D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   41   42   43   44   45   46   47   48   ...   93

146
DƏDƏ QORQUD ARAŞDIRMALARI
edir. Bu mərhələdə Cavid yaradıcılığına münasibət çox mürəkkəb və 
ziddiyyətli olmuşdur.
İkinci mərhələ 50-ci illərin ortalarından başlayır.Cavid də bir sıra 
repressiya qurbanları kimi bəraət qazanır, üstündən “xalq düşməni” 
damğası silinir. H.Cavidin əsərləri nəşr olunur, yaradıcılığı haqqında 
məqalələr,  monoqrafiyalar  yazılır.  Əlbəttə,  bu  tədqiqatlar  H.Cavid 
yaradıcılığına münasibətin dəyişməsində böyük rol oynayır. Lakin 
bununla yanaşı, Cavidə münasibətdə marksist tənqiddən gələn fikir 
və mülahizələr də yox deyildir. Məsələn, Mehdi Məmmədov “Azə-
ri  dramaturgiyasının  estetik  problemləri”  monoqrafiyasında  yazır: 
“20-ci illərdə Azərbaycan ədəbiyyatında fəal, qızğın bir proses - so-
sialist realizminin təşəkkül prosesi başlandığı zaman H.Cavid sanki 
ikiləşmiş, ikiyə bölünmüş bir yaradıcılıq həyatı ilə yaşayır. Bir tərəf-
dən,  keçmişdə  yazılmış  əsərlərin  gurultulu  müvəffəqiyyəti,  digər 
tərəfdən isə, hazırda yazılan pyeslərin şəksiz müvəffəqiyyətsizliyi. 
Hazırki Cavid indiki Caviddən geri qalır. O yazmaq istəyir və az da 
olsa yazır. Lakin bu dövrün məhsulu olan “Afət” (1922), “Peyğəm-
bər” (1923) və “Topal Teymur”(1926) əsərləri ideya-bədii cəhətdən 
keçmişdə yazılmış “Şeyx Sənan”, “Şeyda”, “İblis”, hətta “Uçurum” 
kimi pyeslərdən qat-qat sönük və zəif yaranır (6, 106). Cavidşünas-
lıqda üçüncü mərhələ heç şübhəsiz, ötən əsrin 90-cı illərindən baş-
layır. Böyük sənətkarın yaradıcılığını təkcə milli ədəbi kontekstdə 
deyil, həm də dünya ədəbi kontekstində araşdırmaq, onun əsərlərin-
dəki fəlsəfi istiqaməti tədqiq etmək, ən başlıcası isə, Cavid sənətinin 
poetikasını açıqlamaq, bu mərhələdə yaranan əsərlərin əsas mövzu-
sunu təşkil edir. 
H.Cavid mənzum dramaturgiyası Azərbaycan ədəbiyyatında yeni 
hadisə idi. Onun mənzum pyesləri ədəbiyyatımızda ənənə yaratdı və 
ondan sonra gələn dramaturqlar bu ənənəni uğurla davam etdirdilər.
Onun hətta mənzum olmayan bəzi tarixi dramları (xüsusən “Topal 
Teymur”)  belə  öz  obrazlar  sistemi  və  poetik  strukturu  ilə  sonrakı 
mənzum tarixi dramlara güclü təsir göstərmişdir.


147
Cavid dramaturgiyası yarandığı gündən tarixlə yoldaşlıq etmiş-
dir. Tarixi məzmun onun əsərlərinin müasirlik keyfiyyətini qətiyyən 
azaltmır. Çünki onun dramaturgiyası əvvəldən sonadək “...öz ədəbi 
janrı, harmoniya və həqiqət axtarışları ilə birlikdə bizim epoxamıza 
da daxil olur və azad, müstəqil, suveren milli şüuru bu gün yenidən 
düşündürməkdə davam edir. Əsrin əvvəlinin-inqilab və intibah döv-
rünün bədii düşüncəsi və fəlsəfi ovqatı olan bu şeir bir də ona görə 
indi də bu qədər müasir səslənə bilir ki, məhz əsrin sonunda tarix 
əsrin əvvəlinə sanki yenidən qayıdır və bizi də Cavidə yenidən qay-
tarır” (4, 316 ).
T.Məmməd  “XX  əsr Azərbaycan  dramaturgiyasının  poetikası” 
monoqrafiyasında “Şeyx Sənan” pyesini sırf sufi mövqeyindən ya-
zılmış bir əsər kimi təhlil edir. Burada qəhrəmanın keçdiyi dərəcələr 
və yetişdiyi son məqam əsərin əsas süjet xəttini təşkil edir. Konflikt 
qəhrəmanın mənəvi yüksəliş xətti ilə dəf olunan nəfsləri arasındadır 
(5, 24).
Birinci dünya müharibəsinin axırlarında - 1918-ci ildə yazdığı 
“İblis” faciəsi də Cavidin mənzum dramaturgiyasında ən parlaq nü-
munələrdən biridir. Yazıldığı tarixə, təsvir etdiyi hadisələrə görə “İb-
lis” müasir əsər idi, ancaq müasirliyi burada, yalnız mövzunun müa-
sirliyində  axtarmaq  düzgün  olmazdı.  Cavid  “İblis”də  müharibəyə 
yeni baxış bucağından yanaşır, onun əsil mahiyyətini ortaya qoyur.
V.Osmanlının “İblis” əsəri ilə bağlı aşağıdakı fikirləri dəyərlidir: 
”Şərqdə  insan  hisslərinin  təlatümünü  böyük  faciə  miqyasında  ro-
mantizm ədəbiyyatına gətirən Cavid və onun “İblis” faciəsi olmuş-
dur. Qeyd etmək lazımdır ki, romantik əsərlərdə müharibə mövzu-
ları çox, vasitə kimi lazım olur.”İblis” əsərində də müharibə vasitə 
xarakteri daşıyır. Mahiyyəti müharibə meydanında meydana çıxan 
insan isə məqsəddir” (7, 87).
H.Cavidin  “Peyğəmbər”  mənzum  dramında  da  o  zaman  ifrat 
meyillər axtarmaq təşəbbüslərinə təsadüf edirik. Halbuki, ateizmin 
hökm sürdüyü, dini təbliğatın yol verilmədiyi bir şəraitdə Cavidin 
Folklor, mifologiya, etnoqrafiya


148
DƏDƏ QORQUD ARAŞDIRMALARI
doğru, düzgün hərəkət etdiyi, öz ideallarına uyğun Peyğəmbər ob-
razı yaratdığını danmaq olmaz. Təbii ki, tarixi Məhəmməd - islam 
dininin banisi haqqında Caviddən əvvəl əsər yazanlar Məhəmmədi 
müxtəlif mövqelərdən təqdim etmişlər. Klassik Azərbaycan ədəbiy-
yatında Məhəmməd Peyğəmbərin obrazı müsbət planda təqdim edi-
lir(yalnız Mirzə Fətəli Axundov istisna olmaqla).
H.Cavidin “Səyavuş” və “Xəyyam” pyeslərinə gəlincə, tənqid-
çilərin əsərlərdə Cavidin görüşlərində tarixə və müasir həyata mü-
nasibətində əmələ gələn yeniliklərdən söz açmaları təbii idi. Tənqi-
dçilər bu əsərlərdə Cavidin dəyişdiyini, yeniləşdiyini onun üsyançı 
kəndli surətlərinə yer verdiyini, şərq zehniyyəti əleyhinə çıxdığını 
göstərir və təqdir edirlər. M.Hüseyn o zaman bu pyes haqqında yaz-
mışdı:”Cavidin  sənəti,  Cavidin  poeziyası  “Səyavuş”  əsərində  də 
bütün qüvvətilə səslənməkdədir. Amma bununla bərabər “Səyavuş” 
yeni keyfiyyətli bir əsərdir. Burada müəllif qismən öz mücərrəd ro-
mantizmini məğlub edərək realizmə yaxınlaşmış, Keykavus sarayı-
nın iç üzünü, bəzəkli pərdələr arxasında gizlənən rəzalətli, əməkçi 
kütlələrin  vəhşicəsinə  istismar  olunmasını,  Turan  xaqanının  yerli 
məmurları əleyhinə qalxan məzlumlar üsyanını, sarayla əməkçi küt-
lələr arasındakı dərin ziddiyyətləri bədii təsvir dərəcəsinə qaldıra bil-
mişdir”.  Beləliklə, Cavidin tarixi mövzuda qələmə aldığı mənzum 
dramları həm tarixi hadisələrə, keçmişə müasirlik işığında diqqəti ilə 
seçilir- tarix və tarixi şəxsiyyətlər bu mənada “müasirləşir”, müasir 
dövrün həqiqətinə yetmək üçün sənətkar idealına xidmət edir - həm 
də tarix yenidən “doğulur”. Cavidin yaratdığı romantik qəhrəmanlar 
həmin fikrin parlaq və dolğun təcəssümünə çevrilirlər. Cavidin mən-
zum tarixi pyeslərində yaranan bu ənənə Azərbaycan dramaturgiya-
sının sonrakı inkişafına da təsirsiz qalmır.
Mənzum tarixi dramın H.Cavid mərhələsi əslində ümumən mən-
zum dramaturgiyanın təşəkkül və ilk inkişaf mərhələsidir. Mənzum 
dram,  xüsusilə  də  mənzum  tarixi  dram Azərbaycan  ədəbiyyatında 
həm bir bədii metod, həm də  ədəbi-fəlsəfi cərəyan kimi romantiz-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə