I ievd.tr Əliyev sivosoli: TOLERANTLIQ
olmalıyıq,
başımızı həmişə dik tutmalı, irəliyə həmişə inamla bax
malıyıq, ümidlə yaşamalıyıq.
Şübhəsiz, ən böyük arzumuz, ən böyük ümidimiz, ən böyük
istəyimiz müharibəyə son qoyulmasıdır, torpaqlarımızın azad
edilməsidir, əsirlikdə olan vətəndaşlarımızın geri qayıtmasıdır.
Ən böyük arzumuz Azərbaycanın ərazi bütövlüyünün, respub
likamızın sərhədlərinin toxunulmazlığının, ölkəmizin suverenli
yinin təmin olunmasıdır. Güman edirəm ki, o günlər də uzaqda
deyil. Biz o günlərə gəlib çatacağıq. Çatacağıq ona görə ki, xalqı
mızda olan mərdlik, cəsarət, qəhrəmanlıq, tariximizdə xalqımı
zın göstərdiyi qəhrəmanlıq nümunələri bizim bu ağır vəziyyət
dən çıxmağımıza şübhəsiz ki, kömək edəcəkdir. Tam imkanımız
vardır ki, bu ağır vəziyyətdən çıxaq və bütün məqsədlərimizə
çatdıq.
Doqquz aydan artıqdır ki, müharibədə atəş dayandırılıbdır.
Şübhəsiz ki, bu, böyük hadisədir. Altı il davam edən müharibə
də ilk dəfədir ki, belə uzunmüddətli atəşkəs əldə olunub. Ancaq
bu atəşkəs müharibəyə sülh yolu ilə son qoymaq, Azərbaycanın
işğal olunmuş bütün ərazilərini azad etmək üçün, sadəcə bir va
82
Heydor Əliyev sivasnti: TOLERANTLIQ
sitədir. Bilirsiniz ki, bu sahədə biz çox istiqamətdə iş görürük,
tədbirlər həyata keçiririk, diplomatik addımlar atırıq, danışıq
lar aparırıq və danışıqları bundan sonra da davam etdirəcəyik.
Güman edirəm ki, görülən işlər öz nəticəsini verəcəkdir. Şübhə
etmirəm ki, biz istədiyimizə nail olacağıq. Bu gün bayramı qeyd
edərkən biz şəhidləri də xatırlayırıq. Dünyasını dəyişən bütün
qohum-əqrəbamızı, dostlarımızı, tanışlarımızı, vətəndaşlarımızı
da xatırlayırıq. Hamımız şəhidlərin ruhu qarşısında baş əyirik,
onlara rəhmət diləyirik, xalqımıza səbir diləyirik.
Eyni zamanda, bir daha bəyan edirik ki, Azərbaycan xalqı
bundan sonra istədiyi kimi, müstəqil yaşamağa, müstəqil dövlə
tini qurub inkişaf etdirməyə qadirdir və xalqımız buna nail ola
caqdır. Bu yolda Azərbaycan dövləti bütün tədbirləri görür və
bundan sonra da görəcəkdir. Buna tam əmin ola bilərsiniz. Əmin
ola bilərsiniz ki, Azərbaycan dövləti hər bir vətəndaşın hüquq
larının keşiyində durub, onun hüquqlarının toxunulmazlığını
təmin edir və edəcəkdir. Azərbaycanın Prezidenti kimi mən ver
diyim anda həmişə sadiq qalacağam, hər bir Azərbaycan vətən
daşının hüquqlarının qorunmasına çalışacağam və bunun üçün
bütün imkanlarımdan istifadə edəcəyəm.
Gərək hər bir vətəndaş da dövlətinə, torpağına sədaqətli ol
sun, sədaqətlə yaşasın, xidmət etsin və çalışsın ki, xalqla dövlətin
vəhdəti möhkəmlənsin, respublikamız bu ağır vəziyyətdən çıx
sın. Mən buna inanıram və əminəm ki, belə də olacaqdır.
Sizi Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm. Hər
birinizə cansağlığı, xoşbəxtlik arzu edirəm, işlərinizdə, fəaliyyətiniz
də uğurlar diləyirəm.
Sağ olun, bayramınız mübarək olsun!
83