D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   26   27   28   29   30   31   32   33   ...   93

93
Hər hansı boyda dramın əsasını təşkil edən, bütün hadisələri öz ətra-
fında toplayan konfliktlərlə üzləşirik.
«Dədə Qorqud» dastanları bu mənada əsl konfliktlə yüklənmiş 
əsərlərdir. Daha doğrusu, klassik və müasir dram əsərlərinə xas olan, 
öz gərginliyi və ziddiyyətlərin toqquşması ilə diqqəti cəlb edən konf-
liktləri dastanın hər bir boyunda izləmək olar. Dastanda bütün dünya 
dastanları üçün səciyyəvi olan ümumi mövzular var. Məsələn, «Ata 
ilə oğulun vuruşu», «Qəhrəmanın Təpəgözlə vuruşu», «Ər öz nişan-
lısının toyunda» və başqalarını demək olar.
«Dədə Qorqud» dastanları Şifahi və yazılı ədəbiyyatda öz möv-
zularının hər biri ilə gözəl əsərlərin yaranmasına çox böyük təkan 
verir.  «Dədə  Qorqud»  boylarının  hər  biri  eyni  zamanda  qüvvət-
li xarakterlərlə zəngindir. Dastanın hər bir boyunun öz qəhrəmanı 
var və bu qəhrəmanların adı da boyların adına köçüb: «Dirsə xan 
oğlu Buğacın  boyu», «Salur Qazanın evinin yağmalandığı boyu», 
«Duxa Qoca oğlu Dəli Domrulun boyu», «Basatın Təpəgözü öldür-
düyü boy» və s. çox maraqlıdır ki, «Dədə Qorqud» qəhrəmanlarının 
heç  biri  bir-birinə  bənzəmir.  Doğrudur,  onların  çoxu  Oğuz  bəylə-
rindən ibarətdir. Lakin fərdilikləri ilə seçilirlər. Beyrək Qazan xana 
sədaqəti və igidliyi ilə diqqəti cəlb edir. Dəli Domrul bir az xudbin 
və məğrurdur, heç kəsdən, hətta əzrayildən belə qorxmur. Basat mi-
fik qəhrəman olmağı ilə fərqlənir. Qazan xan çox içir, keflənir, ov 
düşgünüdür, lakin həm də qəbilə başçısı və igid sərkərdədir. Qara-
ca çoban bəy olmasa da, ağasına sədaqətli və el-oba təəssübkeşidir. 
Heç şübhəsiz, dastanın hər boyunda «boy boylayan, söy söyləyən» 
müdrik Ozan - Dədə Qorqud da tamam fərqli və özünəməxsusdur. 
Prof. Kamal Abdulla «Gizli Dədə Qorqud» kitabında yazır: «Ədə-
biyyat aləmində belə bir məşhur bənzətmə var. Görünməyən tərəfi 
görünən tərəfindən böyük olan hər hansı bir şey aysberqə - okeanda 
üzən nəhəng buz dağına bənzədilir. Dədə Qorqud da belə bir ays-
berqi xatırladır. Dastanda özünü göstərən Dədə Qorqud aysberqin 
Folklor, mifologiya, etnoqrafiya


94
DƏDƏ QORQUD ARAŞDIRMALARI
üzdə  olan,  görünən  hissəsidir.  Bu  Dədə  Qorqud  Oğuz  dünyasının 
mənəvi başçısı kimi köhnə qanun-qaydanın, Mif üsul-idarəsinin qo-
ruyucusudur» (1, 90-91). Ümumiyyətlə, boylardakı qəhrəmanların 
hər biri fərdi xüsusiyyətləri ilə seçilir. Bu da dram əsəri üçün çox 
vacib olan fərdiləşdirmə prinsipinin reallaşması üçün imkan yaradır. 
Dədə  Qorqud  dastanlarında  fəlsəfi,  psixoloji  məqamlar  da  diqqəti 
cəlb edir. Bu boylar əsasında fəlsəfi, psixoloji və mistik, həmçinin 
yarı real - yarı mistik pyeslər qələmə almaq olar.
«Dədə Qorqud» dastanları həm nəzmlə, həm də nəsr səpkisində 
dram  əsəri  üçün  material  verir.  Boylarda  şeiriyyəti,  həm  də  nəsrə 
məxsus epik təmkinliliyi ilə dram əsərinin janrını müəyyənləşdirə 
bilər. Bu da boylar əsasında pyes yazan müəllifin istedadından ası-
lıdır.
«Kitabi-Dədə Qorqud» dastanlarındakı hər bir boy əsasında yeni 
bir bədii əsər yaratmaq mümkündür. Dastanların elə boyu var ki, hə-
min boy ayrı-ayrılıqda həm şeirin, həm nəsrin, həm də dram əsərləri-
nin materialına çevrilmişdir. Bu «Salur qazanın evinin yağmalanma-
sı boyu», bir də «Bayburanın oğlu Bamsı Beyrəyin boyu»dur, hər iki 
boy bədii ədəbiyyatda geniş yayılmış boylardır. Lakin elə boy da var 
ki, ayrılıqda bədii ədəbiyyatda özünə yer tapa bilməmişdir. Əlbəttə, 
burada təbii seçimdən əlavə, hər bir müəllifin hansı boya müraciət 
edərək uğur qazanacağı ehtimalı əsasdır.
Xalq  şairi  Nəbi  Xəzrinin  «Kitabi-Dədə  Qorqud»  dastanlarına 
müraciətinin uğurlu nəticələri oldu. O, «Salur qazanın evinin yağ-
malanması boyu» əsasında «əfsanəvi yuxular» adlı poema qələmə 
almışdı. Nəbi Xəzrinin bu poeması Azərbaycan ədəbiyyatında «Ki-
tabi-Dədə Qorqud» mövzusunda yazılmış ən uğurlu əsərlərdən biri-
dir. Nəbi Xəzri belə izah edir: «Ana» poeması üzərində işləyirdim. 
Məndə belə bir fikir doğdu: «Bu gün XX əsrin qoynunda qürurla 
yaşayıb ömrünü başa vurmuş anamın mənəvi bacıları kimlər olmuş-
dur? Xəyalım uzaq əsrlərə getdi. Xatirimə Burla Xatun gəldi. Nüşabə 


95
göz önündən keçdi. Məhsətini düşündüm. Həcərin qəhrəmanlığını 
xatırladım. Mənə elə gəldi ki, anam öz bacılarının saf analıq duy-
ğularını, qadın müdrikliyini, qadın şairanəliyini və qadın mərdliyini 
özündə  cəmləşdirmiş  və  mənim  əsrimə  qədər  gətirib  çatdırmışdır. 
Onun üçün də mən «Anamın bacıları» adı altında silsilə poemalar 
yazmaq fikrinə düşdüm.
Azərbaycan mədəniyyətinin qədim və ədəbi abidəsi «Kitabi-Də-
də  Qorqud»a  müraciət  etdim.  Burla  Xatun  göz  önündə  canlandı. 
Onun təkcə oğlu Uruzun yolunda keçirdiyi ağlasığmaz kədər və iz-
tirabların ağrısı elə bir əks-səda kimi mənim ürəyimdə səsləndi. Və 
«Əfsanəli yuxular» poeması yazıldı». (7, 61)
Nəbi Xəzrinin «Əfsanəli yuxular» poeması doğrudan da «qəhrə-
manlıq dastanı» ölçü və meyarları ilə səsləşir. Çünki poemada baş-
lıca qayə məhz qəhrəmanlığı vəsf etməkdir. «Kitabi-Dədə Qorqud» 
dastanlarının həmin boyunda da əsas mövzu və diqqəti cəlb edən ən 
başlıca ideya məhz qəhrəmanlığın tərənnümüdür. Həm də Nəbi Xəz-
ri bu ideyanı müasir bədii-poetik təfəkkürün, bu günün fəlsəfi-əxlaqi 
meyarları ilə həyata keçirir.
Nəbi Xəzri «Kitabi-Dədə Qorqud» dastanlarındakı «Salur Qaza-
nın evinin yağmalanması» boyunu təkcə nəzmə çəkməmiş, həm də 
ona yeni bir poetik həyat - nəfəs vermişdir. Yüksək şeiriyyət, poetik 
incəliklər, bədii əlvanlığı ilə diqqəti cəlb edir. Poema məhz bu xüsu-
siyyətlərinə görə müasir Azərbaycan poeziyasının incilərindən sayı-
lır. «Əfsanəli yuxular» altı yuxudan ibarət iki hissəli poemadır. Yuxu 
əslində rəmzi-simvolik bir mahiyyət daşıyır. Yuxu, mifik-simvolik 
səciyyə daşısa da, yuxuda baş verən əhvalatlar tarixi reallığı əks et-
dirir. Hər bir «yuxu» boyun müəyyən bir hissəsini əhatə edir, digər 
«yuxu» bu ardıcıllığı təmin edir. Lakin «yuxu» həm də əsərin ümu-
mi ideyasından doğan ayrı-ayrı problemlərə işıq salır. Birinci yuxu 
belə adlanır: «Yuxuda bir talan gördüm». Burada Salur Qazanın ova 
getməsi, bundan xəbər tutan Şöklü Məlikin obaya hücum çəkməsi, 
Folklor, mifologiya, etnoqrafiya


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə