Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydor Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə42/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   38   39   40   41   42   43   44   45   ...   112

Heydor Əliyev siyasəti: TOLERANTLIQ
ümumbəşəri  dəyərlərin  xalqımız  üçün  və  milli  mentalitetimiz, 
mənəviyyatımız  üçün  uyğun  cəhətlərini  götürüb  tətbiq  edərək 
heç  vaxt  dinimizdən,  dini  adət-ənənələrimizdən  ayrıla  bilmərik 
və imtina da edə bilmərik.
Ona görə burada ziddiyyət yoxdur.  Əksinə, çox qarşılıqlı müna­
sibətlər var. Bu baxımdan, Azərbaycanın Prezidenti kimi mən Azər­
baycanda dinin inkişafını təmin etmək üçün nə lazımdır edirəm və 
bımdan sonra  da edəcəyəm.  Dinimizin  bizə  tövsiyə etdiyi  və  qoy­
duğu bütün adət-ənənələrdən səmərəli surətdə, həyatımızı daha da 
inkişaf etdinnək üçün istifadə etməliyik.
Buna  görə də indi ocaqların yaranması, onlann daha da abad­
laşdırılması  işini,  lazımi  tədbirlərin  görülməsini  əhəmiyyətli 
hesab  edirik.  Çoxunu  xalq  özü,  xeyriyyəçi  insanlar  edir,  amma 
dövlət də bir tərəfdən buna dəstək verir,  digər tərəfdən də imka­
nı  dairəsində  nə  lazımdır  edir.  Məsələn,  Bibiheybət  məscidinin 
bərpası bizim üçün tarixi əhəmiyyəti olan bir hadisədir. Çünki Bi­
biheybət ziyarətgahının Azərbaycanın və bütün İslamın tarixində 
hansı yer tutduğunu  siz yaxşı  bilirsiniz.
Şübhəsiz  ki,  vaxtilə  təkcə  xalqımıza  qarşı  yox,  bütün  İslam 
dünyasına  qarşı  böyük  bir cinayət  edilib -  o  məscid  partladılıb, 
dağıdılıb və o ziyarətgah pozulubdur. Amma buna baxmayaraq, 
insanlar  Bibiheybət  ziyarətgahını  heç  vaxt  unutmayıblar.  Doğ­
rudur,  qadağan olduğuna  görə oraya  əvvəlki  kimi  ziyarətlər ol­
mayıb, ancaq o, müqəddəs bir yer kimi yaşayıb və yaşayacaqdır. 
İndi isə bizim vəzifəmiz Bibiheybət məscidini bərpa etmək, daha 
da inkişaf etdirmək və oranı -  əsrlərdən bəri yaşamış ziyarətgahı 
yenidən  əvvəlki, bəlkə ondan  da yuxarı səviyyəyə qaldırmaqdır 
ki,  təkcə  Azərbaycan  xalqı,  müsəlmanları  üçün  yox,  həqiqətən 
bütün dünya  müsəlmanları  üçün ziyarətgah olsun.
Ona  görə  də  məscidin  bərpası  üçün  mənim  dövlət  tərəfindən 
vəsait ayırmağım təsadüfi bir şey deyildir. Mən lazım olan vəsaiti 
ayırmışam,  açıq deyirəm,  əgər lazım gəlsə, bundan sonra da ayı­
racağam  ki,  Bibiheybət  məscidi  bərpa  olunsun.  Mənə  söz  verib­
lər ki,  iyun  ayında  hazır olacaqdır.  Şübhəsiz,  sonra  onu  lap yük­
182
Heydor Əliyev siyasjli: TOLERANTLIQ
sək səviyyəyə qaldırmaq üçün əlavə nə işlər görmək lazımdırsa, 
bunu  edəcəyik.  Mən  elan  etmişəm,  bu,  mənim  şəxsi  himayəm 
altındadır.  Mən  də  bunu  həm  Azərbaycanın  Prezidenti,  həm  də 
bir  müsəlman,  vətəndaş  kimi  özümün  vəzifəm  hesab edirəm  və 
yerinə yetirəcəyəm.
Şüvəlan,  Mərdəkan  Azərbaycanın  gözəl  guşələrindən  biridir. 
Burada çox gözəl  insanlar yaşayır.  Bu  insanların  ən  böyük  xüsu­
siyyətlərindən biri də odur ki, onlar bizim milli, dini ənənələrimi­
zi  həmişə yaşadıblar.  Bu,  bu  yerlərin xüsusiyyətidir.  Bəzi yerlər­
də bəlkə bu xüsusiyyət belə deyil,  amma  Şüvəlan,  Mərdəkan bu 
barədə  çox  fərqlənir.  Ümumiyyətlə,  bura  Azərbaycanda  təbiətin 
gözəl,  mənzərəli  yeridir,  çox  fədakar  insanları  var.  Ona  görə  də 
təkcə burada yaşayanlar yox, bizim hamımız, o cümlədən mən də 
bu yerləri  sevirik.  Ümumiyyətlə,  indi Əzizbəyov rayonu  deyilən 
ərazini  əhatə eləyən bütün bu yerlər -  ya qəsəbədir, yaşayış yeri­
dir, ya kənddir, fərqi yoxdur, adını nə cür deyəcəksən, -  Azərbay­
canın  həqiqətən gözəl yerləridir.  Məsələn, indi  mənə "Əli  ayağı" 
nm  medalını  təqdim  etdilər,  çox  məmnunam.  Oraya  ziyarətimi 
çox məmnuniyyətlə xatırlayıram.  Təəssüf edirəm  ki,  bunu gedib 
orada  ala  bilməmişəm,  burada  təqdim  etdiniz.  Amma  sizə  söz 
verirəm  ki,  oranı bir daha  ziyarət edəcəyəm,  mütləq  gələcəyəm. 
Nardaran  pirinə  də  mütləq  gedəcəyəm.  Bütün  bu  yerlər  bizim 
üçün  -   müsəlmanlar,  azərbaycanlılar  üçün  çox  əziz  yerlərdir. 
Bundan  sonra  bizim  də  vəzifəmiz ondan  ibarətdir  ki,  bu  yerləri 
mühafizə edək,  saxlayaq, abadlaşdıraq,  inkişaf etdirək  ki,  insan­
lar bu yerlərdən daha da səmərəli istifadə edə bilsinlər.
Burada  hörmətli  dostlarım  respublikamızın  həyatına  aid  olan 
bəzi  məsələlər  haqqında  da  öz  fikirlərini  dedilər.  Çox  sağ  olun, 
mənim  fəaliyyətim,  gördüyüm  işlər  haqqında  dediyiniz müsbət 
sözlərə  görə  sizə  təşəkkür edirəm.  Mən  çox  məmnunam  və  bir 
daha  sizə  bildirmək  istəyirəm  ki,  həyatımın  mənası  və  məqsədi 
xalqa xidmət etməkdir. Bilirsiniz, Allah hər adama bir qismət ve­
rir. Biri görürsən istedadlı olur, yazıçılıqla məşğul olur, biri bəstə­
karlıq  edir,  biri  başqa  sənəti  seçir,  biri  alimlik  edir.  Allah  mənə
183


də  bu  işi  qismət eləyib,  yəni  xalqın  qayğısına  qalmaq.  Bilirsiniz, 
məsələn,  dövlət işi, yaxud  da  siyasət -  bunlar hamısı birlikdə elə 
bir şeydir ki, əgər həqiqətən insan özünü belə bir peşəyə, işə həsr 
edirsə, bunlar bir peşə kimi insanın özünü yaşatmaq məqsədi da­
şımır. Demək, əgər sən böyük dövlət işinə, böyük siyasətə girişir­
sənsə,  bundan  öz şəxsi  məqsədin  üçün  istifadə  edəcəksənsə,  bu, 
nəticəsiz olacaqdır. Amma bu addımı xalqa  xidmət etmək, xalqın 
qeydinə  qalmaq,  xalqa  qayğı  göstərmək  üçün,  Vətəninin  prob­
lemlərini  həll  etmək  üçün  atırsansa,  onda  şübhəsiz  ki,  müvəffəq 
ola bilərsən.
Allah mənim də həyatımı  belə gətirib,  tale belə gətirib ki, gənc 
vaxtlarımdan  bu  işlərlə  məşğul  olmuşam.  Bu  da  mənim  həyatı­
mın həm  mənasıdır,  həm də məqsədidir. Görünür,  mənim başqa 
bir  sənətim  ola  bilməyəcək,  həyatımın  sonuna  qədər  bununla 
məşğul  olacağam.  Xüsusən,  Azərbaycan  dövlət  müstəqilliyini 
əldə edəndən  sonra  bu,  daha  da  çox  lazımdır.  Azərbaycan  üçün 
dövlət  müstəqilliyini əldə etmək, -  o şəraitdə ki, bunu əldə etdik, 
-  elə bir çətin  şey deyildi.  Çünki Sovetlər İttifaqı dağıldı  və o da­
ğılanda  respublikalar  istəsə  də,  istəməsə  də  müstəqil  olmalı  idi. 
Bəzi  respublikalar  istəmirdilər  müstəqil  olsunlar,  amma  məcbur 
oldular.  Bəziləri  deyirdi  "Yox,  biz  Moskvasız  yaşaya  bilmərik", 
amma  müstəqil olmağa  məcbur oldular.  Bir var ki, məsələn, han­
sısa  bir  xalq  hansısa  istibdaddan,  müstəmləkəçidən  xilas  olmaq 
üçün  döyüşür,  mübarizə  aparır,  qan  tökür  və  xilas  olur,  -   belə 
hallar  tarixdə  çoxdur.  Bir  də  var  ki,  tarixin  prosesləri,  dünyada 
gedən  ictimai-siyasi  proseslər  nəticəsində  bu  xoşbəxtlik  bizə nə­
sib olubdur.
Bu, böyük nemətdir, -  biz bunu qiymətləndirməliyik, -  şübhə­
siz  ki,  tarixi  hadisədir.  Əgər  son  bir  neçə  əsrlik  tariximizi  təhlil 
etsək,  bu,  yeganə haldır.  1918-ci  ildə də  istiqlal  bəyannaməsi  ve­
rildi, biz müstəqillik elan etdik və Xalq Cümhuriyyəti yarandı, 23 
ay fəaliyyət göstərdi.  Bu da nədən oldu? O vaxtlar, Birinci  Dünya 
müharibəsindən sonra, ümumiyyətlə, dünyada və xüsusən Avro­
pada  və  Rusiyada  vəziyyət  çox  qarmaqarışıq  oldu.  Bunların  nə­
Heydər Əliyev siyasəti: TOLERANTLIQ_______________________________________
184
Hcvdjr Əliyev sıyjsotı  TOLERANTLIQ
ticəsində  1917-ci  ilin  fevral  inqilabında  Rusiyada  300  il  hakimiy­
yətdə olan Romanovlar sülaləsi, Romanovlar evi dağıldı.  Bundan 
sonra,  1917-ci ilin Oktyabr inqilabında isə bolşeviklər hakimiyyə­
ti ələ keçirdilər, yeni bir ideologiya əsasında yeni quruluş yaradıl- 
mağa  başlandı.  Bu  zaman  Rusiyada  vəziyyət  o  qədər qarmaqa­
rışıq  idi  ki,  onun  ayrı-ayrı  regionlarında  proseslər daha  əvvəlki 
kimi çar istibdadı tərəfindən idarə oluna bilmirdi.
Bu  fürsətdən istifadə edib Zaqafqaziyada Azərbaycan, Gürcüs­
tan, Ermənistan əvvəl istədilər bir Zaqafqaziya dövləti yaratsınlar, 
çox  mübahisə  apardılar.  Azərbaycan  nümayəndələri  də  tərəfdar 
idilər  ki,  müstəqil  Zaqafqaziya  dövləti  yaratsınlar.  Ancaq  sonra 
bir yola gələ bilmədilər və Gürcüstan öz müstəqilliyini bəyan etdi. 
Ondan  sonra  Ermənistan  və Azərbaycan  da  öz müstəqilliyini  bə­
yan etdilər. Yəni biz o vaxt da öz müstəqilliyimizi keçmiş Rusiya­
nın,  çar  Rusiyasının  ərazisində  gedən  ictimai-siyasi  proseslər  və 
cürbəcür  hərbi  münaqişələr  nəticəsində  əldə  etməyə  imkan  tap­
dıq. Xalq Cümhuriyyətini yaradan insanlar o vaxt bu fürsətdən is­
tifadə etdilər və onların bu fəaliyyəti çox yüksək qiymətə malikdir. 
Ona görə də, siz bilirsiniz ki,  mən fərman  vermişəm və bu  il  may 
ayının  axırına  qədər  tədbirlər  gedir,  ilk Azərbaycan  Demokratik 
Respublikasının  -  Xalq Cümhuriyyətinin  80 illik yubileyini  qeyd 
edəcəyik.  Bu,  bizim  üçün  tarixi hadisədir. Mən yenə də deyirəm, 
1920-ci  ildə müstəqillik əldən getdi və 1991-ci ilin sonunda Sovet­
lər İttifaqı dağılarkən biz yenidən müstəqillik əldə etdik.
Bəli,  müstəqillik  bizim  üçün böyük  nemətdir,  bizə Allah-Təa­
la  tərəfindən  bəxş  edilmiş  böyük  sərvətdir,  biz  bunu  qorumalı, 
saxlamalıyıq.  Ancaq  bunu  qoruyub  saxlamaq  asan  deyil,  çox çə­
tindir,  çox  mürəkkəbdir.  Bizim  üçün  xüsusən  ona  görə  çətindir 
ki,  əgər  keçmiş  Sovetlər  İttifaqına  daxil  olmuş  başqa  respublika­
lar müstəqillik alandan sonra  onlann içərisində böyük bir hadisə 
yoxdursa,  bizdə  hələ müstəqilliyi  almamış,  1988-ci  ildə  Ermənis­
tan Azərbaycana hücum edərək Dağlıq Qarabağı əlimizdən almaq 
istəyib və müharibə gedibdir.  Bunun nəticəsində torpaqlarımızın 
20 faizi Ermənistan silahlı qüvvələri  tərəfindən işğal edilibdir.  İş­
185


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə