Heydor Əliyev siyasəti: TOLERANTLIQ
Hələ Bakıda ikən sizin konfrans haqqında mənə məlumatlar
gəldi. Bu konfransın işinə çox böyük əhəmiyyət verərək və in
diki dövrdə onun bütün insanlar üçün faydalı olduğunu nəzərə
alaraq, sizin konfransa xüsusi məktub göndərdim. Məmnunam
ki, məktubum sizə çatmış və onunla tanış olmusunuz. Fikrim
cə, konfransın başlıca əhəmiyyəti ondan ibarətdir ki, siz vicdana
çağırış, sülh və barışıq məsələlərini diqqət mərkəzinə çəkmisi
niz. İndi bu, dünya üçün, bütün xalqlar üçün çox vacib, mühüm
məsələdir. Təəssüf ki, son illərdə, iyirminci əsrin son mərhələ
sində dünyanın müxtəlif regionlarında sülh pozulmuş, insanlar
arasında, dövlətlər arasında, ayrı-ayrı qruplar arasında toqquş
malar, vuruşmalar, müharibə gedir və bunların hamısı insanla
rın rahat yaşamasına mane olur. Əsrimizin sonunda dünyada
gedən ictimai-siyasi prosesləri təbii hesab edərək, heç vəchlə ra
zılaşmaq olmaz ki, bu proseslər müharibə yolu ilə, toqquşmalar
yolu ilə, qan tökmək yolu ilə getsin.
Yer üzərində yaşayan insanlara Allahın ən böyük tövsiyə
si ondan ibarətdir ki, onlar bir-biri ilə xoş məramda, sülh şəra
itində, bir-birinə qarşılıqlı hörmət, qarşılıqlı ehtiram şəraitində
yaşasınlar. Ona görə də din xadimlərinin vicdana çağırış, səbir,
sülhün təmin olunması ilə bağlı təşəbbüsləri həm Allahın göstər
diyi yolla getmək deməkdir, həm də yer üzərində insanların sülh
şəraitində yaşamalarına böyük köməkdir. Müharibənin, ayrı-ay
rı dövlətlərin bir-biri ilə vuruşmasının, müxtəlif siyasi-ictimai
qrupların bir-biri ilə savaşmasının əsas səbəbləri, şübhəsiz ki,
siyasi xarakter, etnik xarakter daşıyır, birinin digərinin torpağını
zorla əlindən almaq məqsədi daşıyır. Bunlar, şübhəsiz ki, dini
xarakter daşıya bilməz.
İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi onda
dır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanla
rı dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir. Biz indi
də bunun
şahidiyik. Sizin bu konfransınız, müxtəlif dinləri təmsil edən xa
dimlərin toplaşaraq bir məsələni, bütün dünya xalqlarını narahat
26
Heydor Əliyev siynsoti: TOLERANTLIQ
edən məsələni - vicdana çağırış, sülh və səbir məsələlərini mü
zakirə etməsi buna canlı sübutdur. Mən sizin bu təşəbbüsünüzü
və belə fədakar fəaliyyətinizi alqışlayır, ürəkdən bəyənirəm. Sizə
göndərdiyim məktubda da bununla bağlı öz fikirlərimi bildir
mişəm və çox məmnunam ki, indi üzbəüz, şəxsən görüşüb bu
sözləri sizə çatdırmaq mənə nəsib olmuşdur. Sizin bir yerə top
laşmağınız, həmrəyliyiniz, bir-birinizlə mehriban əlaqələriniz
onu göstərir ki, insanlar dini, irqi mənsubiyyətdən asılı olmaya
raq birlikdə yaşaya bilərlər, bir-biri ilə mehriban, dost ola bilərlər
və öz həyatlarını qura bilərlər.
Bizim Azərbaycan Respublikası üçün sizin fəaliyyətiniz xüsu
si əhəmiyyət kəsb edir. Azərbaycan çoxmillətli dövlətdir. Res
publikamızda bir çox millətlər əsrlər boyu birlikdə yaşayırlar.
Bildiyiniz kimi Azərbaycanda İslam dini ilə yanaşı, Xristianlıq
və iudaizm dinləri də var və onlar bir-biri ilə çox mehriban şə
raitdə fəaliyyət göstərirlər. Biz bunu bəyan etmişik. Azərbayca
nın Prezidenti kimi, mən dəfələrlə qeyd etmişəm ki, ölkəmizin
vətəndaşları dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından
asılı olmayaraq eyni hüquqlara malikdirlər və onların hüquq
ları Azərbaycan dövləti tərəfindən qorunur. Əmin ola bilərsiniz
ki, biz bu prinsiplərimizə daim sadiq qalacağıq və Azərbaycan
vətəndaşlarının din, dil mənsubiyyətindən və siyasi baxışların
dan asılı olaraq bir-biri ilə münaqişəyə girməsinə gələcəkdə də
yol verməyəcəyik.
Böyük təəssüf hissilə qeyd edə bilərəm ki, bizim regionda,
yəni Zaqafqaziyada - Azərbaycanda, F.rmənistanda və Gürcüs
tanda etnik səbəblərə görə, etnik zəmin əsasında çox böyük gər
ginlik, toqquşmalar var, hətta müharibə gedir, qan tökülür. Bü
tün bunlar bizi həddindən artıq narahat edir. Əmin ola bilərsiniz
ki, Azərbaycan dövləti və Prezidenti kimi, şəxsən mən, çalışırıq
və bundan sonra da çalışacağıq ki, regionumuzda etnik prinsip
lər əsasında olan münaqişələrə son qoyulsun.
Bizi - Azərbaycan Respublikasını çox ağır vəziyyətə salan,
şübhəsiz ki, erməni silahlı qüvvələrinin Azərbaycan Respubli-
27