D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   55   56   57   58   59   60   61   62   ...   93

195
Onomastika, Dialektologiya, Etimologiya
Burada birinci sözün ilk hecasındakı saitdən sonra gələn hissə 
düşür və birinci qısaldılmış söz yerinə görə p, m, s, r ünsürlərindən 
birini qəbul edərək bütöv bir vahidə çevrilir. 
Mürəkkəb sifətlər: “Kitabi-Dədə Qorqud” dastanında 
Açuq-açuq meydana 
   
bənzər səniñ alıncuğuñ (1, s. 65)
Böyük-böyük suların köprüsü ağac (1, s. 46)
Say. Əsas nitq hissələrindən biri olan saya biz hər iki əsərdə çox 
rast gəlirik. Bildiyimiz kimi say bir sıra cəhətlərinə görə sifətlə eyni 
xətdə birləşir. Türk dillərində sayların təkamülü kimi məsələlər ge-
niş və sistemli şəkildə araşdırılmışdır. Bu sahə ilə bağlı V.A.Qord-
levski,  S.Y.Malov,  B,Çobanzadə,  A.Əlizadə,  R.Xəlilov,  F.Cəlilov, 
M.Qıpçaq  və  başqa  alimlərin  tədqiqatları  xüsusilə  qiymətləndiri-
lir. Onu da qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanı və “Das-
tani-Əhməd Hərami” poemasının dilində işlənən miqdar saylarının 
bir  qismi  müasir Azərbaycan  ədəbi  dilinin  qrammatikasında  eyni 
ilə işlənməkdədir və bir, üç, beş, on, otuz, yüz, altı, altmış, yetmiş 
şəklində rast gəlinır. Müasir Azərbaycan dilində işlənən əlli, səksən 
miqdar sayları ən azı “Kitabi-Dədə Qorqud” dastanı dövründə sabit-
ləşmişdir. Üç yüz yigidi yanına  bıraqdı, meydana vardı. (1, s. 117)  
“Dastani-Əhməd Hərami” poemasında
Doquz kişi yatır, başı kəsilmiş.
Qılıcları sınıb yayı yasılmış. (2, s. 35)
“Kitabi-Dədə Qorqud” dastanında otuzluq say sisteminə də təsa-
düf edilir.  Üç otuz on (3x30+10=100), on otuz on (10x30+10=310) 
Bu  cür  saylara    “Kitabi-Dədə  Qorqud”  dastanının  ancaq  müqəd-
diməsində rast gəlinir. 


196
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Gerçəklərin üç otuz on yaşına doldursa yeg!
On otuz on yaşıñız dolsun. (1, s. 20)
Ə.Dəmirçizadə isə yazır: ”Bu sistemə görə otuzdan artıq bütöv 
say görünür bir qayda olaraq otuz üzərinə əlavə olunan on sayı ilə, 
60 isə “iki otuz”, 90 sayı “üç otuz” və sairə kimi də edilibmiş” (3, 
s. 81) 
Bu say sistemi quruluş etibarı ilə onluq və iyirmilik say siste-
minə çox oxşayır. Güman etmək olar ki, vaxtilə belə bir otuzluq say 
sistemi türk dillərinin hansında isə geniş dairədə işlənmişdir. Bu say 
sisteminə biz “Dastani-Əhməd Hərami” poemasında rast gəlmədik. 
“Kitabi-Dədə  Qorqud”  dastanındakı  saylarda  biz  şəkilçi  ixtisarına 
da rast gəlirik. Bir sordı, olanca südin aldı. İki sordı, qanın aldı. Üç 
sordı  canın  aldı.  (1,  s.  126)  Bu  cümlələrdə  sıra  say  şəkilçisi  olan 
-ıncı
4
 şəkilçisinin ixtisarını görürük. Beyrək üç öpdi, bir dişlədi. (1, 
s. 57) Bu cümlədə isə dəfə sözünün ixtisarını görürük. Araşdırmalar-
dan o da aydın olur ki, hər iki əsərdə qeyri-müəyyən miqdar sayları 
demək olar ki, eyniyyət təşkil edir. Bir ağacı yerindən qopardı, atub 
əlli-altmış adam həlak etdi. (1, s. 126). Mən Qazanın nemətini çoq 
yemişəm.(1, s. 166)
Bir-iki gün qərar etdi oturdu, 
Görün fikrində nə nəsnə bitirdi. (2, s. 57)
Hər ayağında birər qul oturur.
Əlində qılıcı hərbə götürür. (2, s. 97)
Burada birər (bir-bir– Ə.C.) qeyri-müəyyən say işlənmişdir.
Əvəzlik.  Hər  iki  əsərin  qrammatikasında  olan  əvəzliklərdə 
demək olar ki, ortaq xüsusiyyətlər çoxdur. Əvəzlik latın sözü  olan 
“pronomten” sözündəndir və adın əvəzi mənasını verir. I şəxs təki. 
Mən Qazanın nemətini çoq yemişəm.  (1, s. 166). Yönlük halda: Hey 
Dirsə xan baña qəzəb etmə. (1, s. 26) Çıxışlıq halda: “Oğul, qız gör-


197
Onomastika, Dialektologiya, Etimologiya
mək səndən, mal-rizq vermək bəndən!” (1, s. 104) “Dastani-Əhməd 
Hərami” poemasında isə çox yerdə bən şəklində tələffüz olunur.
Bən axirətlik səni qardaş edindim,
Gönüldən yarü həm yoldaş edindim.(2, s. 73)
Bənə kərəm buyur bundan gedəyim
Zavallı başıma dərman edəyim.(2, s. 74)
II şəxsin təki ancaq yönlük halda saña şəklində işlənir. “Bu ya-
radan  saña  ölüm  yoqdur;  dağ  çiçəgi,  anañ  südü  saña  məlhəmdir” 
(1, s. 33). “Dastani-Əhməd Hərami” poemasında isə bu “sən” kimi 
yazılmışdır. III şəxsin təki olan “o” əvəzliyi “ol” şəklində. Bən qa-
raquç atımı binmədən ol binmiş ola. (1, s. 104) Bundan başqa o şəxs 
əvəzliyi hər iki əsərdə yiyəlik, yönlük və təsirlik hallarında, “anın”, 
“ana”, “anı” şəklində işlənir. Anın kibinin xanım bəbəkləri bitməsin. 
(1, s. 23)  “Dastani-Əhməd Hərami” poemasında
O şəhrin kədxudası dəxi belə, 
Bezestan kədxudası anın ilə (2, s. 39)
Qamu atlandı ana qarşı getdi (2, s. 38)
O+nun+üçün=anunçun. Oğul anunçün yağı derlər ki, (1, s. 81) 
O şəxs əvəzliyi cəm şəkilçisi ilə o+lar=anlar şəklində. Biz anlara 
yetsəvüz öldürəriz. Anlar bizə yetsə öldürər. (1, s. 81) 
Qayıdış əvəzliyi. Üçüncidə kəndüyə (özünə – Ə.C.) zərb eylə-
di, qatı toldı. (1, s. 33) Burada əvəzlik yənlük halda fərqli tələffüz 
olunmuşdur. Beyrək aşağı baqdı, kəndözin (özü-özünü – Ə.C.) yer 
yüzündə gördi. (1, s. 65) 
Çu yaxdı hicr oduna kəndözini,
Həqə ismarladı ol dəm özünü.(2, s. 56)


198
DƏDƏ QORQUD ARAŞDIRMALARI
İşarə əvəzliyi: Mən muna bitəkəllüf yapışmayım. (1, s. 79) Ogu-
zun ol kişi tamam bilicisiydi. (1, s. 19) Gəlin varalım şol yigidi tu-
tub gətirəlim. (1, s. 99) “Dastani-Əhməd Hərami”də Şol ulu xoca 
ki, gəlmişdi bunda. (1, s. 47). Böylə oğul maña gərəkməz! (1, s. 29) 
Beyrəgi Qara Dərvənddə öldürmişlər uş da nişanı. (1, s. 62) Bu nü-
munələrdə əvəzliklərin fərqli tələffüz edildiyini gördük. Muna-buna, 
ol-o, şol-o, böylə-belə, uş-bu və s. “Dastani-Əhməd Hərami” poe-
masında da işarə əvəzliyinin işlənmə fərqini görürük.
Görün imdi bənə netdi zəmanə,
Əlimi aldı uş atdı yabanə. (2, s. 65)
Dedi şu xoca eşqibana düşdü (2, s.44)
Sual əvəzlikləri: Qaçan sən məni alub kafər sərhəddinə çıqar-
dın? (1, s. 79) “Dastani-Əhməd Hərami” poemasının 
Qaçan kim ol döşək vaxtı olurdu.
Donanırdı ol işə qız gəlirdi. (2, s. 56)
Kimin ki oğlu, qızı yoq, qara otağa qondırı (1, s. 34) Niyə məna-
sında, nə sual əvəzliyi.
Qadın ana! Qarşum alıb, nə böyrərsən?
Nə bozlarsan, nə  ağlarsan? (1, s. 45)
Tañrı-təala bizə bir yetman oğul verməz,
   
 
 
nədəndir? (1, s. 25)
Mərə ozan, nerəyə gedərtsən? (1, s. 66)
Qanda gəzərdin nerədəydin? (1, s. 42)
Qanı dediyin bəy ərənlər?  (1, s. 51) 
A bəglər oğlan qancaru getdi? (1, s. 84) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə