Heydor Əliyev siyasoti: TOI.ERANTLIQ
Siz 1994-cii ildə Səudiyyə Ərəbistanına yüksək səviyyəli gö
rüşə gedərkən nümayəndə heyətinin tərkibində məni də özü
nüzlə aparmışdınız. Orada etdiyimiz ziyarət, ibadət - hamısı
sizinlə bağlı olmuşdu. Mən orada müşahidə etmişdim ki, Azər
baycanın rəhbəri özünün dini ənənəsinə necə sadiqdir və o, di
nin tələblərinə əsasən müqəddəs məkanı - Kəbəni necə böyük
ürəklə, sidqi-məhəbbətlə ziyarət etdi. Cənab Prezident, biz onda
Sizin arxa tərəfinizdə namaz qıldıq. Bu gün ikinci dəfə Səudiyyə
Ərəbistanı kralının dəvəti ilə, bilavasitə şəxsən Sizin göstərdiyi
niz hörmət sayəsində həccə yola düşəcəyəm. Cənab Prezident,
"Atalar üçdən deyib" məsəlinə uyğun olaraq bir arzumu bildir
mək istəvirəm. Mən o günü arzulayıram ki, Siz torpaqları azad
edilmiş, öz haqq işi ıığrunda qələbə çalmış bir ölkənin rəhbəri
kimi, o müqəddəs yerləri üçüncü dəfə ziyarətə gedəndə məni
də heyətinizin tərkibinə alaydınız və mən yenə Sizinlə bir sıra
da namaz qılıb Allahın dərgahına öz dualarımı, minnətdarlığımı
bildirəydim. Sizə uzun ömür, cansağlığı və arzuladığım o böyük
niyyətə çatmağı diləyirəm.
Səd əs-Səəd
(Səudiyyə Ərəbistanı Krallığının Din İşləri və Vəqf-
lər Nazirliyinin nümayəndəsi, doktor): Mərhəmətli, rəhmli Allahın
adı ilə, Allahın xeyir-duası Məhəmmədə, onun ailəsinə və onun
silahdaşlarına olsun.
Zati-aliləri cənab Prezident!
Hörmətli dostlar, qardaşlar və bacılar!
Mən bizim nümayəndə heyətinin üzvləri adından zati-aliləri
cənab Prezidentə bu görüş üçün vaxt ayırdığına və bizi qəbul
etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezident
Heydər Əliyev iman sahibi olan bir insandır və o, iman sahibi
olan bir xalqa başçılıq edir. Bu, öz əksini ölkənin bayrağında
və bu yaxınlarda bizim də gördüyümüz Azərbaycan Respubli
kasının yeni pasportlarında da tapmışdır. Bu fürsətdən istifadə
edərək, zati-aliləri cənab Prezidentə və hörmətli qardaş və bacı
larımıza iki müqəddəs ocağın xadiminin səmimi salamlarını ye
tirirəm və eyni zamanda, ölkəmizin, dövlətimizin, hökumətimi-
274
Heydor Əliyevsiyasoli: TQURANTLIO
zin digər üzvlərinin salamlarını, xeyirli, gözəl ziyarət arzularını
yetirirəm.
Mən də burada çıxış edən şəhid anası kimi şair olmaq istər
dim ki, öz hisslərimi və buradakı ab-havanı şair qələmi ilə təs
vir edəm. Lakin sözün çoxluğundansa ürəklərdəki hisslərin sə
mimiliyi, çoxluğu daha mühümdür. Ona görə də çox danışmaq
istəmirəm. Sözümün sonunda Sizə bildirmək istəyirəm ki, iki
müqəddəs ocağın xadimi Sizin ölkəmizə çatandan sonra hər cür
qayğı ilə əhatə olunmağınız barədə müvafiq göstərişlərini ver
mişdir və biz onu yerinə yetirəcəyik.
Bu ölkənin, Azərbaycanın torpaqlarının işğal olunması Sizin
kimi, bizim də ürəyimizdə bir yaradır. Arzu edirəm ki, gələn il
belə bir münasibətə qədər torpaqlarınız azad edilmiş olsun və
biz bunu qeyd edək.
Mən Sizin hamınıza uğurlar, xoşbəxtlik, səadət arzulayıram.
Sağ olun.
Heydər Əliyev: Mən çıxış edənlərə və Səudiyyə Ərəbistanı
Krallığından gəlmiş qonağa təşəkkürümü bildirirəm.
Hörmətli dostlar, bacılar, qardaşlar!
Mən sizi bu müqəddəs yolda bir də təbrik edirəm. Hər birinizin
Məkkəni, Mədinəni, Kəbəni ziyarət etmək istəyiniz, arzunuz öz
lüyündə sizin daxili mənəviyyatınızı nümayiş etdirir, o müqəd
dəs yerləri ziyarət etmək istəyən hər bir şəxs
yüksək mənəviyyat
yoluna düşməlidir və ümidvaram ki, siz məhz
bunu dərk edərək
Məkkə, Mədinə, Kəbə ziyarətinə getmək üçün can atmısınız və
bu istəyiniz, arzunuz da artıq yerinə yetirilir. Siz yol üstəsiniz, ge
dirsiniz. Siz də, biz də - hamımız Səudiyyə Ərəbistanının kralı, İki
müqəddəs ocağın xadimi, bizim dostumuz və qardaşımıza Azər
baycana göstərdiyi bu qayğıya, diqqətə görə təşəkkür edirik. Bu,
artıq ənənəyə çevrilibdir. Hər il Həcc ziyarəti zamanı Azərbayca
na belə qayğı göstərilir və Səudiyyə Ərəbistanı kralının qonağı
kimi 250 nəfər Нэсс ziyarətinə gedir. Həcc ziyarətinin özü insan
üçün böyük nemətdir. Ancaq bu ziyarəti iki müqəddəs ocağın xa
diminin qayğısı altında, onun himayəsi altında həyata keçirmək
buna daha da xüsusi əhəmiyyət verir.
275