Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Не\ ılor Əüvev siyasoti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə57/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   53   54   55   56   57   58   59   60   ...   112

Не\ ılor Əüvev siyasoti: TOLERANTLIQ
müstəqilliyini  əldə  ediblər  və  öz  dinlərini  bərpa  etməyə  başla­
yıblar.  Bu  ölkələrin  bir qismi,  o cümlədən  Azərbaycan,  Mərkəzi 
Asiyada  yerləşən  ölkələr,  məsələn,  Türkmənistan,  Özbəkistan, 
Qazaxıstan,  Qırğızıstan,  Tacikistan  müstəqil  dövlətlərdir.  Bir 
qismi  isə  Rusiya  Federasiyasının  tərkibindədir.  Bunlar  Şimali 
Qafqaz  respublikaları,  Rusiya  ərazisinin  başqa  yerlərində  yer­
ləşən Tatarıstan,  Başqırdıstan və İslam dininə itaət edən insanla­
rın yaşadıqları başqa  respublikalar, yaxud  da vilayətlərdir.
İslama  itaət edənlərin başqa  bir qismi  isə Avropa  ölkələrində 
mövcud olan  dövlətlərdədir -  Türkiyə Cümhuriyyəti, Albaniya, 
Bosniya-Herseqovina  və  başqa  yerlər  də  İslam  dininə  mənsub 
olan  əhalinin ölkələri, dövlətləridir.
Bunları  deməklə  mən  onu  bildirmək  istəyirəm  ki,  İslam  dün­
yanın bir çox ölkələrində mövcud olduğu halda, hər bir bölgənin 
özünəməxsus xüsusiyyəti  var.  Əgər biz,  ümumiyyətlə,  İslamşü- 
naslıqla  dərindən  məşğul  olmaq  istəyiriksə  və  İslam  sivilizasi­
yasının  bəşər  mədəniyyətinə  verdiyi  töhfələri  dünyaya  daha  da 
nümayiş etdirmək istəyiriksə və İslamın  müasir həyatda  rolunu 
daha  düzgün  müəyyən  etmək  istəyiriksə, dünyanın  hər bir böl­
gəsinin  xüsusiyyətini nəzərə almalıyıq.
Şübhəsiz ki, mən bütün dünyadakı İslam ölkələri  haqqında söz 
demək  istəmirəm.  Ancaq  biz  artıq  üç  gündür  ki,  Qafqaz haqqın­
da müzakirə aparırıq. Bu barədə mən öz fikirlərimi simpoziumun 
açılışında bildirdim. Onlara əlavə olaraq bu gün demək istəyirəm 
ki,  Azərbaycan  həm  əhalisinin  sayına  görə,  həm  ərazisinin  sahə­
sinə  görə,  həm  də  İslamı  qəbul  etmək  tarixinə  görə Qafqazda  ən 
böyük  ölkədir.  Mən  artıq  dedim  ki,  bizim  fikrimizcə,  Qafqazda 
İslam  -   İslamın  mərkəzindən,  Azərbaycan  ərazisindən  keçərək 
Şimala  yayılıbdır.  Ona  görə  də  mən  istərdim  ki,  iki  gün  bundan 
öncə deyilən  fikir reallaşsın ki, Azərbaycanı Qafqazda İslam  sivi­
lizasiyasının  tarixi,  keçmişi  və bu  günü  ilə  əlaqədar  bir tədqiqat, 
araşdırma  mərkəzi etmək olar.
Türkiyədə  -   İstanbulda  görülən  işlər qlobal  xarakter daşıyır. 
Azərbaycan  isə  Qafqazda  bunun  bir  hissəsi  ola  bilər.  Məsələn,
248
Qafqazı  götürsək,  Qafqaza  bağlı  olan,  İslam  dininə  itaət  edən 
böyük ölkələr bir tərəfdən Türkiyədir, digər tərəfdən İran. Azər­
baycan qədimdən İslamı  qəbul  edərək həm  İranla, həm Türkiyə 
ilə  çox  sıx  əlaqədə  olubdur.  Şübhəsiz  ki,  İslamın  mərkəzi  ilə  -  
Məkkə və Mədinə ilə,  Bağdadla,  Kərbəla ilə, İslam dininin başqa 
mərkəzləri ilə də tarixən əlaqədar olubdur.
Ancaq  həm  coğrafi  nöqteyi-nəzərdən,  həm  də  o  dediyim 
amilləri  nəzərə  alaraq,  mən  hesab edirəm  ki,  Azərbaycan  bura­
da  mühüm  rol  oynaya  bilər.  Mən sizin qərarınızı  dəstəkləyirəm 
ki,  bu  simpozium  Azərbaycanda  davam  etsin.  Güman  edirəm, 
müəyyən  müddətdən  sonra  ikinci  Bakı  simpoziumunu  hazırla­
yıb  keçirmək  olar.  Ancaq  bu  simpoziuma  gərək  Qafqazda  olan 
digər  ölkələrdən  do  nümayəndələr  gəlsin.  Biz  İslam  sivilizasi­
yasının  Qafqazda  yayılmasına  dair simpozium  keçirdik.  Ancaq 
Şimali  Qafqaz  ölkələrindən  bilavasitə  bizim  bu  simpoziumda 
nümayəndə  yoxdur.  Doğrudur,  Rusiyanın  nümayəndələri  var, 
Şimali  Qafqaz  da  Rusiya  Federasiyasına  daxildir.  Ancaq  Şimali 
Qafqazda  olan  respublikalarda  -   Dağıstan,  Çeçenistan,  İnquşe- 
tiya,  Kabarda-Balkar,  Qaraçay-Çərkəz,  Adıgey,  Osetiya  -  İslam 
dini  çox  inkişaf  edibdir.  Bunlar  hamısı  Qafqaza  məxsusdur, 
Qafqaz  ərazisindodir.  Ona  görə də  gələcəkdə  bizim  araşdırma­
larımızın daha da hərtərəfli olması  üçün və bütün Qafqazı əhatə 
etməsi  üçün bu  respublikaları  da buraya cəlb etmək lazımdır.
Qafqazda  üç  müstəqil  dövlət var.  Rusiya  Federasiyası  Şimali 
Qafqazı  əhatə edir.  Amma  Cənubi  Qafqazda  üç müstəqil  dövlət 
var  -   Azərbaycan,  Gürcüstan,  Ermənistan.  Azərbaycan  tam  İs­
lam  dininə  itaət edən  əhalidən  ibarətdir.  Gürcüstanda  500  min­
dən artıq azərbaycanlı yaşayır, bunlar müsəlmanlardır. Bilirsiniz 
ki, Gürcüstanın bir hissəsində -  Acarıstanda müsəlman olan gür­
cülər də var. Onlar İslam  dininə çox yüksək  əhəmiyyət verirlər. 
Bu  da Qafqazdır.
İndi  Ermənistan  adlanan ərazidən İslamın  bütün üzvləri  təəs­
süflər  olsun  ki,  silinibdir.  Yəni  o  ərazidə  qədim  zamanlardan 
müsəlmanlar,  azərbaycanlılar yaşamışlar.  Mən  bildiyimə  görə -
__________________________________________________ Heydor Əliyev siyasoti: TOLERANTLIQ
249


Hevdw Əliyev siyasoti: TOLERANTLIQ
bunu siz daha da dəqiq deyə bilərsiniz -  Azərbaycanda İslam qə­
bul edilən zaman,  demək olar ki, Azərbaycanın bütün  ərazisində 
qəbul olunubdur. İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbay­
can -  İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur 
mahalı  -   bunlar  hamısı  müsəlmanlar,  azərbaycanlılar  yaşayan 
diyarlar olubdur. Təəssüf ki,  bu  ərazilərdən,  diyarlardan müsəl­
manlar çıxarılıblar,  indi bu  ərazilərdə  bir  nəfər  də  olsun  müsəl­
man  yoxdur.  Bu da  Ermənistan millətçiliyi,  erməni ekstremizmi, 
erməni  şovinizmi  siyasətinin  nəticəsidir.  Əgər  Qafqazda  İslam 
sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır.
Mən  güman  etmirəm  ki,  o  torpaqlardan  İslam  əbədi  olaraq 
silinibdir  -   mən  belə  hesab  etmirəm.  İslam  harada  olubsa,  ora 
bir də gələcəkdir. Mən buna inanıram. İnanıram ki, o yerlərin sa­
hibləri -  müsəlmanlar, azərbaycanlılar oraya qayıdacaqlar.  Ona 
görə o yerləri  İslamın  xəritəsindən heç vaxt silmək olmaz.
Azərbaycana  gəldikdə  isə  hesab  edirəm,  Azərbaycan 
Qafqazda  bütün  dinlərin  bir-biri  ilə  mehriban  əlaqələrdə  ya­
şadığı  bir ölkədir.  Biz bununla  fəxr edirik.  Məsələn,  Qafqazda 
olan  Ermənistandan  əgər bütün  başqa  millətlər,  dinlər  qovu­
lub çıxarılıbsa -  təkcə müsəlmanlar yox, artıq orada  yəhudilər 
də yoxdur erməni  millətindən  başqa  və xristianlığın  erməniyə 
mənsub  olan  qolundan  savayı  başqa  bir  millət,  din  yoxdur -  
erməni  şovinizmi,  erməni  ekstremizmi  buna  illər,  əsrlər boyu 
nail  olmağa  çalışıbdır.  Onlar  öz  ölkəsini  monomilli  ölkə  et­
məklə  fəxr edirlər.
Biz  belə  siyasətin  əleyhinəyik.  Biz  nəinki  belə  siyasəti  qəbul 
edə  bilmərik,  buna  tərəfdar çıxa  bilmərik,  buna  tam  ziddik,  bu­
nun  əleyhinəyik.  Allah-Təala  insanları  harada  yaradıbsa,  onlar 
orada  da  yaşamalıdırlar.  İnsanlar  öz  iradələri,  öz  arzuları  ilə 
hansı dini qəbul edirlərsə, o dinə itaət etməlidirlər. Demək, onlar 
məskunlaşdıqları yerdə yaşamalı, öz dinlərini də qoruyub saxla­
malıdırlar.
Azərbaycanda yəhudilər 2500 ildir yaşayırlar, indi də yaşayır­
lar. Xristian dini Azərbaycanda əsrlər boyu olub, bu gün  də var.
250
Hcydor Əliyev sivasai: TOLERANTLIQ
Azərbaycanda  müsəlman  məscidləri  ilə  yanaşı,  pravoslav  xris­
tian kilsələri  də,  yəhudi  sinaqoqları  da  var.  İnsanlar hərə öz ira­
dəsi  ilə öz mənəviyyatını  istədiyi  kimi  ifadə edir.  Hesab edirəm 
ki,  bu,  Azərbaycanın  Qafqazda  və  xüsusən  Cənubi  Qafqazda 
üstünlüyüdür.  Mən hesab  edirəm  ki,  bütün  bunlara  görə Azər­
baycan Qafqazda  İslam sivilizasiyası problemi  ilə əlaqədar elmi 
tədqiqatlar, araşdırmalar mərkəzinə çevrilə bilər.
Bir amili,  bir məsələni  də  qeyd etmək  istəyirəm.  O da  ondan 
ibarətdir  ki  -   bunu  simpoziumda  da  hamınız  dediniz,  mən  də 
bu fikirləri söylədim ki -  biz heç vaxt İslamı donmuş vəziyyətdə 
saxlamaq  istəmirik.  Dünya  inkişafdadır,  insan  cəmiyyəti  inki­
şafdadır,  bəşəriyyət  inkişafdadır.  Belə  olan  halda  İslam  donub 
əvvəlki  vəziyyətində  qala  bilməz.  Bu  heç  də  hansısa  bir  dinin 
köklərinə, yaxud onun qoyduğu yola,  ənənələrinə müxalifət de­
yildir. Əksinə, dünyaya gələn hər yeni nəsil öz köklərini daha da 
gücləndirməlidir.  Elə etməlidir ki,  o köklər daim qidalansın,  in­
kişaf etsin, şaxələnsin, donmuş vəziyyətdə qalmasın və çürümə­
sin. Biz hər şeyə belə münasibət göstərməliyik və güman edirəm 
ki, İslama da belə münasibət göstərməliyik.
Siz  Azərbaycanda  olduğunuz  günlərdə  hiss  etdiniz  -   Azər­
baycan  İslam  mədəniyyətinin,  İslam  milli-mənəvi  ənənələrinin 
ümumbəşəri  mənəvi  dəyərlərlə  vəhdətindən  doğulan bugünkü 
Azərbaycandır.  Bunu siz gördünüz. Azərbaycan  gələcəyə də bu 
yolla  gedəcəkdir.  Biz  dünyanın  tərəqqisindən  kənarda  qala  bil­
mərik.  Dünya  xalqlarının  tərəqqi  yolu  ilə  müsəlmanlar  da  get­
məlidirlər, o cümlədən azərbaycanlılar da getməlidirlər. Kim bir 
balaca ləngiyirsə, o, sıradan çıxır. Azərbaycan bu siyasəti aparır, 
bu  yolla  gedir.  Biz  Azərbaycanda  hüquqi,  demokratik,  dünyə­
vi  dövlət  quraraq,  öz  milli-mənəvi,  dini  dəyərlərimizlə  birləş­
dirərək Azərbaycanı inkişaf etdirdik. Güman edirəm, bunlar ha­
mısı  əsas  verir  ki,  Azərbaycan  bir  mərkəz  statusu  alsın.  Elədir, 
ya yox?
Siz  bu  günlərdə  yəqin  ki,  Bakı  ilə  tanış  oldunuz,  gördünüz. 
Azərbaycanda tarixə, keçmişə böyük hörmət var. Bunun əlamət-
251


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə