Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə60/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   56   57   58   59   60   61   62   63   ...   112

keçirirdim.  Cümə  günü  saat  doqquzda  -   onun  yarısında  işdən 
qayıdanda  gördüm  ki,  üşüyürəm.  Həftənin  ikinci  günü  də  belə 
olmuşdu.  Amma  mən  bunları  heç  vaxt  nəzərə  almıram.  Altın­
cı  gün  temperaturum  daha  çox  qalxdı,  ona  görə  işə  çıxmadım. 
Yəqin  ki,  mənim  özümün  günahımdır  -   vaxtında  müalicə  et­
səydim,  dərman  atsaydım,  bir-iki  gün  evdə  qalsaydım,  bunlar 
olmazdı.  Amma  məndə  öskürmə  əmələ  gəldi,  bu  da  bir-iki  sa­
atdan  sonra  keçdi.  Məndə  gərginlik  əmələ  gələndə  Süleyman 
Dəmirəl  ilə  əlaqə  saxlamışdılar.  O,  telefonla  zəng  etdi  və  gecə 
iki  təyyarə  ilə  həkimlər  göndərdi.  Mən  artıq  özümü  yaxşı  hiss 
edirdim,  buraya  gəlmək  istəmirdim.  Ancaq  Süleyman  Dəmirəl 
bir-iki  dəfə mənə telefon etdi,  dedi  ki,  mütləq gəl.  Həm görüşək, 
söhbət  eləyək,  bəzi  məsələlər  var,  həm  də  müayinə  olun.  Ona 
görə də altıncı  gün bizim  Təhlükəsizlik Şurasının  üzvlərini  yığ­
dım,  tapşırıqlarımı  verdim,  sonra  da  buraya  gəldim.  Ancaq  bir 
gün  ərzində  xəstəliyim  haqqında  məlumat,  sonra  isə  cürbəcür 
fikirlər, mülahizələr yayıldı.
Allahşükür Paşazadə:  Azərbaycan Prezidentinin  xəstələnmə­
si  ilə əlaqədar Küveytdə də narahat olublar.
Heydər  Əliyev:  Bəli,  bütün  dünya  qəzetləri  yazırlar  -   Tür­
kiyəyə  gəlir  -   səhhətim  haqqında  hər  gün  xəbər  verirlər.  Tür­
kiyənin  Prezidenti  hörmətli  Süleyman  Dəmirəl  hər  gün  buraya 
gəlir, sonra  mətbuat  nümayəndələrinə  məlumat verir.  Fikrimcə, 
mənim Ankaraya  gəlməyim  faydalı olmuşdur.
Allahşükür Paşazadə: Cənab Prezident, Siz həqiqətən çox işlə­
yirsiniz. Mən də müəyyən ölkələri gəzirəm, görürəm. Dövlət rəh­
bərləri  saat yeddidə çıxıb gedirlər.  Amma  mən  indiyə qədər gör­
məmişəm ki, Siz işdən tez gedəsiniz, bazar günləri də işləyirsiniz.
Heydər Əliyev:  Mən  1993-cü  ildə  Bakıya  gələndən  bəri -  on­
dan  əvvəl  Naxçıvanda  da  -  elə  vaxt  olmayıb  ki,  bazar  günü  iş­
ləməyim.  Həftənin  bütün  günlərini  işləyirəm.  Prezident  Süley­
man  Dəmirəl  məni  hər  il  buraya  istirahətə  dəvət  edir.  Burada 
istirahət  etməli  çox  yaxşı  yerlər  var.  Bir  çox  ölkələrin,  məsələn,
Heydər Əliyev siyasəti: TOLERANTLIQ^____________ ______________________________________
260
Orta  Asiya  respublikalarının,  Qazaxıstanın  prezidentləri  gəlir, 
on-on beş gün istirahət edirlər, eyni  zamanda,  görüşürlər, danı­
şırlar. Amma  mən  hər dəfə deyirdim  ki,  vaxt tapa bilmirəm.
Allahşükür Paşazadə: Siz gərək özünüzə baxasınız,  çünki Si­
zin  sağlamlığınız  xalqımızın  sağlamlığıdır.  Ona  görə  də  Sizin 
sağlam olmağınız bizim üçün çox əhəmiyyətlidir.
Heydər Əliyev: Mənə xəbərlər çatır, camaat çox narahat olub­
dur.  Amma  mən  burada  həm  Azərbaycan  televiziyasına,  həm 
ANS-ə,  həm  də  "Nərgiz-TV"-yə,  Rusiyanın  NTV  televiziyasına 
müsahibələr  verdim.  Bunları  da  gəldiyim  ilk  günlərdə  etdim. 
İndi  hamı  görür  ki,  yaxşıyam.  Bilirəm  ki,  insanlar  çox həyəcan­
lıdır,  mənə dua  edirlər.  Siz də  deyirsiniz,  mənə də hər gün  mə­
lumat  verirlər,  -   insanlar  arzulayırlar  ki,  tezliklə  gəlim.  Hesab 
edirəm  ki,  bu,  mənim  xalqla  olan  münasibətimin  nəticəsi  və 
xalqın mənə etimadı və məhəbbətidir. Mən həmişə yalnız bunun 
əsasında işləmişəm.
Mənə  göstərilən  qayğı  və  diqqətə  görə  bütün  məscidlərə,  kil­
sələrə salamımı  və minnətdarlığımı çatdırın.  Buraya hər gün çox 
adam gəlmək istəyir, ancaq həkimlər də qoymur, mənim özümün 
də  imkanım  yoxdur.  Siz  Azərbaycandan  gələn  yeganə  adamsı­
nız.  Çoxları  da  telefon  edib  danışırlar.  Bir  azdan  sonra  mənim 
yanıma  general  İsmayıl  Haqqı  Qaradayı  gələcəkdir.  Beş-altı  ay 
öncə o, Türkiyə Silahlı Qüvvələri  Baş Qərargahının  rəisi idi.
Allahşükür Paşazadə: Türkiyədə sizi istəyənlər çoxdur. Azər­
baycanda  isə  şeyx  kimi  mən  gəlmişəm  ki,  xalqımızın  məhəbbə­
tini,  salam-duasını  çatdırım.  Səudiyyə  Ərəbistanındakı  yubiley 
şənliklərində  dövlət başçıları  da  olacaq,  mən də çıxış edəcəyəm 
və Sizin  salamlarınızı  yetirəcəyəm.
Heydər Əliyev:  Səudiyyə Ərəbistanının  kralına,  digər dövlət 
rəhbərlərinə mənim salamlarımı çatdırın.
A llahşükür Paşazadə: Sizə bir daha  uzun  ömür,  cansağlığı 
diləyirəm,  tezliklə  tam  sağalıb  Vətənə  qayıtmağınızı  arzula­
yıram.
__________________________________________ _______ Heydar Əliyev siyasati: TOLERANTLIQ
26 1


Hcw br Oliyov siy.ısAli: TOLERANTLIQ
RUS  PRAVOSLAV  KİLSƏSİ  BAKI-XƏZƏRYANI 
YEPARXİYASININ  BAŞÇISI  YEPİSKOP 
ALEKSANDR  İLƏ GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı,  15 fevral  1999-cu  il
Yepiskop  Aleksandr:  Zati-aliləri,  çox  hörmətli  cənab  Prezi­
dent!  İcazə verin,  özümü  yeni  vəzifədə -  Rus  Pravoslav  Kilsəsi­
nin müstəqil  Bakı -  Xəzəryanı yeparxiyasınm  başçısı, yepiskopu 
vəzifəsində təqdim edim.
Heydər  Əliyev:  Mən  sizi,  görkəmli  din  xadimini  bu  yüksək 
təyinat  münasibətilə  təbrik  edirəm.  Sizə  bu  mühüm  vəzifədəki 
fəaliyyətinizdə uğurlar arzulayıram.  Ümidvaram  ki, sizin bu və­
zifəyə təyin edilməyiniz və burada  müstəqil  yeparxiyanın  təşkil 
olunması  rus  və  Azərbaycan  xalqları  arasında  münasibətlərin 
daha  da  inkişaf tapmasına  xidmət edəcəkdir.
262
Hcyd.lr Əliyev My.
1
sp;ı: TOLERANTLIQ
Mən  Bakı və Xəzəryanı xüsusi yeparxiyasınm təşkili haqqında 
müqəddəs II Aleksinin  qəbul  etdiyi  qərarı  alqışlayıram.  Bu, çox 
düzgün  qərardır  və  hazırda  bölgəmizdə  yaranmış  vəziyyətdən 
irəli  gəlir.  Belə  düşünürəm  ki,  bu  qərar  pravoslavlarla  müsəl­
manlar  arasında,  xalqlarımız  arasında  əlaqələrin  möhkəmlən­
məsi sahəsində bütün  işimizə  kömək edəcəkdir.  Bu, həmçinin o 
deməkdir  ki,  Rusiya  Pravoslav  Kilsəsi  tərəfindən  bölgəmizə  la­
zımi  əhəmiyyət verilir. Bir sözlə, biz bunu alqışlayırıq. Öz tərəfi­
mizdən isə biz hər şey edəcəyik ki, hörmətli yepiskop Aleksandr
bu  vəzifədə  fəaliyyətiniz  müasir  mərhələdə  bizim  hamımızın 
qarşımızda  duran  vəzifələrin  həyata  keçirilməsi  naminə  uğur­
lu  olsun.  Şadam  ki,  siz  Azərbaycanda  işləyərək  Rus  Pravoslav 
Kilsəsi  tərəfindən belə böyük etimada  layiq görülmüsünüz. Sizə 
böyük uğurlar arzulayıram.
Yepiskop  Aleksandr:  Zati-aliləri  çox  hörmətli  cənab  Prezi­
dent,  səmimi  arzularınıza  görə,  xoş sözlərinizə  görə Sizə  təşək­
kür edirəm.
Həqiqətən,  öz  çoxmillətli  ümmətinə  qayğı  göstərən  Rus  Pra­
voslav  Kilsəsi  İsanın  mövludunun  iki  minilliyi  ərəfəsində  köh­
nə  Bakı-Xəzəryanı  Yeparxiyanı  dirçəltmoyi  qərara  almışdır.  Bu 
yeparxiya  burada  1934-cü  ilə  qədər  mövcud  olmuşdur.  Onun 
dirçəldilməsi  bu  regionda  pravoslav xristianların  mənəvi  dirçə­
lişinə də kömək edəcəkdir. Bu, həm də Azərbaycan hökumətinin 
xristian dinindən olan öz vətəndaşlarına qayğısına  da sübutdur.
Heydər Əliyeviç, Siz Azərbaycanın  müdrik və xeyirxah  lideri 
kimi  Qafqazın  bütün  rus  əhalisi  arasında  böyük  şöhrət  qazan­
mısınız.  Təlatümlü  hadisələr  Azərbaycanı  sarsıdan  vaxtlarda 
nəinki yerli  millətdən, həm də rus millətindən olan bütün adam­
ların, bütün Azərbaycan  vətəndaşlarının arzusu, əlbəttə, belə ol­
muşdur ki, bu çətin dövrdə dövlətə, dövlət hakimiyyətinə məhz 
Siz  başçılıq  edəsiniz.  İndi  görürük  ki,  ümidlər  doğrulmuşdur. 
Dövlətin çox mürəkkəb xarici və daxili vəziyyətdə olmasına bax­
mayaraq, Azərbaycan torpağına əmin-amanlıq və sülh Sizin rəh­
bərliyinizlə qayıtmışdır.  İqtisadi  həyatda, siyasi həyatda sabitlik
263


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə