Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə62/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   58   59   60   61   62   63   64   65   ...   112

Çünki  biz  rusdilli  əhalinin  mənafeyini  qoruyuruq,  müdafiə 
edirik.  Bu gün də bəyan edirəm  ki, Azərbaycandakı rusdilli əha­
linin  milli  mənafeyi  sarıdan  Rusiyada  kiminsə  narahat  olması 
üçün bu gün də heç bir ehtiyac yoxdur, gələcəkdə də olmayacaq­
dır.  Bu  mənafe bizim  öz mənafeyimizdir və heç vaxt yol  vermə­
rik ki, digər millətdən, digər dini etiqaddan olan adamlar -  İslam 
dinindən və Azərbaycan millətindən olmayan adamlar hər hansı 
sıxışdırmaya məruz qalsınlar.
Azərbavcanın hər bir vətəndaşına öz imkanlarını daha dolğun 
həvata  keçirmək  üçün  getdikcə  daha  böyük  şərait  yaradılacaq­
dır. Mən buna inanıram,  çünki gördüyümüz işlər, xüsusən apar­
dığımız  və  yaxın  illərdə  aparacağımız  islahatlar  Azərbaycanda 
bütün  vətəndaşlar  üçün  daha  yaxşı  həyat  şəraiti  yaradacaqdır. 
İqtisadiyyat  dirçələcək,  həyat  şəraiti  yüksələcəkdir,  insanlar  fi­
ravan  yaşayacaqlar  və  buna  görə  də  hər  hansı  millətdən  olan 
hər  bir  vətəndaş  öz  imkanlarını  həyata  keçirə  biləcəkdir.  Yeri 
gəlmişkən, bu  da bəzi  digər ölkələrlə müqayisədə Azərbaycanın 
fərqləndirici  xüsusiyyətidir.  Biz  bunu  Azərbaycan  üçün  səciy­
yəvi  hesab edirik,  xüsusən  ona  görə  ki,  bu  fəaliyyətimizi  -   mən 
dövlət  tərəfindən  fəaliyyəti  nəzərdə  tuturam  -   çox  mühüm  he­
sab edirik, ona böyük əhəmiyyət veririk.
Siz doğru qeyd  etdiniz,  mən bununla  razıyam  ki, Azərbaycan­
da müstəqil yeparxiya -  Xəzəryanı ölkələri, o cümlədən Dağıstanı 
və Çeçenistanı  əhatə edən  yeparxiyanın  yaradılması  həm  də bu­
nun  göstəricisidir  ki,  Azərbaycanın  suverenliyi  bütün  istiqamət­
lərdə, o cümlədən Rus Pravoslav Kilsəsi tərəfindən tanınır və təs­
diq edilir. Biz bunu qiymətləndiririk və bir daha demək istəyirəm 
ki, bu qərardan  məmnunam. Bir də ki, 1934-cü ilədək belə olmuş­
dur. Yəni biz tarixi ədalətin  bərpa edildiyinin şahidiyik.
Biz  də  kömək  edəcəyik  ki,  müstəqil  yepiskopluğun  fəaliyyə­
ti  uğurlu  olsun.  Özümüzdən  asılı  olan  hər  şeyi  edəcəyik  ki,  ye- 
parxivaya  daxil  olan  Xəzəryanı  ölkələrdə  də  sizin  fəaliyyətiniz 
uğurlu olsun.
Не; J-'r Qhyov Myafgtı: TOLERANTLIQ_________
268
Hoydor Əliyev siyjMII; TOLERANTLIQ
Əlbəttə,  biz  istəyirik  ki,  bütün  regionumuzda,  xüsusən  Şi­
mali  Qafqazda  sülh  və  sakitlik  olsun.  Çünki  Azərbaycan  Şimali 
Qafqazla  çox  bağlıdır -   mən  Rusiya  Federasiyasının  bu  hissəsi­
ni  nəzərdə  tutaram.  Biz bütün  Şimali  Qafqazda  əmin-amanlığın 
bərqərar olmasına  kömək etmək üçün öz tərəfimizdən soy göstə­
ririk.  Ümidvaram  ki,  əmin-amanlıq  olacaqdır.  Hesab  edirəm  ki, 
bu baxımdan sizin fəaliyyətinizin də böyük əhəmiyyəti olacaqdır.
Sizi bir daha təbrik edirəm. Mən müqəddəs II Aleksinin məktu­
bunu  diqqətlə oxuyacağam və şübhəsiz ki, ona cavab verəcəyəm. 
Bilirsiniz ki,  biz II Aleksinin özü  üçün  münasib  vaxtda Azərbay­
cana  gəlməsini  gözləyirik.  Biz onu  hər  zaman  qəbul  etməyə şad 
olacağıq. Ümidvaram ki, siz bu  fikri ona çatdıracaqsınız.
Yepiskop Aleksandr: Heydər Əliyeviç, səmimi sözlərə, diqqət 
və  dəstəyə  görə,  müqəddəs  patriarx  Aleksini  dəvət  etməyinizə 
görə  Sizə  təşəkkür  edirəm.  Həqiqətən  də  müqəddəs  patriarxın 
səfər  problemi  müzakirə  olunur,  onun  uğurlu  keçməsi  üçün 
hazırltq  görülür.  Həm  do ki,  onun  dini yurisdiksiyası  Azərbay­
can  ərazisinə  də  yayılır.  Bu  səbəbdən  müqəddəs  patriarx  həm 
Bakıya,  həm  də  Azərbaycana  səfər  edib  bizim  dini  həyatımızla 
yaxından  tanış  olmaq  arzusunda  olduğunu  bildirmişdir.  Bir də 
ki,  fevralın  18-də müqəddəs patriarxın 70 illiyi qeyd ediləcəkdir. 
Görünür,  bu,  böyük  kilsə  təntənəsi  olacaq,  Moskvada  olduqca 
ciddi  hazırlıq  işi  aparılır.  Mənim  bildiyimə  görə,  Azərbaycan­
dan,  şeyx başda  olmaqla,  bütöv bir nümayəndə heyəti gedəcək­
dir.  Mən  özüm  bu  tədbirə  hazırlaşmaq  üçün  sabah  Moskvaya 
yola  düşürəm.  Fevralın  19-da  Böyük  Teatrda  bu  əlamətdar  yu­
bileylə  bağlı  təntənəli  tədbir keçiriləcəkdir.  Mən  Sizin  dəvətini­
zi  müqəddəs  partriarxa  hökmən  çatdıracaq  və Sizin  səmimi  qə­
bulunuzdan,  Azərbaycan  ərazisindəki  Rus  Pravoslav  Kilsəsinin 
fəaliyyəti barədə dediyiniz hərarətli sözlərinizdən danışacağam.
Heydər Əliyev:  Mən bütün  Rusiyanın patriarxı  II Aleksini ad 
günü  münasibətilə  təbrik  edirəm,  ona  xüsusi  təbrik  göndərə­
cəyəm.  Xahiş edirəm  mənim səmimi  təbrikimi  və on yaxşı arzu­
larımı ona sözlə də çatdırasınız.
269


Heydər Əliyev siyasəti: TOLERANTLIQ
HƏCC ZİYARƏTİNƏ GEDƏN  BİR QRUP 
ZƏVVARLARLA GÖRÜŞDƏKİ  SÖHBƏTDƏN
Prezident sarayı, 20 mart 1999-сч il
Heydər Əliyev: Hörmətli qonaqlar, dostlar!
Əvvəlcə sizi  Novruz bayramı  münasibətilə  təbrik edirəm.  Si­
zin  hamınıza  cansağlığı,  səadət  və  bütün  işlərinizdə uğurlar ar­
zulayıram.
Bu  gün  bizim  xalqımızın  əziz  günüdür,  Novruz bayramı  ax­
şamıdır.  Adətən  bu  gün  insanlar  istirahət  edir,  bayram  edirlər. 
Ancaq  biz  sizinlə gözəl  bir məqamda,  bayram  axşamında  görü­
şürük.  Güman  edirəm,  bu  bayram  axşamındakı  görüş  və  danı­
şıqlar hər birimizə fayda gətirəcəkdir.
Siz  Həccə  getməyə  hazırlaşmısmız.  Çox  gözəl  təşəbbüsdür, 
gözəl  işdir.  Məlumdur ki, sizin  Həccə getməyiniz Səudiyyə Ərə­
bistanının  kralı,  İki  müqəddəs şəhərin  xadimi, bizim  əziz  dostu­
muz  Fəthin  mərhəməti  ilə, onun  Azərbaycana  yardımı ilə əlaqə­
dardır. Siz yola düşməzdən əvvəl mənimlə görüşmək istəmisiniz. 
Mən də sizinlə görüşmək istəmişəm. Ona görə də bizim bu görü­
şümüz artıq başlayıbdır. Sizin  mənə deyəsi sözünüz varsa, buyu­
run. Cənab şeyx, siz danışmaq istəyirsinizsə, buyurun.
Allahşükür Paşazadə:  Hörmətli  Prezident həzrətləri!  Bu  gün 
bizim  üçün  iki  bayramdır.  Bunun  biri  Novruz bayramıdır,  ikin­
cisi  isə Novruz bayramı axşamında,  müqəddəs gündə Prezident 
həzrətlərimizin  xeyir-duasını  almaq,  onunla  birlikdə  olmaq  bi­
zim  üçün  böyük  şərəfdir.  Deyərdim  ki,  bu,  bütün  müsəlmanlar 
üçün  böyük  bayramdır.  Bu  gün  vaxt  tapıb  bizi  qəbul  etdiyinizə 
görə bütün Qafqaz müsəlmanları  adından,  hacılar adından  Sizə 
öz təşəkkürümü  bildirirəm.
Hörmətli  Prezident  həzrətləri!  Bilirsiniz  ki,  Sizi  Azərbaycan 
torpaqlarından kənarda  da  müsəlman qardaşlarınız həmişə yad
270
edirlər  və  Sizə  böyük  hörmət bəsləyirlər.  İki  müqəddəs şəhərin 
rəhbəri,  Sızın  qardaşınız  Fəth  ibn  Əbdül  Əziz  həzrətləri  Sizin 
xatirinizə öz hesabına Azərbaycandan 250 nəfər hacının ziyarəti 
barədə  qərar  qəbul  etmişdir.  Bu,  Sizin  Yaxın  Şərqdə  və  müsəl­
man aləmində, müsəlman dövlətləri arasında hörmətinizin yük­
sək olmasını bir daha  göstərir. Bu  ziyarətimizin təşkili Səudiyyə 
Ərəbistanı  Krallığının  Din  İşləri  və  Vəqflər  Nazirliyinin  rəhbə­
rinə tapşırılmışdır.
Hörmətli  Prezident,  nazirliyin nümayəndələri buradadır,  on­
ları  Sizə  təqdim  edirəm.  Biz  neçə  gündür  Bakıda  bir  yerdə  iş­
ləyirik.  Qardaşlarımız  tərəfindən  bizə  olan  tövsiyələri  tam  ye­
rinə yetirmişik.  Onlar  və  həccə gedənlər çox istədilər ki, Sizinlə 
görüşsünlər  və bu,  bizə nəsib  oldu.  Məlumat  verim  ki,  ziyarətə 
gedənlərin 25 nəfərdən çoxu Qarabağ  müharibəsi  əlilləri  və işti­
rakçılarıdır,  şəhid  ailələri  üzvlərinin  sayı  90-dan  yuxarıdır.  On­
lardan 4 nəfəri Milli  Qəhrəman  valideynləridir.  Qaçqın  və məc­
buri  köçkün,  əsgər  ailələrindən  olanların  sayı  30-dan  çoxdur. 
Qalanları  isə pensiyaçılar,  dindarlar və cənab Prezidentə şəxsən 
müraciət edən insanlardır.
Cənab  Prezident,  mən  hər  yerdə,  xüsusən  Səudiyyə  Ərəbis­
tanında  Sizə daim  hörmət  bəslənilməsinin  şahidi  olmuşam.  Biz 
söz veririk ki, Sizin həccə göndərdiyiniz adamlar -  şəhid anaları, 
ataları,  qaçqınlar  və  məcburi  köçkünlər  Kəbə evində  şəhidləri­
mizi  yada  salaraq  dua  edəcəyik  ki,  inşallah,  tezliklə  torpaqları­
mız  düşmən  tapdağından  azad  olunsun.  Mən  bir  daha  bütün 
müsəlmanlar adından, hacılar adından Sizi təbrik edirəm və bizi 
qəbul etdiyinizə görə təşəkkürümü bildirirəm.
Əfras  Qasımov  (Şirvan  Şahar Ağsaqqallar Şurasının  sadri):  Sizi 
Novruz  bayramı və qarşıdan  gələn  Qurban  bayramı  münasibə­
tilə  təbrik  edirəm. Cənab  Prezident,  Sizə uzun  ömür,  cansağlığı 
arzulayırıq.  Bizə  bu  şəraiti  yaratdığınıza  görə Sizə  minnətdarlı­
ğımızı bildiririk.  Biz müqəddəs Məkkədə, Kəbədə  torpaqlarımı­
zın azad olunması, qaçqın və məcburi köçkünlərimizin öz yurd­
larına qayıtması üçün dualar edəcəyik ki, Siz bütün bu işləri başa 
çatdırasınız.  Ümidvarıq  ki,  qan  tökülmədən  torpaqlarımız  qay­
---------------------------------------------------------------------------- Heydir Əliyev sivasal: TOLERANTLIQ
271


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə