Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydər Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə54/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   50   51   52   53   54   55   56   57   ...   112

Heydər Əliyev siyasəti: TOLERANTLIQ
müharibə yolverilməzdir. Hər halda, XX əsrin sonunda və qarşı­
dan gələn XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır.
Bu  baxımdan  biz  çox  ürək  ağrısı  ilə  deyirik  ki,  on  il  bundan 
öncə Ermənistanın Azərbaycana  torpaq iddiası əsasında başladı­
ğı  hərbi  təcavüz böyük  müharibəyə,  hərbi  münaqişəyə  çevrilib­
dir.  Bunun  nəticəsində,  indi  Ermənistan  adlanan  ərazidən  İslam 
dininə mənsub olan azərbaycanlılar zorla sürgün ediliblər, çıxarı­
lıblar, yerlərindən-yurdlarından, ata-baba evlərindən, öz milli-di­
ni,  müqəddəs  ocaqlarından,  məscidlərindən,  qəbiristanlıqların­
dan, tarixi abidələrindən məhrum olublar. Bu, tarixi cinayətdir və 
tarixi ədalətsizlikdir!  Dünya Birliyi buna biganə qalmamalıdır və 
güman edirəm ki,  biganə qalmayacaqdır.
İslam  dini  Qafqazın,  demək  olar,  əksər  hissəsini  əhatə  edib 
və  bu  gün  də  əhatə  edir  və  İslam  mədəniyyəti  hər  yerdə  öz  iz­
lərini  buraxıbdır.  Kimlərsə  bu  izləri  dağıtmaq,  pozmaq  istəsə 
də,  bəşəriyyət buna  yol  verməməlidir və  verməyəcəkdir.  Hesab 
edirəm  ki,  bu  məsələlər  Bakıda  keçirilən  və  indi  işinə  başlayan 
Beynəlxalq Simpoziumda öz əksini  tapmalıdır.
Dünyada  və xüsusən Avropada,  Amerika  Birləşmiş Ştatların­
da İslam sivilizasiyasına böyük maraq var. Bu problemlərlə məş­
ğul olan elmi  mərkəzlər keçmişdə də olub, indi də var. Şübhəsiz 
ki,  İslamın  tarixi  kökləri,  İslam  mədəniyyətinin  bəşər  tarixinə 
verdiyi  töhfələr  araşdırılıb,  tədqiq  olunub,  böyük  elmi  əsərlər 
yaradılıbdır.  İslam ölkələrində belə mərkəzlər var.
Ancaq bu gün mən bu fürsətdən istifadə edərək, elm xadimlə­
rinin qarşısında öz fikrimi bildirmək istəyirəm. Hesab edirəm ki, 
indiyə qədər görülən işlər yetərli deyildir.  Məsələn, əgər keçmiş 
çar  Rusiyası  imperiyası  ərazisində,  sonra  Sovetlər İttifaqı  ərazi­
sində  İslam  mədəniyyəti  haqqında  araşdırmalara  nəzər  salsaq, 
çox dəyərli  əsərlərlə yanaşı, eyni  zamanda, subyektiv fikirlər də 
hökm  sürür.  Məndə belə  təəssürat  var ki,  Avropa  ölkələrində,  o 
cümlədən  Rusiyada  keçmişdə  də,  indi  də  bəzi  tədqiqatçılar  İs­
lam  mədəniyyətinə,  İslam  dininə  subyektiv  hissiyyatlar  nöqte­
yi-nəzərindən baxırlar.
236
Sovetlər  İttifaqının  mövcud  olduğu  70  il  ərzində  onun  ərazi­
sində din yasaq, qadağan  edilmiş,  ateizm  təbliğatı  aparılmışdır. 
Dinə qarşı çox kəskin  mübarizə aparılmış,  allahsızlıq, dini  inkar 
etmək o  illərdə kommunist ideologiyasının  əsasını  təşkil etmiş­
dir. Biz bu dövrü yaşamışıq və indi Azərbaycan öz müstəqilliyini 
bərpa  edəndən  sonra  tarixi  nöqteyi-nəzərdən  qısa  bir zamanda 
dinin, o cümlədən  İslam dininin nə qədər dərin  kökləri olduğu­
nu  daha  da  çox  dərk  edə  bilmişik.  Xüsusən  sovet  hakimiyyəti 
dövründə  dünyaya  gəlmiş,  yaşamış  nəsillər  bəlkə  də  o  vaxtkı 
güclü  təbliğatın  nəticəsində  dinin,  bizim  üçün  isə  ələlxüsus  İs­
lam  dininin  bu  qədər  zəngin  mənəvi  dəyərlərə,  bu  qədər dərin 
köklərə malik olduğunu anlaya bildirdilər.  Biz özümüz də bunu 
anlaya bilmirdik. Mən bunu etiraf edirəm.
Ancaq  qısa  bir  zamanda  məlum  oldu  ki,  əgər Azərbaycanda 
kommunist ideologiyası  70 il  yox,  170 i!  də hökm sürmüş olsay­
dı, insanları  İslam dinindən ayırmaq mümkün olmayacaqdı. Bu, 
artıq  faktdır.  Eyni  zamanda,  bu,  İslam  dininin  nə  qədər  böyük 
gücə malik olduğunu sübut edir. Ancaq o illər -  kommunist ide­
ologiyasında,  ümumiyyətlə, dinə qarşı təbliğat aparıldığı zaman 
İslam dininin əleyhinə xüsusi  təbliğat aparılırdı.
Bilirsiniz ki, o vaxtlar mən böyük dövlət işləri ilə məşğul idim. 
Bəzən düşünürdüm -  din dindir,  nə üçün bir dinə müəyyən qə­
dər loyal  münasibət bəslənilir, o birisi  dinə isə həddindən  artıq 
düşmən münasibəti göstərilir? Bu həqiqətdir.
Mərkəzdə  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  ateizm 
təbliğatında İslam dininə qarşı təbliğat xüsusi bir istiqamət təşkil 
edirdi  və bu,  xüsusi nəzarət altında  idi. Sovet  hakimiyyəti  döv­
ründə belə təsəvvür yaranırdı ki, sovet quruluşuna  təhlükə törə­
dən yalnız İslam dinidir, xristian dini, yaxud da sovetlər ölkəsin­
də olan  başqa  dinlər bu  quruluşa  o qədər təhlükə yaratmır.  Bu, 
o dövrdə  mənim  gözümlə gördüyüm və bir çox ideoloji  sənəd­
lərdə  oxuduğum  həqiqətlərdir  ki,  sizə  çatdırıram.  Kommunist 
ideologiyasında  dinlərə  münasibətdəki  bu  ayrı-seçkilik,  dinləri
____________________________________________ Heydor Əliyev siyasoli: TOl.ERANTUQ
237


Нс\чЪг Olıyov <ıv.ıs>ti: TOLERANTLIQ
bir-birindən  fərqləndirmək  xətti göstərirdi  ki,  demək,  belə  çıxır, 
din var -  yaxşı  dindir, din də var -  çox pisdir, bu  pis din də guya 
İslam dinidir.  Bu  da o vaxt Sovetlər İttifaqında  tədqiqatçılar tərə­
findən olan subyektivlik meyillərini artırırdı.
Hansı  dinə mənsubluğundan asılı  olmayaraq, gərək  tədqiqat­
çının  özü  obyektiv  olsun.  İslam  dininə  mənsub  olan  tədqiqatçı 
da  gərək  İslam  dini  haqqında obyektiv  tədqiqatlar aparsın,  sub- 
vektivlivə yol verməsin.  Başqa dinlərə mənsub olan tədqiqatçılar 
da  həm öz dini  haqqında,  həm də İslam dini  haqqında  tədqiqat­
lar apararkən  gərək obyektiv  olsunlar,  heç  bir  tərəfə  əyilməsin­
lər, heç bir subyektivlivə yol  verməsinlər.
Bunları müşahidə etmiş bir insan  kimi  və bunları şəxsən  hiss 
etmiş və bilmiş bir insan  kimi,  mənim  o sözləri  deməyə  əsasım 
var.  Hesab edirəm  ki,  indiki dövrdə  təkcə Azərbaycan yox,  keç­
mişdə Sovetlər  İttifaqına  mənsub  olan,  İslam  dininə  itaət  edən 
başqa ölkələr də, o cümlədən Şimali Qafqazda olan -  Rusiya  Fe­
derasiyasının tərkibindəki  respublikalar, yaxud  Mərkəzi Asiya­
da olan ölkələr,  müstəqil dövlətlər,  yaxud da  Volqa  çayı  hövzə­
sində,  ətrafında yerləşən,  İslam  dininə  mənsub olan  böyük res­
publikalar  -   Rusiya  Federasiyasının  tərkibindəki  respublikalar 
indi öz tarixi keçmişi  haqqında, o cümlədən  İslam  mədəniyyəti, 
İslam  sivilizasiyası,  İslam  tarixi  haqqında  daha  doğru-düzgün, 
elmi cəhətdən  əsaslandırılmış əsərlər yarada  bilərlər.
Bu  baxımdan  Rusiyanın  paytaxtında  olan  araşdırma  mərkəz­
ləri,  İslam  sivilizasiyası  ilə  əlaqədar  tədqiqatlar  aparan  elmi 
mərkəzlər,  Avropada,  Amerika  Birləşmiş  Ştatlarındakı  elmi  tə­
dqiqat  mərkəzləri  da  həmişə  müstəqil  olmuş ölkələrlə,  tutaq  ki, 
ərəb  ölkələri,  başqa  İslam  ölkələri  ilə  əməkdaşlıqla  yanaşı,  keç­
mişdə  Sovetlər  İttifaqının  tərkibində  olub  yeni  müstəqillik  əldə 
etmiş ölkələrin  alimləri,  elmi  mərkəzləri  ilə  də  gərək  sıx  əmək­
daşlıq etsinlər.
Bu  gün  Moskvanın  İslamşünaslıq  Mərkəzinin  nümayəndəsi 
cənab  Medvedkonun  çıxışı  bizim  hamımızın  ürəyindən  oldu.
238
Hovıljr Oliyov siyasoıi; TOLERANTLIQ
Çox  səmimi  çıxış  etdi  və  hiss  olundu  ki,  İslam  tədqiqatları  ilə 
məşğul  olan  bir alim  kimi,  eyni  zamanda,  İslam  mədəniyyətinə 
dərin  hörmət  bəsləyən  insandır.  Belə  alimlərlə  əməkdaşlıq  hə­
mişə onlar üçün də və İslam ölkələrinin alimləri üçün də çox fay­
dalı  və uğurlu  olar.
Fransadan  gəlmiş  nümayəndə  danışmağa  başlayarkən,  mən 
hesab etdim  ki,  o,  türkcə, yəni Anadolu  türkcəsi  ilə danışır. An­
caq  sonrakı  kəlmələrindən  hiss etdim  ki,  o, azərbaycanca  danı­
şır.  Yəni  İslamşünas,  türkoloq  olmaqla  yanaşı,  eyni  zamanda, 
nitqindən görürəm  ki,  bu  gün özünü azərbaycanşünas  kimi  do 
təqdim  etdi.
Bunlar hamısı  sevindirici  hallardır.  Hesab edirəm  ki,  İslam si­
vilizasiyası  haqqında gələcək elmi  tədqiqat işlərində belə əmək­
daşlıq  üstünlük  təşkil  edəcəkdir.  Beləliklə,  ümumiyyətlə,  İslam 
mədəniyyətinin  dünyadakı  rolu,  o  cümlədən  xüsusən  İslam 
sivilizasiyasının  Qafqazdakı  rolu  dəqiq,  düzgün,  elmi  nöqte­
yi-nəzərdən  əsaslandırılaraq elmi  kitablarda, əsərlərdə öz əksini 
tapacaqdır.
239


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə