki, yadellilər, di­
nimizə, imanımıza, mənəviyyatımıza zidd olan hansısa qüvvələr 
gəlib bizə  hakim  olsunlar  və  mənəvi  dəyərlərimizə  yenidən  xə­
sarət gətirsinlər.  Bundan  sonra  heç vaxt buna  yol  verilməyəcək­
dir.  İnanıram  ki,  Bibiheybət  məscidi  bu  gündən  sonra  daha  da 
zənginləşəcək  və  gələcək  üçün  yaşayacaq,  gələcək nəsillərə biz­
dən  töhfə olacaqdır.
Mən  bu  gün  bütün  Azərbaycan  xalqına,  müsəlmanlara  ən  xoş 
arzularımı bildirirəm. Əziz dostlar,  bu  gün bu  müqəddəs məscidə 
toplaşdığınıza  görə sizə  təşəkkür edirəm.  Hər  birinizə  cansağlığı 
və səadət arzulayıram.  Bayramınız mübarək olsun! Sağ olun.
Allahşükür  Paşazadə:  Əziz  Prezidentimiz  və  Sizinlə  gələn 
dövlət  işçiləri!  Bu,  bizim  üçün  yeni  addımdır.  Bilirsiniz  ki,  vax- 
tilə nəinki  Qurban  bayramını  qeyd  etmək,  hətta  qurban kəsmək 
bizim  üçün  çox  çətin  idi.  Bir  vaxt  vardı  qurbanı  gizli  kəsirdik, 
qorxurduq.  Amma  indi  müstəqil  Azərbaycan  dövlətinin  rəh­
bəri  kimi,  Siz  Qurban  bayramı  gününü  elan  etdiniz  və  o  günü 
istirahət  günü  elədiniz.  Bugünkü  gündə  də  Qurban  bayramını
284
Heydor Əliyev siyasini: TOLERANTLIQ
bizimlə bir yerdə keçirirsiniz. Allah-Təala  Sizi  bəladan  qoruyub 
saxlasın.  Allah-Təala  Sizin  rəhbərliyinizlə  bütün  Azərbayca­
nın,  xalqımızın  gələcəyini  xoşbəxt eləsin.  Bir  arzum  da  var:  Al­
lah-Təala  xoş niyyətlərinizə çatmağınıza  kömək eləsin  və biz də 
həmişə Sizə duaçıyıq.
Sizə bir daha  minnətdarlığımı  bildirirəm,  çox sağ  olun.  Sizin 
gəlişiniz  bizim  üçün  xeyirdir,  xoşbəxtlikdir.  Bütün  müsəlman­
lara,  Azərbaycan  müsəlmanlarına,  mənəviyyatımıza  verdiyiniz 
qiymətdir  ki,  bu  qədər  işiniz olduğu  halda,  gəlib  bizimlə  görü­
şürsünüz.  Biz bunu çox qiymətləndirir və bir daha  minnətdarıq. 
Çox sağ olun.
285


Hevdt'r Əliyev siyasMi: TOLERANTLIQ
PASXA BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCANIN  PRAVOSLAV 
XRİSTİANLARINA TƏBRİK
Əziz həmvətənlər!
Sizi  xristianlığın  müqəddəs  bayramlarından  biri  olan  Pasxa 
münasibətilə  ürəkdən  təbrik  edir,  hamınıza  həyatda  xoşbəxtlik 
və səadət arzulayıram.
Azərbaycan  tarixən  müxtəlif xalqların  mehriban  bir ailə  kimi 
dinc  yanaşı  yaşadığı,  milli  adətlərin,  dini-mənəvi  dəyərlərin 
qorunub  saxlandığı  bir  ölkə  olmuşdur.  Müstəqillik  qazandıq­
dan  sonra  bu  şərəfli  ənənə  davam  etdirilmiş,  hər  kəsin  vətən­
daş  hüquqları,  vicdan  azadlığı  və  dini  etiqad  sərbəstliyi  təmin 
olunmuşdur.  Təsadüfi  deyildir  ki,  1934-cii  ildə  sovet  rejiminin 
dini etiqad  azadlığına  müdaxiləsi  nəticəsində  ləğv  edilmiş  Bakı 
və Xəzəryanı Yeparxiya da müstəqil dövlətçilik şəraitində öz fəa­
liyyətini  yenidən bərpa etmişdir.
Respublikamızın müasir həyatında dinindən  və milliyyətindən 
asılı  olmayaraq  bütün  Azərbaycan  vətəndaşları  fəal  iştirak  edir. 
Onlar dövlətimizin müvəffəqiyyətləri ilə birgə sevinir, qayğılan ilə 
yaşayır və problemlərini  birgə  həll  edirlər.  İnanıram  ki,  öz sırala­
rında  vətəndaşlarımızı  birləşdirən  bütün  milli-mədəni  təşkilatlar, 
vətəndaş  təsisatları,  dini  qurumlar  və  konfessiyalar,  o  cümlədən 
Rus  Pravoslav  Kilsəsi  bundan  sonra  da cəmiyyətin  mənəvi-əxlaqi 
saflaşması,  insanlar arasında  mehribanlıq,  xeyirxahlıq,  dostluq  və 
qardaşlıq hisslərinin yaranması, bir-birinə qayğı  ilə yanaşması yo­
lunda öz layiqli  töhfələrini verəcəkdir.
Pasxa bayramı pravoslav xristianların həyatında ən əlamətdar 
və  əziz  günlərdən  biridir.  Qoy  builki  bayram  hər  bir  vətənda­
şımıza,  onların  ailələrinə,  bütün  insanlara  sevinc, əmin-amanlıq 
və xeyir-bərəkət gətirsin.
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı $зһәп,  10 aprel  1999-cu il
286
Uovd.ır Oliyov siy,ısj|i; TOLERANTLIQ
YƏHUDİ  XALQININ  MÜSİBƏTİ GÜNÜ 
MÜNASİBƏTİLƏ AZƏRBAYCANIN 
YƏHUDİ  İCMASINA MÜRACİƏT
Hörmətli  həmvətənlər!
Bütün  mütərəqqi  bəşəriyyət  hər  il  yəhudi  xalqının  müsibəti 
gününü  -  İkinci  Dünya  müharibəsində yəhudi  xalqına  qarşı  hə­
yata  keçirilmiş soyqırımı  siyasətinin günahsız qurbanlarının xa­
tirəsini  ürək ağrısı  ilə yad edir.
1943-cü  ilin  aprelində  Varşava  gettosunda  saxlanan  yəhudi 
məhbusları  öz  insani  ləyaqətlərini  qorumaq  naminə  üsyan  et­
miş,  lakin  onların  haqlı  etirazı  faşistlər  tərəfindən  ağlasığmaz 
qəddarlıqla  yatırılmışdır.
Acınacaqlı  faktdır  ki,  İkinci  Dünya  müharibəsində  altı  mil­
yon  mülki  əhali yalnız yəhudi  xalqına  mənsub olması səbəbi  ilə 
müxtəlif faciələrə düçar edilmişdir.  O günahsız qurbanların  xa­
tirəsini  bir  daha  yad  edir  və  təəssüflə  bildirirəm  ki,  bu  gün  də 
dünyada  bəzi  millətçi -  separatçı  qüvvələrin  təhriki  ilə  insanlar 
milli  mənsubiyyətinə görə  məhv edilir,  öz  tarixi  torpaqlarından 
didərgin  salınır  və  qeyri-insani  məhrumiyyətlərə  məruz  qalır. 
XIX-XX  əsrlərdə  Qafqazda  böyük  dövlətlərin  məkrli  ermənilə­
rin  əli  ilə Azərbaycan xalqına qarşı  dəfələrlə  həyata  keçirdikləri 
soyqırımı  siyasəti  son  on  ildə  özünün  növbəti  mərhələsinə  qə­
dəm  qoymuş,  yüz  minlərlə  dinc  əhalimiz  milli  mənsubiyyətinə 
görə təqib olunmuş, öz ata-baba yurdundan qovulmuş, qanlı fa­
ciələrə sürüklənmişdir.
Yəhudilərin müsibəti günündə öz ağrılarımızın da yada salın­
ması  təbiidir.  Çünki milli  mənsubiyyətinə görə soyqırımı siyasə­
tinə, kütləvi qanlı  faciələrə məruz qalan xalqlardan biri də Azər­
baycan xalqıdır. İnanıram ki, faşizmin törətdiyi cinayətlər bütün 
dünyada  öz  qiymətini  aldığı  kimi,  ermənilərin  xalqımıza  qarşı 
həyata  keçirdikləri təcavüzkar, qanlı  və mənfur hərəkətlər də öz
287


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə