Hcvd.tr Əliyev siy.is.iti: TOLERANTLIQ
zərərə baxmayaraq, biz sülhə və sabitliyə nail olmaq naminə əli
mizdən gələni edirik.
Bu il sentyabrın 20-də biz Xəzər dənizinin Azərbaycan sek
torundakı neft yataqlarının birgə işlədilməsi üçün dünyanın bir
sıra iri şirkətləri ilə müqavilə imzalamışıq. Bu, Azərbaycanın xa
rici investisiyalar, iqtisadi əməkdaşlıq və dünya iqtisadiyyatına
inteqrasiya üçün açıq olduğunu nümayiş etdirir. Müharibə ilə
əlaqədar yaranmış ağır şəraitə baxmayaraq, biz islahatlar apar
maq, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat yaratmaq
yolu ilə əzmlə irəliləyirik, xalqımızın güzəranını yaxşılaşdırmağa
çalışırıq.
Zati-aliləri!
Öz çıxışımda mən xalqımın ağrı-acılaıından və iztirablarından
danışdım. Bununla yanaşı, Bosniya və Herseqovinada, Kəşmirdə,
Fələstində, dünyanın bütün qaynar nöqtələrində milliyyətindən
və dinindən asılı olmayaraq başqa xalqlarm da dərdi və iztirabları
məni narahat edir. Bosniya və Herseqovinada son vaxtlar yaran
mış vəziyyət xüsusi təşviş və ürək ağrısı doğurur. Orada qırğın və
dağıntılar dəhşətli miqyas almışdır. Ona görə də biz qanlı qırğının
dərhal dayandırılması üçün və bu münaqişənin ədalətlə aradan
qaldırılmasına nail olmaq üçün bütün imkanlarımızdan istifadə et
məliyik, var qüvvəmizi sərf etməliyik.
Nitqimi bitirərək, mən aramızdakı həmrəyliyə, İslam Konf
ransı Təşkilatının prinsiplərinə və məqsədlərinə sadiq olduğu
mu bildirirəm, sülh, sabitlik və tərəqqi naminə hamını öz səylə
rini birləşdirməyə çağırıram. Mən sizin hamınıza və xalqlarınıza
səadət və əmin-amanlıq arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.
72
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
MİLAD BAYRAMI MÜNASİBƏTİLƏ BAKIDAKI
KAMERA MUSİQİSİ SALONUNDA KEÇİRİLƏN
MƏRASİMDƏ RESPUBLİKANIN PRAVOSLAV
XRİSTİANLARINA MÜRACİƏT
7
yanvar 1995-ci il
Hörmətli xanımlar və cənablar, bacılar və qardaşlar, Azərbay
can vətəndaşları! Sizi müqəddəs gün - İsa Məsihin Milad günü
münasibətilə ürəkdən təbrik edir, sizə və sizin şəxsinizdə Azər
baycanın bütün xristian vətəndaşlarına xoşbəxtlik, firavanlıq, se
vinc, sülh və mərhəmət arzulayıram.
Bu müqəddəs gün hamımızı sülhə, əmin-amanlığa, başqa din
lərə münasibətdə dözümlü olmağa çağırır. Bu gün həm xristian
pravoslavlar, həm də Azərbaycanda hamı üçün eyni dərəcədə
müqəddəs və xoş gündür. Bu gün Azərbaycanda hamıya əziz
73