Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hey dor Əliyev siyosoti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə43/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   39   40   41   42   43   44   45   46   ...   112

Hey dor Əliyev siyosoti: TOLERANTLIQ
ğal  olunmuş  torpaqlardan  bir  milyon  soydaşımız  didərgin  dü­
şüb, qaçqın vəziyyətində yaşayır. Ona görə də başqa respublika­
lardan  fərqli  olaraq,  müstəqilliyi  qoruyub  saxlamaq bizim  üçün 
çox çətindir. Amma nə qədər çətin olur olsun, biz bunu saxlama­
lıyıq və bu  tarixi  şansı heç vaxt əlimizdən  verməyəcəyik və  ver­
məməliyik. Ona görə də həyata keçirdiyimiz bütün başqa tədbir­
lərlə bərabər,  şübhəsiz ki, xalqımızın, cəmiyyətimizin birliyi  çox 
vacibdir.  Məsələn,  Ermənistan-Azərbaycan  hərbi  münaqişəsin­
də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin səbəbi 
bir  onda  deyil  ki,  o  vaxt Azərbaycanın  gücü  Ermənistandan  az 
olubdur. Yox. Doğrudur, Ermənistana kömək edənlər çox olub, o 
cümlədən Rusiya  da Ermənistana çox kömək edib, başqa ölkələr 
də  kömək  ediblər.  Azərbaycana  kömək  edənlər  az  olub,  yaxud 
da  heç  olmayıbdır.  Ancaq  bununla  yanaşı,  Azərbaycanın  daxi­
lində didişmə,  çəkişmə və cürbəcür qüvvələrin -  hakimiyyət nə 
olduğunu  anlamayan,  amma  hakimiyyət  iddiasında  olan  qüv­
vələrin  hakimiyyət  mübarizəsi,  vuruşması  ölkəmizin  daxilində 
sabitliyi  pozub  və  Ermənistan  silahlı  qüvvələri  bundan  istifadə 
edərək çox asanlıqla bizim  torpaqların bir qismini işğal ediblər.
Bunu  bilmək,  dərk  etmək  lazımdır.  Ona  görə  də  son  illər bi­
zim  gərgin əməyimizin nəticəsində Azərbaycanda yaranmış icti­
mai-siyasi sabitlik həyatımızın ən əhəmiyyətli cəhəti və əldə etdi­
yimiz ən böyük nailiyyətdir.
Əgər son  illərin  nailiyyətlərindən  desək,  biri  odur ki,  biz  atə­
şi  dayandırdıq.  Bir aydan  sonra  dörd  il  tamam  olacaqdır  ki,  Er­
mənistanla  Azərbaycan  arasında  atəş  dayanıb  və  biz  danışıqlar 
aparırıq  ki, münaqişəni sülh yolu ilə həll  edək. Bu  müddətdə biz 
Azərbaycanın  daxilində  ictimai-siyasi  vəziyyəti  sabitləşdirə  bil­
mişik, buna nail olmuşuq.  Bu, çox böyük nailiyyətdir.
İndi  ictimai-siyasi  sabitliyi  qoruyub saxlamaq müstəqilliyi qo­
rumaq,  müstəqilliyi  daimi  etmək  üçün  əsas amildir.  Bilməlisiniz 
və  arxayın  olun  ki,  bu  sabitliyi  necə  ki  yaratmışıq,  yaratdığımız 
kimi  də qoruyacağıq.  Heç kəsə heç vaxt  imkan  verməyəcəyik ki,
186
Heyd 
ј г
 
Əliyev siyasoti: TOLERANTLIQ
böyük  çətinliklərlə,  zəhmətlə,  böyük  əməklə  əldə  etdiyimiz  bu 
sabitliyi pozsun. Heç kəsə yol verməyəcəyik, bunu hamı bilsin.
Ancaq  iş  onda  deyil  ki,  təkcə  sabitlik  olsun.  Bizə  lazımdır  ki, 
cəmiyyətimizdə  birlik,  qarşılıqlı  anlaşma  olsun.  Biz  demokratik 
cəmiyyət  yaradır,  demokratik  dövlət  qururuq.  Əgər  belə  deyi­
riksə,  demək,  belə  bir  qərar  qəbul  etmişik.  Bu  nə  deməkdir?  O 
deməkdir  ki,  burada  cürbəcür fikirli  adamlar,  cürbəcür  partiya­
lar, cəmiyyətlər ola bilər və onların  fikri bir-biri ilə üst-üstə düş­
məz.  Bu, demokratiya  deməkdir.  Bizim  bütün  hakimiyyət,  döv­
lət orqanları da demokratik prinsiplər əsasında yaranmalıdır. Biz 
bunu təmin etmişik, edəcəyik. Məsələn, 1995-ci ildə Konstitusiya­
nı  qəbul  etmişik.  Bunun özü Azərbaycanda  demokratiyanın bö­
yük bir nailiyyətidir.  1995-ci ilin noyabrında ilk dəfə demokratik 
prinsiplər, çoxpartiyalı sistem əsasında parlament seçmişik. Ora­
da cürbəcür partiyalar var,  müxalifət də,  hakimiyyətə bağlı  olan 
qüvvələr  də  var.  Bu  özü demokratiyanın  yaranması  deməkdir. 
Biz demokratiyanı yaradırıq və bundan sonra  da  yaradacağıq.
Ancaq  demokratiyanı  təhrif  etmək  olmaz.  Siz  ki,  indi  bəzi 
adamlar haqqında  fikirlər  deyirsiniz,  onlar demokratiyanı  təhrif 
etmək  cəhdi  göstərənlərdir.  Demokratiyanı  təhrif  etmək  olmaz, 
sağlam  demokratiya  olmalıdır,  demokratiya  həqiqi  demokratik 
prinsiplər əsasında qurulan bir sistem olmalıdır.
Bu baxımdan ayrı-ayn qüvvələr-siz burada prezident seçkilə­
rini xatırlatdınız, -  prezident seçkilərində iştirak etmək istəyirlər 
və prezident olmaq arzusuna düşürlər. Bu təbiidir, buna təəccüb­
lənmək lazım deyildir. Çünki biz demokratiyanı inkişaf etdirmək 
üçün hətta özümüz bundan ötrü geniş şərait yaratmalıyıq. Geniş 
şərait  yaratmalıyıq  ki,  bizim  cəmiyyətdə  olan  potensial,  yəni  si­
yasət  işi  ilə  məşğul  olmaq  potensialı  daha  da  aşkar  olunsun  və 
üzə çıxsın,  onlar Azərbaycanın  siyasi həyatında sağlam fikirlərlə 
iştirak edə bilsinlər. Buna özümüz şərait yaratmalıyıq və bilin ki, 
bir prezident kimi,  mən  buna  şərait yaradıram  və bundan sonra 
da yaradacağam.
187


Heydor Əliyev siyosati: TOLERANTLIQ
Əlbəttə ki, bu gün Azorbavcanda Heydər Əliyev  Prezidentdir, 
müəyyən  bir vaxtdan  sonra başqa  bir adam  prezident olacaqdır. 
Bu dünyada  heç kəs əbədi, daimi deyil, heç kəs bu dünyanı  tutub 
axıra qədər qalmayacaqdır.  Bu,  təbii  bir şeydir. Ancaq mənim ar­
zum nədir və başa  düşürəm,  sizin də arzunuz nədir -  qeyri-sağ- 
lam  qüvvələrin  Azərbaycanda  hakimiyyəti  ələ  keçirməsinə  yol 
verilməsin. Məsələn, məni çox istəyən dostum dedi ki, Sizə alter­
nativ yoxdur.  Mən  isə hesab edirəm  ki,  gərək  mənə bir çox alter­
nativ olsun, -  mən belə istəyirəm -  alternativ olsun. Amma nədir 
alternativ? O  demək  deyil  ki,  kimsə yerindən  qalxıb  deyir  "mən 
alternativəm". Həqiqi alternativ,  layiqli  alternativ olsun. Əgər al­
ternativ  olmasa,  demək,  cəmiyyətimizdə,  dövlətçiliyimizdə  boş­
luq əmələ gələ bilər.  Bu boşluğa imkan vermək olmaz. Alternativ 
olmalıdır.
Mən  hətta  bizim  incəsənət  xadimləri ilə -  müğənnilərlə,  bəstə­
karlarla  və  yazıçılarla  danışanda  həmişə  deyirəm  ki,  siz  gərək 
çalışasınız  işinizin  davamçıları  olsun,  incəsənət  xadimləri  bu 
barədə  bir  az  qısqanc  olurlar,  bəziləri  hesab  edir  ki,  qoy  onlar­
dan savayı heç kəs olmasın, elə onlar qalsınlar. Amma mən isə bir 
azərbaycanlı  kimi,  həmişə fikirləşirdim  ki,  məsələn, bizim  böyük 
müğənnimiz  Bülbüldən  sonra  kim  olacaq,  Bülbülsüz  necə  yaşa­
yacağıq?  Yəni  bundan  sonra  Bülbül  kimiləri,  bəlkə  Bülbüldən 
daha  yüksəyə  qalxan  olmalıdır.  Məsələn,  Rəşid  Benbudovdan 
sonra  bir  neçə  Rəşid  Benbudovlar  dünyaya  gəlməlidir.  Gəlir  və 
gələcəkdir.  Heç  kəs  də  başqa  cür  düşünməsin.  Bizim  Azərbay­
can  xalqı  o qədər istedadlı  xalqdır  ki,  bunu  əsrlər boyu  nümayiş 
etdiribdir. Əgər belə olmasaydı bizim bu qədər böyük-böyük şa­
irlərimiz olardımı?  Bizim  X  əsrdə  də  böyük  şairimiz  var,  XII  əs­
rdə də,  XV əsrdə də,  XVI əsrdə də,  XVIII,  XIX, XX əsrlərdə də nə 
qədər böyük şairlərimiz  var.  Bu,  xalqın  istedadını göstərir.  Eləcə 
də bəstəkarlarımız, müğənnilərimiz.
Beləcə  də  siyasətçilərimiz  olmalıdır  ki,  birinin  yerini  o  birisi 
tuta  bilsin,  yer  boş  qalmasın,  demokratik,  hüquqi  dövlət  ki  qu­
ruruq  -   o,  daimi  olsun,  yaşasın,  bizim  müstəqilliyimizi  yaşada
188
Heydar Oliycv siyasoti: TOLERANTLIQ
bilsinlər.  Ona  görə bu  baxımdan  mən çox  istəyirəm  ki, Azərbay­
canda prezident olmaq üçün bir yox, bir çox layiqli adamlar olsun 
və onların arasında sağlam rəqabət getsin. Xalq da kimə daha çox- 
etibar edərsə,  kim  xalqa daha  çox sədaqət göstərə bilərsə və xalq 
onu daha çox tanıya bilərsə, gələcəkdə ona səs versinlər.  Bu barə­
də mənim siyasətim  bundan ibarətdir və fikrim də belədir.
Yenə  deyirəm,  Azərbaycanın  bu  dövləti  hər  bir  insan  üçün 
əzizdir.  Ancaq  razılaşın  ki,  mənim  üçün  daha  çox  əzizdir.  Çün­
ki  bu  dövlətin  yaranmasında  mən  nə  qədər  zəhmət  çəkmişəm. 
Bu  dövlətin  yaranması  Azərbaycanın  elə  təkcə  müstəqilliyi  ilə 
başlamayıbdır.  Dövlətin yaranması  çoxdan,  XX əsrin əvvəlindən 
başlayıbdır. Mən 1969-cu ildə Azərbaycanda rəhbər seçiləndən ta 
indiyə qədər, demək olar, otuz ilə yaxın bir zamandır ki, bu döv­
lətin dərdini çəkirəm,  xalqın həyatı  ilə yaşayıram.  Hətta  o illərdə 
ki,  məni həyatdan  təcrid  etmişdilər.  Moskvada ev dustağı etmiş­
dilər, heç bir yerə buraxmırdılar, yaxud da oradan gəldim buraya, 
Bakıda  qoymadılar  yaşayım,  getdim  üç  il  Naxçıvanda  yaşadım 
-  o illərdə də Azərbaycan xalqının dərdi ilə yaşamışam, Azərbay­
can xalqının aqibəti  məni narahat eləyibdir.
Bəli,  mən  xeyli  bir  müddət  respublikaya  rəhbərlik  etmişəm. 
Moskvada  böyük  bir  dövlətin  başçılarından  biri  olaraq  yenə  də 
respublikaya  qayğı  göstərmişəm.  İndi  gəlmişəm,  beş  ildir  ki, 
müstəqil  Azərbaycana  rəhbərlik  edirəm.  Belə  olan  halda  mənə 
Azərbaycanın  bu  günü  və  gələcəyi  hər  bir  vətəndaş  üçün  oldu­
ğundan  qat-qat  qiymətlidir  və  qat-qat  vacibdir.  Ona  görə  mən 
düşünürəm,  Azərbaycanın  gələcəyi  haqqında  düşünürəm.  Mən 
də  istəyirəm  ki,  Azərbaycanın  gələcəyi  etibarlı  əllərdə  olsun. 
Amma  bunun  üçün  indi  siyasət  aləminə çıxan,  siyasətlə  məşğul 
olmaq  istəyən  adamlar  və  hakimiyyət  iddiasında  olan  adamlar 
gərək -  Azərbaycanda bir söz var, -  papağını qoysun qabağına və 
dərindən  fikirləşsin: sən bu suya girə bilərsən, ya girə bilməzsən? 
Əgər girə bilməyəcəksənsə, girmə, girib boğulacaqsan.
Amma  təəssüf  ki, -  bu  da  dövrün  xəstəliyidir,  - bizdə  bir çox 
adamlar var, heç fikirləşmir ki, bu suyun dərinliyi nədir, üzə bilə-
189


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə