D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   34   35   36   37   38   39   40   41   ...   93

121
alır:
“Yazın mövsümündə bahar əyyamı,
Müntəzir gözləyir mahalı dağlar.
Açılan bənəfşən, gülün, nərgizin,
Şəbnəmlər çəkibən mahalı dağlar.
Səndə hasil olur iyidlər kanı,
Səngərlər, qalalar onun məramı” (5, 188-89).
Dağlar qərib eldə olanların vətən dağlarını görməyi böyük ümid-
lə gözləyir. “Vətənə gəldim, imana gəldim” deyimindən çıxış etsək 
dağ iman yeri, vətən simvoludur. 
“Qərib qürbət eli gəzdim,
Göz yaşından namə yazdım.
Hər kim desə inanmazdım,
Yolum sənə düşə, dağlar” (5, 312-13).
Dastanlarda dağlar sığınacaqdır, yurddur, insanı qoruyan qalxan-
dır,  qürurdur,  vüqardır,  yüksəklik,  təmizlikdir.  Qədim  miflərdə  də 
göstərilir ki, tanrılar dağlarda yaşayır. Bizim dastan qəhrəmanımız 
Koroğlu da dağlar qoynunda yaşayır, ədalətsizliyə, haqsızlığa qarşı 
vuruşur. Dağlar bir növ alilik rəmzidir, hər şeydən yuxarıda Allahdan 
aşağıda yaşayan qəhrəmanlar da mənəviyyatca təmiz, mərd, qorx-
maz olurlar. Dağlar bəzən “günahkar” kimi təqdim olunur, bunun 
klassik nümunəsinə “Kitabi-Dədə Qorqud” dastanında rast gəldik. 
“Koroğlu”  eposunda  da  dağlar  Nigarın  qarşısında  “günahkar”dır. 
Eyvazın düşmən əlinə keçməsinin səbəbkarı sanki dağlardır. Oğulu-
nun dərdindən ah-nalə qoparan Nigar üzünü dağlara tutub aşağıdakı 
şeiri deyir:
“Başı ərşə duran dağlar,
Dağlar, Eyvazı neylədiz?!
Folklor, mifologiya, etnoqrafiya


122
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Üç igidi udan dağlar,
Dağlar, Eyvazı neylədiz?!
Qarğasam, tökülər daşın,
Borandan ayrılmaz başın,
Düşər daşın, qalar leşin,
Dağlar, Eyvazı neylədiz?!” (4, 121-22).
Ana dağları bir növ “hədələyir”, onu “ana qarğışı” ilə qorxudur. 
Koroğlunun əli hər yerdən üzüləndə, Bolu bəy tərəfindən aparılanda 
üzünü dağlara tutub onunla belə vidalaşır:
“Qarşı yatan qarlı dağlar,
Dağlar, səndə qarım qaldı” (4, 257).
Qar  dağın  möhtəşəmliyini,  qürurunu,  saflığını,  əlyetməzliyini, 
əzəmətini əks etdirir. Qəhrəman da dağlarda qarının-yəni igidliyinin, 
cəsurluğunun izlərinin qaldığını vurğulayır, bu çıxılmaz vəziyyətdə 
özünə həmdəm dağları seçir, onunla dərdləşir. Məhz, Koroğlu da öz 
yurdunu dağ başında-Çənlibeldə salmış və ədalətsizliklərdən yuxar-
da məskunlaşmışdır. O, öz ilhamını da, gücünü də dağdan çıxan Qo-
şabulaqdan almışdır. Ona görə də məğlubedilməz qəhrəman idi və 
güc aldığı yerin oğlu idi.
Qaçaq  dastanlarımızda  isə  dağlar  qaçaqların  sığındıqları  yurd 
yeridir.  Bura  onların  müdafiə  qalası,  yalçın  qayalar  səngərləri  idi. 
Qacaqlar dağlardan ilham alır, onun qoynunda müdafiə olunurdular. 
Bəzən dağ qaçaq dastanlarında bir oba bir el mənasında da işlənir:
“Duman gəlib bizim dağı bürüdü,
Baxdım məni gör haraya sürüdü” (8, 71).


123
Dustaq  olan  İsmayıl  Nəbiyə  göndərdiyi  namədə  “duman”  və 
“dağ” sözlərini bir şifrə kimi işlətmiş, duman deyəndə o çar ordu-
sunu (düşmən ordusunu), dağ deyəndə isə öz obasını, elini nəzərdə 
tutmuşdur. “Qaçaq Mahmud” dastanında Mahmud dağlara müraciət-
lə dediyi şeirdə qaçaqların dağları qürur mənbəyi, pənah apardıqları 
məskən, dağın çiskinini, çənini yorğan kimi təsvir edir.
“Qürurlu baxışın bizə arxadı,
Pənah gətirmişik sənə, a dağlar!
Daşlı səngərlərin bizi üşütsə,
Bürünnük çiskinə, çənə, a dağlar!” (10, 25).
Nə qədər ki, türk xalqları yaşayır dağlar həmişə qürur mənbəyi-
miz, alilik simvolumuz olaraq yaşayacaqdır.
Ədəbiyyat
1.Azərbaycan dastanları. 1-ci c. Bakı, Lider n., 2005.
2.Azərbaycan dastanları. 2-ci c. Bakı, Lider n., 2005.
3.Azərbaycan dastanları. 3-cü c. Bakı, Lider n., 2005.
4.Azərbaycan dastanları. 4-cü c. Bakı, Lider n., 2005.
5.Azərbaycan dastanları. 5-ci c. Bakı, Lider n., 2005.
6.Cəfərli. M. “Dastan və mif”. Bakı, Elm n., 2001.
7.Kitabi-Dədə Qorqud dastanı. Bakı, 2004.
8.Qafarlı. R. Mif və nağıl. Bakı, 2002.
9.Qaçaq Nəbi, Bakı, Lider, Bakı, 2005.
10.Qaçaq Mahmud, Bakı, 2009.
11.Ögəl.B. “Türk mitolojisi (Kaynakları və Açıklamaları ile Destanlar) 1. c., 
Ankara, 1989.
Folklor, mifologiya, etnoqrafiya


124
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Qəmər Yolçuyeva,
Azərbaycan Müəllimlər İnstitutunun 
Azərbaycan ədəbiyyatı ixtisasi üzrə magistr
M.S.ORDUBADİNİN “DUMANLI TƏBRİZ” ROMANININ 
BƏDİİ SƏNƏTKARLIQ XÜSUSİYYƏTLƏRİ
M.S.Ordubadinin tarixi romanları içərisində  “Dumanlı Təbriz” 
əsərinin  xüsusi  mövqeyi  vardır.  Roman  öz  mövzusu,  ideya-bədii 
keyfiyyətləri ilə tarixi roman janrının klassik nümunəsi sayıla bilər.
Əsərdə sənətkarın fərdi üslubu üçün səciyyəvi olan bədii sənətkarlıq 
məsələlərinin filoloji təhlil süzgəcindən keçirilməsi mühüm problem 
kimi qarşıda durur.
  “Dumanlı  Təbriz”  romanında  kompozisiya  çoxplanlıdır.  Ha-
disələr  müxtəlif        məkan  çərçivəsində  cərəyan  edir.  Müəllif  əsər 
boyu romanın əsas ideya xətti olan Təbriz inqilabını və inqilabi hərə-
katın  məğlubiyyətindən  sonra  gizli  inqilabi  komitənin  fəaliyyətini 
canlandırır. Müəllif hadisələri maraqlı süjet xəttində birləşdirə bil-
mişdir. Hadisələr inkişaf etdikcə əsərdəki dramatizm də qüvvətlənir. 
Yazıçı kompozisiyanın daha dolğun olması üçün məişət səhnələrin-
dən, təbiət təsvirlərindən, ikinci dərəcəli surətlərdən,ricətlərdən də 
istifadə etmişdir. 
Romanda təsvir edilən dövrü tipikləşdirmə üçün yazıçı bir sıra 
üsullardan   istifadə etmişdir. Evlərin, küçələrin, bazarların, əşyala-
rın, silahın, geyimin təsviri buna misal ola bilər. Romanda sənətka-
rın qəhrəmanların  bədii portretini yaratmaq məharəti də nəzəri cəlb 
edir. Səttarxan obrazının gözönündə daha dolğun şəkildə canlandı-
rılması baxımından onun bədii portretinin təsviri diqqəti cəlb edir:
“Səttarxan olduqca düşüncəli və kədərli idi, qəlyanı-qəlyandan 
ayırmırdı. Qəhrəmanın alnındakı dərin  qırışıqlar çıxılmaz bir vəziy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə