D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   63   64   65   66   67   68   69   70   ...   93

222
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Bəydili oykonimi. Azərbaycan ərazisindəki etnik toponimlərin 
bir qismi də qədim oğuzların qəbilə və tayfa adları ilə səsləşir. Ə.Hü-
seynzadəyə görə, Azərbaycan toponimiyasında 24 oğuz qəbiləsindən 
11-nin adı qalmışdır. Bunlardan biri də Begdilidir. Q.Qeybullayev 
isə Azərbaycan toponimiyasında əks olunan qədim oğuz qəbilələrin-
dən 17-sinin adını çəkir. Həmin adlar sırasında Begdili adı da var-
dır (4. 116 ). 24 əsas türk tayfasından biri hesab edilən Bəydililər 
Biləsuvarda qədimdən yaşayırlar. X – XII əsrlərdə yaşamış səlcuq 
oğuzlarının Bəydili tayfasının adını əks etdirir. “Azərbaycan Sovet 
Ensiklopediyası”nın II cildində yazılmışdır: “Bəydililər – türkdilli 
tayfa Oğuz tayfalarından olmuşlar. Orta əsrlərdə digər türkdilli tay-
falarla birlikdə Orta Asiyadan Azərbaycana və Yaxın Şərq ölkələrinə 
də gəlmişlər.
Azərbaycanda  qalan  bəydililər  öz  adlarını  olduğu  kimi  saxla-
mışlar.  Digər  türkdilli  tayfalarla  yanaşı,  Səfəvilər  dövlətinin  icti-
mai-siyasi həyatında bəydililər də fəal iştirak etmişlər. I Şah Abbas 
dövründə Bəydililərin bir hissəsi Girmana və Şiraza köçürülmüşdü. 
Hazırda bəydililər əsasən İran Azərbaycanında, həmçinin Şiraz ətra-
fında, qismən də Girmanda yaşayırlar. Azərbaycan SSR-nin Yevlax 
və Salyan rayonlarındakı Bəydili kəndlərinin adı ehtimal ki, Bəydi-
lilərlə əlaqədardır” (1. 165 ). Y.Türkelin yazdıqlarına görə, “Ə.Yazı-
çıoğlu Bəydilini “Bəylərin sözü əzizdir”, İ.N.Berezin “Böyüklərtək 
hörmətli”,  Əbül  Qazi  “Onun  dili  hörmətlidir”  kimi  izah  etmişlər. 
“Salnamələr toplusu”nda “Böyük insanların dili kimi ehtiram edil-
məli” şəklində verilmişdir.
Oruc bəy Bayat İran dövlətini 32 nəcib tayfanın idarə etdiyini 
yazır. Onları Ustaclı tayfasından başlayaraq sayan müəllif II hörmət-
li tayfanın Şamlı adlandığını bildirir. Digər mənbələrdən şamlıların 
bəydililər adlandığı məlumdur. Şamlı Şam şəhəri Dəməşq mənasın-
dadır. Oruc bəy Bayat şamlıları (Bəydili) xarakterizə edərək yazır: 
“Şamlılar İspaniyadakı mojordomların – böyük saray nazirlərinin – 
eyni. Bu soyun nümayəndəsi İranda daima bu yüksək vəzifəni tutur” 


223
(9. 12 ).
Cürəli  oykonimi.  “Azərbaycan  toponimlərinin  ensiklopedik 
lüğəti”ndə yazılmışdır: “Biləsuvar rayonunun Ağalıkənd i. ə. v.-də 
kənd. Muğan düzündədir. XIX əsrə aid mənbələrdə rayonun ərazi-
sində Cürəli adlı yalnız bir kənd qeyd olunmuşdur. Sonralar həmin 
kənd Yuxarı Cürəli və Aşağı Cürəli adlı iki kəndə ayrılmışdır. Oy-
konimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə 
cürəli  tayfasının  adını  əks  etdirir. Yerli  əhalinin  məlumatına  görə, 
Sovet hakimiyyəti illərində Yuxarı Cürəli adlanan məntəqədən bir 
qrup ailə ayrılaraq Aşağı Cürəli kəndini əmələ gətirmişdir” (2. 282).
T.Əhmədovun yazdıqlarına görə, “Oykonim keçən əsrin sonla-
rında Lənkəran qəzasında yaşamış cürəli adlı tayfanın adından ya-
ranmışdır. XIX əsrin II yarısına aid yazılmış mənbələrin birində bu 
qəzada perembel, dərvişbəyli, panavand, dilağarda, şahsevən, mah-
mudlu tayfaları və habelə seyidcə,ərusa, adnabazar qrupları ilə yana-
şı cürəli tayfasının da yaşaması qeyd olunmuşdur” (3. 30). 
Aparılan  araşdırmalardan  aydın  olur  ki,  Xırmandalı,  Bəydili, 
Cürəli oykonimləri etnonim mənşəli oykonim olub, vaxtilə bu əra-
zilərdə yaşayan tayfaların adını əks etdirir.
Ədəbiyyat
1 “ Azərbaycan Sovet Ensiklopediyası”. II cild. Bakı, 1978.
2. “Azərbaycan Toponimlərinin Ensiklopedik lüğəti”. I, II cild. Bakı, 2007.
3. Əhmədov T. “El – obamızın adları”. 1984.
4. Əliyeva T. “Etnik toponimlərin şəcərə əsasları”. Azərbaycan onomastikası 
problemlərinə həsr olunmuş IV elmi – nəzəri konfransın materialları. Bakı, 1993.
5. Hüseynzadə Ə. “Coğrafi adlar”.  Bakı, 1977.
6. Məmmədbəyov E. “Kür – Araz ovalığında hidroqrafik prosesləri əks et-
dirən toponimlər”. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş II elmi 
– nəzəri konfransın materialları. Bakı, 1988.
7. Məmmədov N. “Azərbaycanın yer adları”. 1993.
8. Mirzəyev M. Ağayev Ş. “Masallı toponimləri”. 1992.
9. Türkel Y. “Biləsuvar”. 1995.
Onomastika, Dialektologiya, Etimologiya


224
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Xəyalə Əsədova,
ADPU-nun magistri
 
BƏXTİYAR VAHABZADƏNİN ŞEİR DİLİNDƏ 
SİNONİM VƏ ANTONİM
Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasında öz orijinal üslu-
bu, özünə xas dəsti-xətti olan, şeir poetikasının zənginliyi ilə seçilən 
şairlərimizdən  biridir.  Sözü  mənalandırma,  fəlsəfi  ümumiləşdirmə 
məqamlarında onun poetik təfəkkür orijinallığı özünü bütün aspekt-
lərdə təcəssüm etdirir. Onun bədii dilində söz xüsusi üslubi siqlətli 
təqdim olunur, sözün deyiliş tərzində qüdrətli qələm ustasının dili 
incə duyum keyfiyyətləri aşkarlanır. 
Şeirdə yersiz və yorucu təkrarın qarşısını almaq, estetik tamlığa 
nail olmaq üçün B. Vahabzadə təsvirin obrazlı bədii səciyyəsini fər-
diləşdirir, kontekstləşdirir, bir sözlə, poetik hərarətin qabarıq şəkildə 
hiss olunmasını sinonim və antonimlərlə mükəmməl şəkildə ifadə 
edir. Fikrin ifadəsində mənaca eyni və ya yaxın olan sözlərdən mət-
nə münasibətinin müəyyənləşdirilməsi ilk növbədə şairin söz duyu-
mu, onun üslubi incəliklərinə həssaslığı, məna çalarlarına nüfuzet-
mə vərdiş və bacarığı ilə bağlı mühüm sənətkarlıq məsələsidir. Bu, 
o dərəcədə vacib sənətkarlıq problemidir ki, bəzən şeirin taleyini, 
uzunömürlülüyünü təyinetmə qüdrəti kəsb edir. Həyat hadisələrinə 
estetik  münasibəti  gücləndirməkdən  ötrü  dilin  bütün  üslubi-leksik 
qatlarına xüsusi həssaslıqla yanaşan bədii söz ustası təlqin edəcəyi 
duyğu və düşüncələrinə müvafıq ifadə formaları axtarıb tapır. Dilin 
bu istiqamətdə fəallaşdırma prosesi daha artıq şairin əxz etdiyi bədii 
qayənin estetik reallaşma keyfiyyətinə öz müsbət təsirini göstərir 
Əsl şeirin istənilən sətrində sinonim sözlərin bir sözünü belə də-
yişsən, onun sehri də, musiqisi və ahəngi də dəyişir. Sinonimlik şeir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə