Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hevciar Əliyev siyjsəli: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə47/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   43   44   45   46   47   48   49   50   ...   112

Hevciar Əliyev siyjsəli: TOLERANTLIQ
"ŞÖHRƏT” ORDENLƏRİNİN 
TƏQDİM  EDİLMƏSİ  MƏRASİMİ
Prezident  iqamətgahı, 21  avqust  1998-ci ii
Hörmətli  xanımlar və cənablar!
Müstəqil  Azərbaycan  dövlətinin  dövlətçilik  atributlarından 
biri  dövlətin  mükafatlarıdır -   ordenlər,  medallar  və  başqa  mü­
kafatlardır.
Bildiyiniz  kimi,  Azərbaycan  dövlətinin  ordenləri,  medalları 
təsis olunub  və  ötən  illərdə  Azərbaycanın  görkəmli  şəxsləri  bu 
ordenlərlə,  medallarla  təltif ediliblər. Təltif olunanların  əksəriy­
yəti Azərbaycanın mədəniyyət, elm  xadimləri -  ədəbiyyatda,  in­
cəsənətdə,  elmdə  xalq  qarşısında  xidmət  göstərmiş,  fərqlənmiş 
şəxslərdir.
Bu  gün  siz  təltif  olunanlara  ordenlərin  təqdim  edilməsi  mə­
rasiminə  dəvət  olunmuşunuz.  Mən  də  bu  şərəfli  vəzifəni,  yəni
204
Heydər Ollycv siyjsoıi: TOLERANTLIQ
ordenləri sizə təqdim etmək kimi şərəfli vəzifəni həyata keçirmə­
yimdən çox məmnunam.
Heydər Əliyev: Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxü­
lislam  Hacı  Allahşükür  Paşazadəni  orden  alması  münasibətilə 
təbrik  edirəm.  Şeyx  həzrətləri,  siz  Azərbaycan  xalqı  qarşısında 
böyük  xidmətlər  göstərmiş  və  bunlara  görə  də  bu  yüksək  mü­
kafata  layiq olmusunuz. Bu ordeni  məmnuniyyətlə təqdim edir, 
sizə cansağlığı arzulayıram.
Allahşükür Paşazadə: Möhtərəm  Prezident!  Mən hesab edirəm 
ki,  bu  təltif  bütün  Qafqaz  müsəlmanlarına,  mənəviyyatımıza  ve­
rilən qiymətdir. Müstəqil Azərbaycan dövlətinin rəhbərinin mənə­
viyyatımıza  verdiyi  qiymətdir.  Ona  görə  də  mən  Allah-Təaladan 
Sizə  cansağlığı,  uzun  ömür,  başda  Siz  olmaqla  bütün  xalqımıza 
xoşbəxtlik arzu edirəm. Çox sağ olun.
205


Hcydor Əliyev siyasoti:  TOLERANTLIQ
AZƏRBAYCANIN YƏHUDİ  İCMASINA
Əziz həmvətənlər!
Sizi  -   respublikamızın  bütün  yəhudi  vətəndaşlarını  Yeni  i! 
bayramınız -  Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ha­
mınıza  cansağlığı və səadət arzulayıram.
Əsrlərdən bəri ölkəmizdə məskunlaşıb yaşayan yəhudilər heç 
zaman  Azərbaycanda  təqiblərə  və  ayrıseçkiliyə  məruz  qalma­
mış,  öz  milli-mədəni  özgtirlüyünü  qoruyub  saxlayaraq  respub­
likamızın  ictimai-siyasi  və elmi-mədəni  həyatında yaxından işti­
rak  etmişlər.  Yəhudi  həmvətənlərimiz bu  gün də  müstəqil  döv­
lət  quruculuğu  prosesində  fəal  vətəndaşlıq  mövqeyi  nümayiş 
etdirir, Azərbaycanın tərəqqisi  və inkişafı üçün əllərindən gələni 
əsirgəmirlər.
Roş-Ha-Şana yenilik, tövbə, mənəvi saflıq bayramıdır. Qoy bu 
bayram  hamınızın  həyatına  xoş ovqat,  ailələrinizə xoşbəxtlik  və 
sevinc gətirsin.
Heydər Əliyev, 
Azərbaycan  Respublikasının Prezidenti 
Bakı şəhsri,  39 sentyabr 1998-ci il
206
Hevdor Əliyev siyasəti: TOLERANTLIQ
‘MÜASİRLİK VƏ  DİNİ-MƏNƏVİ  DƏYƏRLƏR” 
MÖVZUSUNDA BEYNƏLXALQ  KONFRANSA
Mərhəmətli,  rəhmli Allahın adı  ilə!
Hörmətli  konfrans iştirakçıları!
Sizi -  paytaxtımız  Bakı  şəhərində  təşkil  olunmuş  Beynəlxalq 
Konfransın iştirakçılarını müstəqil Azərbaycan torpağında səmi­
mi qəlbdən salamlayıram.
Bu konfrans dövrümüzün ən aktual məsələlərinin -  dini-mənə­
vi  dəyərlərlə  müasirliyin  əlaqəsi,  üzvi  bağlılığı,  müasir  tərəqqi 
prosesində  onların  rolu  problemlərinin  müzakirəsinə  həsr olun­
muşdur. Dini dəyərlər hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və 
mədəni  inkişafı üçün  möhkəm zəmin yaradan  mənəvi keyfiyyət­
lər formalaşdırır. XXI əsrin astanasında dini fəaliyyət sahələrində 
gedən  prosesləri  əlaqələndirmək  və  düzgün  istiqamətləndirmək 
üçün fikir mübadiləsi aparmaq xüsusi əhəmiyyətə malikdir.
Yaşadığımız  dövrün  mürəkkəb  və  ziddiyyətli  xarakteri  di­
ni-mənəvi  dəyərlər  məsələsinə  münasibətdə  dəqiq,  aydın  və 
perspektivli  bir  mövqeyin  işlənib  hazırlanmasını  aktuallaşdırır. 
Bu  mövqe  xalqlarımızın  əsrlər  boyu  yaratmış  olduğu  zəngin 
mədəni  və  dini-mənəvi  irsdən  bəhrələnməklə  yanaşı,  zama­
nın  ruhu  və  tələbləri  ilə  səsləşən  prinsipləri  özündə  əks  etdir­
məlidir.  Əminəm  ki,  konfransınız  bütün  dünyada,  o cümlədən 
ümumqafqaz evimizdə sülhün və əmin-amanlığın bərqərar edil­
məsi yolunda mühüm bir addım olacaqdır.
Müsəlman  alimləri  və  din  xadimlərinin  dinimizin  mühüm 
aktual  problemlərini  müzakirə  etməsi  sırf elmi-dini  əhəmiyyəti 
ilə yanaşı, müsəlman dövlətləri və xalqları arasında qardaşlıq və 
əməkdaşlıq  əlaqələrinin  genişləndirilməsinə,  İslam  həmrəyliyi­
nin  daha  da  möhkəmlənməsinə xidmət edir.  Dünyanın  bir  çox 
yerlərində  İslam  dininin  əsaslarına,  müsəlman  ölkələrinə  qarşı
207


Hoydor Əliyev sivüSOlı: TOI.ERANTUQ
qərəzli  həmlələrin  aparıldığı  müasir  dövrdə  bu,  xüsusilə  bö- 
vıik  əhəmiyyət  kəsb  edir.  Belə  görüşlər  həmçinin  müştərək  ta­
rixi,  mədəni,  mənəvi  ənənələrə  malik  olan,  oxşar  tale  və  inkişaf 
yolu  keçmiş  ölkələrimizin  qarşısına çıxan  problemlərin həllində 
bir-birimizin  təcrübəsindən  səmərəli  istifadə  etmək  imkanlarını 
genişləndirir.
Biz  bu  yüksək  Forumun  respublikamızın  paytaxtı  Bakı  şəhə­
rində  keçirilməsini  Azərbaycanın,  Qafqaz  Müsəlmanları  İdarə­
sinin  artmaqda  olan  beynəlxalq  nüfuzuna  verilən  yüksək  qiy­
mətin  ifadəsi  kimi  qəbul  edirik.  Konfransda  müzakirə  olunan 
məsələlər siyasi  müstəqillik əldə etdikdən sonra  keçid dövrünün 
bir çox  çətinlikləri,  o  cümlədən  milli  və  dini  dəyərlərin  bərpası 
problemləri  ilə də üzləşmiş respublikamız üçün olduqca  aktual­
dır.  Bu görüş müsəlman qardaşlarımızın  Ermənistanın ölkəmizə 
hərbi  təcavüzü  nəticəsində  öz  doğma  yurdlarından  didərgin 
düşmüş bir milyondan artıq qaçqın və məcburi  köçkün Azərbay­
can  vətəndaşının  problemləri  ilə  həmrəyliyinin  də  parlaq  təza­
hürü  sayıla  bilər.  Ümidvaram  ki, konfrans bütün  İslam aləminin 
həmrəylik,  dostluq  və  qardaşlığının  daha  da  möhkəmləndiril­
məsi  işinə öz  layiqli  töhfəsini  verəcəkdir.
İnsan  mənəviyyatının  saflaşması,  dinimizin  dini-mənəvi 
dəyərlərinin  bərqərar  olması  işinə  yönəldilmiş  nəcib  fəaliyyəti­
nizdə  uca  Allahdan  sizə  böyük  nailiyyətlər,  konfransın  işində 
uğurlar arzulayıram.
Heydər Əliyev,
Azərbaycan  Respublikasının  Prezidenti 
Bakı şahar i,  29 sentyabr 1998-ci il
2 0 8
НоуШ
7
  OHyev  sıv.ıs.,11  TO LER A N TLIQ
BAKIDA  KEÇİRİLƏN  BEYNƏLXALQ 
KONFRANSDA VƏ QAFQAZ MÜSƏLMANLARI 
QURULTAYINDA NİTQ
30 sentyabr '1998-ci il
Möhtərəm  Şeyxülislam  həzrətləri!  Hörmətli  konfrans,  qurul­
tay  iştirakçıları, hörmətli qonaqlar, əziz qardaşlar!
Sizi -  "Müasirlik  və dini-mənəvi dəyərlər"  mövzusunda  bey­
nəlxalq  konfransın  iştirakçılarını, Qafqaz müsəlmanları X qurul­
tayının  nümayəndələrini  samimi  qəlbdən  salamlayıram.  Bey­
nəlxalq  konfransın və qurultayın  işinə uğurlar arzulayıram!
Mən çox məmnunam  ki, bu iki böyük beynəlxalq  tədbir məhz 
Azərbaycanda,  onun  paytaxtı  Bakı  şəhərində  keçirilir.  Dünya 
müsəlmanlarının  "Müasirlik  və  dini-mənəvi  dəyərlər"  mövzu­
suna  həsr  etdikləri  beynəlxalq  konfrans  çox  böyük  əhəmiyyətə 
malikdir.  Qafqaz  müsəlmanları  özlərinin  X  qurultayını  keçirir­
lər.  Beynəlxalq  konfrans  və  qurultay  adı  daşıyan  bıı  iki  yüksək
2 0 9


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə