Heydər Əliyev siyasəti: TOLERANTLIQ
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ
ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏ İLƏ
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
Ankara, Giillıano Tibb Akademiyası
23 yanvar 1999-cu il
Allahşükür Paşazadə: Cənab Prezident, Sizi səmimi-qəlbdən
salamlayıram. Səhhətinizin yaxşı olmasından məmnun qaldığı
mı bildirir, Sizə Allah-Təaladan cansağlığı arzulayıram.
Heydər Əliyev: Çox sağ ol, sağlamlığım yaxşıdır, burada da
işləyirəm, Bakıdakı işlərə rəhbərlik edirəm. Qripdən sonra bir az
ağırlaşma olmuşdu, ona görə məni ətraflı müayinə edirlər. Bu da
çox lazımdır, çünki Moskvadan gələndən sonra doqquz ildir hə-
kimsiz yaşamışam. Allaha şükürlər olsun, müayinələr də göstə
rir ki, hər şey yaxşıdır.
Allahşükür Paşazadə: Azərbaycanda milliyyətindən asılı ol
mayaraq bütün insanlar Prezident Heydər Əliyevin tezliklə tam
sağalıb Vətənə qayıtmasını arzulayırlar. Ramazan bayramı gün
lərində camaat Sizə dua edirdi, məscidlərdə qurbanlar kəsirdi.
258
Hamı, o cümlədən 20 Yanvar şəhidlərinin ailə üzvləri Sizə sa
lam-dua göndərmişlər. Allah-Təala Sizi istəyir və xalqımızın,
millətimizin Sizə böyük ehtiyacı var. Biz inanırıq, inşallah, sağ
lam olacaqsınız və ölkəmizə yenə rəhbərlik edəcəksiniz. Mingə-
çevirdəki Heydər məscidində çox böyük ehsan verildi, qurban
lar kəsildi. Mən həqiqəti deyirəm, xalq Sizi istəyir. Xalq istəyəni
isə Allah da istəyir.
Sizin səhhətiniz barədə həkimlərin sonuncu rəyini eşidəndə
çox sevindim. Xüsusilə Türkiyə Prezidenti cənab Süleyman Də
mirəlin Azərbaycan rəhbərinə münasibətindən olduqca şadıq.
Qardaş dövlətlərin və onların rəhbərlərinin bir-birinə belə mü
nasibəti xalqımıza çox xoşdur.
Heydər Əliyev: Türkiyə Cümhuriyyətinin Prezidenti Süley
man Dəmirəl hər gün Gülhanə Tibb Akademiyasına gəlib məni
yoluxur, burada bir saat söhbət edirik.
Allahşükür Paşazadə: Sizə məlumat verim ki, Səudiyyə Ərə
bistanının kralı məmləkətin yaranmasının 100 illiyinə həsr olun
muş şənliklərdə iştirak etmək üçün mənə dəvətnamə göndərib
və oraya gedəcəyəm.
Onu da bildirim ki, Moskvanın və bütün Rusiyanın Patriarxı
11 Aleksi dövlətimizin rəhbərinin xəstələnməsini eşidərək mənə
zəng etmiş, xoş arzularını Prezidentə yetirməyi rica etmişlər. Pat-
riarx Azərbaycandakı pravoslav kilsələrinin başçısına yepiskop
rütbəsi vermişdir və indən belə o, Bakı və Xəzəryanı regionun
yepiskopu vəzifəsini daşıyır.
Heydər Əliyev: Bu xəbəri müsbət qiymətləndirirəm, habelə
Azərbaycandakı müxtəlif dinlərin rəhbərlərinin Ankaraya, mənə
göndərdikləri məktubu almışam və təşəkkürümü bildirirəm.
Allahşükür Paşazadə: Cənab Prezident, Sizin xəstələnməyiniz
başqa ölkələrin din xadimlərini də narahat etmişdir. Dağıstanın,
Çeçenistanın və digər müsəlman respublikalarının nümayən
dələri dövlətimizin başçısına salam göndərir, onun tezliklə tam
sağalmasını arzu edirlər.
Heydər Əliyev: Narahat olmağa əsas yoxdur. Ola bilər, An
karaya heç gəlməyəydim. Bir həftə idi ki, mən qripi ayaq üstə
___ _______________________________________________Heydor Əliyev slyasoıi: TOLERANTLIQ
259