D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   30   31   32   33   34   35   36   37   ...   93

107
onun təklifini rədd edir, “mənim öz elimizdə göz açıban gördüyüm, 
könül verib sevdiyim adaxlım var” deyir, gecə Selcan onun yanına 
gələndə Selcanın qılıncını qızla öz arasına qoyur. Beyrəkdən sonra 
düşmən fürsət tapıb Qazan xanın ovda olmasından istifadə edib el- 
obanı talan edirlər. Qırx incə belli qızla Burla Xatunu əsir götürürlər.
Anar, göründüyü kimi “Kitabi-Dədə Qorqud” boylarına müstəqil 
yanaşaraq  müxtəlif  boyları  və  bu  boylardakı  ayrı-ayrı  obrazları 
məqsədinə müvafiq olaraq əsərə gətirir. Dastanda baş verən kiçik bir 
hadisə Anarın əsərində əsas ideyanın qabardılması üçün bir vasitəyə 
çevrilir.  Dastanda  “Salur  Qazanın  evinin  yağmalanması”  boyunda 
Qaraca çoban – Qazan xətti daha çox qəbilə başçısı və onun rəiyyəti 
səviyyəsində təqdim olunur. Anarın əsərində isə bu xətt daha qaba-
rıq nəzərə çarpdırılır. Dastanda Qazan Qaraca çobana deyir ki, “Al-
lah mənim evimi qurtaracaq olarsa, səni əmiraxur eləyərəm.” Ana-
rın əsərində isə belə bir “sövdələşmə” yoxdur. Qaraca çoban xalqın 
təmsilçisi kimi çıxış edir. Qazan xan Qaraca çobanı acılayır, özümə 
nə gəlib ki, mənim evimi sən qurtarırsan, deyir. Ancaq bundan sonra 
dastanda olmayan bir epizod gəlir: “Qaraca çoban onun toz qaldırıb 
getdiyi  dolama  yollara  baxdı,  sonra  özü  də  atlandı.  Qazan  xanın 
dalınca çapdı. Qazan xan onu görmədi. Amma gediyi aşanda Çoban 
birdən dayandı, geri döndü. Uca dağın zirvəsinə qalxdı, atasının və-
siyyət elədiyi kimi iki tonqal çatdı, çaxmaq daşı ilə alışdırdı. Tonqal-
lar alovlandı. Qaraca çoban yenidən Qazanın ardınca çapdı” (2, 
472).
“Dədə Qorqud” dastanında tonqal yandırmaq isə birliyə çağırış-
dır. Anarın əsərinin sonu da tonqal səhnələri ilə bitir.
“...Uzaq bir dağın zirvəsində də üç tonqal alovlanırdı.
...Başqa bir dağın başında da eləcə ...uzaq-uzaq dağların başla-
rında üç-üç tonqallar alovlanırdı.
İnsanlar, dağlar işıqlarıyla bir-birinə hay verirdi” (2, 503).
Anarın əsərində ikinci əsas problem ölüm və həyat problemidir. 
Folklor, mifologiya, etnoqrafiya


108
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Əlbəttə, burada əsas güc və ağırlıq ölüm qarşısında həyat eşqinin 
qüdrətini təsdiq etməyə yönəlir. Əsərdə, lap başlanğıcda çoxlu ölüm-
lər təsvir olunur: “Döyüş meydanının qərib mənzərəsi vardı. İgidlər, 
atlar bir-bir həlak olduqca donub qalırdılar, daşa dönürdülər. Səslər, 
nərələr, at kişnərtiləri də get-gedə azalırdı. Axırda heç kəs qalmadı. 
İndi bütün meydan leş idi, cəsəd idi – daş leş, daş cəsəd.” (2, 416)
Ölümdən qaçan Dədə Qorqud hayana baxırsa, ölüm, itim görür. 
Quşlar  xırdaca  daşlar  kimi  budaqlardan  yerə  tökülür,  ağaclar  bir-
dən-birə  quruyur:  “Dədə  Qorqud  hayana  baxdı,  ölüm  gördü,  əcəl 
gördü.” Anar Dədə Qorqudun kimliyi, şəxsiyyəti və ölümü barədə 
əfsanə və rəvayətlərə üz tutur: O, hər dəfə ölümdən uzaqlaşıb başqa 
bir məkana üz tutur, ancaq hər dəfə ona məzar qazıldığını görür, əv-
vəlcə qara mahud şalvarlı cavan oğlan, sonra qara xəz kürklü sinli 
kişi, ən axırda yarımçılpaq bir qoca. Sonda Dədə Qorqud daha ölüm-
dən qaçmağa özündə hey tapa bilmir. “Ölü quşlar torpağa səpələn-
mişdi.  Otlar,  çiçəklər  yanıb  solmuşdu.  Budaqlar  yarpaqsız,  yalın 
qalmışdı. Elə bil bütün dünya ölümə məhkum olmuşdu. Dövran əcəl 
dövranı, meydan Əzrayıl meydanıydı.” (2, 416)
Bir ilan (yəqin Əzrayıl timsalı) sürünüb Dədə Qorquda yaxın-
laşır, bu an olmasa da, o biri an çalacaqdı. Ancaq bu zaman Dədə 
Qorqud barmaqlarını qopuzun simlərinə çəkir, telləri dilləndirir. İlan 
bu qopuzun sədaları altında qıvrılıb geri çəkilir, sürünüb gedir... Bu-
rada simvolik bir məna var. Bu da həyatın ölüm üzərində qələbəsidir. 
Qopuz çala-çala Dədə Qorqud Oğuz ellərinin xoş günlərini xatırla-
yır.
Anarın əsərinin sonuna müraciət etdikdə həyatın ölüm üzərində 
qələbəsini görürük. Artıq burada ölümdən qaçan Dədə Qorqud yox-
dur – ölümə qalib gələn Dədə Qorqud var.
“Dədə  Qorqud”  kino-dastanında  Anar  sevgi  və  qəhrəmanlıq 
mövzusunu da əsərin əsas problemlərindən birinə çevirmişdir. “Ki-
tabi-Dədə  Qorqud”  dastanında  olduğu  kimi,  Anarın  əsərində  də, 


109
Bamsı Beyrək – Banuçiçək xətti sevgi və qəhrəmanlığın vəhdətini 
əks etdirir. Doğrudur, Anar Bamsı Beyrək və Banuçiçək məhəbbə-
tini əsərində verərkən dastanda olmayan bir sıra əlavə epizodlarla 
gücləndirmişdir.  Lakin  bu  əlavə  epizodlar  heç  də  qeyri-inandırıcı 
görünmür. Beyrək dastanda olduğu kimi, bu əsərdə də, öz sevgisində 
sadiqdir, bu sevgi yolunda neçə il əsirlikdə qalır və bu sevgi yolunda 
da qəhrəmanlıqlar eləyir.
Məlumdur  ki,  Anarın  ssenarisi  əsasında  iki  seriyalı  “Dədə 
Qorqud” filmi də çəkilmişdir. Lakin həmin ssenari əsasən bu kino-
dastan əsasında işlənib. Müəyyən cüzi fərqlər nəzərə çarpdığı üçün 
kino-dastanı təhlil etməyi məqsədəuyğun hesab etdik.
Anar “Kitabi-Dədə Qorqud” dastanlarının təbliği sahəsində çox 
böyük  işlər  görmüşdür.  O,  “Kitabi-Dədə  Qorqud”  ensiklopediya-
sının  yaradıcısı  və  bu  ensiklopediyanın  redaksiya  şurasının  sədri 
olmuşdur.  Ensiklopediyaya  ümummilli  liderimiz  Heydər  Əliyevin 
yazdığı “Milli varlığımızın mötəbər qaynağı” adlı giriş məqaləsində 
Anarın “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqi və təbliği sahə-
sindəki xidmətləri də yüksək qiymətləndirilir: “Məhz “Kitabi-Dədə 
Qorqud”un təbliği baxımından Anarın xidmətlərini xüsusi qeyd et-
mək istəyirəm. Bəlkə də Anar uşaqlar üçün Dədə Qorqud haqqın-
da kitab yazanda, yaxud Qorqudla bağlı başqa kitablarını yazanda 
çoxları bunun nə qədər əhəmiyyətli olduğunu o dərəcədə dərk edə 
bilmirdilər. Amma indi biz artıq öz milli dəyərimizi, köklərimizi, ta-
riximizi  olduğu  kimi  təsvir  etməyə  çalışarkən  vaxtilə  atılmış  belə 
addımların nə qədər qiymətli olduğunu dərk edirik. Mən Anarın bu 
münasibətlə yaratdığı filmi də qiymətləndirirəm. Təqdirəlayiqdir ki, 
“Kitabi-Dədə Qorqud” ensiklopediyasının yaranma ideyası da məhz 
Anara məxsusdur.” (5, 11)
Göründüyü kimi, xalq yazıçısı Anarın “Dədə Qorqud” mövzu-
su istiqamətindəki fəaliyyəti sözün həqiqi mənasında milli-mənəvi 
xidmət örnəyidir. “Kitabi-Dədə Qorqud” eposu Azərbaycan xalqı-
Folklor, mifologiya, etnoqrafiya


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə