169
Onomastika, Dialektologiya, Etimologiya
şikliklə irmaq formasında “Dastani-Əhməd Hərami” poemasında da
işlənir. Eyni zamanda, hər iki abidədə irmaq sözü ilə eyni mənşədən
olan ir(mək), iriş(mək), iraq sözləri işlənir. Bundan başqa, “Kita-
bi-Dədə Qorqud”da irgür(mək), “Dastani-Əhməd Hərami” poema-
sında isə iral(maq) sözləri işlənmişdir. Nümunələrə diqqət yetirək:
Qova-qova könül dünyaya irdi (23, s. 20); İrərlər İsfəhan şəhrinə
bir gün (23, s. 60); Məgər mədəd irişə Mustafadan (23, s. 21); Çün
axşam irişbən gün tolundu (23, s. 41); Anın hikmətlərinə əql irişməz
(23, s. 19); Ol ucdan mənzilə irəməyəvüz (23, s. 31); Nə zahirdir o
kim gözdən iralmaz (23, s. 20); Boğuldum qaldım uş irmağ için-
də. (23, s. 65) Qeyd etmək lazımdır ki, bu sözlərin kökü ir(mək)
müstəqil feli, hətta məsələyə bir qədər də dərindən yanaşsaq, ir sink-
retik söz köküdür. (5)
Hər iki abidədə ir(mək), iriş(mək), irgür(mək) sözləri “çatmaq”,
“qovuşmaq” mənalarında işlənmişdir. Qeyd etmək lazımdır ki, ir
kökü qədim sinkretik söz köküdür və müasir dilimizin lüğət tərki-
bində bu söz y(er) ismində, iri sifətində, irəli, iraq zərflərində, y(er)
imək, yüy(ür)mək fellərində, həmçinin bu nitq hissələrindən yara-
nan bütün söz, söz birləşmələri və ifadələrdə öz izlərini qoruyub sax-
lamışdır.
Poemada işlənən iral(maq) sözü isə fel olaraq “ayrılmaq” mə-
nasını ifadə etmişdir. Yaxud hər iki abidədə “uzaq” mənasını ifadə
edən iraq//ıraq sözü mövcuddur. Qeyd etmək lazımdır ki, hər iki söz
eyni mənşəlidir və ir sinkretik kökü ilə əlaqədardır. Burada bir cəhət
diqqətimizi cəlb edir. İral(maq) feli və iraq zərfi ir(mək) felinə -al və
-aq şəkilçilərinin artırılması ilə ona əks mənalı sözlər kimi yaranmış-
dır. Müqayisə edək: İr (çat, qovuş) + al (şəkilçi) = iral (ayrıl), yaxud
ir (çat, qovuş) + aq (şəkilçi) = iraq (uzaq).
İr kökü ilə eyni mənşədən olan irmaq//ırmaq sözünü isə etimoloji
baxımdan bu cür izah edə bilərik: Yuxarıda qeyd etdiyimiz kimi ir
sinkretik söz kökü olaraq tarixən “çatmaq”, “qovuşmaq”, “ayrılmaq”
170
DƏDƏ QORQUD ARAŞDIRMALARI
mənalarını öz semantik tutumunda ehtiva etmişdir. İrmaq//ırmaq sö-
zündə ir sinkretik söz kökünün məhz birinci əsas mənası - “çatmaq”,
“qovuşmaq” mənası öz izlərini qoruyub saxlamışdır. Müqayisə
edək: İrmaq//ırmaq – çatan, qovuşan, axan, dənizə tökülən su, çay.
Məlumdur ki, axmaq, tökülmək kimi çatmaq, qovuşmaq xüsusiyyət-
ləri də suya aiddir.
“Kitabi-Dədə Qorqud”da diqqəti cəlb edən sözlərdən biri də ay-
maq felidir. Bu söz də tarixi kökləri etibarilə qədim olmaqla ay sink-
retik söz kökündən törəmişdir. Qeyd etmək lazımdır ki, aymaq feli
dastanda olduqca aktiv işləkliyi olan qədim söz – fel kimi çıxış edir.
Qədim yazılı qaynaqlarımızdan biri olan “Kitabi-Dədə Qorqud”
dastanında bu söz kökü “demək” mənasını ifadə edən ayıtmaq for-
masında işlənmişdir. Məsələn: Qorqut ata ayıtdı: “Axır zamanda
xanlıq gerü - Qayıya dəgə, kimsənə əllərindən almaya axır zaman
olub qiyamət qopınca” (14, s. 19); Ayıtdılar: “Xanım, bu gün Ba-
yındır xandan buyruq şöylədir kim, oğlı-qızı olmayanı Tanrı Taala
qarğayıbdır, biz dəxi qarğarız, demişdir” – dedilər (14, s. 25). Bu
söz kökü eposda bir çox hallarda aydır formasında da işlənmişdir.
Məsələn: Dirsə xan yerindən uru durdı, aydır: “Qalqubanı, yigitlə-
rim, yerünizdən uru durun, bu qərayib bana ya bəndəndir, ya xatun-
dandır”, - dedi (14, s. 25).
Aymaq feli “Dastani-Əhməd Hərami” poemasında da eyni dərə-
cədə aktiv işləkliyə malikdir. Poemada bu fel aytdı, ayıtdı, aydır, ay-
dun, aydın, aydam kimi bir çox formalarda işlənmişdir. Nümunələrə
diqqət yetirək: Aytdı kətxuda danla gələyin (23, s. 41); Aytdı: nə
əcəb söz söylədiniz (23, s. 47); Ayıtdı (kim) əgər diri qalırsam (23,
s. 58); Sevindi, aydır; imdi neyləyəlim (23, s. 45); Şəhənşah aydir
kim dəstur verəyim (23, s. 58); Nə deyisər bizi, aydun eşidən (23, s.
70); Güləfrux aydın: ana, göstər anı (23, s. 80); Nə aydam ki, necə
düzdilər anı (23, s. 96)
“Kitabi–Dədə Qorqud”un lüğət tərkibi özünün zənginliyi ilə se-
171
Onomastika, Dialektologiya, Etimologiya
çilir. Dastan dilinin leksikasını təşkil edən sözlərin bəzilərinin kökü
şəffaf olsa da, bəzilərində kök və şəkilçinin sərhəddini müəyyənləş-
dirmək çox çətindir. Eyni asemantik kök bir пеçə sözdə müşahidə
olunur” (5, s. 113). “Kitabi-Dədə Qorqud”da işlədilən belə sözlərdən
biri də “söz-söhbət”, “şayiə” mənalarını ifadə edən və aymaq sözü ilə
mənşə etibarilə bağlı olan aydına sözüdür. Nümunəyə diqqət yetirək:
ulu-kiçi qalmaya, - söz aydına, qarı-qoca qalmaya, - qu aydına. (14,
s.. 111). Fakt göz önündədir: Aydına sözü bizə belə deməyə əsas ve-
rir ki, həmin sözün əsasında ay sinkretik kökü və onun “danışmaq”,
“səs çıxartmaq” mənası dayanır. Lakin bu gün nə ədəbi dili¬mizin
lüğət tərkibində, nə dialekt və şivələrimizdə, nə ümumtürk yazılı
abidələrində, nə də qohum türk dillərində bu sözə eyni anlamda rast
gəlmirik. Buradan belə bir nəticəyə gəlirik ki, ay sinkretik kökünün
“söz-söhbət”, “şayiə” mənası yalnız yazılı abidələrimizdə öz izini
qoruyub saxlamışdır. Bu da yəqin ki, dilimizin türk dillər ailəsindən
fərqlənən özünəməxsus, spesifik cəhətidir, sözyaratma vasitəsidir.
Lakin bu fakt eyni zamanda onu göstərir ki, aydına sözü ortaq türk
dilinə məxsus olan ay sinkretik kökünü özündə qoruyub saxlamışdır.
Maraqlı faktlardan biri də budur ki, bu gün dilimizin lüğət tər-
kibində “deyişmək”, “höcətləşmək” mənalarını ifadə edən atışmaq
felinə yazılı qaynaqlarımızda aytışmaq formasında rast gəlirik.
Məsələn, “Kitabi-Dədə Qorqud”un lüğət tərkibində “deyişmək”,
“höcətləşmək” mənalarını ifadə edən aytışmaq feli mövcuddur. Bu
gün dilimizin lüğət tərkibində işlənən atışmaq sözünün mənaları isə
Azərbaycan dilinin izahlı lüğətində aşağıdakı kimi izah edilmişdir:
Atışmaq qarş. 1. Qarşı-qarşıya durub, bir-birinə güllə atmaq. [Mah-
mud] Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır
(Ə.Haqverdiyev). Adamlar həmişə qorxurdular ki, bu saat [qoçu-
lar] аtışacaq və arada yoldan keçən təqsirsiz adamlara güllə dəyə-
cək (H.Sarabski). // Vuruşmaq (odlu silahla). Midhət nəinki yaxşı
və məharətlə uçmağı, bəlkə düşmən təyyarələri ilə sərrast atışmağı
Dostları ilə paylaş: |