Heydər Əliyev siyasəti: TOLERANTLIQ
xalq, millət arzularının, niyyətlərinin yerinə yetməsi üçün Allah
dan rəhm, kömək istəyirlər. Arzu
edirəm ki, Azərbaycan torpağın
da müsəlmanların bu gün bayram münasibətilə kəsdikləri qurban
lar hamısı qəbul olunsun. Hər kəsin qəlbində olan arzular, niyyət
lər yerinə yetsin. Hər kəs xoşbəxt, sağlam olsun. Bütün ölkəmizə,
xalqımıza səadət arzulayıram.
Bu gün xalqımız bəlkə də hər şeydən çox dostluq, mehriban
lıq, birlik ehtiyacındadır. Son illər Azərbaycanda, cəmiyyətimiz
də bu arzular günü-gündən möhkəmlənir. Xalqımızın, cəmiyyə
timizin məhz birliyi, həmrəyliyi nəticəsində biz Azərbaycanda
sülhə və əmin-amanlığa nail olmuşuq. Azərbaycan dövlətinin
apardığı siyasət, həyata keçirdiyi tədbirlər xalqın əksəriyyəti
tərəfindən minnətdarlıqla qəbul olunur. Xalqın, vətəndaşlarımı
zın hamısının səyləri nəticəsində biz ölkəmizdə sabitliyə nail ol
muşuq, ictimai-siyasi sabitlik əldə etmişik.
1994-cü ildə Ermənistan-Azərbaycan müharibəsində atəşi
dayandırmışıq, atəşkəs rejimi əldə etmişik. İnsanlarımıza rahat,
sülh şəraitində yaşamaq, yaratmaq, qurmaq imkanları təmin
etmişik. Biz müharibədən tamamilə xilas olmaq istəyirik, işğal
edilmiş torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütöv
lüyünün bərpası üçün çalışırıq.
Ölkəmizin suverenliyi, müstəqilliyi, torpaqlarımızın müdafiə
si yolunda böyük qurbanlar vermişik. Qan tökülübdür, şəhidlər
vermişik. Bu Qurban bayramı günündə bütün şəhidlərə Allah
dan rəhmət diləyirəm, xalqımıza səbir diləyirəm. İnanıram ki, biz
Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik, işğal olunmuş
torpaqlar azad olunacaq, yerindən-yurdundan didərgin düşmüş
soydaşlarımız öz elinə-obasına qayıdacaqlar. Bütün xalqımızın
rahat, firavan həyat sürməsi üçün imkanlar yaradılacaqdır.
Son illərdə bütün sahələrdə əldə etdiyimiz nailiyyətlər xalqı
mızın, vətəndaşlarımızın Azərbaycan dövlətinə, iqtidarına
göstərdiyi etimadın, dəstəyin nəticəsidir, cəmiyyətimizin əksə
riyyətinin həmrəy olmasının, birliyə, mehribanlığa səylər göstər
282
Heydar Əliyev siyasoti: TOLERANTLIQ
məsinin nəticəsidir. Bütün bunlara görə bu gün mən Azərbay
canın vətəndaşlarına, xalqımıza təşəkkür edirəm. Bayram günii
sizi əmin edirəm ki, Azərbaycanın dövləti bundan sonra da
ölkəmizin müstəqilliyinin möhkəmlənməsi uğrunda əzmlə çalı
şacaq, vətəndaşlarımızın rifah halının yaxşılaşması üçün ardıcıl
tədbirlər həyata keçirəcək və respublikamızın inkişafını təmin
edəcəkdir. Buna əmin ola bilərsiniz.
Amma bunlara nail olmaq üçün yenə də və yenə də ölkəmizə
sülh, əmin-amanlıq, sabitlik lazımdır, qarşılıqlı anlaşma, həm
rəylik, birlik lazımdır. Mən bu gün sizləri, Azərbaycanın bütün
vətəndaşlarını bu yolda əməkdaşlığa dəvət edirəm. Əmin oldu
ğumu bildirmək istəyirəm ki, biz istədiyimizə nail olacağıq.
Bu gün biz Qurban bayramı münasibətilə İslam aləminin
müqəddəs yeri Bibiheybət pirinə, Həzrət Hökümənin qəbri olan
yerə toplaşmışıq. Hamımızı sevindirən odur ki, keçmişdə, bir
neçə il öncə burada olan xarabazarlıq ləğv edilibdir, 1933-cü ildə
nadanlar tərəfindən dağıdılmış Bibiheybət məscidinin yerində
yeni, ondan da gözəl, yaraşıqlı, əzəmətli məscid tikilib və bu gün
biz bu məsciddəyik. Bu, bizim tariximizə, dinimizə, imanımıza,
milli-mənəvi ənənələrimizə sədaqətin rəmzidir. Biz heç vaxt öz
dinimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq.
Onları yaşatmaq, onlardan bəhrələnmək, ruhlanmaq həyatımı
zın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.
Mən məmnunam ki, qısa bir zamanda Bibiheybət məscidini ye
nidən yaratdıq. Xatirimdədir, 1994-cü ildə mən buraya gələrkən
xırda bərpa işləri başlanmışdı. Hamımız birlikdə
belə qərar qəbul
etdik ki, Həzrət Hökümənin ruhuna, İslam dinimizin ənənələrinə
layiq, milli ənənələrimizə layiq məscid tikməliyik.
Xoşbəxtəm ki, buna nail olduq. Bu məscid bütün ziyarətə
gələnlər üçün böyük bir töhfədir. Böyük xoşbəxtlikdir ki, biz
bu töhfəni hər bir müsəlmana bəxş edə bilirik. Keçmiş illərdə
biz Azərbaycanda çox zavodlar, fabriklər, saraylar, məktəblər,
xəstəxanalar, elmi tədqiqat institutları, teatrlar, kinoteatrlar tik
miş, yaratmış, ölkəmizi inkişaf etdirmişik. Ancaq o illərdə bi
283