larindən biri də Azərbaycanda, o cümlədən onun paytaxtı Ba
kıda tarixi şəxsiyyətlərə qoyulan, onları əbədiləşdirən heykəl
lər, abidələrdir. Simpoziumun başlanğıc günü biz danışırdıq
ki, Azərbaycanın dahi şəxsiyyətləri İslam mədəniyyətinin, sivi
lizasiyanın inkişafında böyük xidmətlər göstəriblər. Nizaminin,
Füzulinin, Nəsiminin adları çəkildi. Siz Nizaminin abidəsini də,
Füzulinin abidəsini də, Nəsiminin abidəsini də gördünüz. İslam
aləminin, Azərbaycan mədəniyyətinin bu üç dahi insanı Azər
baycan xalqının qəlbindədir. Baxmayaraq ki, onların yaşadıqları
dövrdən indiyə qədər çox əsrlər keçibdir, Azərbaycanda Nizami
adı daşıyan nə qədər insanlar var, nə qədər Füzuli adı daşıyan
lar var, nə qədər Nəsimi adı daşıyanlar var. Biz hesab etmirik
ki, Nizami, Füzuli, Nəsimi yalnız azərbaycanlılara məxsusdur.
Onlar Azərbaycan çərçivəsindən elə yaşadıqları zaman çıxıblar.
Sonrakı dövrlərdə isə onların əsərləri o qədər geniş yayılıbdır
ki, onlar ümumbəşəri olublar və xüsusən bütün İslam aləminə
mənsub insanlardır. Onların xidmətlərinə verilən böyük qiymət
və XX əsrin ikinci yarısında - mən bunu xüsusi qeyd edirəm, -
bu şəxsiyyətlərin xidmətlərinə verilən böyük qiymət və onların
adlarının, xidmətlərinin əbədiləşdirilməsi, əsərlərinin nəşredilib
geniş yayılması və təbliğ olunması, Bakının ən gözəl meydanla
rında onların abidələrinin, heykəllərinin ucaldılması bizim həm
tariximizə, həm şerimizə, həm mədəniyyətimizə, həm də İslam
sivilizasiyasına olan sədaqətimizin əlamətidir.
Bəlkə də dünyada Azərbaycan kimi belə bir ölkə tapmaq çə
tindir. Bəziləri hətta gəlib Bakını, Azərbaycanı görəndən sonra
təəccüb edirlər ki, burada nə qədər çox şair, yazıçı olub ki, bu
qədər heykəl var. Həqiqətən Azərbaycan bu barədə zəngin bir
ölkədir, Azərbaycan xalqı zəngin xalqdır. Ancaq onu da qeyd et
mək lazımdır ki, Azərbaycanın bugünkü nəsilləri, yəni XX əsrdə
yaşayan nəsilləri öz tarixinə, keçmişinə, milli-mənəvi ənənələ
rinə çox böyük hörmət göstəriblər və göstərirlər. Bu heykəllər,
abidələr məhz belə bir münasibətin nəticəsidir.
Ht'vdor Əliyev siyosoti: T O L E R A N T L I Q __________
252
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
Təkcə Nizami, Füzuli, Nəsimi deyil, başqa böyük şəxsiyyətlər
də islam sivilizasiyasını inkişaf etdirməkdə xidmət göstərmişlər.
Bunlar hamısı kiçik bir ərazidə olan Azərbaycana məxsusdur.
Azərbaycan özündə bu qədər böyük, zəngin sərvətləri qoruyub
saxlayıbdır. Mən çox arzu edirdim ki, siz elmi müzakirələrlə ya
naşı, Azərbaycanla, Bakı ilə tanış olasınız. Bilmirəm, Elçin Əfən
diyev bunu təmin edə bilib, ya bilməyibdir.
Mən sizə əlavə olaraq bu fikirləri çatdırmaq istəyirdim. Əgər
mənim bu fikirlərim gələcəkdə bizim ümumi işimizi irəliyə apa
ra biləcəksə, mən bundan çox məmnun olacağam. Sizi bir daha
təbrik edirəm. Gələcək işlərinizdə uğurlar, hər birinizə cansağlı
ğı, səadət arzulayıram. Ölkələrinizə, xalqlarınıza tərəqqi arzula
yıram. Sağ olun.
253
Heydar Əliyev sıyasoti: TOLERANTLIQ
AZƏRBAYCANIN RUS İCMASI
QURULTAYININ NÜMAYƏNDƏLƏRİNƏ
Hörmətli nümayəndələr!
Azərbaycanın rus icmasmın birinci qurultayının iştirakçılarını
səmimi salamlayaraq, sizin hamınıza xoşbəxtlik, cansağlığı, fira
vanlıq və qurultayın işində uğurlar arzulayıram. Qurultayınızın
BMT-nin Ümumi İnsan Hüquqları Bəyannaməsinin 50 illiyində
keçirilməsi bunu bir daha təsdiq edir ki, bizim dövlətimizdə insan,
onun maraq və hiiquqlan diqqət mərkəzindədir.
1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Azər
baycan Konstitusiyası cəmiyyətimizin ideyasiyasi və dünyagö
rüşü əsasını yaratmışdır. Konstitusiya respublikada həyata keçi
rilən bütün təşəbbüslərə sosial və siyasi istiqamət vermişdir.
Azərbaycan hələ qədimdən bununla məşhurdur ki, müxtəlif
millətlərə və dinlərə mənsub olan insanlar bu torpaqda özlərinə
ikinci vətən tapmışlar. Tarixi taleyin hökmü ilə Şimali Azərbaycan
təxminən
iki əsr siyasi, iqtisadi və mənəvi cəhətdən Rusiya ilə bağ
lı olmuşdur. Rusiyada Azərbaycan icmasının və Azərbaycanda
rus icmasının formalaşması məhz həmin dövrdə baş vermişdir.
Müxtəlif etnoslara mənsub vətəndaşların konkret sosial və mənə
vi problemlərinin cəmiyyətdə necə həll edilməli olması barədə su
ala cavablarm axtarışları tariximizin indiki mərhələsində kütləvi
şüur üçün xüsusi əhəmiyyət kəsb edir.
Şübhəsiz ki, sizin qurultayınız insan və vətəndaş hüquqlarına
tam əməl olunmasını dövlətlə birlikdə təmin etməli olan vətəndaş
cəmiyyəti təsisatlarının inkişaf etmiş şəbəkəsinin formalaşmasın
da son dərəcə mühüm mərhələlərdən biridir.
Azərbaycan istər öz coğrafisiyasi mövqeyinə görə, istərsə də
burada Qərb və Şərq sivilizasiyalarının ən yaxşı nailiyyətlərini
özündə təcəssüm etdirmiş bənzərsiz mədəni ənənələrin forma
laşmasına görə postsovet məkanında nadir bir yer tutur. Bir çox
254
onilliklər ərzində rus icması xalqımızın milli mənəvi dəyərlə
rinin inkişafı üçün xeyli səy göstərmişdir. Keçmişdə Azərbay
canda rus alimlərinin, yazıçıları və maarifçilərinin əməyini son
dərəcə yüksək qiymətləndirərək, bu gün həmin tarixi ənənələrin
qorunub saxlanması və artırılması üçün görülən işləri də qeyd
etmək lazımdır.
İndi, müstəqil, azad Azərbaycan haqqında çoxəsrlik arzuları-
mızın gerçəkləşdiyi bir vaxtda biz ümummilli mənafelər naminə,
vətənimizin ərazi bütövlüyünün bərpa olunması naminə daha
böyük məqsədyönlülüklə fəaliyyət göstərməliyik. Bu müstəqil
lik uğrunda, suverenlik uğrunda mübarizədə, Ermənistanın
dövlətimizə qarşı törətdiyi müharibədə Azərbaycanın, o cümlə
dən də rus millətindən olan bir çox qızları və oğulları şəhid ol
muşlar. Biz şəhid olanların xatirəsini
ehtiramla yad edərək, onlar
üçün müqəddəs olan ideallar naminə Azərbaycanda sülhə, bü
tün Qafqazda sülhə, bütün Azərbaycan xalqı üçün layiqli firavan
həyata nail olmalıyıq.
Respublikanın hər bir vətəndaşının milli ənənələrini müqəd
dəs tutaraq hifz edən, öz qədim və zəngin mədəniyyətini qoru
yub saxlayan və artıran azad, müstəqil, demokratik, dinamik in
kişaf edən Azərbaycan XXI əsrə inamla qədəm qoyur.
Üçüncü minillik ərəfəsində toplaşan qurultayınıza dövlətçiliyi
mizin inkişafı və möhkəmlənməsi, vətəndaş cəmiyyətinin forma
laşması, Azərbaycanın dünya birliyində layiqli yer tutan müasir
ölkəyə çevrilməsi üçün möhkəm bünövrə yaratmağa qabil olan
qərarlar qəbul etməyi arzulayıram.
Sizə uğurlar olsun!
-----------------------------------------------------------------------------Heydar Əliyev siyjsati: TOLERANTLIQ
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şahar i, 17 dekabr 1998-ci il
255