Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


I ievd.tr Əliyev sivosoli: TOLERANTLIQ



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə18/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   14   15   16   17   18   19   20   21   ...   112

I ievd.tr Əliyev sivosoli: TOLERANTLIQ
olmalıyıq, 
başımızı  həmişə dik  tutmalı, irəliyə həmişə inamla bax­
malıyıq, ümidlə yaşamalıyıq.
Şübhəsiz,  ən  böyük arzumuz,  ən  böyük  ümidimiz,  ən  böyük 
istəyimiz  müharibəyə  son  qoyulmasıdır,  torpaqlarımızın  azad 
edilməsidir,  əsirlikdə  olan  vətəndaşlarımızın  geri  qayıtmasıdır. 
Ən  böyük arzumuz Azərbaycanın  ərazi  bütövlüyünün,  respub­
likamızın sərhədlərinin  toxunulmazlığının, ölkəmizin suverenli­
yinin  təmin  olunmasıdır.  Güman edirəm  ki,  o günlər də uzaqda 
deyil. Biz o günlərə gəlib çatacağıq. Çatacağıq ona görə ki, xalqı­
mızda  olan  mərdlik,  cəsarət,  qəhrəmanlıq,  tariximizdə  xalqımı­
zın  göstərdiyi  qəhrəmanlıq  nümunələri  bizim  bu  ağır  vəziyyət­
dən çıxmağımıza şübhəsiz ki,  kömək edəcəkdir. Tam  imkanımız 
vardır  ki,  bu  ağır  vəziyyətdən  çıxaq  və  bütün  məqsədlərimizə 
çatdıq.
Doqquz  aydan  artıqdır  ki,  müharibədə  atəş  dayandırılıbdır. 
Şübhəsiz ki,  bu,  böyük  hadisədir. Altı  il davam  edən  müharibə­
də ilk dəfədir ki, belə uzunmüddətli  atəşkəs əldə olunub. Ancaq 
bu  atəşkəs müharibəyə sülh yolu  ilə son qoymaq,  Azərbaycanın 
işğal olunmuş bütün  ərazilərini  azad etmək üçün, sadəcə bir va­
82
Heydor Əliyev sivasnti: TOLERANTLIQ
sitədir.  Bilirsiniz  ki,  bu  sahədə  biz  çox  istiqamətdə  iş  görürük, 
tədbirlər  həyata  keçiririk,  diplomatik  addımlar  atırıq,  danışıq­
lar aparırıq  və  danışıqları  bundan  sonra  da  davam  etdirəcəyik. 
Güman  edirəm  ki,  görülən  işlər öz  nəticəsini  verəcəkdir.  Şübhə 
etmirəm  ki, biz istədiyimizə nail olacağıq.  Bu  gün  bayramı  qeyd 
edərkən  biz  şəhidləri  də  xatırlayırıq.  Dünyasını  dəyişən  bütün 
qohum-əqrəbamızı,  dostlarımızı,  tanışlarımızı,  vətəndaşlarımızı 
da  xatırlayırıq.  Hamımız  şəhidlərin  ruhu  qarşısında  baş  əyirik, 
onlara  rəhmət diləyirik,  xalqımıza səbir diləyirik.
Eyni  zamanda,  bir  daha  bəyan  edirik  ki,  Azərbaycan  xalqı 
bundan sonra istədiyi  kimi,  müstəqil yaşamağa,  müstəqil dövlə­
tini  qurub  inkişaf etdirməyə qadirdir və xalqımız buna  nail  ola­
caqdır.  Bu  yolda  Azərbaycan  dövləti  bütün  tədbirləri  görür  və 
bundan sonra da görəcəkdir. Buna tam əmin ola bilərsiniz. Əmin 
ola  bilərsiniz  ki,  Azərbaycan  dövləti  hər  bir  vətəndaşın  hüquq­
larının  keşiyində  durub,  onun  hüquqlarının  toxunulmazlığını 
təmin edir və edəcəkdir. Azərbaycanın Prezidenti kimi mən ver­
diyim  anda  həmişə sadiq  qalacağam,  hər bir Azərbaycan  vətən­
daşının  hüquqlarının  qorunmasına  çalışacağam  və bunun  üçün 
bütün imkanlarımdan istifadə edəcəyəm.
Gərək  hər  bir  vətəndaş  da  dövlətinə,  torpağına  sədaqətli  ol­
sun, sədaqətlə yaşasın, xidmət etsin və çalışsın ki, xalqla dövlətin 
vəhdəti  möhkəmlənsin,  respublikamız  bu  ağır vəziyyətdən  çıx­
sın.  Mən buna  inanıram  və əminəm  ki, belə də olacaqdır.
Sizi Ramazan bayramı münasibətilə bir daha  təbrik edirəm.  Hər 
birinizə cansağlığı, xoşbəxtlik arzu edirəm, işlərinizdə, fəaliyyətiniz­
də uğurlar diləyirəm. Sağ olun, bayramınız mübarək olsun!
83


НеуЈдг Əliyev siyasəti: TOLERANTLIQ
PASXA BAYRAMI  MÜNASİBƏTİLƏ  RESPUBLİKA 
PRAVOSLAV XRİSTİANLARINA TƏBRİK
Əziz xristian həmvətənlərim!
Sizi müqəddəs bayramınız -  Pasxa münasibətilə ürəkdən təb­
rik edir və bu əziz gündə ulu Tanrıdan hammıza cansağlığı, xoş­
bəxtlik və böyük uğurlar diləyirəm.
Azərbaycan  milliyyətindən  və  dinindən  asılı  olmayaraq 
müxtəlif  xalqların  nümayəndələrinin  doğma  vətənidir.  Onlar 
həmişə mehriban qardaşlıq, qarşılıqlı anlaşma və sıx əməkdaşlıq 
şəraitində  yaşamış,  vətənin  sevincini  də,  kədərini  də  birgə  bö­
lüşmüşlər. Öz tarixi ənənələrinə sadiq qalan müstəqil,  demokra­
tik Azərbaycan  dövlətində bu  gün  də  dilindən,  dinindən,  etnik 
mənsubiyyətindən  asılı  olmadan  bütün  vətəndaşların  vicdan 
azadlığı, dini etiqad  sərbəstliyi  təmin edilmişdir.
Əziz bayramınızı bir daha səmimi qəlbdən təbrik edirəm. Qoy 
bu müqəddəs Pasxa bayramı günlərində edilən bütün xoş dilək­
lər və xeyir-dualar yerinə yetsin,  xalqımız xoşbəxt və firavan hə­
yata qovuşsun!
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
24 aprel 1995-ci il
84
Heydor Əliyev siyasoli: TOLERANTLIQ
YƏHUDİ  XALQININ  MÜSİBƏTİ  GÜNÜ 
MÜNASİBƏTİLƏ AZƏRBAYCANIN 
YƏHUDİ  İCMASINA MÜRACİƏT
Hər  il  dünya  ictimaiyyəti,  bütün  mütərəqqi  bəşəriyyət yəhudi 
xalqının müsibəti gününü -  bütöv bir xalqa qarşı həyata keçirilmiş 
soyqınmı siyasətinin günahsız qurbanlarının xatirəsini ürək ağrısı 
ilə yad edir.
İkinci  Dünya  müharibəsi  zamanı  faşistlər  altı  milyon  mülki 
əhalini,  o cümlədən  qocaları,  qadınları,  uşaqları  yəhudi  xalqına 
mənsub olduğu üçün ağlasığmaz qəddarlıqla məhv etmişlər. Al­
lah o günahsız qurbanlara  rəhmət eləsin.
Bu  gün  faşizmə,  irqçiliyə,  hər cür soyqırımı  aktına  qarşı  dün­
yanın  bütün  mütərəqqi  qüvvələri  səfərbər  olmalıdır.  Çünki 
diinyada  faşizm  hələ  də  yaşamaqdadır.  1988-ci  ildən  başlaya­
raq erməni təcavüzkarlarının Azərbaycan xalqına  qarşı yeritdiyi 
soyqırımı  siyasəti,  günahsız  əhalimizin  kütləvi  qırğınları,  zəbt 
olunmuş  torpaqlarımızda  misli  görünməyən  talanlar,  vəhşilik­
lər,  nəhayət,  bütün  dünyanı  sarsıdan  Xocalı  faciəsi  xalqımızın 
qəlbində sağalmaz yara kimi göynəməkdədir.
Bu  hüznlü gündə Azərbaycan xalqı  adından  kədərinizə ürək­
dən  şərik  olduğumuzu  bildirirəm.  Bu  dərd  xalqlarımızı  bir-bi­
rinə  daha  da  yaxınlaşdırır  və  sizinlə  bir yerdə  deyirik:  belə  fa­
ciələr bir daha təkrar olunmamalıdır.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
26 aprel 1995-ci il
85


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə