Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə59/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   55   56   57   58   59   60   61   62   ...   112

Hcvddr Əliyev siyasoti: TOLERAN TUQ
RAMAZAN  BAYRAMI  MÜNAStBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Mərhəmətli,  rəhmli Allahın adı  ilə!
Əziz bacı və qardaşlar!
Sizi dünya müsəlmanlarının əziz bayramı — Ramazan bayramı 
münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Ramazan  ayı  müqəddəs  kitabımız  Qurani-Kərimin  insanlar 
üçün  nazil  edildiyi  mübarək  aydır.  Allah-Təalanın  insanlara 
bəxş  etdiyi  bu  misilsiz  sərvətin  hikmətlərindən  daha  da  fayda­
lanmaq  üçün  Ramazan  ayının  böyük  əhəmiyyəti  vardır.  Bu  ay, 
eyni  zamanda,  hər bir müsəlmana öz iradəsini sınamaq,  dözüm 
və əzmkarlığını  nümayiş etdirmək üçün gözəl  fürsətdir.
Ramazan ayının sınaq günlərində öz borcunu ləyaqətlə yerinə 
yetirən  müsəlmanlarımız  bu  gün  böyük  sevinc  və  qürur  hissi 
ilə  bayram  edir,  bir-birlərinə  ehtiram  və  məhəbbət  bildirərək 
sıx həmrəylik  nümayiş etdirir,  həyatdan  getmiş  yaxınlarını  yad 
edirlər.
Builki  Ramazan  bayramı  1990-cı  ilin  qanlı  yanvarında  Azər­
baycanın  azadlığı  və  müstəqilliyi  uğrunda  öz  canlarından 
keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirə gü­
nünə  təsadüf  edir.  Onlar  Vətənə  sədaqəti  özlərinin  fədakarlığı, 
şahidliyi  ilə  göstərərək  xalqımızın  qəhrəmanlıq  salnaməsinə 
parlaq  səhifə  yazmışlar.  Biz  fəxr  edirik  ki,  Azərbaycan  xalqının 
milli  mənliyini  qorumaq  üçün  öz canından  keçməyə  hazır  olan 
övladları  vardır.  Bu  bayram  günündə  Azərbaycanın  azadlığı, 
müstəqilliyi  uğrunda  şəhid  olanların  hamısına  rəhmət,  onların 
yaxınlarına, bütün xalqımıza səbir diləyirəm.
Respublikamızın  müstəqilliyinin  möhkəmləndirilməsi,  ərazi 
bütövlüyünün  təmin  olunması,  demokratik  cəmiyyət  qurucu­
luğu,  öz  torpaqlarından  didərgin  düşmüş  bacı-qardaşlarımızın 
ev-eşiklərinə  qaytarılması  hər  birimizdən  daha  böyük  qətiyyət
256
və əzmkarlıq tələb edir. Bu amalların gerçəkləşməsi naminə əziz 
bayram  günündə hamınızı daha sıx əməkdaşlığa  və həmrəyliyə 
çağırıram.
Mübarək  Ramazan  bayramında  ulu  tanrıdan  sizə  cansağlığı, 
xoş əhval-ruhiyyə,  doğma Azərbaycanımızın tərəqqisi yolunda­
kı  fəaliyyətinizdə böyük uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!
______________________________________  
Heydor Əliyev siyaseti: TOLERANTLIQ
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakt şahan,  17 yanvar 1999-cu  il
257


Heydər Əliyev siyasəti: TOLERANTLIQ
QAFQAZ  MÜSƏLMANLARI  İDARƏSİNİN SƏDRİ 
ŞEYXÜLİSLAM  HACI ALLAHŞÜKÜR  PAŞAZADƏ  İLƏ 
GÖRÜŞDƏKİ  SÖHBƏTDƏN
Ankara,  Giillıano Tibb Akademiyası 
23 yanvar 1999-cu  il
Allahşükür Paşazadə:  Cənab  Prezident,  Sizi səmimi-qəlbdən 
salamlayıram.  Səhhətinizin  yaxşı  olmasından  məmnun  qaldığı­
mı bildirir, Sizə Allah-Təaladan cansağlığı arzulayıram.
Heydər  Əliyev:  Çox  sağ  ol,  sağlamlığım  yaxşıdır,  burada  da 
işləyirəm, Bakıdakı işlərə rəhbərlik edirəm. Qripdən sonra bir az 
ağırlaşma olmuşdu, ona görə məni ətraflı  müayinə edirlər. Bu da 
çox lazımdır, çünki  Moskvadan gələndən sonra  doqquz ildir hə- 
kimsiz yaşamışam. Allaha  şükürlər olsun,  müayinələr də göstə­
rir ki, hər şey yaxşıdır.
Allahşükür  Paşazadə:  Azərbaycanda  milliyyətindən asılı  ol­
mayaraq bütün  insanlar Prezident Heydər Əliyevin  tezliklə tam 
sağalıb Vətənə qayıtmasını arzulayırlar. Ramazan bayramı gün­
lərində  camaat  Sizə  dua  edirdi,  məscidlərdə  qurbanlar  kəsirdi.
258
Hamı,  o  cümlədən  20  Yanvar  şəhidlərinin  ailə  üzvləri  Sizə  sa­
lam-dua  göndərmişlər.  Allah-Təala  Sizi  istəyir  və  xalqımızın, 
millətimizin  Sizə böyük ehtiyacı  var.  Biz inanırıq,  inşallah,  sağ­
lam olacaqsınız  və ölkəmizə yenə rəhbərlik edəcəksiniz.  Mingə- 
çevirdəki  Heydər  məscidində çox  böyük ehsan  verildi, qurban­
lar kəsildi.  Mən həqiqəti  deyirəm,  xalq  Sizi istəyir.  Xalq istəyəni 
isə Allah da  istəyir.
Sizin  səhhətiniz  barədə  həkimlərin  sonuncu  rəyini  eşidəndə 
çox sevindim.  Xüsusilə Türkiyə  Prezidenti cənab Süleyman  Də­
mirəlin  Azərbaycan  rəhbərinə  münasibətindən  olduqca  şadıq. 
Qardaş  dövlətlərin  və  onların  rəhbərlərinin  bir-birinə  belə  mü­
nasibəti xalqımıza  çox xoşdur.
Heydər  Əliyev:  Türkiyə  Cümhuriyyətinin  Prezidenti  Süley­
man  Dəmirəl  hər gün  Gülhanə Tibb  Akademiyasına  gəlib  məni 
yoluxur, burada bir saat söhbət edirik.
Allahşükür Paşazadə: Sizə  məlumat verim  ki,  Səudiyyə Ərə­
bistanının kralı məmləkətin yaranmasının  100 illiyinə həsr olun­
muş  şənliklərdə  iştirak  etmək  üçün  mənə  dəvətnamə  göndərib 
və oraya gedəcəyəm.
Onu  da  bildirim  ki,  Moskvanın  və bütün  Rusiyanın  Patriarxı 
11  Aleksi  dövlətimizin  rəhbərinin  xəstələnməsini  eşidərək  mənə 
zəng etmiş, xoş arzularını Prezidentə yetirməyi rica etmişlər. Pat- 
riarx  Azərbaycandakı  pravoslav  kilsələrinin  başçısına  yepiskop 
rütbəsi  vermişdir  və  indən  belə  o,  Bakı  və  Xəzəryanı  regionun 
yepiskopu vəzifəsini daşıyır.
Heydər  Əliyev:  Bu  xəbəri  müsbət  qiymətləndirirəm,  habelə 
Azərbaycandakı müxtəlif dinlərin rəhbərlərinin Ankaraya, mənə 
göndərdikləri məktubu  almışam və təşəkkürümü bildirirəm.
Allahşükür Paşazadə: Cənab Prezident, Sizin xəstələnməyiniz 
başqa ölkələrin din xadimlərini də narahat etmişdir.  Dağıstanın, 
Çeçenistanın  və  digər  müsəlman  respublikalarının  nümayən­
dələri  dövlətimizin  başçısına  salam  göndərir,  onun  tezliklə  tam 
sağalmasını arzu edirlər.
Heydər  Əliyev:  Narahat  olmağa  əsas yoxdur.  Ola  bilər,  An­
karaya  heç  gəlməyəydim.  Bir  həftə  idi  ki,  mən  qripi  ayaq  üstə
___ _______________________________________________Heydor Əliyev slyasoıi: TOLERANTLIQ
259


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə