D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   33   34   35   36   37   38   39   40   ...   93

117
Leyla Hüseynova,
ADPU-nun Folklorşünaslıq və mifologiya
ixtisası üzrə magistrı 
DASTANLARDA DAĞ OBRAZI
Geniş  və  dərin  epik  ənənəyə  malik  olan  türk  xalqlarının  zən-
gin dastan yaradıcılığı əsrlərdən bəri, türkün keçdiyi qəhrəmanlıqla 
dolu şanlı tarixi bugünki yaddaşımıza daşıyır. Dastan dünyası ilkin 
düşüncə tərzimizin izləri, inanclarımızı, ilkin mifik təfəkkürümüzü 
özündə incə detallarla, yüksək həssaslıqla əks etdirir. Dastanlarımı-
zın əksəriyyətində “dağ” obrazı var və bu özünü müxtəlif aspektlər-
də göstərir. Dağ mifik təfəkkürdə dünya madelinin Ana-Ata struk-
turunda Ana tərəfinə daxildir. Ən qədim türk dastanlarında “dağın 
dünyaya uşaq gətirməsi” motivi də var. “Oğuz kağan” dastanında da 
övladlarından biri məhz Dağ kağandır. Dağa canlı kimi baxılmasının 
ən gözəl nümunələri “Kitabı-Dədə Qorqud” dastanında verilmişdir. 
Dastanın ta ilk boyundan son boyuna kimi dağ bir obraz kimi işlə-
nir. Ögəl bu xüsusda yazırdı: “Oğuz türkləri daş-dağ ruhundan güc 
almalarına dərin inam bəsləmələrinə görə, dağları bir torpaq, daş yı-
ğını kimi deyil, hisslər və duyğularla yoğrulmuş, insanlaşmış varlıq 
kimi düşünmüşlər” (11, 424).
“Kitabi-Dədə Qoprqud” dastanının birinci boyunda Dirsə xanın 
xanımının Qazlıq dağına qarğaması dağların insani duyğularla yaşa-
masına işarədir. Ana Qazlıq dağına bir canlı olaraq qarğış ünvanlayır.
 
“Qazlıq tağı, aqar sənin suların
Aqar ikən, aqmaz olsun.
Bitər sənin otların, Qazlıq tağı
Bitər ikən, bitməz olsun.
Folklor, mifologiya, etnoqrafiya


118
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Qaçar sənin keyiklərin, Qazlıq dağı
Qaçar ikən, qaçmaz olsun” (7, 39).
“Qarğama prosesi Ana ilə Dağ arasında gedir. Bu prosesin se-
mantik dinamikası Anadan Dağa doğrudur. Yəni, bəd dua, mənfi söz 
Anadan çıxır, onu qəbul edən dağdır” (6, 143). Dağ canlı qüvvə kimi 
təsəvvür olunur. O zaman, dağ özü daş, torpaq, qayadan ibarət deyil. 
Onu dağ edən elementlər, axan suları, bitən otları, qaçan keyikləridir. 
Əgər dağın bu elementəri varsa o diridir, yəni vardır. Deməli, oğuz 
epik təfəkküründə dağ canlıdır, onu var edən elementlərə sahibdir. 
Insanı da var edən, nəsli davam etdirən övladlarıdır. Ana övladını 
dağlarda itirdiyinə görə “günahkar dağları” qarğıyır.
“Salur Qazanın evinin yağmalanması boyunda da dağlara canlı 
varlıq, yaradan kimi münasibət açıq-aydın əks olunur. Qaraca çoba-
nın dilindən verilən
“Qarşı yatan qara dağlar,
Qarıyıbdır otu bitməz”
-fikrində də dağ canlı kimi təsvir olunur.
“Bamsı Beyrək boyu”nda isə dağ kult olaraq verilir. Obanın , elin, 
yurdun qara dağa tapınaq yeri olaraq kulta çevrməsi özünü göstərir.
 
“Qarşı yatan qara tağı,
Sorar olsam, yaylaq kimün?
-Qarşı yatan qara tağı sorar olsan,
Ağam Beyrəgin yaylasıdır” (7, 61).
Beyrəyin ölümünü “qarşu yatan qara tağın yıqılubdır” cümləsi 
ilə eyniləşdirmə dağın canlı bilinməsi, nəsilin davam etməsi ilə ek-
vivalentdir. Yəni, Bayburanın nəsli Beyrəklə davam etməli idi, onun 


119
ölüm xəbəri dağın yıxılması, məhv olması deməkdir. Onun sağ oldu-
ğunu Banuçiçək qayınatasına belə çatdırır: “ərğab-ərğab qara dağın 
yıxılmışdı, ucaldı axır” (7, 69).
“Kitabi-Dədə Qorqud” eposunda oğuzların dağdan və onun ru-
hundan güc almaları ilə bağlı olan mifik elementlər qabarıqdır. 8-ci 
boyun sonunda alqış kimi verilən ifadəyə nəzər yetirək. ”Qarlı qara 
tağın yıqılmasun!” (7, 80). Məhz bu alqış-duanın mifik siqləti oğuz-
ların dağla bağlılığının əsasında dayanır. Dağ ruhunun dağı tərk et-
məsi-dağın yıxılmasıdır.
Məhəbbət  dastanlarında  dağlar  sevgilisindən  ayrı  düşən  aşiqin 
ümid yeri, dərd ortağı, vətən əzəməti, yurd simvolu kimi xarekterizə 
olunur. Vətənin gözəlliklərindən bəhs edən aşiq bunu dağların üzə-
rinə köçürür, dağların gözəl çağı onun ürəyini açır, ruhunu oxşayır.
“Hər dağlardan uca Nuhun dağıdı,
Çahar ətraf tamam cənnət bağıdı,
Tülək, tərlan, laçın, quş yığnağıdı,
Sonalar arzular güllərin, dağlar” (1, 183).
Dağlar  ümid  yeri,  pənah  yeridir.  Dara  düşənlər  ondan  kömək 
diləyir,  ona  sığınır.  “Əsli  və  Kərəm”  dastanında  sevgilisinin  yenə 
də ondan uzağa aparıldığını biləndə çarəsiz Kərəm üzünü dağlara 
çevririr, onlardan yardım istəyib bu “ədalətsiz gedişə” dağların yol 
verməməsini ondan acizanə rica edir. Dumanlı dağlar onun ən yaxın 
munisinə çevrilir. Dağlara üzünü çevirib ondan yardım istəmə mif-
lərimizdə,  əfsanələrimizdə  də  var.  Düşməndən  qaçan  gəlinlərimiz 
dağa üz tutur, ona sığınır, dağın bir parçasına çevrilməyi Allahdan 
arzu edir. Dağlar “qayınata” kimi qəbul edilir, möhtərəm uca tutulur. 
”Əsli və Kərəm” dastanında da Kərəm dumanlı dağlaradan bu haq-
sızlığa son verməsini arzulayır.
Folklor, mifologiya, etnoqrafiya


120
DƏDƏ QORQUD ARAŞDIRMALARI
“Xan Əslim Zəngidən fərar eyləyib,
Yol verməyin, başı dumanlı dağlar!
Belə getmiş atası ilə anası,
Yol verməyin, başı dumanlı dağlar!
Uçubdu əlindən bir ağaca maya,
Yol vermiyin, başı dumanlı dağlar!” (2, 16).
Kərəm darda olanda, qürbətdə olanda vətənin havasını dağlardan 
alır, onu düşmənin əlindən xilas etməsini istəyir. Vətəninə çatmasına 
dağlardan hümmət istəyir, qürbət eldə ölmək istəmir. Halının yaman 
olmasından gileylənir. 
“Dağlar, hümmət edin burda qalmayım,
Qalırsam da qürbət eldə ölməyim,
Qarı düşmənlərə möhtac olmayım,
Aman fələk, mənim halım yaman hey!” (2, 62).
Dağlar qonaq qarşılayandı, qonaq yola salandı. O qonağı niyyə-
tinə görə qəbul edir. Qərib Tiflis şəhərinə çatanda borana düşür. Sev-
diklərinin halı dəyişir. O, dağlara müraciətlə aşağıdakı şeiri oxuyur:
“Kimimiz var burda bizi dindirə,
Kimsənə yox halım yara bildirə,
Qorxum budu,tufan bizi öldürə,
Rəsul qala burda yaralı, dağlar” (3, 14).
Dağın rəhmi gəlir, boran sakitləşir. Qərib Tiflisə daxil olur. Das-
tanlarda qəhrəman yurdu tərk edəndə dağlarla sağollaşma bir növ 
vətənlə sağollaşma, halallaşmadır. Sam vətənini tərk edəndə duman, 
çiskin hər tərəfi bürüyür-bu dağların kədərlənməsinə işarədir. Vətə-
nini, dağlarını tərk edib gedən qəhrəmana başqa sözlə küskünlükdür. 
Qəhrəman isə dağlarla vidalaşaraq ona xoş sözlər söyləyib, könlünü 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə