Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə65/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   61   62   63   64   65   66   67   68   ...   112

Нri olub,  qıraqdan  gəlib  külüng vuranlar olmayıbdır. Amma  indi 
tikənlər Prezident həzrətlərinin rəhbərliyi  ilə onu ucaldıblar.
Bu  gün  Heydər  minarəsindən  birinci  dəfə  olaraq  Allahu-Ək- 
bər  azanı  deyildi.  "Allahu-Əkbər"  azanının  mənası  çox  böyük­
dür. Yəni  bu gün biz bu azanla birlik yaradırıq.  "Allahu-Əkbər" 
deməklə  bildiririk  ki,  biz bir xalq,  Azərbaycan  xalqıyıq,  bizi  ay­
rı-ayrı  millətlərə,  məzhəblərə  ayırmaq  olmaz.  Bu  addımı  atan, 
buna  rəhbərlik  edən,  öz  vəsaiti  ilə  bu  minarəni  tikdirən  Prezi­
dentimizə  dua  edirik.  Bütün  xalqımızın  adından,  dili  və dinin­
dən  asılı  olmayaraq  hamımızın  adından  ona,  ailəsinə,  apardığı 
işlərinə müvəffəqiyyətlər arzu edirik.
Dünən mən Məkkə ziyarətində olan bizim hacılarla danışdım. 
Bu  gün  onların  hamısı  Ərəfatda  əllərini  göyə  qaldırıb  dua  edir­
lər,  qurban  kəsirlər.  Prezident  həzrətləri,  man  istərdim  onların 
da salam-dualarını Sizə,  işçilərinizin hamısına çatdırım.
Mən  bir daha  minnətdarlığımı  bildirirəm.  Əlbəttə,  Sizin  gör­
düyünüz bu işlərə qiymət vermək mənim üçün çətindir. Mən dua 
edirdim  ki,  Allah-Təala  özü  əcrini  versin.  Bilirik  ki,  Allah-Təala
280
Неусјдг Əliyev «iyjsaıi: TOLERANTLIQ
bir  şeyin  əcrini  verərsə,  inşallah,  о  daimidir,  heç  vaxt  yıxılma­
yacaq,  büdrəməyəcəkdir.  Kim  də istəsə ki,  ona qarşı  getsin, özü 
həmişə  məhv  olacaqdır.  Allah-Təala  Prezidentimizə  cansağlığı 
versin!  Biz  onun  bugünkü  gününə  mübarək  deyir,  bayramını 
təbrik edirik.
Bütün Azərbaycan xalqını həmişə bayramlarda, toylarda, şən­
liklərdə görmək istərdik.  Prezidentimizin siyasəti sayəsində tor­
paqlarımızın azad  olunmasını  istərdik.  Mən bunu neçə dəfə de­
mişəm  və bir daha  təkrar edirəm  ki, biz ruhanilər, din xadimləri 
Sizin ruhani əsgərinizik.  Biz həmişə Sizinləyik. Çünki Siz haqqın 
tərəfdarısınız, biz də həmişə haqla bərabərik və Sizinləyik. Allah 
Sizə cansağlığı  versin!
Heydər Əliyev: Əziz həmvətənlər!
Sizi, bütün Azərbaycan xalqını, bütün müsəlmanları müqəddəs 
bayramımız -  Qurban bayramı münasibətilə təbrik edir, hamınıza 
cansağlığı, ölkəmizə sülh, əmin-amanlıq, rifah arzulayıram.
Qurban  bayramı  dostluq bayramı,  məhəbbət,  birlik,  mehriban­
lıq  bayramıdır.  Bu  gün  kəsilən  qurbanlarla  hər  bir  şəxs,  hər  bir
281


Heydər Əliyev siyasəti: TOLERANTLIQ
xalq,  millət  arzularının,  niyyətlərinin  yerinə  yetməsi  üçün  Allah­
dan rəhm, kömək istəyirlər. Arzu edirəm ki, Azərbaycan torpağın­
da müsəlmanların bu gün bayram münasibətilə kəsdikləri qurban­
lar hamısı qəbul olunsun. Hər kəsin qəlbində olan arzular, niyyət­
lər yerinə yetsin.  Hər kəs xoşbəxt,  sağlam  olsun. Bütün ölkəmizə, 
xalqımıza səadət arzulayıram.
Bu gün xalqımız  bəlkə də  hər şeydən  çox dostluq,  mehriban­
lıq, birlik ehtiyacındadır. Son illər Azərbaycanda,  cəmiyyətimiz­
də bu arzular günü-gündən möhkəmlənir. Xalqımızın, cəmiyyə­
timizin  məhz  birliyi,  həmrəyliyi  nəticəsində  biz  Azərbaycanda 
sülhə  və  əmin-amanlığa  nail  olmuşuq.  Azərbaycan  dövlətinin 
apardığı  siyasət,  həyata  keçirdiyi  tədbirlər  xalqın  əksəriyyəti 
tərəfindən minnətdarlıqla qəbul olunur. Xalqın,  vətəndaşlarımı­
zın hamısının səyləri nəticəsində biz ölkəmizdə sabitliyə nail  ol­
muşuq,  ictimai-siyasi sabitlik əldə etmişik.
1994-cü  ildə  Ermənistan-Azərbaycan  müharibəsində  atəşi 
dayandırmışıq,  atəşkəs  rejimi  əldə  etmişik.  İnsanlarımıza  rahat, 
sülh  şəraitində  yaşamaq,  yaratmaq,  qurmaq  imkanları  təmin 
etmişik.  Biz  müharibədən  tamamilə  xilas  olmaq  istəyirik,  işğal 
edilmiş  torpaqlarımızın  azad  olunması,  ölkəmizin  ərazi  bütöv­
lüyünün bərpası  üçün çalışırıq.
Ölkəmizin suverenliyi, müstəqilliyi, torpaqlarımızın müdafiə­
si yolunda böyük qurbanlar vermişik. Qan tökülübdür,  şəhidlər 
vermişik.  Bu  Qurban  bayramı  günündə  bütün  şəhidlərə  Allah­
dan rəhmət diləyirəm, xalqımıza səbir diləyirəm. İnanıram ki, biz 
Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik,  işğal olunmuş 
torpaqlar azad olunacaq, yerindən-yurdundan didərgin düşmüş 
soydaşlarımız  öz  elinə-obasına  qayıdacaqlar.  Bütün  xalqımızın 
rahat,  firavan  həyat sürməsi üçün imkanlar yaradılacaqdır.
Son  illərdə bütün  sahələrdə  əldə etdiyimiz nailiyyətlər xalqı­
mızın,  vətəndaşlarımızın  Azərbaycan  dövlətinə,  iqtidarına 
göstərdiyi  etimadın,  dəstəyin  nəticəsidir,  cəmiyyətimizin  əksə­
riyyətinin həmrəy olmasının, birliyə, mehribanlığa səylər göstər­
282
Heydar Əliyev siyasoti: TOLERANTLIQ
məsinin  nəticəsidir.  Bütün  bunlara  görə  bu  gün  mən  Azərbay­
canın  vətəndaşlarına,  xalqımıza  təşəkkür edirəm.  Bayram  günii 
sizi  əmin  edirəm  ki,  Azərbaycanın  dövləti  bundan  sonra  da 
ölkəmizin müstəqilliyinin möhkəmlənməsi  uğrunda  əzmlə çalı­
şacaq,  vətəndaşlarımızın rifah  halının yaxşılaşması  üçün  ardıcıl 
tədbirlər  həyata  keçirəcək  və  respublikamızın  inkişafını  təmin 
edəcəkdir. Buna əmin ola bilərsiniz.
Amma bunlara  nail  olmaq üçün  yenə də  və yenə də ölkəmizə 
sülh,  əmin-amanlıq,  sabitlik  lazımdır,  qarşılıqlı  anlaşma,  həm­
rəylik,  birlik  lazımdır.  Mən  bu  gün  sizləri,  Azərbaycanın  bütün 
vətəndaşlarını  bu  yolda  əməkdaşlığa  dəvət  edirəm.  Əmin  oldu­
ğumu bildirmək istəyirəm ki, biz istədiyimizə nail olacağıq.
Bu  gün  biz  Qurban  bayramı  münasibətilə  İslam  aləminin 
müqəddəs yeri Bibiheybət pirinə, Həzrət Hökümənin qəbri olan 
yerə  toplaşmışıq.  Hamımızı  sevindirən  odur  ki,  keçmişdə,  bir 
neçə il öncə burada olan xarabazarlıq ləğv edilibdir,  1933-cü ildə 
nadanlar  tərəfindən  dağıdılmış  Bibiheybət  məscidinin  yerində 
yeni, ondan da gözəl, yaraşıqlı, əzəmətli məscid tikilib və bu gün 
biz bu  məsciddəyik.  Bu,  bizim  tariximizə,  dinimizə,  imanımıza, 
milli-mənəvi  ənənələrimizə sədaqətin  rəmzidir.  Biz  heç  vaxt öz 
dinimizi,  tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. 
Onları  yaşatmaq,  onlardan  bəhrələnmək,  ruhlanmaq  həyatımı­
zın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.
Mən məmnunam ki, qısa bir zamanda Bibiheybət məscidini ye­
nidən  yaratdıq.  Xatirimdədir,  1994-cü  ildə  mən  buraya  gələrkən 
xırda bərpa  işləri başlanmışdı.  Hamımız birlikdə belə qərar qəbul 
etdik ki, Həzrət Hökümənin ruhuna, İslam dinimizin ənənələrinə 
layiq, milli ənənələrimizə layiq məscid tikməliyik.
Xoşbəxtəm  ki,  buna  nail  olduq.  Bu  məscid  bütün  ziyarətə 
gələnlər  üçün  böyük  bir  töhfədir.  Böyük  xoşbəxtlikdir  ki,  biz 
bu  töhfəni  hər  bir  müsəlmana  bəxş  edə  bilirik.  Keçmiş  illərdə 
biz  Azərbaycanda  çox  zavodlar,  fabriklər,  saraylar,  məktəblər, 
xəstəxanalar,  elmi  tədqiqat  institutları,  teatrlar,  kinoteatrlar  tik­
miş,  yaratmış,  ölkəmizi  inkişaf  etdirmişik.  Ancaq  o  illərdə  bi­
283


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə