Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Нevdar Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə38/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   34   35   36   37   38   39   40   41   ...   112

Нevdar Əliyev siyasəti: TOLERANTLIQ
olunan bu prinsiplər əsasında həllinə tərəfdarıq.
Lakin  təcavüzün  müvəqqəti  nəticələrindən  bəhrələnməyə ça­
lışan  Ermənistan  Lissabon  prinsiplərinə  məhəl  qoymaq  istəmir 
və  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Dağlıq  Qarabağı 
özünə birləşdirmək və yaxud  orada  ikinci  bir erməni  dövləti  ya­
ratmaq niyyətindədir.  Bütün bunlar beynəlxalq hüquq normala­
rına  tamamilə ziddir, ona görə də buna yol verə bilmərik.
Respublikamız  Azərbaycanın  tərkibində  Dağlıq  Qarabağa  ən 
yüksək  özünüidarəetmə  hüququ  verməyə  hazırdır.  Bildirirəm 
ki, ATƏT-in  Minsk qrupuna  həmsədrlik edən üç böyük dövlətin 
-  ABŞ-ın, Rusiyanın və Fransanın irəli sürdükləri yeni təkliflərdə 
da  Azərbaycanın  ərazi  bütövlüyü  saxlanılmaqla  Lissabon  prin­
sipləri əsasında  münaqişənin iki mərhələdə həll olunmasına dair 
təklif  bir  daha  bizim  beynəlxalq  hüquq  normalarına  əsaslanan 
mövqeyimizin tamamilə haqlı  olduğundan xəbər verir.
II  İohann  Pavel:  Vatikan  dövlətinin  və  bütün  dünya  katolik­
lərinin başçısı kimi mən də Ermənistan-Azərbaycan münaqişəsi­
nin  Lissabon  Zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında 
həllinə  tərəfdar  olduğumu  bildirirəm  və  hamını  da  bu  işə  yar­
dım  göstərməyə  çağırıram.  Vurğulayıram  ki,  yeni  müstəqillik 
qazanmış ölkələrin  ərazi bütövlüyünün qorunması çox vacibdir, 
separatçılığa  qarşı birgə mübarizə aparılmalıdır...
Hörmətli  cənab  Prezident,  Sizinlə  görüşümdən  çox  məmnun 
qaldığımı  vurğulayıram.
Heydər  Əliyev:  Cənab  Zati-müqəddəsləri,  səmimi  və  mehri­
ban  görüş  üçün  Sizə  təşəkkürümü  bildirir  və Sizi  Azərbaycana 
rəsmi  səfərə  dəvət  edirəm.  Əminəm  ki,  Zati-müqəddəslərinin 
ölkəmizə  səfəri  Azərbaycan  xalqı  üçün  əlamətdar  bir  hadisəyə 
çevrilər, dövlətlərimizin  əməkdaşlığının  daha da möhkəmləndi­
rilməsində mühüm  rol oynaya bilər.
II  İohann  Pavel:  Hörmətli  Prezident,  mən  bu  dəvəti  minnət­
darlıqla  qəbul edirəm.
166
Heydor Əliyev siyasoli: TOLERANTLIQ
AZƏRBAYCANIN YƏHUDİ  İCMASINA
Əziz həmvətənlər!
Sizi  dünya  yəhudilərinin  tövbə  və  mənəvi  saflıq  günü  olan 
Roş-Ha-Şana -  Təzə il münasibətilə ürəkdən təbrik edir, hamını­
za cansağlığı,  xoşbəxtlik arzulayıram.
Azərbaycan  ölkəmizdə yaşayan  bütün  xalqların  doğma  vətə­
nidir.  Hüquq  və  azadlıqlarının,  etnik  özünəməxsusluğunun  qo­
runması,  dil  və  mədəniyyətlərinin  inkişaf etdirilməsi  üçün  tam 
təminat və hər cür şərait yaradılmış digər xalqlar kimi, yəhudi ic­
ması  da Azərbaycanda  hüquqi,  demokratik,  dünyəvi  dövlət qu­
ruculuğunda,  erməni  qəsbkarlarına  qarşı  ədalətli  mübarizədə, 
elm-mədəniyyət sahəsində fəal iştirak edir. İnanıram ki, siz döv­
lət  müstəqilliyimizin  möhkəmləndirilməsində,  azad  vətəndaş 
cəmiyyəti  quruculuğunda,  Dünya  Birliyi  ilə  qarşılıqlı  əlaqələri­
mizin  genişləndirilməsində  bundan  sonra  da  imkanlarınızdan 
tam istifadə edəcəksiniz.
Qoy Roş-Ha-Şana hər birinizin ocağına  ruzi, xeyir-bərəkət gə­
tirsin, evlərinizdən sevinc əskik olmasın.
Heydər Əliyev, 
Azərbaycan Respublikasının  Prezidenti 
Bakı şjlıəri, 30 sentı/abr 1997-ci il
167


Heydar Oliyov siyasəti: TOLERANTLIQ
RAMAZAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Mərhəmətli,  rəhmli Allahın  adı  ilə!
Əziz bacı  və qardaşlar!
Sizi  dünya  müsəlmanlarının  ən  böyük  bayramlarından  olan 
Ramazan  bayramı  münasibətilə səmimi-qəlbdən  təbrik edirəm.
Öz tarixinə,  milli və dini  ənənələrinə həmişə sadiq qalmış Azər­
baycan xalqı bu əziz bayramını müstəqil dövlətində azad və sərbəst 
şəkildə  qeyd  edir.  Müqəddəs  kitabımız  Qurani-Kərimin  insanlar 
üçün nazil edildiyi mübarək Ramazan ayının sınaq  günlərində öz 
borcunu  ləyaqətlə  yerinə  yetirmiş  müsəlmanlarımız  bu  gün  bay­
ram edir, bir-birlərinə sevgi və ehtiram hisslərini bildirir, həyatdan 
getmiş  yaxınlarının,  şəhidlərimizin  ruhlarına  dualar  oxuyurlar. 
Bu  bayram  günlərində  cəmiyyətdə Allaha  inam,  vətənə,  torpağa, 
xalqa bağlılıq hissindən doğan bir nikbinlik əhval-ruhiyyəsi vardır.
Bu  günlərdə  hamımızı  eyni  arzu  və  diləklər  birləşdirir.  Qoy 
böyük qurbanlar bahasına əldə etdiyimiz azadlıq  və müstəqillik 
dönməz olsun, doğma Azərbaycanın  suverenliyi  və ərazi bütöv­
lüyü  tam  təmin olunsun,  qaçqın  və köçkün vəziyyətinə düşmüş 
soydaşlarımız  yurdlarına  qayıdıb  Allahın  öz  bəndələrinə  bəxş 
etdiyi  nemətlərindən  faydalansınlar,  ölkəmizdə  həmişə  əmin- 
amanlıq  və sabitlik hökm sürsün,  xalqımız layiq olduğu xoşbəxt 
və firavan həyata qovuşsun!
Hər  birinizi  bu  müqəddəs  amallar naminə  sıx  birlik  və  əzm­
karlıq  göstərməyə  çağırır  və  əmin  olduğumu  bildirirəm  ki,  Ulu 
Tanrının köməyi  ilə, xalqımızın əməyi və qeyrəti sayəsində arzu­
larımızın gerçəkləşəcəyi  gün  uzaqda deyildir.
Ramazan  bayramı  münasibətilə  sizə  cansağlığı,  xoşbəxtlik 
arzu  edirəm,  Vətənin  azadlığı  və  tərəqqisi  naminə  işlərinizdə 
böyük uğurlar diləyirəm.
Bayramınız mübarək olsun!
Heydər Əliyev,
Azərbaycan Respublikasının  Prezidenti
168
Heydor Əliyev siyaşjıi: TOLERANTLIQ
RAMAZAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
QAFQAZ  MÜSƏLMANLARI  İDARƏSİNİN SƏDRİ 
ŞEYXÜLİSLAM   HACI ALLAHŞÜKÜR PAŞAZADƏ  İLƏ 
GÖRÜŞDƏ ÇIXIŞ
Prezident sarayı, 30 yanvar 1998-ci il
Hörmətli Şeyx həzrətləri!
Əvvəla,  Ramazan  bayramı  münasibətilə  sizi  bir  daha  təbrik 
edirəm.  Azərbaycan  xalqına,  respublikamızda  yaşayan  müsəl­
manların  hamısına  Ramazan  bayramı  münasibətilə  öz  təbrik 
məktubumu  elan  etmişəm.  Bütün  azərbaycanlılara,  respubli­
kamızın  vətəndaşlarına  bu  bayram  günü  bir daha  səadət,  sülh, 
əmin-amanlıq  arzulayıram.  Əminəm  ki,  indi  Azərbaycanda  ya­
ranmış sağlam  ictimai-siyasi vəziyyət və bizim  apardığımız təd­
birlər  xalqımızın rifahım  günü-gündən  yaxşılaşdıracaq,  biz  sül­
hü,  əmin-amanlığı,  sabitliyi  bundan  sonra  da  qoruyub  saxlaya 
biləcəyik.
Ramazan bayramı xalqımızın ən böyük, müqəddəs bayramların­
dan  biridir.  Camaatımız  çox sevinir ki,  bu  bayram artıq  xalqımıza 
qayıdıbdır. Bunu indi hər bir insan, eyni zamanda, bütün ölkə, döv­
lət bayram edir. Sizi bir daha təbrik edirəm.
Verdiyim sərəncamla,  qəbul etdiyim qərarlarla,  həyata  keçirilən 
tədbirlərlə  əlaqədar sizin  fikriniz,  rəyiniz də mənim  üçün  çox qiy­
mətlidir.  Bildiyiniz  kimi,  mən  həmişə  Azərbaycanda  xalqımızın 
mənəviyyatının  qorunması  üçün  çalışmışam,  mənəviyyatımıza 
zidd  olan  hər bir hala qarşı  mübarizə aparmışam.  Bütün həyatım­
la,  gördüyüm  işlərlə,  respublikanın,  dövlətin  başçısı  kimi  atdığım 
bütün  addımlanmla,  tədbirlərində  ölkəmizdə  mənəviyyatın  daha 
da  möhkəmlənməsi,  milli-mənəvi  dəyərlərimizin  yaşaması,  milli 
adət-ənənlərimizə sadiq olmağımızı təmin etməyə çalışmışam. Ötən 
dövrlərdə bu  sahədə mənim  gördüyüm işləri  respublikamızın  bü­
tün vətəndaşları da, siz də bilirsiniz.
169


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə