139
Çapar dramaturqun özünün qoyduğu addır. Xronikal tarixdə belə
bir ad yoxdur. Çapar obrazı əsər boyu öz atını çapır. O, tarixçi, arxeo-
loq və etnoqrafdır. Xronikal dünyadan xəbər verən müdrikdir. Çapar
ağsaqqal məsləhətinə qulaq asır atını irəliyə doğru çapdıqca xeyir və
şər qüvvələrin mövqeyi və adları aydınlaşır: Şahzadənin adının Arta-
bas olduğunu tarixçi Xorenatsi yazır. Ata və oğulun adları lənətlənir.
II Tiqran “Dənizdən-dənizə” iddiası ilə taxt-tacını Pompeyə verir,
onun qulu olduğundan qürur duyduğunu söyləyir. Şahzadə də ata-
sından hökmdarlıq taxtını almaq üçün Roma sərkərdəsinə bələdçilik
edir. Hər iki halda ata və oğul Alban çarına, bütpvlükdə Qafqazlılara
xəyanət edir. Ata II Tiqran xəyanəti “Böyüm Arimaniya” xülyasıdır.
Bu da səbəbsiz deyildir:
“Şah Tiqran
Özünü bənzədir Kirə
Deyir varisiyəm böyük Daranın” (1,233).
Şahzadənin xəyanəti də atasından səltənətin taxtını almaqda
Pompeydən kömək istəməsidir. II Tiqranın Pompeyin görüşünə get-
məsi bugünkü ermənilərin tarixən riyakar, alçaq və şərəfsiz olduğu-
nu göstərib təsdiqləyir.
Ədəbiyyat
1. Həsənzadə.N. “Seçilmiş əsərləri”. 7 cild. Pyeslər. B., 2011.
2. Həsənzadə.N. Haqqında yazılanlar, I kitab. B., 2012.
3. Şəmsizadə N. Azərbaycan ədəbiyyatşünaslığı: mərhələlər və konsepsiyalar.
B., 1997.
4. Şükürov S. N.Həsənzadənin yaradıcılıq yolu. B., 2004.
5. Şükürov S. N.Həsənzadənin dramaturgiyası. B., 2007.
Folklor, mifologiya, etnoqrafiya
140
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Gülnaz Hüseynova,
Azərbaycan Müəllimlər İnstitutunun
Azərbaycan Ədəbiyyatı ixtisası üzrə magistrı
SƏMƏD VURĞUNUN “KOMSOMOL POEMASI”NIN
NƏŞRİ TARİXİ VƏ TEKSTOLOJİ VƏZİYYƏTİ
Səməd Vurğun “Komsomolu” 30-cu illərin başlanğıcından ta
ömrünün axırına qədər uzun bir müddət ərzində yazmışdır. Poe-
manın əsas hissələri 1931-1935-ci illər arasında, “Son mühasirə”
adlanan axırıncı fəsli isə şairin ölümündən bir il əvvəl,1955-ci ildə
yazılmışdır. Əsər ümumiyyətlə tamamlanmamış, pərakəndə halda”-
Kommunist”, “Ədəbiyyat”, “İnqilab və mədəniyyət”, “Gənc bolşe-
vik”, “Şərq qadını”, “Hücum” kimi qəzet və jurnallarda dərc olun-
muşdur.
Əsər toplu halda müəllifin əlində olmadığı üçün, 1935-ci ildən
sonra bu mövzudan ayrılan şair, əsərə yenidən qayıdıb onu tamamla-
ya bilmirdi. Bu işdə “Komsomol poeması” mövzusunda namizədlik
dissertasiyası müdafiə etmiş Sadıq Şükürovun təşəbbüs və zəhmətini
xüsusilə qeyd etmək lazımdır. O, ayrı-ayrı qəzet və jurnallarda çap
olunmuş parçaların çoxunu toplayıb müəllifə təqdim etmişdir. Buna
baxmayaraq poemanın parçalarının hamısı tapılmış, toplanmışdır
demək çətindir. Ola bilsin ki, yenə də ələ keçməmiş parçalar qal-
mışdır.
Səməd Vurğun uzun fasilədən sonra “Komsomol poeması”nın
üstünə 1956-cı ildə qayıtmışdır. Şair əsərə yenidən baxmış, bəzi fə-
sillər arasında məntiqi əlaqə yaratmış, parçalarda təsadüf edilən dil,
ifadə qüsurlarını təshih etmiş və “Son mühasirə” adlanan fəsli yaz-
mışdır. Şair əsərin son fəslini İstisu yaylağında istirahət etdiyi zaman
yazmağa başlamışdır.
141
Bəxtiyar Vahabzadə qeyd edirdi: “Səməd Vurğun bir çox söhbət-
lərində, çıxış və nitqlərində , hətta bəzi şeirlərində də bu böyük əsəri
yarımçıq qoyduğuna təəssüflənir və bu əsərə yenidən qayıdacağını
vəd edirdi” (1, s. 74). Bu baxımdan şairin “Bizim gəncliyə” adlı şei-
rindən misal gətirilən aşağıdakı parça səciyyəvidir:
Bizim gənclik bəsləmişdir, böyütmüşdür aslanları
Bu gəncliyin gözlərindən oxuyuruq ilk baharı.
Bu gün könlüm dərdə düşdü,könül sordu, noldu şair,
Qurtarmadı komsomolun qəhrəmanlıq dastanları.
Səməd Vurğun bu şeirdə “Komsomol poeması”nı bu vaxta qədər
qurtara bilmədiyinə görə, özünü məzəmmət edir və bundan narahat
olduğunu bildirirdi.
Əsərin “Son mühasirə” adlanan sonuncu fəsli 1955-ci ilin son-
larında yazılsa da bir çox fəsillər, obrazlar natamam, bəzi hadisələr
yarımçıq qaldı, bəzi fəsillər arasında məntiqi əlaqə yaranmadı. Lakin
əsərdə əsas xətt - Gəray bəy - Cəlal - Humay xətti başa çatdırılmışdır.
Səməd Vurğunun oxucuları “Komsomol poeması”nı maraq-
la izləyir, onun nəşrini səbirsizliklə gözləyirdilər. Osman Sarıvəlli
qeyd edirdi:”Hörmətli şair! Komsomol poeması indi nə haldadır?”,
“Komsomol poeması”nı nə zaman bitirəcəksiniz?”, “Bəxtiyarın,
Gəray bəyin taleyi sonra necə olur?”kimi suallar görüşlərdə Səməd
Vurğuna verilən, ən çox təkrar edilən suallar idi (3, s. 97).
“Komsomol poeması”nın 88 misralıq bir parçası ilk dəfə 1932-
ci ildə “Gənc bolşevik” jurnalının 7-8-ci nömrələrində nəşr edilmiş,
sonra bu parçanın yenidən işlənilmiş variantı “İnqilab və mədəniy-
yətin” 10-12-ci nömrələrində çap olunmuşdur. Bu nömrədə dərc
olunmuş “Təslim” parçasında qolçomaq Soltanın poemanın qəh-
rəmanı Bəxtiyara və onun yoldaşı Cəlala təslim olduğu göstərilir.
“Gənc bolşevik” jurnalında çap olunmuş hissə ilə “İnqilab və mədə-
Folklor, mifologiya, etnoqrafiya
142
DƏDƏ QORQUD ARAŞDIRMALARI
niyyət” jurnalında çap olunmuş hissə arasında 92 misra fərq vardır.
Poemanın “Sarı Şəmistan” hissəsi də elə həmin ilin noyabr ayında
“Hücum” jurnalının 11-ci nömrəsində çıxmışdır.
“Komsomol poeması”nın “Qanlı çadır” hisssəsi mətbuat sə-
hifələrində daha cox çap edilmişdir. Bu hissə ilk dəfə 1935-ci ilin
yanvar ayında “Gənc bolşevik” jurnalında, bir neçə ay sonra “Gənc
işçi”(1935-ci il, 26 aprel) qəzetində, “İnqilab və mədəniyyət” (1935,
sayı 5) jurnalında, 1935-ci il iyunun 6-da yenidən “Gənc işçi” qəze-
tində və sair yerlərdə müxtəlif dəyişikliklərlə dərc olunmuşdur.
Sadıq Şükürov qeyd edir ki, “Şair Osman Sarıvəlli 1932-ci ildə
“İnqilab və mədəniyyət” jurnalının 10-12-ci nömrəsində “Təslim”
adı altında “Kürün sahilində var əski bir köy” misrası ilə başlayan
37 beytdən ibarət, tam bir lövhəni əks etdirən hissədən 20 misra gö-
türərək ədəbiyyatşünas Atababa Musaxanlının Səməd Vurğunun ya-
radıcılığına həsr etdiyi “Böyüyən şair” adlı məqaləsindəki misralarla
birləşdirmiş və sonra bu hissəni “Sahildə” adlandırmışdır. Belə bir
vəziyyət poemanın “Təslim” hissəsində natamamlığa səbəb olmuş-
dur” (4, s. 215).
Poemanın vaxtı ilə çap olunmuş hissələri tamam toplanılmamış-
dır. Təəssüf ki, bunlar da poemanın 1958-ci il nəşrinə salınmamışdır.
Belə ki, şair 1934-cü ildə “Ədəbiyyat qəzeti”nin 4-cü nömrəsində
çap etdirdiyi məqaləsində
Belə getsə bu güzəran,
Əllərimdə donmasa qan,
Papaq mənə haram olsun!
misralarını Gəray bəyin tipik mülkədar olduğunu bildirmək üçün iş-
lətmişdir. Lakin bu misralarda poemanın yeni nəşrində yoxdur.
Poemanın Osman Sarıvəlli tərəfindən 1959-cu ildə tapılmış “Ba-
har eşqi ilə.....” hissəsi də kitaba daxil edilməmişdir. Şair Osman
Dostları ilə paylaş: |