128
DƏDƏ QORQUD ARAŞDIRMALARI
külək söyüd ağaclarının boynunun qucaqlayıb yeni göyərmiş yar-
paqların dodaqlarından öpür, onu nazlandırır, təbiətin ipək köynəyi-
nin ruh oxşayıcı xışıltısını küçələrə dağıdırdı” [4 , 12]. Bu cümlədə
təbiət təsviri müəllifin qələmə aldığı hadisələrlə üzvi surətdə bağlı-
dır.
Müəllif bəzən bu və ya başqa surətin psixologiyasını açıqlayan
zaman təbiət təsvirlərindən istifadə edir və uyğun təşbehlər işlədir.
Mahrunun küskün vəziyyətinin “iyul günəşindən solan qızılgülün
yarpağına” bənzədilməsi bu qəbildəndir.
Əsərdə qədim Təbrizin həssas, dəqiq, eyni zamanda bədii təsviri
yazıçının sənətkarıq məharətindən xəbər verir. Yazıçı kənardan can-
sıxıcı divarlarla, cəmiyyətdən ayrılmış evlərin içərisində başqa aləm
hökm sürdüyünü göstərmək üçün Ninanın dili ilə: “Şərq evlərinin
içərisi dışarısından yüz faiz gözəldir”-deməklə bu fikri təsdiqləyir
[4,11]. Təbrizdəki kübar ailələrin mənzillərini bədii dillə canlandı-
ran böyük ədib təkcə romanını deyil, Azərbaycan xalqının milli mə-
dəniyyətini də öz romanı ilə birlikdə əbədiləşdirmişdir.
Ədəbiyyat
1. Axundlu Y. Azərbaycan tarixi romanı: Mərhələlər,problemlər. Bakı: Adi-
loğlu nəşriyyatı, 2005.
2. Vəzirova F. Məmməd Səid Ordubadi. Bakı, Elm, 1972.
3. Ordubadi M.S. Dumanlı Təbriz. Roman. (I-II hissə ) Bakı, Yazıçı,1985.
4. Ordubadi M.S.Dumanlı Təbriz. Roman. İkinci kitab. Bakı,Yazıçı, 1985.
Резюме
Гамар Ёлчуева
В статье анализируется характеристика художественного мастерства
романа “Туманный Тебриз” известного писателя М. С. Ордубади.
Исследователь делает вывод, что исторический роман автора считается
ценным не только с точки зрения тематики и выдвигаемой проблемы, но
129
и с точки зрения художественного мастерства языка, литературы и стиля.
В статье конкретными примерами указываются характерные признаки
творчества Ордубади, высказывания о его личном стиле, о способности
создавать образ, его мастерстве использования средства художественного
описания и о способе литературного выражения.
Ключевые слова: роман, язык художественной литературы, диалект,
народный язык, пейзаж, портрет.
Summary
Qamar Yolchuyeva
The article analyzes of the characteristics of artistic craftsmanship of the
novel Ordubadi “Foggy Tabriz” by a famous writer Ordubadi
The researcher concludes that the author’s historical novel is not considered
valuable only for the topic, but also for the artistic mastery of the language, the
literature in terms of style.
Ordubadi personal style, which is the characteristic points for his ability to
create an image of the original description of the functions and the use of specific
examples of literary art on the basis of opinions.
Keywords: novel, literary language,dialect, popular language, landscape pa-
inting, portrait.
Folklor, mifologiya, etnoqrafiya
130
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Nərgiz Mirzəzadə,
Azərbaycan Müəllimlər İnstitutunun
Azərbaycan Ədəbiyyatı ixtisası üzrə magistrı
HƏMİD NİTQİNİN POEZİYASI
Həmid Nitqi müasir Cənub poeziyasında öz səsi və yaradıcılıq
üslubu olan şairlərindən biridir. Bu sima və üslubu müəyyənləşdir-
məkdə görünür onun Türkiyədə keçən təhsil illərinin də təsiri olmuş-
dur. O, daha çox sərbəst vəznə rəğbər bəsləyir. Bu formanın özün-
də də vətəndə olan həmkarlarından fərqlənir. Bir şair kimi başlıca
olaraq obyektiv varlıq və hadisələrin daha çox mənəvi cəhətlərinin
bədii izahını verməyə meyl göstərir. Təbii ki, tərənnüm ahənginin
bütün axarları müasiri olan insanların həyat və talelərinin işıqlandır-
mağa yönəlir.
İlk baxışda sadəcə olaraq ilin fəsillərindən biri hesab edilən qış
şairin tərənnümündə adamların və cəmiyyətin həyatında baş verən
bir köklü hadisə kimi təqdim edilir. Mövzunu “Qara qış” başlığı al-
tında təqdim etməsi özü həyata baxışının bir əlaməti kimi səslənir.
Söz yox ki, bu,şeirdə də təbiət hadisələrini zəif bir müşahidə qabi-
liyyəti duyulur. Müəllif qışın gəlməsi ilə təbiətin ümumi mənzərə-
sində yaranan dəyişiklikləri bir sənatkar duyumu ilə müşahidə edir.
Bağçalarda güllərin solmasından, yarpaqların xəzələ dönməsindən,
hətta günəşin rənginin saralmasından sanki həzin bir musiqi dili ilə
söhbət açır. Lakin yaratdığı tablo fonunda şairin oxucuları ilə başqa
mətləblər barədə də söz-söhbəti vardır. O, məhz ictimai şərait çərçi-
vəsində qışın gəlməsi ilə könüllərin yetim qalmasından, ümidlərin
qırılmasından, ürəklərin tutulmasından söz açır.
Qalmadı bağdan əsər,
Zəhmətlər oldu hədər.
131
Söndü bir-bir ümidlər−
Ürəyimiz qaraldı. ( 4, 36 )
Sənət və sənətkar üçün bəlkə də ən ümdə keyfiyyət başqa sözlə
gözəllik hesasb edilə biləcək bir cəhət Nitqinin yaradıcılığında qa-
barıq şəkildə özünü göstərməkdədir. Bu da sənətin əzəli və əbədi
qanunlarına hörmət etməklə bərabər, öz yolu ilə getmək məsələsidir.
Onun sənət dünyasında bu fikir çox güclü səslənir: əgər sənətkar yal-
nız özünə qədər salınmış cığırla getsə, onda şerin ömür yolu hardasa
qırılar, ondan ancaq bir ilğım qalardı.
İlk baxışda Nitqinin şeirlərində tərənnüm obyekti kimi alınmış
həyat həqiqətlərində sanki bir dəmir soyuqluğu vardır. Fəqət, bu şe-
irlərin daxili aləminə yol tapdıqda hadisə və insanlara isti bir mü-
nasibət olduğu nəzərdən yayınmır. Həm də belə hallarda damlada
dəryanın təqdimi xüsusi razılıq hissi doğurur ( 3, 8 ).
Uca dağın köksündə, uçuq bir daxmada yerləşmiş çayxanaya
yolu düşən şairin hər şeydən artıq divardan asılmış saz nəzərini cəlb
edir. Toz basmış, unudulmuş saz. Adətən dil-dil ötən bu “nəğməka-
rın” pərişan halı onu düşündürür. Bu hal nə üçündür! O, susmuşmu!
Susdurulmuşmu! Koroğlunun qılınc vurub at oynatdığı hünər mey-
danlarında dəlilərlə bir sırada vuruşan bu “dəliqanlıya” nə gəlmiş-
dir! O,sazın kimə məxsus olması ilə maraqlanır. Bu sorğu-suallar
şairi çox uğurlu bir aləmə aparıb çıxarır. Bu, el-obanın bütün həyatı
sorağında olduğu bir aləmdir. Qaranlıqlar arxasından boylanan Dan
ulduzlu bir Sabah:
Qurtuldum boğazımı sıxan pəncədən bir an,
Dan Ulduzu görsəndi gecənin arxasından... ( 4, 30 ).
Yuxarıda xatırlatdıq ki, Həmid Nitqi yüksək fikir və ideallar sa-
hibi olmuş Şeyx Məhəmməd Xiyabani qətlə yetirilən gün dünyaya
Folklor, mifologiya, etnoqrafiya
Dostları ilə paylaş: |