Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hov dor Əl i vo V siynbOti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə72/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   68   69   70   71   72   73   74   75   ...   112

Hov dor Əl i vo V siynbOti: TOLERANTLIQ
gün  minnətdaram  ki,  o,  mənim  xahişimi  və  mənə  verdiyi  sözü 
verinə yetiribdir. Məscidin binası çoxdan hazırdır. Ancaq bunun 
açılışı  mərasiminin  keçirilməsinə  görə  həm  İran  üçün,  həm  də 
Azərbavcan  üçün,  yəni mənim  üçün  bir münasib  vaxt  tapılması 
lazım  idi.  Bu  münasib  vaxtı  tapdıq,  buraya  gəldik,  indi  bax,  bir 
yerdəyik.
Mən  bunları  ona  görə  geniş  danışıram  ki,  bir  də  deyim  -   bu 
gün  özümü  çox  xoşbəxt  hesab  edirəm.  Mən  çox  şadam,  çox  se­
vinirəm  ki,  Azərbaycanda,  o cümlədən  Naxçıvanda  yaratdığım 
böyük memarlıq  əsərləri  ilə yanaşı,  İran  İslam Cümhuriyyəti  ilə 
bərabər,  bilavasitə  onların  köməyi  ilə  Naxçıvanda  yeni  məscid, 
evni  zamanda,  Şərq  aləminin  memarlıq  nümunəsi  olan  böyük 
bir bina yarada bilmişik.
Naxçıvanda  indiki  məscidin,  səhv  etmirəmsə,  100-dən  çox 
yaşı  vardır.  Amma  bu  yeni  bina  yüz  illər  yaşayacaqdır.  Bizdən 
sonra  gələn  nəsillər  bizə  rəhmət  oxuyacaqlar.  Mənim  üçün  isə 
bundan böyük mükafat ola  bilməz.
Mən  bu  məscidin  tikilməsindən  çox  məmnunam.  Çox  məm­
nunam  ki,  məscidin  açılışı  mərasiminə  İran  İslam  Cümhuriyyə­
tindən böyük, çox mötəbər, möhtərəm qonaqlarımız, dostlarımız 
gəliblər.  Mən bu görüşdən də çox  məmnunam.
Bu  məscid  böyük  məna  daşıyır.  Bu  da  ondan  ibarətdir  ki,  o, 
İran-Azərbaycan  dostluğunun,  qardaşlığının,  əməkdaşlığının 
gözəl  bir  nümunəsidir.  Biz  Azərbaycanda  müstəqil  bir  dövlət 
kimi,  qonşumuz,  dostumuz,  qardaşımız  İran  İslam  Cümhuriy­
yəti  ilə  əlaqələrimizi  daim  inkişaf  etdirmək,  genişləndirmək 
istəyirik.  Hesab  edirəm  ki,  bunun  üçün  böyük  imkanlar  vardır 
və  biz onlardan  istifadə  etməliyik.  Hər  halda  mən  Naxçıvanda 
olarkən  biz  bu  əməkdaşlıq  sahəsində  qısa  bir  zamanda  çox  iş­
lər  görə  bildik.  Mən  artıq  söylədim  ki,  İrandan  elektrik  enerjisi 
gəldi.  İrandan  40  meqovat  elektrik  enerjisi  gəlir,  buna  görə çox 
sağ  olun.  Doğrudur,  biz  onun  pulunu  veririk,  bu  enerji  müftə 
gəlmir. Ancaq elə onun özü  də böyük şeydir.
312
Hcvdjr Əliyev slyasoti: TOLERANTLIQ
Məni  sevindirən  odur ki,  İran  ilə  Naxçıvan  arasındakı  yollar 
çox sərbəstləşdirilibdir.  Hesab edirəm, İran hökuməti bu sahədə 
çox  səxavət  göstəribdir,  gözəl  bir  siyasət  aparır  ki,  insanlar  24 
saat  müddətində  Naxçıvandan  İrana  gedib,  İrandan  Naxçıvana 
gələ  bilirlər,  adamlar  sərbəst  ticarət edirlər.  Bu,  bizim  arzumuz 
olubdur.
Bilirsiniz,  biz  istəyirik  ki,  müstəqil  Azərbaycandan  hər  bir 
ölkəyə -   əlbəttə,  dost ölkəyə -  gediş-gəlişimiz  çox olsun.  Amma 
İran axı burada xüsusi yer tutur. Azərbaycan üçün başqa bir döv­
lət  yoxdur  ki,  ölkəmizdə  yaşayan  azərbaycanlıların,  müsəlman­
ların  orada  İrandakı  qədər qohumları  olsun.  Mən  hesab edirəm, 
-  sonra  İrandan  Qərb ölkələrinə, Avropa ölkələrinə köçənləri  de­
mirəm,  keçmiş vaxtları  nəzərdə tuturam, -  elə İranın özündə də, 
xüsusən onun Şimal hissəsində ailə tapmazsan ki, onun Azərbay­
canda  qohumu, qardaşı olmasuı. Biz 70 il idi ki,  bundan məhrum 
idik.  Mən  bunlarm  hamısını  öz  gözümlə  görmüşəm.  İnsanlar 
göstərməyə  qorxurdular  ki,  bir  yerdə  bilsinlər  ki,  onun  İranda 
qohumu  vardır.  Onda  onu  işdən  çıxarırdılar,  cəzalandırırdılar. 
Ona  görə də  hamı  İranda  qohumları  olduğunu gizlədirdi.  Elə  ki 
sərhəd  açıldı,  o  qədər  qohumlar  meydana  çıxdı  ki!  Bu  insanlara 
azadlıq verilməli idi. Bu azadlıq verilibdir.
İndi  Naxçıvan  ilə  İran  arasında  olan  əlaqələr  ən  gözəl,  nü­
munəvi  əlaqələrdir.  Mən  arzu  edirəm  ki,  bu  əlaqələr  bundan 
sonra  daha  da  inkişaf etsin.  Bu  gün  İran-Azərbaycan  dostluğu 
haqqında  danışarkən o vaxt Azərbaycana,  Naxçıvana göstərilən 
xidmətə  görə  İranın  rəhbərlərinə  -   Zati-aliləri  Ayətullah  Xam- 
neiyə,  Prezident  Haşimi  Rəfsəncaniyə,  xarici  işlər  naziri  Ağayi 
Vilayətiyə və başqa  rəhbərlərə təşəkkür edirəm.
Mən  Şərqi  Azərbaycanın  o  vaxtkı  ostaııdarı,  indi  isə  İran 
hökumətinin  naziri  olan  Əli  Əbdüləlizadəyə  təşəkkür  edirəm. 
Çünki  Naxçıvan  Şərqi  Azərbaycanla  da  çox  yaxındır.  Əli  Əb- 
düləlizadə  o  vaxt  Naxçıvana  qardaşlıq  diqqəti  göstərirdi.  Mən 
məmnunam  ki,  indi o, İran hökumətinin naziridir.
313


Mən  o  vaxt  Naxçıvana  çox  gedib-gəlmiş  və  uzun  müddət 
Azərbavcan-İran  müştərək  komissiyasının  sədri  olmuş  Ağayi 
Şafeyiyə, o zaman Naxçıvana  yardım göstərmiş bir çox  dostları­
mıza  təşəkkür edirəm.
Ağayi  Rəfiqdust  təkcə  məscid  tikmək  üçün  yox,  ticarət  üçün 
də  burada  yaxşı  bir  dükan,  mağaza  açdı,  gətirib  mal  da  satdı. 
Mən  də  ona  yer  verirdim.  Ona  görə  də  deyirdim  ki,  mən  onu 
Bakıya, Azərbaycana  ticarət naziri vəzifəsinə aparacağam.
Bilirsiniz, mən o günlər haqqında bir tərəfdən, kədərlə danışı­
ram, çünki  biz çox çətin  bir dövr keçirdik.  İkinci  tərəfdən,  iftixar 
hissi ilə danışıram, çünki o çətin, ağır dövrdə biz yaşadıq, sınma­
dıq,  əyilmədik,  öz torpağımızı  müdafiə etdik  və  respublikamızı 
inkişaf etdirdik.
Xatirimdədir,  Ağayi  Əbdüləlizadə  bir  dəfə  böyük  bir  nü­
mayəndə  heyəti  ilə  Naxçıvana  gəlmişdi.  O  vaxt  qış  idi.  Naxçı­
vanlılar  bilir  ki,  buranın  qışı  çox  sərt  olur.  Mən  onu  qonaq  ça­
ğırmışdım.  Biz Naxçıvandakı qonaq otağında oturmuşduq,  üşü­
yə-üşüyə  yemək  yeyirdik,  əlimizi  cibimizdən  çıxara  bilmirdik. 
Paltomuz  əynimizdə  idi.  Dostum,  bunlar  yadındadır?  Əli  Əb­
düləlizadə baxıb soruşdu  ki,  burada  necə yaşayırsınız?
Dedim  ki,  gör  indi  biz  burada  necə  yaşayırıq.  Belə  səhifələr 
olubdur.
Biz indi, bu gün tamamilə başqa şəraitdəyik. Doğrudur, Azər­
baycanın  halə çox  böyük çətinlikləri  vardır.  O cümlədən  Naxçı­
vanın  ən  böyük  çətinliyi  odur  ki,  Ermənistan-Azərbaycan  mü­
naqişəsinə  görə  Naxçıvan  bu  gün  də  Azərbaycanla,  yəni  Bakı 
ilə  ancaq  təyyarə  vasitəsilə  əlaqə  saxlaya  bilir.  Başqa  bir  əlaqə 
yoxdur.  Mən  burada  yenə  də  İranın  Azərbaycana,  Naxçıvana 
yardımını  qeyd  edirəm  və  təşəkkürümü  bildirirəm.  Yollar  bağ­
lananda  İran  hökuməti  Naxçıvandan  Bakıya  avtomobillərin  ge­
dib-gəlməsi üçün yol  verdi və biz həmin yoldan indiyə qədər is­
tifadə edirik. Görürsünüz, nə qədər faktlar,  misallar vardır. Mən 
bundan da çoxunu deyə bilərəm.
Heydər Əliyev siyosoti: TOLERANTLIQ___________
314
Hyydar Əliyev sivasaıi; TOLERANTLIQ
Beləliklə,  bizim  bugünkü  günümüz  İran-Azərbaycan  dostlu­
ğunun  bayramıdır,  iftixarıdır.  İran  böyük,  güclü  bir  dövlət,  İs­
lam  dinini  qoruyub  inkişaf etdirən  bir  dövlətdir.  İslam  inqilabı 
bu  ölkənin  həyatmı  kökündən  dəyişmiş,  onun  inkişaf  etməsi, 
xalqın daha da yaxşı yaşaması üçün böyük imkanlar yaratmış və 
İranı şahlıq istibdadından xilas etmişdir.
İran, İslam Cümhuriyyətidir. Biz bunu bir dövlət, ölkə, qonşu, 
dost kimi, necə varsa o cür qəbul edirik.
Ümumiyyətlə,  Azərbaycanın  siyasəti  ondan  ibarətdir  ki,  heç 
bir dövlət başqa bir dövlətin daxili işinə qarışmamalıdır.  Hər bir 
müstəqil dövlət öz həyatını öz xalqının istədiyi  kimi qurmalıdır, 
xaricdən müdaxilə olmamalıdır.
Mən bu sözləri ona görə deyirəm ki, Azərbaycanda bəzi adam­
lar,  o  cümlədən  bizə  müxalif olan  adamlar  var.  Onlar belə  söh­
bətlər aparırlar ki,  İranda azadlıq,  filan yoxdur.  Mən bu  fikirləri 
tamamilə rədd edirəm. Hesab edirəm ki, Azərbaycandan heç kəs 
İranın  daxili  işlərinə  qarışmamalıdır.  Mən  bu  gün  bunu  bəyan 
edirəm  ki, hamı bilsin.
315


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə