Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə7/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   2   3   4   5   6   7   8   9   10   ...   112

kasma  qarşı  horbi  təcavüzüdür.  Siz  bilməlisiniz  ki,  Azərbaycan 
ilə  Ermənistan  arasında  altı  il  bundan  öncə,  "Qarabağ  proble­
mi"  əsasında  meydana  gəlmiş  münaqişə  indi  artıq  böyük  mü­
haribəyə  çevrilmişdir.  Güman  edirəm,  bizim  xalqlarımız  -  həm 
Azərbaycan xalqı, həm də erməni xalqı  belə bir münaqişəni  istə­
mir. Təəssüf ki,  ayrı-ayrı  ekstremist,  millətçi, avantürist qruplar, 
şəxsi  məqsədlərinə  nail  olmağa  çalışan  qruplar  xalqlarımızı  bu 
münaqişəyə cəlb etmişlər və dediyim  kimi,  həmin münaqişə bö­
yük bir müharibə şəklini  almışdır.
Müharibənin  də  nəticəsi  bu  gün  ondan  ibarətdir  ki,  erməni 
silahlı  qüvvələri  Azərbaycana  qarşı  təcavüz  edərək  ərazimizin 
20  faizini  işğal  etmişdir.  Azərbaycanın  işğal  olunmuş  ərazisin­
dən  bir  milyondan  artıq  vətəndaşımız ev-eşiklərini,  el-obalarını 
itirərək  qaçqın  düşmüşdür və  onlar  indi  çox  ağır  şəraitdə  yaşa­
yırlar.  Biz  müharibə  istəmirik,  ona  son  qoymağa  çalışırıq,  Er­
mənistanla Azərbaycan  arasında  sülh yaratmaq  istəyirik.  Çünki 
erməni  xalqı  ilə  Azərbaycan  xalqı  əsrlər  boyu  qonşu  olmuşdur 
və  gələcəkdə  də  yan-yana  yaşayacaqlar.  Başqa  yol  yoxdur.  Ona 
görə  də  bu  müharibənin  gələcəyi  yoxdur,  onun  nəticəsi  ancaq 
sülh  olmalıdır.  Sülh  isə  bir  şərtlə  ola  bilər:  iki  dövlətin,  iki  res­
publikanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin 
edilsin, yəni Azərbaycanın  ərazi  bütövlüyü  təmin  edilsin, ermə- 
ni  işğalçıları  Azərbaycan  ərazisindən  çıxsınlar  və  azərbaycanlı­
lar öz  torpaqlarında  yaşaya  bilsinlər.  Ermənistanın ərazi  bütöv­
lüyünə  də  heç  kim  qəsd  etmək  istəmir,  onun  da  sərhədlərinin 
toxunulmazlığı  təmin  olunsun.  Bu,  sadə  formula,  sadə  prinsip­
dir.  Ancaq  bunu  həyata  keçirmək  üçün  böyük  maneələr  var  və 
bunlardan  biri  də  odur  ki,  bayaq  dediyim  kimi,  altı  ilə  yaxındır 
müharibə gedir.
Biz  Ermənistana  torpaq  iddiası  etmirik.  Ancaq  öz  torpaqları­
mızı  da, şübhəsiz ki,  Ermənistana verə bilmərik.
Bizim  sülh  təşəbbüslərimiz  təəssüf  ki,  bir  nəticə  verməmiş­
dir.  Beynəlxalq  təşkilatların  -   Birləşmiş  Millətlər  Təşkilatının, 
ATƏM-in  bu  məsələ  üzrə  yaradılmış  xüsusi  Minsk  qrupunun
Heydor Əliyev siyasdli: TOLERANTLIQ 
_________________
28
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
fəaliyyəti  də  bir  nəticə  verməmişdir.  Hətta  din  xadimləri  də  -  
Şeyxülislam  Hacı Allahşükür Paşazadə və erməni kilsəsinin rəh­
bəri  də bir  neçə  dəfə görüşmüşlər.  Təəssüf  ki,  bu  görüşlərin  də 
nəticəsi olmamışdır. Ancaq biz yenə də sülhsevər siyasəti davam 
etdiririk, bu  məsələnin sülh yolu  ilə həll olunmasına çalışacağıq. 
Eyni  zamanda,  bildirmək  istəyirəm  ki,  Azərbaycan  gücsüz  də 
deyildir.  Əgər  bizim  sülhsevər  təşəbbüslərimiz  nəticə  verməsə, 
biz  məcburuq  öz  torpaqlarımızı  güclə  azad  edək,  erməni  işğal­
çılarını  torpaqlarımızdan  çıxaraq.  Şübhəsiz  ki,  biz  sülh  yoluna 
üstünlük veririk və bu yolla gedəcəyik. Ancaq kimsə müharibəni 
davam etdirmək istəyirsə, biz bunu da edəcəyik. Başqa yolumuz 
yoxdur.  Sizin  diqqətinizə  bir  məsələni  də  çatdırmaq  istəyirəm. 
Bu  münaqişə  yalnız  ərazi  xarakteri  daşıyır,  yəni  erməni  silahlı 
qüvvələri Azərbaycan ərazisinin bir hissəsini  tutmuşdur, biz on­
ları  oradan  çıxarmaq  istəyirik.  Ermənistanın  güclü  təbliğatı  nə­
ticəsində  dünyanın  bəzi  dairələrində  belə  bir  fikir  yaranmışdır 
ki,  guya  Azərbaycan  dövləti,  Azərbaycan  hökuməti  Dağlıq  Qa­
rabağda  yaşayan  erməniləri  qırmaq,  o  ərazidən  qovmaq  istəyir. 
Bunların  hamısı  yalandır.  Belə  iddiaların  heç  bir  əsası  yoxdur. 
Mən  bir  həqiqəti  sizin  qarşınızda  məsuliyyətlə  bəyan  edirəm: 
Azərbaycan hökumətinin, Azərbaycan xalqının  respublikada ya­
şayan ermənilərə qarşı heç bir zorakılıq niyyəti, yaxud onları zor­
la  buradan  çıxarmaq  məqsədi yoxdur.  Onlar öz yerlərində  rahat 
yaşaya bilərlər və Azərbaycan  dövləti,  şəxsən bir Prezident kimi 
mən,  onların  tamamilə  təhlükəsiz,  sərbəst  yaşamasına,  öz  mil­
li  ənənələrindən,  mədəniyyətlərindən,  dinindən,  dilindən  azad 
surətdə istifadə etməklə həyatlarını qurmasına  təminat veririk.
Əvvəllər də belə olmuşdur.  Dağlıq Qarabağda  münaqişə baş­
layanadək  əhalinin  70  faizi  ermənilər,  30  faizi  azərbaycanlılar 
idi. Ancaq  bu  münaqişə nəticəsində,  sonra  isə başlanmış  bu  bö­
yük müharibə nəticəsində orada  yaşayan  50  min  nəfər azərbay­
canlı  öz ölkəsində,  öz  dövlətində  qaçqın  düşmüşdür  və  Dağlıq 
Qarabağa qayıtmaq  imkanları  yoxdur.  Ona  görə də, əgər biz  in­
29


san hüquqlarının qorunmasından danışırıqsa, şübhəsiz ki, ermə­
nilərin  də,  azərbaycanlıların  da  hüquqları  qorunmalıdır.  Çünki 
o  ərazidə  həm  ermənilər,  həm  də  azərbaycanlılar  yaşamışlar. 
Orada  ermənilərin  və  azərbaycanlıların  yan-yana,  dostcasına, 
mehriban yaşamaları  üçün şərait yaratmağa  imkanımız var.  Belə 
şərait illər boyu olmuşdur və bundan sonra  da olacaqdır.
Son  vaxtlar  Ermənistan-Azərbaycan  münaqişəsi,  müharibəsi 
ilə əlaqədar ayrı-ayrı  mətbuat orqanlarında təhlükəli şayiələr də 
yayılmışdır.  Bu  da  ondan ibarətdir ki, bəzi  adamlar qəsdən belə 
fikir yaymağa çalışırlar ki, guya bu müharibə xristian-müsəlman 
müharibəsinə  çevrilə  bilər.  Bunlar  əsassızdır,  əvvəlcədən  düşü­
nülmüş,  fitnəkar xarakter daşıyan  təbliğatdır.  Mən belə fikirlərə 
etirazımızı  bildirir və  onları  rədd  edirəm.  Sizi  əmin  etmək  istə­
yirəm ki, bizim  fəaliyyətimiz ancaq Azərbaycan Respublikasının 
beynəlxalq təşkilatlar tərəfindən tanınmış və qəbul olunmuş əra­
zi bütövlüyünü təmin etməyə, sərhədlərimizin toxunulmazlığını 
təmin etməyə yönəldilmişdir.
Azərbaycanda  tarixən  çox  millətlər  yaşamışdır.  Burada  azər­
baycanlılarla  yanaşı  ruslar,  ermənilər,  yəhudilər,  gürcülər,  uk­
raynalılar və başqaları da yaşamış və gələcəkdə də yaşayacaqlar. 
Azərbaycan Respublikasının çoxmillətli dövlət olmasını ölkəmiz 
üçün böyük üstünlük hesab edirik.
Bu  fikirlərimi  sizə  çatdırarkən  istədim  ki,  Azərbaycanın  bu­
günkü  vəziyyəti  haqqında  daha  geniş  məlumatınız  olsun.  Eyni 
zamanda,  sizin  müştərək  fəaliyyətinizə  müəyyən  qədər  kömək 
etmək  istəyirəm.  Bir  daha  qeyd  edirəm  ki,  siz  çox  xeyirxah, 
dəyərli  iş görürsünüz.  Bu  fəaliyyətinizdə sizə böyük uğurlar ar­
zulayıram.  Sizin  hamınızı  Azərbaycana  dəvət  edirəm.  Çox  şad 
olaram ki, hamınızla Azərbaycanda görüşüm. Əgər birlikdə gələ 
bilməsəniz,  hər  birinizi  ayrılıqla  qəbul  etməyə  hazıram.  Ümid­
var  olduğumu  bildirmək  istəyirəm  ki,  sizinlə  əməkdaşlığımız 
davam  edəcəkdir.  İnsanlar  üçün,  bəşəriyyət  üçün,  dünya  üçün 
bu xeyirxah  fəaliyyətinizdə sizə müvəffəqiyyətlər diləyirəm.
Heydor Əliyev sivasali: TO LERANTLIQ._____________________________________________
30
Türkiyə Cümhuriyyətinin sizdən ötrü belə bir şərait yaratma­
sından görünür ki,  bizim  üçün  dost və qardaş olan ölkə, doğru­
dan da, bütün millətlərin sülh yolu ilə birlikdə getməsinə çalışır. 
Güman edirəm  ki,  Türkiyə Cümhuriyyətinin  dini  işlər naziri  də 
bu təşəbbüsünə görə böyük hörmətə layiqdir.
Mən sizinlə görüşməyimdən məmnun olduğumu bir daha bil­
dirirəm. Diqqətinizə görə təşəkkür edirəm.
___________________________________________________ Hcydar Əliyev siyasoti: TOLERANTLIQ
31


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə