Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


HL>vdor Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə44/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   40   41   42   43   44   45   46   47   ...   112

HL>vdor Əliyev siyasəti: TOLERANTLIQ
cak, ya bilməyəcək. Elə hesab edir ki, "keçərəm, üzərəm". Belələri 
var.  Hesab  edirəm,  xırda-xırda  bunlar  da  sahmana  düşəcəkdir. 
Bilirsiniz,  keçid  dövrü  ki  deyirik,  bunun  bir  çox  xəstəlikləri  var. 
Bir xəstəlik ayrı-ayrı  siyasətbazların  meydana  çıxması  və  siyasət 
aləmində  yeri  olmayan  adamların  gəlib  böyük  bir  siyasi  vəzifə 
tutmasıdır.  Bir  xəstəlik  iqtisadiyyatımızda  olan  xəstəliklərdir. 
İndi  bazar iqtisadiyyatına keçir, özəlləşdirmə aparırıq, insanların 
psixologiyasında  dəyişiklik  olmalıdır.  Bu  da  bir  xəstəlik  dövrü­
dür. Bunlar hamısı təbiidir.  Bu da keçəcəkdir.
Bilirsiniz,  respublikaya  həqiqətən  rəhbərlik  etmək  üçün  təkcə 
istək, iddia  azdır. Gərək biləsən, -  sənin biliyin, bacarığın, elmin, 
savadın buna çatır, yoxsa yox? İkincisi, bunun üçün sənin iradən, 
xarakterin  varmı? Üçüncüsü,  sənin  təcrübən,  idarəçilik  təcrübən 
varmı? Bilirsiniz, Azərbaycanın bu keçid dövründə idarəçilik təc­
rübəsi  olmayan  adam  Azərbaycana  rəhbərlik  edə  bilməz.  Nəin­
ki  rəhbərlik edə bilməz,  rəhbər vəzifədə ola  bilməz.  Bunu bütün 
başqa  respublikaların  təcrübəsi  də  göstərir,  Avropadakı  ölkələ­
rin  təcrübəsi  də  göstərir,  keçmiş  Sovet  İttifaqında  olan  ölkələrin 
təcrübəsi  də  göstərir.  Bunları  düşünmək  lazımdır.  Əgər  bunlar 
doğrudan  da  varsa,  sən  qabağa  gəl.  Amma  bunlar yoxdursa,  bir 
sənin  ambisiyan  var,  bir  də  istəyirsən  necə  olur olsun  hakimiy­
yətə gələsən. Nədən ötrü hakimiyyətə gəlmək istədiyini özün də 
bilmirsən. Amma bir az dərindən baxsan, məlum olur nədən ötrü 
gəlirsən  -   hakimiyyətin  verdiyi  imkanlardan  öz  şəxsi  məqsədin 
üçün  istifadə  etməkdən  ötrü.  Başqa  bir  şey  yoxdur.  Belələri,  əl­
bəttə ki, gəlib alternativ ola bilməzlər. Alternativ olacaqlar, amma 
həqiqətən ola bilməzlər.
Bizim  sizinlə  vəzifəmiz  ondan  ibarətdir  ki,  cəmiyyətimizdə 
dəyərli insanları tapıb üzə çıxaraq və inkişaf etdirək. Ən əsas xü­
susiyyətlərdən  biri  də  ondan  ibarətdir  ki,  bu  işə  girmək  istəyən 
adamlar gərək  mənəvi  cəhətdən  sağlam  olsunlar.  Mənəvi  cəhət­
dən  sağlam  olmayan  adam  böyük  dövlət  işi  ilə  məşğul  ola  bil­
məz. Mən bunu  keçən  illərdə də görmüşəm.  Bilirsiniz ki,  mənim
190
Hevdjr Əliyev siyasali; TOLERANTLIQ
həyatım  çoxillikdir,  təcrübəm  də  çoxdur.  Çoxlarını  görmüşəm, 
vaxtilə çoxlannı smamışam.  Mənəvi cəhətdən möhkəm olmayan! 
saf, təmiz olmayan adam böyük dövlət işində işləyə bilməz.
Ona  görə  də  mən  hesab  edirəm  ki,  qarşıdan  gələn  oktyabr 
ayında  Azərbaycanda  prezident seçkilərinin demokratik,  ədalət­
li, sərbəst keçirilməsi üçün bütün şərait yaradılacaqdır. Arzusun­
da  olan  adamlar  gəlib  bu  seçkidə  iştirak  edə  bilərlər  və  bu  işə 
yararlı olub-olmamasından asılı olmayaraq, əvvəlcədən, nə təhər 
deyərlər, heç kəsə damğa vurulmayacaq ki, sən yararlısan, yaxud 
yararsız.  Seçki  qanununun  şərtlərinə  uyğun  olaraq  kim  daxil 
ola bilirsə,  gəlib  bu seçkidə iştirak edəcəkdir.  Xalq da öz sözünü 
deyəcəkdir.  Bizim  Azərbaycanda  yaxşı  bir  söz  var:  xalqın  gözü 
tərəzidir.  Hesab  edirəm  ki,  oktyabr  ayında  bu  tərəzi  çox  dəqiq 
işləyəcəkdir.
Mən  sizə çox  təşəkkür edirəm  ki,  gördüyüm  işləri qiymətlən­
dirirsiniz  və  mənə  dəstək  verirsiniz.  Bilirsiniz,  böyük  siyasətlə 
məşğul  olan,  xüsusən  dövlət  başında  olan  bir adam  daim  xalqın 
dəstəyini  hiss etməli  və xalqın  rəyi ilə hesablaşmalıdır.  Biliyimə, 
bacarığıma,  təcrübəmə,  səriştəmə görə  mən nə qədər böyük  im­
kanlara  malik  insan  olsam  da,  daim  cəmiyyətin,  xalqın  rəyi  ilə 
hesablaşmışam, hesablaşıram və həmişə hesablaşacağam.  Xalqın 
dəstəyi  də mənə həmişə çox ruh verir.
Mən bu gün şəhərdən buraya gələrkən bir çox yerlərdə qurban 
kəsildi.  Rayonların  vətəndaşları,  sakinləri  bayram  münasibətilə 
yola  çıxmışdılar,  məni  salamlayırdılar.  Bunların hamısında  məni 
ən çox sevindirən səmimilikdir. Bilirsiniz, süni şeylər tez görünür 
və süni işlərə girişmək lazım deyildir. Mən süni şeylər istəmirəm. 
Amma  xalqın  səmimi  münasibəti  mənim  üçün çox əhəmiyyətli­
dir. Xalqın, cəmiyyətin tam əksəriyyətinin mənə olan səmimi, xoş 
münasibətini  daim  hiss  edirəm.  Bu,  mənə  daha  da  güc-qüvvət 
verir və gecə-gündüz çalışmaq üçün məni ruhlandırır.
Bilirsiniz  ki,  mənim  həyatım  gecə-gündüz  işləməkdir,  başqa 
bir şey yoxdur.  İşləyirəm nə üçün -  xalqımızı daha da yaxşı gün-
191


lərə çıxarmaq üçün. Əmin olun ki, xalqımız daha da yaxşı günlərə 
çıxacaqdır.  Bizim  apardığımız  iqtisadi  siyasət,  dünyanm  böyük 
neft  şirkətləri  ilə  imzaladığımız  müqavilələr  və  ümumiyyətlə, 
dünya  iqtisadiyyatı  ilə  sıx  inteqrasiya  olmağımız,  insanlara  sər­
bəstlik  verilməsi,  sahibkarlığın,  şəxsi  mülkiyyətin  yaranması 
respublikanın  iqtisadi  həyatını  tamamilə  dəyişdirir.  Bunu  özü­
nüz  görürsünüz.  Ona  görə  də  mən  tam  ümidvaram  ki,  bir neçə 
il  keçəcək,  Azərbaycanın  iqtisadi,  sosial  vəziyyəti  çox  yaxşılaşa­
caqdır. Mənim də məqsədim ondan ibarətdir ki, birinci, buna nail 
olum,  bunu  təmin  edim,  ikinci  də  o  günləri  özümüz  görək.  Gü­
man edirəm ki, sizinlə birlikdə biz o günləri görəcəyik.
Mən Qurban bayramı münasibətilə sizi bir daha təbrik edirəm, 
sizə cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə uğurlar arzulayıram. 
Sağ olun, salamat qalın.
H«?ydor Əliyev sivasoti: T O L ER A N T L IQ ________________ ________________________________ _
192
Hcydor Əliyev siyasoH: TOLERANTLIQ
AZƏRBAYCANIN  PRAVOSLAV XRİSTİANLARINA
Əziz həmvətənlər!
Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə ürək- 
dən təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.
Vicdan  və  dini  etiqad  azadlığının  bərqərar  edildiyi  müstəqil 
Azərbaycan  Respublikasında tarixən  olduğu kimi,  bu  gün də dün­
ya  dinləri qarşılıqlı  hörmət və etimad prinsipləri əsasında fəaliyyət 
göstərir.  Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm  ki,  dilindən, 
dinindən,  etnik  mənsubiyyətindən  asılı  olmayaraq  Azərbaycanın 
bütün  vətəndaşlan  kimi,  respublikamızın pravoslav xristiarılan da 
müstəqil, demokratik dövlət quruculuğu  prosesində yaxından  işti­
rak edirlər. Azərbaycanda fəaliyyət göstərən Rus Pravoslav Kilsəsi 
insanların dini-əxlaqi dəyərlərə tapınması və mənən saflaşması yo­
lunda layiqli xidmətlər göstərir.
Qoy  müqəddəs  Pasxa  bayramı  ailələrinizə  sevinc,  süfrələri­
nizə xeyir-bərəkət gətirsin.
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şahar i,  18 aprel 1998-ci il
193


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə