Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hey dar Əliyev siy.vsoli: TOLERANTLIQ



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə15/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   11   12   13   14   15   16   17   18   ...   112

Hey dar Əliyev siy.vsoli: TOLERANTLIQ
müstəqil  Azərbaycanın  gözəl  gələcəyinə  doğru  birlikdə  gedəcək, 
qarşımıza çıxan bütün maneələri vəhdətimiz, birliyimiz, qardaşlığı­
mız və dostluğumuzla aradan qaldıracağıq.
Müqəddəs  bayram  münasibətilə sizi  bir daha  təbrik edir,  hər 
birinizə,  bütün  xalqımıza,  Azərbaycan  müsəlmanlarına  cansağ­
lığı,  xoşbəxtlik arzulayıram. Sizi əmin edirəm  ki, mən həmişə si­
zinləyəm,  xalqlayam  və inanıram  ki,  xalq da  seçdiyi prezidentlə 
birdir.  Sağ olun!
6 6
I k v.br Ojıvvv rıy.ıv.rtı: TOLF.RANTI.IQ
İSLAM  KONFRANSI  TƏŞKİLATININ  ÜZVÜ 
OLAN  ÖLKƏLƏRİN  DÖVLƏT VƏ 
HÖKUMƏT  BAŞÇILARININ  KASABLANKA 
ZİRVƏ TOPLANTISINDA ÇIXIŞI
13 dekabr 1994-cii il
Hörmətli  cənab sədr!
Hörmətli dövlət başçıları və nümayəndə heyətlərinin rəhbərləri! 
İslam  Konfransı  Təşkilatının  üzvü  olan  dövlətlərin başçılarının 
görüşünün çox gözəl  təşkil edildiyinə görə mən hər şeydən əvvəl
Mərakeş maliki əlahəzrət II Həsənə ürəkdən təşəkkür edirəm.
67


Azərbaycan xalqı adından sizi -  bu mötəbər məclisin iştirakçı­
larını böyük məmnuniyyətlə salamlayıram.
Sizə və xalqlarınıza  səadət və  firavanlıq  arzulayıram,  hörmət 
və ehtiramımı bildirirəm.
Biz haqlı olaraq fəxr edə bilərik ki,  İslam dünyası ümumbəşə­
ri  sivilizasiyaya  öz  layiqli  töhfəsini  vermişdir  və  neçə  əsrdir  ki, 
onun  mənəvi  inkişafına  və  təkmilləşdirilməsinə kömək edir.  Bu 
gün  dünyada  mürəkkəb,  ziddiyyətli  proseslər  getməkdədir:  vi- 
ranedici  qlobal  müharibənin  qarşısının  alınması,  dünyanın  təh­
lükəsizliyinin  yeni  təməlinin  qoyulması  kimi  müsbət  meyillər 
regional  münaqişələrin  artması  ilə,  yırtıcı  millətçiliklə  və  döv­
rün  başqa  bəlaları  ilə  qarşılaşır.  Bizim  ölkələrimiz  bu  proseslə­
rin  qavnağındadırlar  və  biz  beynəlxalq  təhlükəsizliyin  möh­
kəmlənməsinə,  sülh  və  tərəqqi  qüvvələrinin  qələbəsinə  layiqli 
yardım  etməliyik,  öz  səylərimizi  göstərməliyik.  Bunun  naminə 
biz müsəlman ölkələrinin inkişafına mane olan əngəlləri  aradan 
qaldırmalı,  bir-birimizə  yardım  əli  uzatmalıyıq,  parçalanmanın 
və  təklənmənin  qarşısını  almalıyıq,  dara  düşmüş  qardaşlarımı­
za  birlikdə  kömək etməliyik,  qanlı  müharibələrin  və silahlı  mü­
naqişələrin alovunu söndürməliyik.
Biz  fəxr  edə bilərik  ki,  İslam  Konfransı  Təşkilatı  da  məhz bu 
nəcib məqsədlərə xidmət edir. Asiyanın, Afrikanın və Avropanın 
52 dövlətini birləşdirən bu təşkilat bir milyard nəfərdən çox əha­
liyə,  böyük  mənəvi,  siyasi,  iqtisadi,  elmi  və  mədəni  potensiala 
malikdir.
Ölkələrimiz arasında  həmrəylik,  hərtərəfli  əməkdaşlıq,  sülhü 
və  təhlükəsizliyi  qoruyub  saxlamaq  üçün  ədalətə  əsaslanan  zə­
ruri  tədbirlər görülməsi  İslam  Konfransı  Təşkilatının əsas  prin­
sipləridir və onun nizamnaməsində öz ifadəsini  tapmışdır.
Ötən  25  il  ərzində  bizim  təşkilatımız  dünya  siyasətinin  mü­
hüm  amilinə  çevrilmişdir,  müasir  dünyanın  qlobal  və  regional 
problemlərinin həllinə sanballı  təsir göstərir. Amma etiraf etmək 
lazımdır  ki,  biz  İslam  dünyasının  və  öz  təşkilatımızın  nəhəng 
potensialından hələ heç də  tam,  istənilən səviyyədə istifadə edə
Heydar Əliyev siyjsoti: TOLERANTLIQ___________________________________________________
6 8
bilməmişik.  Biz  nəinki  təkcə  öz  xalqlarımızın,  ham  də  bütün 
dünyanın  tərəqqisi  işində  daha  sanballı,  daha  təsirli  rol  oynaya 
bilərik və oynamalıyıq.
Hörmətli cənablar!
Bildiyiniz  kimi,  çoxəsrlik  tarixi,  zəngin  mənəvi  və  maddi  irsi 
olan  Azərbaycan  xalqı  hələ  miladın  yeddinci  əsrindən  İslam 
dünyasının  bir  hissəsini  təşkil  edir.  Avropa  ilə  Asiya  arasında, 
Qafqaz  ilə  Yaxın  Şərq  arasında  mühüm  coğrafi-siyasi  məkanda 
yerləşən  Azərbaycan  həmişə  bir  çox  dövlətlərin  diqqət  mərkə­
zində  olmuş,  müxtəlif sivilizasiyalar arasında  körpü  rolunu  oy­
namışdır.
XIX  əsrin  əvvəllərində Azərbaycan  uzunmüddətli  dövlətləra- 
rası müharibələr nəticəsində öz dövlətçiliyindən məhrum olmuş, 
sonra  isə  keçmiş  Sovet  İttifaqının  bir hissəsinə  çevrilmişdir.  Bu 
illər ərzində bizim müsəlman məsləkimiz ciddi  sınaqlardan keç­
miş, Azərbaycan xalqı öz dini hisslərini açıq ifadə edə bilməmiş­
dir. Amma bu hissləri biz içimizdə yaşatmışıq, qoynumuzda sax­
lamışıq, hətta ən ağır dövrlərdə öz dinimizə etiqad bəsləmişik.
Sovet İttifaqı  dağıldıqdan sonra,  1991-ci  ildə istiqlaliyyət əldə 
etməklə  biz  yenidən  öz  kökümüzə  qayıtmış,  din  azadlığımıza 
nail  olmuşuq.  Elə  həmin  il  Azərbaycan  İslam  Konfransı  Təşki­
latına  daxil  olmuşdur,  onun  tədbirlərinin  fəal  iştirakçısıdır  və 
onun bütün strukturları ilə əməkdaşlıq edir.
Müstəqil  Azərbaycan  Respublikasının  Prezidenti  seçildikdən 
sonra  mən  müsəlmanlıq  borcuma  əməl  edərək,  Məkkə  və  Mə­
dinə  şəhərlərinə  gedib  müqəddəs  ziyarətgahlara  səcdə  qılmı­
şam, ümrə mərasimini yerinə yetirmişəm.
Azərbaycan  Respublikasının  Prezidenti  kimi  mən  öz qardaş­
larında -  müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər 
yaratmağa,  aramızda  həmrəyliyi  möhkəmlətməyə  böyük  əhə­
miyyət  verirəm.  Əminəm  ki,  Mərakeşdəki  Zirvə  görüşü  Azər­
baycanın  bütün  İslam  dünyası  ilə  əməkdaşlığının  genişlənmə­
sinə və dərinləşməsinə kömək edəcəkdir.
_______________________________________ __________ Heydor Əliyev siyasati: TOLERANTLIQ
69


HeydOf Əliyev sıvasoti: TOLERANTLIQ
Hörmətli cənablar!
Sizə məlum olduğu  kimi, Azərbaycan xalqı qonşu  Ermənistan 
Respublikasının  təcavüzünə  məruz  qalmış,  bunun  nəticəsində 
Azərbaycan  ərazisinin  20  faizindən  çoxu  işğal  edilmişdir.  Ermə­
nistan  silahlı  qüvvələrinin  Azərbaycan  Respublikasında  işğal 
etdikləri  Dağlıq  Qarabağ  regionunda  və  ona  bitişik  yeddi  digər 
rayonda  ən  qədim  mədəniyyət  abidələri  məhv  edilmiş,  bütün 
məscidlər  dağıdılmış,  müsəlman məzarları  təhqir olunmuş,  Qu­
rani-Kərimin  nüsxələri  yandırılmışdır. Ən qədim  müsəlman sivi­
lizasiyasının bütün izləri yer üzündən silinir.
Mənim həmvətənlərimin 20 min nəfərindən çoxu öldürülmüş, 
təqribən  100 min  nəfəri  yaralanmış  və  şikəst olmuş,  bir  milyon­
dan artıq azərbaycanlı öz doğma yurdundan qovulmuş,  onların 
evləri  viran edilmiş və yandırılmışdır.  Bu  adamlar,  o  cümlədən 
uşaqlar,  qadınlar  və  qocalar  erməni  təcavüzkarlarının  törətdik­
ləri  soyqırımının  bütün  dəhşətlərini  görmüş,  qohum-əqrəbala­
rını  itirmişlər.  İndi  isə  sərt  qış  şəraitində  çadır  şəhərciklərində 
dözülməz  vəziyyətdə  yaşayırlar,  soyuqdan  donurlar,  yoluxucu 
xəstəliklərə  tutulurlar,  ərzaq,  dərman,  pal-paltar sarıdan  korluq 
çəkirlər.
Öz  qətnaməsində  Ermənistan  Respublikasının  müstəqil  Azər­
baycana  qarşı  təcavüzünü  pisləmiş  İslam  Konfransı  Təşkilatının 
fəaliyyətini biz yüksək qiymətləndiririk. O bu  münaqişənin aradan 
qaldırılması işində iştirak edən beynəlxalq təşkilatlara müvafiq mü­
raciətlər göndərmişdir.  Hesab  edirəm  ki,  belə  tədbirləri  davam  et­
dirmək lazımdır və biz çox ümidvanq ki, İslam Konfransı Təşkilatı­
nın hər bir üzvü bu tədbirləri dəstəkləyəcəkdir.
Görüşümüzə  Ermənistan-Azərbaycan  münaqişəsinə dair qət­
namə  layihəsi  təqdim  edilmişdir.  Mən  hamınızı  bu  layihəni  bə­
yənməyə dəvət edirəm.
Son  vaxtlar  Ermənistan  ilə Azərbaycan  arasında  atəşkəs  əldə 
olunmuşdur. Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Mü­
şavirənin  Budapeştdəki  Zirvə  görüşü  çoxmillətli  sülhü  müha­
fizə qüvvələrinin  təşkil olunub münaqişə zonasına göndərilməsi
70
Heyd 
јг
 
Əliyev slyasaH: TOLERANTLIQ
haqqında  mühüm  qərar  qəbul  etmişdir.  Bu, Avropada Təhlükə­
sizliyə  və  Əməkdaşlığa  dair  Müşavirənin  iştirakçısı  olan  dövlət­
lərin  səyləri  və  bizim  onlarla  konstruktiv  əməkdaşlığımız  sayə­
sində mümkün olmuşdur.
Münaqişənin  tamamilə  aradan  qaldırılması  üçün  ermənilərin 
bütün silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərin­
dən  çıxarılmasını,  qaçqınların  doğma  yurdlarına  qaytarılmasını, 
Azərbaycanın bütün ərazisi üzərində onun suveren hüquqlarının 
bərpa edilməsini nəzərdə tutan siyasi saziş bağlanmalıdır.  Lakin 
Ermənistan  Respublikası  işğal  olunmuş ərazilərin  azad  edilmə­
sinə  dair  Birləşmiş  Millətlər  Təşkilatı  Təhlükəsizlik  Şurasının 
müvafiq qətnamələrini yerinə yetirməkdən boyun qaçırır.
Hazırda sülhə nail  olmaq  üçün beynəlxalq həmrəyliyin,  təca­
vüzkara  beynəlxalq səviyyədə təzyiq göstərilməsinin çox böyük 
əhəmiyyəti  var.  İslam  Konfransı  Təşkilatı  kimi  nüfuzlu  təşkilat 
və onun hər bir üzvü tərəfindən təzyiq göstərilməsi də son dərə­
cə vacibdir. Ona görə də, hörmətli görüş iştirakçıları, mən sizə üz 
tutub  xahiş edirəm  ki,  siyasi  iradənizi  qətiyyətlə bildirəsiniz və 
Azərbaycan  dövlətinin  ərazi  bütövlüyü  uğrunda  bizim  ədalətli 
mübarizəmizə tərəfdar çıxasınız.
Bu  mötəbər  kürsüdən  mən  öz  qardaşlarıma  -   Türkiyənin, 
İranın,  Pakistanın,  Səudiyyə  Ərəbistanının  və  bir  çox  başqa 
ölkələrin, İslam  xeyriyyəçiliyi  təşkilatının  rəhbərlərinə  təşəkkür 
edirəm.  Onlar xalqımızın  müsibətinə  öz  münasibətlərini  dərhal 
bildirərək qaçqınları ən zəruri əşyalarla təmin etmişlər və bu gün 
də bizə yardım göstərməkdədirlər.
Mən bizi dar  ayaqda  tək  qoymayanların hamısına minnətda­
ram.  Amma  indi  ölkəmizin  sakinlərinin  hər  yeddi  nəfərindən 
biri qaçqındır. Humanitar vəziyyət son dərəcə ağırdır, bizim yar­
dıma çox böyük ehtiyacımız var və mən kömək üçün sizə müra­
ciət edirəm.
Altıillik  müharibə  nəticəsində  Azərbaycan  Respublikası  ağır 
iqtisadi  və  sosial  böhran  keçirməkdədir.  Müharibənin  xalqımı­
za və ölkəmizin iqtisadiyyatına vurduğu yaralara, böyük maddi
71


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə