Biz Azərbaycanda öz milli-mənəvə dəyərlərimizə söykənərək,
eyni zamanda, xalqımızın elminin, mədəniyyətinin inkişafına,
milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsinə
və vəhdətinə xüsusi əhəmiyyət veririk.
Bu, Azərbaycan üçün yeni bir hadisə deyildir. Məmnuniyyət his
si ilə demək olar ki, Azərbaycan hələ XVIII-XIX əsrlərdə və
XX əsrin
əvvəlindən elə bu istiqamətdə inkişaf edirdi. Bu baxımdan Azər
baycan Qafqazda və Qafqaz ətrafında, Mərkəzi Asiyada yerləşən,
İslam dininə mənsub olan xalqlar içərisində öz mədəniyyətini
ümumbəşəri dəyərlərlə, Avropa mənəvi dəyərləri, Avropa mədə
niyyəti ilə zənginləşdirmiş ən qabaqcıl ölkədir.
Azərbaycanda hələ XIX əsrdə dünyəvi teatrın yaranması,
yaxud da Avropa mədəniyyətinin təsiri altında və Avropa mədə
niyyətinin dəyərləri ilə Azərbaycanın milli dəyərlərini bir-birinə
bağlayan ədəbiyyat, incəsənət əsərlərinin yaranması Azərbay
canda bu meylin böyük tarixinin olduğunu göstərir.
Hesab edirik ki, bu, ölkəmizin, Azərbaycan xalqının üstünlü
yüdür. Biz Azərbaycanın milli-mənəvi dəyərlərini ümumbəşəri
dəyərlərlə zənginləşdirən və onların vəhdətindən doğan elm,
ədəbiyyat, incəsənət əsərlərini, bunları yaradanları həmişə yük
sək qiymətləndirmişik. Azərbaycanın elm, mədəniyyət tarixində
belə adamlar çox görkəmli yer tutur.
Biz Nizami, Füzuli, Nəsimi kimi böyük şəxsiyyətlərlə fəxr et
diyimiz kimi, eyni zamanda, Mirzə Fətəli Axundov kimi böyük
şəxsiyyətlə də fəxr edirik. Mirzə Fətəli Axundov İslam dəyərlərini
ən gözəl bilən şəxsiyyətlərdən biri olubdur. O, İslam dəyərlərinə
çox sadiq bir insan olubdur. Amma, eyni zamanda, o, Azərbay
canın milli-mənəvi dəyərlərini, İslam dəyərlərini ümumbəşəri,
Avropa dəyərləri ilə zənginləşdirərək dahiyanə və xalqımızın in
kişafına çox böyük təsir göstərmiş əsərlər yaratmışdır.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyov nə qədər milli olubsa,
o qədər də ümumbəşəri olubdur. Biz bunu qiymətləndiririk.
Biz heç vaxt yalnız milli, dini dəyərlərə qapılaraq, onun çərçi
vəsindən kənara çıxmayan, yaxud ondan kənarda heç bir şeyi
Hevdor Əliyev siyasəti: T O LERANTLIQ_________________ _________________________________
240
görməyən insanları, alimləri xalqın inkişafına xeyir verən adam
hesab etmirik. Ancaq milli xüsusiyyətlərini qoruyub saxlayan,
milli-mənəvi dəyərlərinə sadiq olan, milli-mənəvi dəyərləri
ni yüksək qiymətləndirən, onlarla fəxr edən, eyni zamanda,
ümumbəşəri dəyərlərin xalqımız üçün faydalı hissələrini götü
rüb Azərbaycan ictimai, elmi, mədəni fikrini inkişaf etdirən şəx
siyyətlər Azərbaycanın mədəniyyətini, elmini bax, bu səviyyəyə
gətirən insanlardır. Bu baxımdan, Azərbaycanın XIX-XX əsrlər
dəki böyük şəxsiyyətlərinin yaratdığı əsərlər, gördüyü işlər, eyni
zamanda, İslam sivilizasiyasının - təkcə Azərbaycanda yox, bü
tün Qafqazda, o cümlədən Mərkəzi Asiyada - müasir tələblərə
uyğun inkişaf etməsinə böyük töhfələr vermişdir.
Mən çox məmnun oldum ki, İran İslam Respublikasının nü
mayəndəsi də öz çıxışında İslam dəyərləri və milli dəyərlər
lə yanaşı, ümumbəşəri dəyərlərin əhəmiyyəti haqqında da çox
əhəmiyyətli fikirlər ifadə etdi. Bunlar hamısı onu göstərir ki, bu
mütərəqqi proses indi bütün ölkələrin aparıcı prosesidir. Azər
baycan bu tərəqqi yolu ilə keçmişdə də gedibdir, bu
gün də gedir
və gələcəkdə də gedəcəkdir. Biz İslam mədəniyyətinin Azərbay
can xalqı üçün əvəzsiz olduğunu qeyd edərək, eyni zamanda,
dini, yaxud milli məhdudiyyət yaradan fikirləri, meyilləri və ya
təklifləri qəbul etmirik. Millilik, İslamilik, ümumbəşəri dəyər
lərin sintezi ilə xalqı inkişaf etdirə bilər. İndi dünyadakı bəzi
mərkəzlərdə "İslam fundamentalizm!, İslam ekstremizmi, fana
tizmi" haqqında da fikirlər söylənilir.
Hesab edirəm ki, bizim müqəddəs kitabımız Qurani-Şərif
heç vaxt fundamentalizmin əsasını qoymayıbdır. Kimsə bu fun
damentalizm, ekstremizm meyitlərini İslam dinindən istifadə
edərək yaradır və inkişaf etdirirsə, hesab edirəm ki, onlar İsla
mın əsas prinsiplərindən müəyyən qədər uzaqlaşırlar. Biz İslam
mədəniyyətini, İslam mənəvi dəyərlərini müqəddəs kitabımız
Qurani-Kərimdə olduğu kimi qəbul edirik. Onların təhrif olun
ması, əgər dini dildə desək, günahdır. Biz istəmirik ki, kimsə gü
naha batsın.
_______________________________________________ Hevdor Əliyev siyasoH: TOLERANTLIQ
241
Hevdor Əliyev siyasoti: TOLERANTLIQ
Man bu fürsətdən istifadə edib bir neçə fikrimi sizə çatdır
maq istədim. Yəqin ki, siz alimlər, bu işlərin mütəxəssisləri bu
barədə bu simpozium zamanı daha dəyərli fikirlər irəli sürəcək
siniz. Ancaq mənim fikirlərim də əgər sizə bu barədə müəyyən
qədər əhəmiyyətli olsa, mən bundan məmnun olaram.
Bugünkü simpoziumun gedişini dinləyərək mən belə fikrə gə
lirəm ki, Azərbaycan Qafqazda İslam sivilizasiyası araşdırmala
rının mərkəzi ola bilər. Azərbaycanın buna haqqı da vardır. Mən
nitqimin əvvəlində İslamın Qafqazda yayılmasında Azərbayca
nın rolu haqqında danışdım. Tarixi faktlar onu göstərir ki, Azər
baycandan bir az şimalda olan xalqlar İslamı yalnız XVI əsrdə
qəbul edibdir. Ancaq Azərbaycan xalqı, yəni bizim indi yaşadı
ğımız bu Azərbaycan İslamı hələ VII əsrdə qəbul edibdir. Görür
sünüz, qısa bir məsafədə İslamın şimala doğru yayılması üçün
nə qədər vaxt lazım olubdur. Bunu araşdırmalar daha dəqiq
göstərə bilər. Ancaq şübhəsiz, bunların hamısının yolu Azərbay
candan keçibdir. Əgər İslamın sərhədi bir neçə əsrdə Qafqazda
Dərbəndlə məhdudlaşıbsa və İslam Dərbənddən şimala yalnız
sonralar, yəni XV-XVI əsrlərdə keçibsə, bu onu göstərir ki, İs
lam dini Azərbaycanda nə qədər güclü olubdur. Eyni zamanda,
İslam dininin şimala yayılması da o qədər asan olmayıbdır. Bu,
vaxt tələb edibdir.
Bütün bunlara görə hesab edirəm ki, Azərbaycan bu sahədə
Qafqazda araşdırma mərkəzi ola bilər. Əgər siz hamınız belə bir
qərara gələ bilsəniz, Azərbaycanda bir mərkəz yaratmaq olar.
Azərbaycan dövləti də buna himayəçilik edə, kömək göstərə
bilər. Mən hər halda Azərbaycanın timsalında demək istəyirəm
- bu sahədə çox böyük işlər görülməlidir. Elmi tədqiqat üçün
burada geniş imkanlar vardır.
Mən bir xüsusiyyəti də qeyd etmək istəyirəm. Sovet hakimiy
yəti illərində Azərbaycanın özündə demək olar ki, islamşünas-
lar çox az idi, bəlkə də yox idi. Bunun da səbəbini sizə deyim.
Məsələn, keçmiş Sovetlər İttifaqında islamşünaslar əsasən Mos
kvada idilər. Çünki İslama mən dediyim həmin kommunist ide-
242
Heydar Əliyev sıyasali:
TOLERANTLIQ
ologiyası tərəfindən o qədər mənfi münasibət var idi ki, İslama
mənsub olan alimlərin özləri İslamşünaslıqla məşğul olmaqdan
çəkinirdilər, qorxurdular. Digər tərəfdən də hesab edirdilər ki,
bu, dünya elmi üçün o qədər də əhəmiyyətli bir sahə deyildir,
yaxşı olar ki, başqa bir sahə ilə məşğul olsunlar.
Məsələn, Quranın Azərbaycan dilinə çevrilməsi respublika
mız müstəqillik əldə edəndən sonra, yaxud həmin ərəfədə müm
kün oldu. Mən sizə açıq deyim ki, sovet hakimiyyəti vaxtı əgər
Quran Azərbaycan dilinə çevrilsəydi, şübhəsiz ki, buna nəinki
irad tutacaqdılar, bəlkə bundan ötrü kimisə cəzalandıracaqdılar.
Amma, eyni zamanda, Quran rus dilinə tərcümə olunmuşdu.
Ərəb dilini bilməyən azərbaycanlıların çoxu Quranı həmin o rus
tərcüməsindən, nəşrindən götürüb oxuyurdular.
Nə üçün belə hadisə var idi, nə üçün Quran rus dilinə
tərcümə
olunmuşdu, ancaq Azərbaycan dilinə tərcümə edilməmişdi?
Çünki Qurandan istifadə etməyi azərbaycanlılara qadağan edir
dilər. Hesab edirdilər ki, Quran rus dilinə tərcümə olunubdur və
guya xristianlar tərəfindən İslam dinini öyrənmək üçün lazımdır.
Amma Quran Azərbaycan dilinə tərcümə olunsa, bu, azərbay
canlıların İslam dininə meylini artıracaqdır. İş burasında idi.
Amma, eyni zamanda, Xristian dininə məxsus kitabların rus
dilində nəşr olunması qadağan deyildi. Elə bunun özü də Sovet
lər İttifaqı zamanı müxtəlif xalqlara müxtəlif münasibət olduğu
nu göstərirdi. Bu səbəbdən də Azərbaycan alimləri çox az, nadir
halda İslamşünaslıqla, İslam dinini öyrənməklə məşğul olurdu
lar, bu barədə kitablar yazırdılar. Çünki hesab edirdilər ki, bu
kitablar, tədqiqatlar onlar üçün qiymətli deyildir. Yenə də de
yirəm, bəziləri do qorxurdular, çəkinirdilər.
Ekmələddin İnsanoğlu indi mənə deyirdi ki, rəhmətlik Ziya
Bünyadov və rəhmətlik Cahangir Qəhrəmanov bu mərkəzlə
neçə illər idi əməkdaşlıq edirdilər. Bu həqiqətdir. Mən bilirəm
ki, onların ikisi də böyük alim kimi, İslam tədqiqatları ilə məşğul
olurdular. Ancaq bunlar Azərbaycanda çox azlıq təşkil edirdilər.
Onlar da böyük alim olduqlarına, başqa tədqiqatlar da apardıq
243